1
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Respublika Elmi Pedaqoji Kitabxanası
Ümumtəhsil, peşə və orta ixtisas təhsili
müəssisələrinin kitabxanaçıları üçün asanlaşd
Ülkər Məmmədova
Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrinin
kitabxanaçıları üçün asanlaşdırılmış “İKT-dən istifadə
üsulları və proqram təminatları ilə işləmə qaydası”
metodik vəsait.
2
Müəllif:
Məmmədova Ülkər İzbail qızı - Respublika Elmi Pedaqoji
Kitabxanasının Elmi metodik və təhlil şöbəsinin müdiri
3
Qeyd: Vəsaitin bəzi bölmələri Osman Gündüzün “Kompüter”,
Babək Abasovun “Microsoft Access” kitabına və ULTRA
şirkətinin “ALISA sisteminin təlim materialları”na istinadən
hazırlanmışdır.
GİRİŞ
Bu vəsait “Milli təhsil strategiyasının 4.7-ci (ömür boyu təhsilə
artan
tələbatın
ödənilməsi
üçün
kitabxana
fəaliyyətinin
modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə
imkanlarının genişləndirilməsi) bəndi”nin icrasına uyğun olaraq
ümumtəhsil, peşə məktəbləri və orta ixtisas təhsili müəssisələrinin
kitabxanaçıları üçün kitabxana sistemlərinin avtomatlaşdırıl-
masında strateji hədəflər və tədbirlər çərçivəsində treninqlərin
keçirilməsi prosesində kitabxanaçılara köməklik məqsədilə tərtib
edilmiş və kitabxanaçıların yeni informasiya texnologiyalarından
səmərəli istifadə etmələri üçün hazırlanmışdır. Vəsaitdə faydalı
internet resursları haqqında geniş məlumat verilmişdir.
Kompüter texnologiyasının ən səmərəli tətbiq sahələrindən biri
informasiya sistemlərinin yaradılmasıdır. Informasiya sistemi
avtomatlaşdırılmış informasiyanın toplanması, saxlanması və
axtarışını həyata keçirən texniki, linqvistik, proqram və təşkilati
vasitələrdən ibarət mürəkkəb kompleksdir. Onun əsasını
verilənlər bazası təşkil edir. Bunun üçün də vəsaitdə kitabxana
işinin avtomatlaşdırılmasını təmin edəcək verilənlər bazası
4
idarəetmə sisteminin vasitələrindən biri olan Microsoft Access
proqramının öyrənilməsi də öz əksini tapmışdır.
Eyni zamanda metodik vəsaitdə ULTRA şirkətinin yaratdığı
son texnologiyaların tətbiqi ilə işləyən ALISA - vahid
mərkəzləşdirilmiş
kitabxana
sistemi
haqqında
məlumat
verilmişdir.
İNTERNET HAQQINDA ÜMUMİ MƏLUMAT
İnternet dünyanın müxtəlif yerlərində milyonlarla insanın
sərbəst ünsiyyət vasitəsidir. Istənilən məlumatın alınması və
ötürülməsi internet resursları vasitəsilə daha sürətli həyata
keçirilir. İnternet - qlobal şəbəkədə birləşmiş kompüterlər
çoxluğudur. İnternet özündə milyonlarla kompüteri, proqramları,
verilənlər bazalarını və müxtəlif faylları birləşdirən şəbəkədir.
Məhz buna görədir ki, “İnternet” termininin geniş açılışı www,
“World Wide Web” – “Ümumdünya hörümçək toru” adlanır.
İnternetdən danışarkən istifadə etdiyimiz Web səhifə, Web sayt
birləşməsindəki “Web” sözünün tərcüməsi də “tor” – şəbəkə
deməkdir.
Istifadəçinin internetə qoşulması üçün tələb olunan
elementlər:
1. Kompüter
2. Telefon xətti
3. Provayderlə razılıq
4. Modem (ADSL və ya Wi-fi)
5
İstifadəçinin İnternetə qoşulmasını, məktublarının göndəril-
məsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat
internet-provayder adlanır.
İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə
yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı
6
kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə
şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem
(modulyator- demodulyator) deyilir.
Kompyuterlərin sayı çox olduqla interneti paylamaq üçün
XAB aparatından istifadə olunur. Xab aparatı həmçinin
kompyuterlər
arasında
şəbəkə
yaradaraq
öz
aralarında
məlumatların
ötürülmə
imkanı
ilə
yanaşı,
digər
İKT
aparatlarından (skaner, printer) bütün kompyuterlərin ortaq
istifadəsinə şərait yaradır.
QURĞULAR
PRİNTER
Kompyuterlərlə iş prosesində ən çox istifadə olunan periferiya
qurğusu printerdir. Printer kompyuterdəki mətn materiallarını,
təsvirləri, qrafik materialları kağıza köçürmək üçün istifadə
olunur.
Hər hansı bir sənədi çapa vermək üçün pəncərənin yuxarı
panelindən
işarəsinin üzərində mouse`u vuraraq açılan
yarımpəncərədən Print- Печать əmrini seçirik.
7
SKANER
Skaner qrafik informasiyanı səth üzərindən oxuyan və
kompyuterin yaddaşına köçürən qurğudur. Skanerlərdən istifadə
üsulları bu qurğuların istehsal olunduğu firma və modellərindən
asılı olaraq dəyişir.
8
Skanerlə əldə olunan elektron informasiyanı kompyuterin
yaddaşına köçürməklə yanaşı, çap etmə imkanı olan qurğularında
həmçinin
kağız
üzərində
çoxaltmaq
da
mümkündür.
