İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi
3
cü
IEEE Beynəlxalq Konfransı
AICT2009
Azərbaycan, Bakı, 14-16 oktyabr 2009
http://aict2009.qafqaz.edu.az
M ə q a l ə q ə b u l u B A Ş L A N I B
AICT2009 tərəfindən nəşri təsdiqlənən işlər Mühəndis İndeksi (Engineering Index - EI), EI Compendex
və IEEE Explore TM ehtiva edir.
IEEE Katalog Nömrəsi: CFP0956H, ISBN: 978-1-4244-4740-4 və Kongres Kitabxanası: 2009905189
AICT2009 İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi 3-cü IEEE Beynəlxalq Konfransı İKT-nin
təhsildə və təlimdə, elm və tədqiqatlarda, iqtisadiyyat və idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində,
dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni keyfiyyətli tətbiq edilməsi sahəsində
tədqiqatlar aparan elm adamlarını dəvət edir. Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında
birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri bu coğrafi məkanda bir araya
gətirməkdir. Adı çəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq
etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verməkdir.
AICT2009 konfransı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublicası Təhsil
Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, İnformasiya
Texnologiyaları İnstitutu, IEEE ComSoc Türkiyə bölməsi və IEEE Özbəkistanın üzrə regional bölməsi ilə birgə
təşkil edilmişdir.
AICT2009 yaxın sahələrdən olan tədqiqatçıları tədqiqat fəaliyyətləri və təhsildə yeni imkanları müzakirə
etmək, zamanın yeni tələblərini təyin etmək üçün bir araya gətirir. AICT20093-cü Beynəlxalq Konfransı
Azərbaycan Respublikasının Bakı şəhərində 14-15 oktyabr 2009-cu il tarixlərində keçiriləcəkdir.
AICT2009 İKT və İnternet sənayesi sahəsində yüksək-innovasiya axtarışları aparmaqdadır. Konfrans
çərçivəsi İnternetə naqilsiz bağlanmağa, üçüncü və dördüncü nəsil şan texnologiyasının inkişafına olan
marağın artmasına əsaslanan geniş diapazonlu texniki problemləri əhatə edir. AICT2009 tərəfindən nəşri
təsdiqlənən işlər Mühəndis İndeksi (Engineering Index - EI), EI Compendex və IEEE Explore TM ehtiva edir.
ƏSAS TARİXLƏR:
Konfransın keçirilmə vaxtı: 14 - 16 oktyabr 2009-cu il
İşlərin təqdiminin son vaxtı:
20 iyul 2009
Qəbul olunma haqqında xəbərdarlığın son vaxtı:
20 avqust 2009
Son variantın təqdim edilməsinin vaxtı:
1 sentyabr 2009
TƏŞKİLATÇILAR:
Institute of Electrical and
Electronics Engineers
Rabitə və İnformasiya
Texnologiyları Nazirliyi
Azərbaycan Respublicası
Təhsil Nazirliyi
Qafqaz Universiteti
Azərbaycan Texniki
Universiteti
Bakı Dövlət Universiteti
İnformasiya Texnologiyaları
İnstitutu
İŞİN TƏQDİM EDİLMƏSİNƏ AİD GÖSTƏRİŞ:
Müəlliflər işlərini .PDF formatında (elektron formada) Internet səifaəsindəki növbəti ünvana daxil etmələri
lazımdır:
http://aict2009.qafqaz.edu.az/?page=4888
(İŞİN TƏQDİMATI).
Qəbul olunmuş işlərə Engineering Index (EI) və EI Compendex veriləcək.
Elsevier nəşriyyat evinə IEEE AICT2009 Beynəlxalq Konfransının bəyəndiyi bütün işlərin adı verilənlər
bazasına, Engineering Index (EI) və EI Compendex əlavə edilməsi üçün göndəriləcək.
IEEE AICT2009 konfransının bəyəndiyi işlərə identifikasiya nömrəsi, IEEE kataloq nömrəsi və ISBN
veriləcək.
İşin adı, müəllifin adı, ünvanı, e-poçt ünvanı, xülasə, açar sözlər İngilis dilində təqdim olunmalı və bu
ŞABLONA
uyğun hazırlanmalıdır. İşin qalan məzmunu İngilis və ya konfransın hər hansı bir işçi dilində:
Azərbaycan, Rus və ya Türk dilində yazıla bilər.
