Gülşən Orucova,
Nərminə Qaragözova,
Rafiq İsmayılov, Zahid Xəlilov
AZƏRBAYCAN DİLİ
2
Müəllim üçün
METODİK VƏSAİT
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
15.07.2009-cu il tarixli, 945 №-li əmri ilə
təsdiq edilmişdir.
Bakı – 2014
Çap üçün deyil
Gülşən Orucova
Nərminə Qaragözova
Rafiq İsmayılov
Zahid Xəlilov
AZƏRBAYCAN DİLİ (2-ci sinif). Müəllim üçün metodik vəsait
Bakı: Altun Kitab, 2014. 224 səh.
Redaktorlar:
Solmaz Abdullayeva
Bakı şəhər 23 №-li tam orta məktəbinin müəllimi
Nigar Həbibova
Bakı şəhər 54 №-li tam orta məktəbinin müəllimi
Bədii tərtibat :
Rəşad Nəbiyev
Korrektor:
Aqşin Məsimov
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər
han sı bir
hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informa -
siya vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2014
Çap üçün deyil
Ön söz
Bu gün təhsilin əsas vəzifəsi müstəqil həyata hazırlıqlı insan,
fəal vətəndaş
yetişdirməkdir. Bu insanı səciyyələndirən əsas xüsusiyyətlər
mənəvi
dəyərlərimizə hörmət, geniş dünyagörüşü, yüksək intellekt, nitq mədə -
niyyəti və ünsiyyət bacarığıdır. Bütün bu xüsusiyyətlərin formalaş masında və
inkişafında ana dili fənninin rolu çox böyükdür. Nitq bacarıqlarının aşılanması
isə birbaşa bu fənnin tədrisi ilə bağlıdır.
Müasir ana dili dərslikləri şagirdlərə ədəbi dilin normaları ilə bağlı linqvistik
biliklər verməklə yanaşı, Milli Kurikulumda
təsbit olunmuş əsas nitq
bacarıqlarını (dinləmə, danışma, oxu, yazı) inkişaf etdirməlidir. Eyni zamanda
dərslik şagirdlərdə analitik, məntiqi,
tənqidi, yaradıcı təfəkkürü inkişaf
etdirməklə onların sosial və mənəvi
problemlərə şəxsi münasibətlərini
formalaşdırmalıdır.
Ana dilinin
tədrisinin digər fənlər
üçün də böyük əhəmiyyəti var. Dinləmə,
danışma, oxu, yazı bacarıqları başqa
fənlər üçün əsas təlim obyekti olmasa
da, açar rolunu oynayır, çünki bütün fənlər üzrə təlim prosesinin uğuru
şagirdlərin bu bacarıqları mənimsəmə səviyyəsindən xeyli dərəcədə asılı olur.
Təqdim olunan “Azərbaycan dili” dərslik dəsti (dərslik, iş dəftəri, müəllim
üçün metodik vəsait) Milli Kurikulumdan qaynaqlanan dəqiq konsepsiya və
struktura malikdir. Dəstin tərkib hissəsi olan bu vəsait də həmin konsepsiyanı
açıqlamaq zərurətindən yaranmışdır. Bu, tədris
prosesini sözügedən dərslik
komplekti əsasında daha səmərəli qurmağa kömək edə bilər.
Tədris yaradıcı prosesdir. Vəsaitdə təklif olunan təlim üsulları və metodik
tövsiyələr məcburi reseptlər deyil, sadəcə, müəllimə köməkdir. Müəllim
şagirdlərin qəlbinə və şüuruna öz yolunu tapmalıdır. Unutmaq olmaz ki, hər bir
dərslik müəllifinin kimliyindən asılı olmayaraq
dərsin müəllifi onu keçən
müəllimdir.
5
Adi müəllim şagirdlərə həqiqəti çatdırır,
yaxşı müəllim isə həqiqəti tapmağın yolunu öyrədir.
A.Disterveq
Müasir təhsilin əsasını təşkil edən öy rən -
mə (qavrama) və düşünmə prosesinin real -
laş dırılmasında nitq müstəsna əhəmiy yətə
ma likdir. İdraki prosesin bütün mərhə lə -
lərində fəaliyyətlər mənimsənilmiş dil va -
hid lərinə, nitq modellərinə əsasən quru lur.
(Ana dili kurikulumu, səh.22)
Çap üçün deyil