Ümumiyyətlə, skaner və çap (ikisi birində) qurğusundan eyni
zamanda kseroks aparatının əvəzləyicisi kimi də istifadə etmək
mümkündür.
WEB KAMERA
Veb kamera video təsvirlərinin sadələşdirilərək İnternetə
ötürülməsi
üçün
istifadə
edilir.
Qurğudan
adətən
videokonfransların keçirilməsi zamanı və ya kompyuterlər
arasında
informasiya
mübadiləsinin
videozənglə
yerinə
yetirilməsində istifadə olunur.
Birçox sosial şəbəkələrdə videozəng funksiyası aktiv olsa da,
www.skype.com
veb saytı birbaşa video zənglər üçün nəzərdə
tutulmuşdur.
9
BRAUZERLƏR VƏ AXTARIŞ
İnternetdə istifadəçinin rahat işləməsi üçün proqramlar
yaradılmışdır ki,bunlarada brauzerlər (browser) deyilir. Hazırda
müxtəlif brauzerlər mövcuddur:
1.
Microsoft İnternet Explorer
2.
Firefox Mozilla
3.
Google chrome
10
4.
Safari
5.
Opera
“Microsoft İnternet Explorer” 1995-ci ildə yaradılmış və
1999-ildən başlayaraq ən çox istifadə olunan brauzerdir.
“Microsoft İnternet Explorer” brauzeri istənilən web
səhifəyə daxil olmaq üçün keçid funksiyasını yerinə yetirir.
“Microsoft İnternet Explorer” proqramının əsas panelləri
Standart Buttons, Address Bar və Links panelləridir:
Standart Buttons panelində əsas istifadə olunan düymələr
yerləşir: əvvəlki səhifəyə qayıtmaq, sonrakı səhifəyə keçmək,
əməliyyatı dayandırmaq, səhifəni yeniləmək, əsas səhifəyə
keçmək.
Address bar paneli ünvan yazmaq üçün istifadə olunur.
Istədiyimiz web saytın ünvanını həmin panelə daxil etdikdən
sonra panelin sağında yerləşən Go düyməsini və ya klaviaturada
yerləşən ENTER düyməsini vururuq. Davamlı olaraq müraciət
etdiyimiz hər hansı bir web səhifəni Favorites bölməsində yadda
saxlayırıq və beləcə gələn dəfə həmin web səhifəyə daxil olmaq
üçün ünvanı yazmağa ehtiyac qalmır.
Links panelində tez-tez müraciət etdiyimiz səhifələrə
11
istinadlar yerləşir.
Standart Buttons panelində birinci və ikinci mövqedə Back
(geri) və Forward (irəli) düymələri yerləşib. Bu düymələrin
köməyilə artıq müraciət etdiyimiz əvvəlki və sonrakı səhifələrə
keçə bilərik.
Stop (dayandır) və Refresh (yenilə) düymələrindən hər hansı
bir səhifəyə keçidin dayandırılması və ya texniki səbəblərdən
donmuş səhifəni yeniləmək üçün istifadə olunur.
Home page (ev səhifəsi) düyməsi ən əvvəlki səhifəyə
qayıtmaq üçün keçid funksiyasını yerinə yetirir.
QEYD: digər brauzerlərin işləmə qaydası da Microsoft
İnternet Explorer-lə oxşardır.
Daxil olmaq istədiyimiz internet səhifəsinin ünvanını biliriksə bu
ünvanı (Məs: www.repk.az) brauzerin adres panelinə yazıb ENTER
düyməsini vururuq.
Əgər hər hansı bir ünvan bilmiriksə vəya konkret bir məlumat
axtarırıqsa, bu halda axtarış sistemlərindən istifadə edirik. Bunun üçün
adres panelinə axtarış sistemi saytlarından birinin ünvanını yazırıq.
( məs: www.google.az) bu halda aşağıdakı pəncərə açılır:
Google sözünün altındakı pəncərəyə axtardığımız hər hansı
məlumatı daxil edib ENTER düyməsini vururuq. Əgər axtardığımız
12
şəkildirsə, əvvəlcə qara paneldə göstərilən Şəkillər sətrini seçib daha
sonra axtardığımız şəklin adını daxil edib, ENTER düyməsini vururuq.
Bu halda aşağıdakı görünüşdə bir pəncərə açılır:
İstifadə etmək istədiyimiz şəkli kompyuterin yaddaşında saxlamaq
üçün əvvəlcə mouse`un sol düyməsi ilə şəklin üstünə bir dəfə
klikləyirik. Şəkil açıldıqdan sonra mouse`un sağ düyməsi ilə şəkli
klikləyib açılan pəncərədə Save picture as - Сохранить картинку
как... sətrini mouse`un sol düyməsi ilə klikləyirik.
Kompyuterin
yaddaşına
yüklənən
şəkillər, sənədlər, musiqilər, videolar
formatına uyğun olaraq START-
ПУСК
panelinin
yanındakı
papka
pəncərəsinin içərisindəki Libraries -
Библиотеки
papkasındakı
müvafiq
qovluqlara vəya Downloads - Загрузки
qovluğuna və Desktop - Рабочий
стол`a (kompyuterin ekranına) düşəcəkdir.
13
DOMENLƏR
Hər hansı bir web səhifəyə keçmək üçün onun ünvanını
yazmaq lazımdır. Ünvanını yazdığımız web səhifənin hansı
təşkilata, hansı ölkəyə aid olduğunu müəyyənləşdirmək üçün sayt
ünvanların sonuna domenlər əlavə olunmuşdur.