İşin ümumi həcmi, qrafik məzmun da daxil olmaqla maksimum 5 səhifə ola bilər. IEEE həcmi 7 səhifədən çox
olmayan işləri baxmaq üçün qəbul edir. İşi qəbul olunmuş müəllifdən, həcmi 5 səhifədən çox olarsa, 6-cı
səhifə üçün əlavə olaraq 100 $ və 7-ci səhifə üçün 200 $ alınacaqdır. 7 səhifədən çox olan işlərə
baxılmayacaqdır. İşin adı, müəllifin adı, soyadı, ata adı, təşkilatın adı, müəllifin ünvanı, telefon, faks, müəllifin
elektron poçt ünvanı xülasədən əvvəl ilk səhifənin yuxarısında yerləşdirilməlidir. Xülasənin maksimal həcmi
100 söz olmalıdır. Müəlliflər AICT2009 təqdim olunmuş işin əvvəllər nəşr edilmədiyinə və indiyə qədər
baxılmadığına zəmanət verməlidirlər. AICT2009 üçün qəbul edilən məqalələr konfransın materiallarında çap
ediləcək işlərin elektron kataloquna - CD-ROM-a daxil ediləcək, bundan başqa nəşrlər IEEE XploreTM
elektron bazasına daxil ediləcəklər. Seçilmiş işlər jurnalda nəşr ediləcəklər.
İşin təqdimi ilə əlaqədar əlavə məlumat üçün təşkilatçılara müraciət etmək olar:
Guy Omidyar
və ya
Abzetdin
Adamov
və ya
Bizimlə əlaqə
formasını doldurmaq olar.
Diqqət: Təsdiq edilmiş işin (Camera ready) son variantını hazırlayarkən
IEEE Xplore
standartlarını nəzərə
almaq lazımdır.
BÖLMƏLƏR və BAŞLIQLAR:
AICT2009 Beynəlxalq Konfransının mövzuları (lakin növbəti sahələrlə məhdudlaşmır):
Biznes, İdarəetmə və İqtisadiyyatda İKT
• Mikro
və kiçik biznesdə İKT
• Paylanmış mühitdə biznesin dəstəklənməsi
• Biznes
proseslərinin idarə edilməsi, optimallaşdırılması və modelləşdirilməsi
• İşlənmiş biznes metodologiyaları arasındakı qarşılıqlı əlaqə
• Case
texnologiyaları və sınaq platformaları
• Naqilsiz ictimai və rayon məntəqələrinin biznes modeli və iqtisadiyyatı
• İnternet paylanmış biznes modelinin əsası kimi
• Yerləşdirmə və kontekstin idarə edilməsi
• Təşkilat mədəniyyəti və dəyişikliklərin idarə edilməsinə İT-nin təsiri
• Biznes-resursların planlaşdırılması
• Müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi
• Tədarükün idarə edilməsi
• Müəssisənin intellektual resursları
• Biliklərin idarə edilməsi
• Elektron
və mobil ticarət
• İnformasiya sistemləri: seçim və strategiya
• e-ticarət strategiyası
Dövlət strategiyasının idarə edilməsi və işlənməsində İKT
• e-hökumət və e-hökumətin strategiyası
• e-planlaşdırma
• İctimai əməkdaşlıq və vətəndaş idarəetmədə İKT
• Dövlət qulluğunun avtomatlaşdırılması strategiyası
• Metaverilənlər və ictimai standartlar
• Resursların və informasiya axınlarının idarə edilməsi
Tibb və səhiyyədə İKT
• e-tibb
və teletibb
• Tibb
bacısı işində İnformatika
• Səhiyyə üçün metodologiyaların planlaşdırılması və işlənməsi
• Klinik
həllərin qəbul edilməsinin dəstəklənməsi
• Səhiyyə üçün proqramlarda mobil texnologiyalar
• Səhiyyədə idarəetmə sistemləri
• Əmək qabiliyyəti olmayanlar üçün insan-maşın interfeysi
Elm, təhsil və tədqiqatlarda İKT
• e-təhsil
• e-təhsil platforma və vasitələri
• İnteraktiv təhsil sistemləri
• e-təhsildə standartlar, strategiyalar və ən yaxşı təcrübələr
• Pedaqoji
və təşkilatı infrastruktur
• Mobil
təlim proqramları
• Təhsil cəmiyyətinin qurulması
• e-ticarətin tədrisi
• Təlim vasitələrinin idarə edilməsi
• Öyrənmə və kontext idarəetmə sistemi
• Virtual
siniflər və universitetlər
• e-Təhsildə biliklərin idarə edilməsi
• e-Təhsilin təşkilati strategiyası
• Universitet-istehsalat
əməkdaşlığı
• Təcrübəsiz istifadəçilər üçün interfeyslər
• Məzmunun mədəni adaptasiyası
• Elmi-texnoloji
təhsilin qiymətləndirilmə strategiyası
• Elmi-texnoloji
təhsildə İKT-nin reallaşdırılmasına müxtəlif yanaşmalar
• Elmi-texnoloji
təhsildə vizuallaşdırma
• Elmdə kütləvi xəbərlərin artırılması
• Kənarda elmi araşdırma
• Ekoloji
kənd təsərrüfatı / Təbii ehtiyatların tədqiqi
• Kənd təsərrüfatının kompüter dəstəyi
• İstehsalatın və maşınqayırmanın avtomatlaşdırılması
Humanitar və ictimai elmlərdə İKT
• İnformasiya və qloballaşmaya ictimai yol
• İnsan-maşın qarşılıqlı fəaliyyət problemləri
• İctimaii və and bələdiyyə naqilsiz şəbəkəsinin planlaşdırılması və qurulması
• Rəqəmsal mühit norma və qanunvericiliyi
• Kommunikasiya
vasitələri və İnternet
• Veb
və cəmiyyət
• İKT-nin tətbiqi və inkişafı
• e-təhsil və İnternetin istifadəsinin demokratikləşdirilməsi
• İctimai şəbəkə və naqilsiz texnologiyalar
• İnkişaf etməkdə olan ölkələrdə İKT-nin ictimai rolu
• Optik
şəbəkələr və kommunikasiyalar
Kommunikasiya, şəbəkə və avadanlıq
• Naqilsiz,
ixtisaslaşmış şəbəkələr
• Verilənlərin mobil emalı
• Müraciət inkişafının kommunikasiya siyasəti
• Sensor
şəbəkələr / Xəbərdarlıq sistemi
• Müxtəlif mühitlərdə şəbəkənin istifadəsi və verilənlərin emalı
• Qiymət-səmərəlilikli kənd, şəhər və ictimai naqilsiz və qarışıq şəbəkələr.
• Naqilsiz multimedia xidmətləri
• Naqilsiz abonent istifadəsi(WLL)
• Çoxmüraciətlilik metodikası
• Naqilsiz
geniş zolaqlı müraciət
• Mobil
və naqilsiz şəbəkələrdə təhlükəsizlik
• WLAN
və mobil WIMAX, 3G və 4G sistemlər
• Aktiv
və passiv optik komponentlər və qurğular
• Şəbəkə və xidmətlərin idarə edilməsi
• Məhsuldarlığın simulyasiyası, modelləşdirilməsi, analizi və qiymətləndirilməsi
• Protokolların fiziki səviyyəsi, əlaqə səviyyəsi və daha aşağı səviyyələri
• Yüksək protokol səviyyəsi – proqram səviyyəsi
Tətbiqlər
• Xidməti-istiqamətlənmiş arxitektura (XİA)
• Semantik Veb: konsepsiya, texnologiya və tətbiq
• Web2 yeni işləmə paradiqma
• Veb
antologiyası və inkişafı
• İnterfeysin layihələndirilməsi, qiymətləndirilməsi və işlənməsi
• Yerləşməyə əsaslanan kontekst-yönümlü emal etmə və xidmətlər
• Semantik Veb və antologiya
• Verilənlərin idarə edilməsi, monitorinqi və analizinin vəziyyətinin öyrənilməsi
• Semantikanın yerləşdirilməsi və mobilliyi
• İnformasiya sistemləri (İS) strategiyası və uyğunlaşma
• İS arxitekturası və platforması
• İS vasitələri və standartları
• İS idarə edilməsi
• Qərarları qəbul etmə sistemləri
• Verilənlərin çıxarılması (Data Mining)
• Paylanmış və paralel emal
• Kiber
təhlükəsizlik
• Qeyri-səlis məntiq və düşünmə
• İS və distant sondlaşdırma
• Verilənlərin unifikasiya edilmiş emalı və əlaqə sistemi
KONFRANS KOMİTƏLƏRİ:
Konfransın fəxri sədrər:
Ali Abbasov, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyları Naziri
Misir Mərdənov, Azərbaycan Respublikası Təhsil Naziri
Konfransın həmsədrlər:
Akademik Abel Məhərəmov, Bakı Dövlət Universiteti Rektoru, Azərbaycan
Professor Ahmet Sanıç, Qafqaz Universiteti Rektoru, Azərbaycan
Professor Havar Məmmədov, Azərbaycan Texniki Universiteti Rektoru, Azərbaycan
Professor Rasim Əliquliyev, İnformasiya Texnologiyaları İnstitutu Direktoru, Azərbaycan
Konfransın sədr müavinləri:
Professor Niftali Gocayev, Qafqaz Universiteti, Azərbaycan
Professor Ismail Aliyev, Bakı Dövlət Universiteti, Azərbaycan
Professor Anar Əlizadə, Azərbaycan Texniki Universiteti, Azərbaycan
Genel təşkilatçılar:
Professor Guy Omidyar, Omidyar-Institute USA
Dr. Abzetdin Adamov, Qafqaz University, Azerbaijan
Konfransın proqram komitəsi:
• Professor Fikret Aliyev, Baku State University, Azerbaijan
• Associate Professor Vincent Guyot, ESIEA/LIP6, France