Domen veb saytın internetdəki adı və adresidir. Bu adres
olmadan internet istifadəçiləri veb sayta girə bilməzlər.
Domen adlar sistemi (Domain Name System - DNS) 80-ci
illərdə yaradılmışdır, ərazi, sahə mənasını verir. Domenlər I, II,
III səviyyəli olurlar:
Birinci səviyyəli domenlər coğrafi domenlərdir:
az – Azərbaycan
de – Almaniya
fr – Fransa
se – İsveç
ru – Rusiya
uk – Böyük Britaniya
tr – Türkiyə və s.
İkinci səviyyəli domenlər əsasən şəhər, əyalət adları olur.
Üçüncü səviyyəli domenlər isə firma, müəssisə adlarından
ibarətdir.
Ən çox istifadə olunan domenlər:
com – kommersiya təşkilatları;
edu – təhsil müəssisələri;
gov – hakimiyyət qurumları;
mil – hərbi qurumlar;
net – müxtəlif şəbəkə agentlikləri və ya provayderlər;
int – beynəlxalq təşkilatlar;
org – qeyri-kommersiya təşkilatları.
14
WEB SAYTLAR
İnternet müəyyən məqsədlər üçün (informasiya axtarışı,
kommunikasiya, əyləncə, kommersiya və s.) müxtəlif elektron
resursların toplandığı bir məkandır. İnternetə daxil olduğumuz
zaman qarşımızda internet şəbəkənin geniş imkanları açılır:
İnformasiya axtarışı
İnformasiya axtarışı, istifadəçinin sorğusuna uyğun sənədlərin
tapılması və istifadəçiyə təqdim olunması prosedurudur.
İnternetdə axtarışı rahat və daha məhsuldar həyata keçirmək üçün
müxtəlif axtarış saytları mövcuddur. Bu saytlar vasitəsi ilə
dünyanın hər yerində hər hansı bir məhsulun qiyməti, istehsalçısı
və digər xüsusiyyətləri haqqında məlumat ala bilərik. Həmçinin,
maarifləndirici məqsədlərlə yaradılmış axtarış saytlarından
müxtəlif ədəbiyyat, məqalə və ya elmi məlumatların da əldə
edilməsi mümkündür.
Kommunikasiya
İstifadəçilərin internetə qoşulmasında əsas məqsədlərindən biri
də elektron poçtdan istifadədir. Elektron formada göndərilən
məktub dünyanın istəlinlən nöqtəsinə bir neçə dəqiqəyə çatır.
Həmçinin, internetdə çoxsaylı elanlar, forumlar, sosial şəbəkələr
və çatlar informasiya alış-verişini daha asan və məhsuldar edir.
Əyləncə
İnternetdə kifayət qədər əyləncə xarakterli informasiyalar da
mövcuddur. Fərdi yaradılmış səhifələrdə hər bir istifadəçinin
maraqlarına uyğun fotoşəkillər, musiqi, kino və s. informasiya
toplamaq mümkündür.
Kommersiya
15
İnternetdə ən çox yayılmış saytlar məhz kommersiya xarakterli
saytlardır. Internetdə hər hansı bir saytın yerləşdirilməsi üçün pul
ödəmək lazım gəldiyindən yaradılan saytlardan kommersiya
məqsədli istifadə olunur. Hər hansı məhsulun satışından və ya
tez-tez müraciət edilən saytların reklamından gəlir əldə edilməsi
mümkündür.
İnternetdə xəbər saytlarından başlayaraq sosial şəbəkələrə qədər
bir çox web saytlar fəaliyyət göstərir.
Bunlara misal olaraq aşağıdakı web saytları göstərmək olar:
Xəbər saytları: www.day.az, www.trend.az , www.milli.az
Nazirliklər:www.edu.gov.az, www.mct.gov.az .
Sosial şəbəkələr:www.facebook.com; www.twitter.com .
Dövlət təşkilatları:www.president.az , www.cabmin.gov.az .
Mətbu orqanları: www.azerbaijan-news.az .
Ali təhsil müəssisələri: www.bsu.edu.az , www.aseu.az .
Kitabxanalar:www.repk.az , www.anl.az
,
www.libraries.az
.
Əyləncə: www.open.az , www.mp3.tac.az .
Informasiya axtarışı: www.google.com , www.yandex.ru .
ELEKTRON POÇT
Poçt iki şəxs arasındakı informasiya mübadiləsini həyata
keçirmək üçün istifadə olunan rabitə vasitəsidir. Elektron poçt isə
16
informasiya
mübadiləsinin
internet
vasitəsilə
həyata
keçirilməsidir. Elektron poçt vasitəsilə yerləşdiyiniz coğrafi
ərazidən asılı olmayaraq istənilən məlumatı (musiqi, video, şəkil,
qovluq, sənəd, link və s.) göndərmək olur.
Elektron poçt vasitəsilə aparılan informasiya mübadiləsi
ənənəvi poçtdan bir çox üstünlükləri ilə fərqlənir.
Elektron poçt ünvanını bu xidmətləri mövcud olan Web
saytlardan əldə etmək mümkündür: www.mail.az, www.mail.ru,
www.hotmail.com , www.rambler.ru və s.
Məsələn: www.hotmail.com səhifəsində elektron poçt ünvanı
açmaq üçün:
ilk öncə Sign up now - (qeydiyyatdan keç) sətrini seçirik.
17
daha sonra açılmış sorğu səhifəsindəki bütün xanalara
haqqımızda uyğun məlumatları qeyd edirik.
18
I accept – (məlumatların doğruluğunu qəbul edirəm)
düyməsini vuraraq qeydiyyatı yekunlaşdırırıq.
Elektron poçt vasitəsilə sənədin gondərilməsi üçün:
- poçt ünvanımızın əsas panelindən Compose – Создать
(Yarat) düyməsini seçirik.
- Səhifə açıldıqdan sonra ilk olaraq To – Кому (kimə)
bölməsinə məktub gondərəcəyimiz şəxs və ya idarənin
elektron poçt ünvanını yazırıq.
- Sonra Subject – Тема (mövzü) bölməsinə göndərəcəyimiz
sənədlə bağlı qısa məlumat və ya elə sənədin adını yazırıq.
- Göndərmək istəyimiz hər hansı bir sənədi Attach –
Вложения (yüklə) bölməsinə daxil olub lazımi sənədi seçib
Open – Открыть (faylı aç) komandasını yerinə yetiririk.
19
- Son mərhələ olaraq Send – Отправить (göndər) düyməsini
seçərək sənədi göndəririk.
QEYD: Elektron poçt ünvanı yaratmaq üçün müxtəlif portallar
mövcuddur
(
www.hotmail.com
;
mail.ru
;
rambler.ru
;
www.gmail.com
və s.). Qeydiyyatdan keçmə üsulu bütün elektron
poçt portalları üçün eynidir.
20
MICROSOFT OFFICE WORD
Microsoft Office Word sənədini açma qaydası:
1. Monitorda sənədin işarəsi
varsa
mouse`un
oxunu
üzərinə gətirib sol düyməsini iki dəfə klikləyirik.
2. Monitorda WORD sənədin işarəsi yoxdursa ekran boşluğunda
mouse`un sağ düyməsini bir dəfə klikləyirik, açılan pəncərənin
New-Создать sətrindən Microsoft Office Word Document –
Документ Microsoft Office Word yazısının üzərində mouse`un
sol düyməsi ilə bir dəfə klikləyirik.
3. Əgər birinci və ikinci üsul kompyuterinizdə aktiv deyilsə
mouse`la monitorun sol aşağı kuncundəki Start-Пуск işarəsinin
üstünə gəlirik sol düymə ilə bir dəfə klikləyirik. All programs –
Все программы sətrinin üzərində mouse`un sol düyməsini
klikləyərək açılan proqramlar siyahısından Microsoft Office
papkasına daxil olub, mouse`un sol düyməsini Microsoft Office
Word sətrinin üzərində bir dəfə klikləyirik.
*****************************************************
WORD sənədi açdıqdan sonra, mətni yazacağımız dil, şrift və
ölçüdən asılı olaraq tənzimləyirik.
1. Dili dəyişmək üçün WORD sənədin sağ aşağı panelindən /EN/
bölməsinin istində mouse`un sol düyməsini bir dəfə klikləyib
açılmış dillər pəncərəsindən işləyəcəyimiz dili seçirik.
2. UNİCODE üçün, yuxarı sol şrift panelindən Calibri(Bold) –
Calibri(основной текст) şrifti Times New Roman olaraq
dəyişirik, şriftin sağındakı -11- ölçünü isə -14- olaraq dəyişirik.
21
QEYD: Klaviaturalar istehsal firmasından asılı olaraq müxtəlif
formatda olur. Bəzi klaviaturalarda həm ingilis, həm rus, həm də
azərbaycan əlifbası olur. Bəzilərində isə əksər hallarda
azərbaycan əlifbası olmur. Buna görə də, ilk olaraq klaviaturada
azərbaycan hərflərinin yerini təyin edək:
Ü
-
Ö
-
Ğ
-
I
-
Ə
-
Ç
-
Ş
-
*****************************************************
Mətn tənzimləmələri:
Başlığı qalın hərflərlə yazmaq üçün şrift panelinin alt
hissəsindəki -
sətrindən B(menyu ingilis dilindədirsə) – Ж (menyu rus
dilindədirsə) seçirik.
B (Bold) – Ж (Жирный)
I (Italic) – К (Курсив)
U (Underline) – Ч (Подчеркнутый)
B I U
Ж К Ч
22
Növbəti sətrə keçmək üçün ENTER
düyməsindən
istifadə edirik (mətn yazarkən cümlələr səhifənin ölçüsünə uyğun
özləri yerləşir, hər cümlənin sonunda Enter düyməsini vurmağa
ehtiyac yoxdur. Enter düyməsi yalnız abzas bitimində istifadə
olunur).
Abzas buraxmaq üçün TAB
düyməsindən
istifadə
edirik (TAB düyməsindən bir dəfə istifadə etdikdən sonra artıq
növbəti bütün abzaslarda söz önündəki abzas məsafəsini
komputer avtomatik olaraq özü tənzimləyir).
Cümlənin baş hərfini böyük yazmaq üçün Shift
düyməsini basıb saxlayaraq, böyük yazmaq istədiyimiz hərfi
vururuq (əgər bütöv söz böyük hərflərlə yazılmalıdırsa, bu zaman
CAPS LOCK düyməsini bir dəfə vuraraq aktivləşdirib və sözü
yazdıqdan sonra eyni düyməni bir dəfə də vuraraq deaktiv edirik).
*****************************************************
Azərbaycan dili klaviaturası ilə işləyiriksə:
Nöqtə qoymaq üçün
Vergül qoymaq üçün
+
İki
nöqtə
qoymaq
üçün
+
Nöqtəli
vergül
qoymaq üçün
+
23
Sual işarəsi qoymaq
üçün
+
Nida işarəsi qoymaq
üçün
+
Dırnaq açıb bağlamaq
üçün
+
Mötərizə
işarələri
üçün
+
+
*****************************************************
Klaviaturada işarələrin yeri yazarkən istifadə etdiyimiz dildən
asılı olaraq dəyişir. Əgər bizə lazım olan hər hansı bir işarə
seçdiyimiz dilin klaviaturasında aktiv deyilsə, klaviaturanın dilini
işarənin aktiv olduğu dilə dəyişirik.
№
Işarəsini
yazmaq
üçün
klaviaturanın dilini Rus dilinə
çeviririk
+
@
Işarəsini yazmaq üçün klavia-
turanın dilini İngilis dilinə
çeviririk
+
MICROSOFT OFFICE POWERPOINT
Microsoft Office PowerPoint sənədini açma qaydası:
4. Monitorda sənədin işarəsi
varsa mouse`un oxunu
24
üzərinə gətirib sol düyməsini iki dəfə klikləyirik.
5. Monitorda
POWERPOINT
sənədin işarəsi yoxdursa ekran
boşluğunda mouse`un sağ düyməsini bir dəfə klikləyirik, açılan
pəncərənin
New-Создать
sətrindən
Microsoft
Office
PowerPoint Presentation – Презентация Microsoft Office
PowerPoint yazısının üzərində mouse`un sol düyməsi ilə bir dəfə
klikləyirik.
6. Əgər birinci və ikinci üsul kompyuterinizdə aktiv deyilsə
mouse`la monitorun sol aşağı kuncundəki Start-Пуск işarəsinin
üstünə gəlirik sol düymə ilə bir dəfə klikləyirik. All programs –
Все программы sətrinin üzərində mouse`un sol düyməsini
klikləyərək açılan proqramlar siyahısından Microsoft Office
papkasına daxil olub, mouse`un sol düyməsini Microsoft Office
PowerPoint sətrinin üzərində bir dəfə klikləyirik.
*****************************************************
Microsoft Office PowerPoint sənədində işləmə qaydası:
1. İlk olaraq Home – Главная panelindən New slide - Создать
слайд pəncərəsindən Blank - Пустой слайд pəncərəsini
seçərək boş səhifə yaradırıq.
2. Səhifəyə əlavə etmək istədiyimiz şəkli kompyuterə yükləndiyi
qovluqda tapıb kopyalayaraq slayd səhifəsinə daxil edirik. Şəklin
ölçülərini kənarlarından mouse`un sol düyməsi ilə tutaraq hərəkət
etdirib dəyişə bilərik.
3. Şəkilə başlıq daxil etmək üçün İnsert – Вставка panelindəki
Wordart pəncərəsindən istifadə edirik.
25
4. Şəkilə mətn daxil etmək üçün isə həmin paneldən Text Box –
Надпись pəncərəsindən istifadə edirik.
5. Hazırladığımız sənədi şəkil kimi yadda saxlamaq istəyiriksə,
klaviaturadakı CTRL və A düymələrini sıra ilə vururuq. Beləcə
sənəddə həm şəkil, həm başlıq həm də mətn seçilir. Sənədin
üzərində mouse`un sağ düyməsini vururuq və açılan pəncərədən
Save as picture – Сохранить как рисунок sətrini seçirik.
Açılan pəncərədə şəklin hansı qovluğa düşəcəyi göstərilir və eyni
zamanda şəkilə ad verib formatını JPEG (standart şəkil formatı)
təyin edib Save – Сохранить düyməsini seçirik.
MICROSOFT
OFFICE
EXCEL
Microsoft Office Excel sənədini açma qaydası:
26
1.Monitorda sənədin işarəsi varsa mouse`un oxunu üzərinə gətirib
sol düyməsini iki dəfə klikləyirik.
2.Monitorda EXCEL sənədin işarəsi yoxdursa ekran boşluğunda
mouse`un sağ düyməsini bir dəfə klikləyirik, açılan pəncərənin
New-Создать sətrindən Microsoft Office Excel Document –
Документ Microsoft Office Excel yazısının üzərində mouse`un
sol düyməsi ilə bir dəfə klikləyirik.
3.Əgər birinci və ikinci üsul kompyuterinizdə aktiv deyilsə
mouse`la monitorun sol aşağı kuncundəki Start-Пуск işarəsinin
üstünə gəlirik sol düymə ilə bir dəfə klikləyirik. All programs –
Все программы sətrinin üzərində mouse`un sol düyməsini
klikləyərək açılan proqramlar siyahısından Microsoft Office
papkasına daxil olub, mouse`un sol düyməsini Microsoft Office
Excel sətrinin üzərində bir dəfə klikləyirik.
*****************************************************
EXCEL sənədi açdıqdan sonra, mətni yazacağımız dil, şrift və
ölçüdən asılı olaraq tənzimləyirik.
*****************************************************
EXCEL`də işləməyə başlamadan əvvəl sənədin sərhəddini təyin
edirik. Bunun üçün Page layout – Разметка страницы
panelində Size – Размер bölməsinə daxil oluruq və açılan
pəncərədən A4 sətrini seçirik. Yazı yazılarkən A4 sərhəddindən
kənara çıxmırıq.
27
Yazdığımız cümlənin ölçüsünə uyğun xanaları birləşdirmək üçün
həmin xanaları seçib Home – Главная panelindən Merge &
Center - Объединить и поместить в центре bölməsini
seçirik.
Əgər cədvəl qurulursa, cədvəllərin kənarlarını vurğulamaq üçün,
cədvəli tam şəkildə seçib, üzərində mouse`un sağ düyməsini
vururuq, açılan pəncərədən Format Cells – Формат ячеек
sətrini seçib, açılan pəncərədə Border – Граница bölməsinə
daxil olub Outline – Внешние və İnside – Внутренние
xanalarını seçirik və OK düyməsini vururuq.
29
Hesablama apararkən məbləğləri toplamaq üçün lazımi sütunu
seçərək Home – Главная panelindəki cəm işarəsini ∑ vururuq.
30
ELEKTRON KİTABXANALAR
Müasir kitabxana işini yeni informasiya və kommunikasiya
texnologiyaları olmadan təsəvvür etmək bir qədər çətindir.
İnformasiya
və
kommunikasiya
texnologiyalarının
insan
fəaliyyətinin bir sıra sahələrində olduğu kimi kitabxana işində də
tətbiqi ənənəvi kitabxana proseslərinin sürətlənməsinə və
optimallaşmasına
gətirib
çıxarır.
Kitabxana
işinin
avtomatlaşdırılması təcrübəsi dünya ölkələrinə ötən əsrin 60-cı
illərindən tanış olsa da Azərbaycanda bu tip fəaliyyətin həyata
keçirilməsi 90-cı illərin sonlarına təsadüf edir.
Elektron
kitabxanaların
informasiya
ehtiyatı
rəqəmsal
formatda hazırlanmış müxtəlif mövzuları əhatə edən sənədlərdən
ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub,
mərkəzləşmiş formada elektron kitabxananın Web serverlərində
toplanmışdır və ənənəvi ədəbiyyatın elektron nüsxələrindən və
kitabxana tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınmış
elektron sənəd və nəşr toplusundan ibarətdir.
Elektron kitabxana müəllif hüquqlarını qoruyub saxlamaqla,
milli ədəbiyyat nümunələrini elektron daşıyıcılarına köçürməklə
yaradılır. Eyni zamanda elektron kitabxanaya müəllifin öz arzusu
ilə onun təqdim etdiyi əsərin elektron versiyası da daxil edilə
bilər.
Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və
uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına
malikdir.
Elektron kitabxanaların siyahısı:
www.preslib.az
www.anl.az
www.kitabxana.net
www.libraries.az
VERİLƏNLƏR BAZASI VƏ MS ACCESS PROQRAM
TƏMİNATI HAQQINDA MƏLUMAT
31
Müasir dövrümüzdə verilənlər bazası və verilənlər bazalarının
idarəetmə sistemləri terminləri geniş yayılmışdır və yalnız
kompüterlərə aid olan terminlər kimi istifadə olunur.
Verilənlər bazası (VB) kompüterlərin yaddaşında təşkil
edilərək saxlanılan informasiya yığımıdır. Verilənlər bazalarında
istənilən qədər istənilən həcmdə məlumatlar saxlanılır. Verilənlər
bazası cədvəllər şəklində hazırlanır.
Verilənlər – informasiyanın dialektik tərkib hissəsi olmaqla,
adətən nitq, mətn və əyani informasiyaya xas olan adi sərbəst
strukturlu informasiyadan fərqli olaraq xüsusi formada təsvir
olunmuş informasiya növüdür. Bu cür təsvir forması verilənlərin
toplanılmasını, saxlanılmasını avtomatlaşdırmağa imkan verir.
Daha sonra bu məlumatlar insanlar vəya informasiya vasitələri ilə
emal edilir. Kompyuter texnologiyasında verilənlərnkompyuterdə
saxlanmaq, emal olunmaq və əlaqə kanalları ilə ötürülmək üçün
qeyd olunmuş informasiyadır.
Verilənlər bazalarının yaradılmasnı və emalını həyata keçirən
sistemlərə (dil və proqram vasitələrinə) verilənlər bazasının
idarəetmə sistemləri (VBİS) deyilir. VBİS-lər istifadəçi ilə
verilənlər bazaları arasında qarşılıqlı əlaqə yaratmaq imkanı verən
proqramlardır.
Müasir VBİS-lərin tərkibinə aşağıdakılar daxildir:
Cədvəllər və onların arasında əlaqələri yaradan vasitələr
toplusu;
Məlumatları daxil etmək, dəyişdirmək, axtarmaq və
müxtəlif şəkillərdə (mətn, qrafik) əks etdirmək imkanı verən
istifadəçi interfeysi;
Yuxarı səviyyəli proqramlaşdırma vasitələri.
MS Office proqram paketinə daxil olan MS Access proqramı
həm bir fərdi kompüterdə, həm də lokal kompüter şəbəkəsində
fəaliyyət göstərə bilən VBİS-dir. MS Access proqramında
32
İnternet şəbəkəsi ilə qarşılıqlı əlaqədə işləmək imkanları
mövcuddur. MS Access verilənlərin saxlanılmasını və emalını
həyata keçirmək imkanı verən sadə və çox güclü VBİS-dir.
Verilənlər hər hansı bir təşkilat, idarə, müəssisə, firma və s.
obyektlərin iş fəaliyyətləri ilə bağlı məlumatlar toplusudur.
VB yaratmaq üçün lazımi məlumatlar toplanılır, bazanın
informasiya - məntiqi modeli yaradılır, cədvəllərin strukturları və
cədvəllər arasında əlaqə formaları müəyyən edilir.
Verilənlər bazalarında aşağıda göstərilən verilənlərdən ibarət
cədvəllər saxlanıla bilər:
Firma və ya müəssisə işçiləri barədə məlumatlar;
Firma və ya müəssisə ilə bağlı məlumatlar;
Firma avadanlıqları barədə məlumatlar;
Maliyyə, alqı və satqı ilə bağlı məlumatlar;
Aylıq, illik satış ilə bağlı məlumatlar;
Ünvanlarla bağlı məlumatlar;
Statistik məlumatlar və s.
ELEKTRON OXUCU QEYDİYYATI VERİLƏNLƏR
BAZASININ QURULMASI
Ilk öncə İŞ STOLU-nda MS Access proqramını açırıq.
33
Əmrlər panelindən Create - Создание bölməsini açırıq və Table
design - Конструктор таблиц əmrini seçirik. Açılan
pəncərədə xanalara uyğun olaraq məlumatları daxil edirik.
Field name – Имя поля bölməsinə oxucu formulyarının üz
qabığındakı sorğu əmrlərini şaquli istiqamətdə daxil edirik.
Data tipe – Тип данных bölməsində isə birinci bölmədəki
əmrlərin tipini qeyd edirik. Məs: Adı – Text (Текстовый);
Təvəllüdü – Data/time (Дата/время).
Oxucu kodu – Oxucu biletinə veriləcək nömrədir.
Əmrləri daxil etdikdən sonra mouse-un oxunu cədvəlin yuxarı
hissəsindəki Table1 – Таблица1 panelinin üzərinə gətirib mouse-
un sağ düyməsini vuraraq açılan kiçik pəncərədə Save –
Сохранить sətrini seçirik sonra ekranda açılan Save as –
34
Сохранение
pəncərəsində
hazırladığımız
VB-yə
Oxucu
Qeydiyyatı adını veririk və mouse-un sol düyməsi ilə OK
düyməsini seçirik.
Sonda Oxucu qeydiyyatı panelinin üzərində mouse-un sağ
düyməsini vururuq açılan kiçik pəncərədən Close – Закрыть
sətrini mouse-un sol düyməsi ilə seçərək ilk mərhələni
yekunlaşdırmış oluruq.
KİTAB VERİLİŞİ VERİLƏNLƏR BAZASININ
QURULMASI
Oxucu qeydiyyatı VB-ni işlədiyimiz qaydada eyni ardıcıllıqla
Əmrlər panelindən Create - Создание bölməsini açırıq və Table
design - Конструктор таблиц əmrini seçirik. Açılan
pəncərədə xanalara uyğun olaraq formulyarın içliyindəki sorğu
əmrlərini daxil edirik. Oxucu kodu əlaqələndirici funksiyasını
daşıdığı üçün əvvəlki cədvələ uyğun olaraq Oxucu kodu sözünü
bu cədvəldə də ilk olaraq yazırıq. Bu cədvələ isə Kitab verilişi
adını veririk.
35
Bu bölmədə isə oxucuya verilən ədəbiyyatın qeydiyyatı üçün:
Verilmə tarixi
Inventar nömrəsi
Şöbə
Müəllif
Sərlövhə
Qaytarılma tarixi
yazılır.
CƏDVƏLLƏR ARASINDA ƏLAQƏNİN YARADILMASI
Əmrlər panelindən Database tools - Работа с базами данных
bölməsinə daxil oluruq və Relationships - Схема данных əmrini
seçirik.
Açılan Show table - Добавление таблицы pəncərəsindən hər iki
cədvəli seçərək Add - Добавить düyməsini vururuq.
Sonra alətlər panelindən Edit relationships - Изменить связи
bölməsini seçirik.
36
Açılmış pəncərənin Create new - Новое düyməsini seçirik və
ikinci yarım pəncərədə əlaqə yaradacağımız cədvəllərin adlarını
qeyd edirik.
OK düyməsini seçirik.
Analoq oxucu qeydiyyatında olduğu kimi Elektron formulyarda
da Kitab verilişi cədvəlinin formulyar içliyi şəklində olması üçün
Kitab verilişi cədvəlini Oxucu qeydiyyatı cədvəlinin daxilinə
əlavə edirik.
Oxucu qeydiyyatı cədvəlinə daxil oluruq. Alətlər panelindən
More - Дополнительно bölməsini seçib açılan alt yarımpən-
cərədən Subdatasheet - Подтаблица sətrini seçirik.
37
Kitab verilişi cədvəlini seçirik.
Elektron Oxucu Qeydiyyatı Verilənlər Bazası hazırdır.
AXTARIŞ PANELİNİN YARADILMASI
Axtarış paneli kitabxanaçıya oxucunu tapmaqda və ya verilmiş
ədəbiyyatın kimin adında olduğunu öyrənmək üçün kömək
edəcəkdir.
Bunun üçün əmrlər panelindən Create - Создание bölməsinə
daxil olaraq Query design - Конструктор запросов əmrini
seçirik.
Açılan
Show
Table
-
Добавление
таблицы
pəncərəsindən hər iki cədvəli seçərək Add - Добавить düyməsini
seçirik.
38
Açar sözləri üzərində mouse-un sol düyməsini iki dəfə
klikləyərək axtarış sətrinə əlavə edirik.
Səhifəyə AXTARIŞ PANELİ adını verərək işimizi
yekunlaşdırırıq.
39
ELEKTRON QEYDİYYAT (EQ) VERİLƏNLƏR BAZASI
EQ Verilənlər Bazasında oxucuların elektron qeydiyyatı həyata
keçirilir. Oxucular haqda bütün məlumatlar verilənlər bazasına
daxil edilir və hər oxucuya məxsus elektron “oxucu formulyarı”
40
əlavə olunur.
Elektron “oxucu formulyarı” kitabxanaçıların standart olaraq
tərtib etdikləri “oxucu formulyarı”nın elektron versiyasıdır.
Həmçinin, elektron “oxucu formulyarı”na tələb olunarsa
oxucunun şəkli, şəxsiyyət vəsiqəsinin surəti də əlavə edilə bilər.
Elektron qeydiyyatdan keçmiş oxucu haqqında hər hansı
məlumatın tapılması üçün EQ Verilənlər Bazasının Axtarış
bölməsi vasitəsi ilə oxucu haqqında hər hansı bir məlumatı (adı,
soyadı, oxucu kodu və s.) “açar söz”ü daxil edərək lazımi
məlumatları əldə edə bilirik.
41
Ümumi oxucuların siyahısının fərdi çap olunması tələb
olunarsa EQ Verilənlər Bazasının Forms- Форма pəncərəsindən
daxil olaraq baxa və çap edə bilərik.
42
KİTABİŞLƏMƏ VERİLƏNLƏR BAZASI
Kitabişləmə Verilənlər Bazası da Summar-uçot kitabının
elektron formasıdır, müəssisəyə daxil olan kitablar bu bazada
qeydiyyatdan keçir, elmi və texniki cəhətdən işlənildikdən sonra
Elektron Kataloqa salınmaq üçün müvafiq şöbəyə yönləndirilir.
43
DÖVRİ MƏTBUAT VERİLƏNLƏR BAZASI
Dövri mətbuat Verilənlər Bazasında müəssisəyə daxil olan
qəzet və jurnallar işlənilir.
ELEKTRON KATALOQ (EK)VERİLƏNLƏR BAZASI
Elektron Kataloq Verilənlər Bazasına müəssisəyə daxil olmuş,
elmi və texniki cəhətdən işlənmiş kitablar qeyd olunur.
Elektron Kataloq Verilənlər Bazasına eyni zamanda əldə olunan
ədəbiyyatın varsa, elektron versiyasını da fayl şəklində yükləmək
mümkündür.
44
EK Verilənlər Bazasında hər hansı bir kitabı axtarmaq üçün,
bazanın Axtarış bölməsinə daxil olaraq kitab haqqında istənilən
məlumatı daxil edərək axtardığımız kitabı tapa bilərik.
A L I S A
45
(AUTHOMATED LIBRARY INFORMATION SYSTEM of
AZERBAIJAN)
(AZƏRBAYCANIN AVTOMATLAŞDIRILMIŞ KİTABXANA
İNFORMASİYA SİSTEMİ)
ALISA sistemi - kompleks bir layihə kimi Azərbaycanın
Kitabxana sistemini inkişaf etdirmək üçün yaradılmışdır. Sistem
MARC21, İSO2709, UNİCODE, Z3950 və digər standart və
protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl və
dövlət
təhsil
müəssisələrinin
kitabxana
proseslərinin
avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks
etdirir. ALISA sisteminin üstünlüklərindən biri də bir üzvlük
bileti ilə bütün kitabxanalara daxil olmaq imkanının olmasıdır.
Kitabxanaçılar üçün isə sistemin əsas üstünlüyü bazaya daxil olan
ədəbiyyat artıq ikinci bir müəssisə tərəfindən təkrar işlənmir,
sadəcə ədəbiyyatın inventar nömrəsini qeyd etməklə kitabişləmə
və kataloqlaşdırma işini yekunlaşdırmaq mümkündür.
Sistem kitabxana daxili prosesləri- oxucu münasibətlərini tam
avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına
təkan verir. Proqramın tətbiqində əsas məqsəd istənilən
kitabxananın sistemə qoşulma imkanının olması, onlayn
xidmətlərin yaradılması və kitabxananın daxili proseslərinin tam
avtomatlaşdırılmasıdır.
Sistem 16 moduldan ibarət qurulmuşdur: Təşkilatı struktur,
Kataloqlaşdırma, Sifariş, Mini HR (daxili oxucu bazası), Kitab
verilişi, Təhlükəsizlik və səlahiyyət modulu, Nüsxələr, Bron,
Dinamik axtarış modulu, Sənədin tarixçəsi, Kitablar üzrə ətraflı
axtarış modulu, Dinamik hesabatlar modulu, Mənbə, Oxucuların
şəxsi kabineti, Komplektləşdirmə, Oxucuların kitab rezervasiya
modulu.
MÜNDƏRİCAT
46
Giriş...............................................................................................5
İnternet haqqında ümumi məlumat..............................................6
Qurğular.........................................................................................8
Brauzerlər və axtarış....................................................................11
Domenlər.....................................................................................15
Web saytlar..................................................................................16
Elektron poçt...............................................................................18
Microsoft
Office
Word………………………………………………….………….2
2
Microsoft
Office
Powerpoint…………………………………………………...26
Microsoft
Office
Excel………………………………………………………..…….2
8
Elektron
kitabxanalar…………………………………………………….…
……...32
Verilənlər bazası və MS Access proqram təminatı haqqında
məlumat……………………………………………………………
……….…….……..33
ALISA
……………………………………………………………………
……………….…48
47
Tərtibçi-müəllifin rəsmi razılığı olmadan metodik vəsaitin və ya
onun hər hansı bir hissəsinin təkrar çapı, yayılması, elektron və
ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.
48
Müəllif hüquqları qorunur!
Respublika Elmi Pedaqoji Kitabxanası
Azərbaycan, AZ 1110 Tel/Fax: (+994 12) 465 20 16
Bakı, Koroğlu Rəhimovküç.,108.
REPK_1983@mail.ru
u.mammadova@outlook.com
Dostları ilə paylaş: |