• Professor Asoke Talukder, IIIT, Bangalore, India
• Professor Luigi Fratta, Politecnico di Milano, Italy
• Professor Mustafa Akdag, Qafqaz University, Azerbaijan
• Professor Cevdet Meriç, Fatih University, Turkey
• Professor Serdar Korukoğlu, Ege University, Turkey
• Assistant Professor Kshetrimayum Rakhesh Singh, IIT-Guwahati, Guwahati, Assam, India
• Professor Soumaya Cherkaoui, Universite de Sherbrooke, Sherbrooke, Canada
• Dr. Gladys Diaz, Intitut Galilée, Université Paris 13, Paris, France
• Dr. Nazim Agoulmine, University of Evry Val d'Essonne, France
• Dr. Nargiza Usmanova, TUIT, Uzbekistan
• Professor Rifat R. Ibraimov, TUIT, Uzbekistan
• Professor Aripov Khajrula Kobilovich, TUIT, Uzbekistan
• Professor Alok Kumar Das, Guru Nanak Institute of Technology, India
Açılışın sədri:
Mahmoud Daneshmand, ATT Labs, USA
Nəşr və ekspert məruzələrinin təşkilatçısı:
Prof Guy Omidyar, Omidyar Institute, USA
Yerli elmi-texniki komitə:
• Professor Hamzaga Orucov, Dean of Engineering Faculty
• Professor Faxreddin Isayev, Rector’s Counselor
• Docent Halil Ismailov, Head of Computer Engineering Department
• Dr. Abzetdin Adamov, CIO, Head of Information Technologies and Systems Department
• Dr. Yadullah Babayev, Head of Industrial Engineering Department
• Dr. Babek Abbasov, Computer Engineering Department
• Sevil Imanova, Industrial Engineering Department
• Etibar Seyidzade, Computer Engineering Department
• Hayyam Masiyev, Computer Engineering Department
• Aynure
Beşirova, Computer Engineering Department
Məsləhət komitəsi:
• Victor Kureichik, Taganrog State University, Russia
• Raouf Boutaba, University of Waterloo, Canada
• Guy Omidyar, IFIPTC6 WG6.8 Chair, USA
• Mustafa Akdag, Qafqaz University, Azerbaijan
• Niftali Gocayev, Qafqaz University, Azerbaijan
• Şahin Durmaz, Qafqaz University, Azerbaijan
• Mehmet Ulema, Manhattan College, USA
Proqram komitəsinin üzvləri:
• Cem Ersoy, Bogazici University, IEEE ComSoc Chapter , Turkey
• Abolfazl Mehbodniya, INRS, Canada
• Algirdas Pakstas, London Metropolitan Uni, UK
• Asoke K Talukder, IIIT Bangalore, India
• Adam Wolisz, Technische Universitat Berlin, Germany
• Adolf Finger, Technical University of Dresden, Germany
• Boon Sain Yeo, Institute for Infocomm Research, Singapore
• Canchi Radhakrishna, KYOCERA, USA
• Cormac Sreenan, University College Cork, Ireland
• Dirk Pesch, University College Cork, Ireland
• Djamel Sadok, Universidade Federal de Pernambuco, Brazil
• Farouk Kamoun, ENSI, Tunisia
• Gholam Ali Rezai rad, University of Science and Technology, Iran
• Giovanni Giambene, University of Siena, Italy
• Guy Omidyar, Consultant, USA
• Guy Pujolle, Université Paris 6, France
• Hamid Aghvami, Kings College of London, UK
• Hamid Shafiee, American University in Dubai, UAE
• Petr Sosnin, Ulyanovsk State Technical University, Russia
• Khaldoun Al Agha, LRI, University of Paris XI, France
• Khaled Ben Letaief, Hong Kong University, HK
• K. Thyagarajan, IIT Delhi, India
• Krishnan Nallaperumal, UniversityTirunelveli, India
• Lila Boukhatem, LRI, University of Paris XI, France
• Luigi Fratta, Politecnico di Milano, Italy
• Marie-Jose Montpetit, Motorola, USA
• Mazen Hasna, University of Qatar, Qatar
• Mehmet Ulema, Manhanttan College, USA
• Muhammad Jaseemuddin, Ryerson University, Canada
• Masoud Mashhouri, Carleton University, Canada
• Tugrul YANIK, Fatih University, Turkey
• Fatih CAMCI, Fatih University, Turkey
• Nazar Elfadil, SQU, Oman
• Peter H J Chong, Nanyang Technological University, Singapore
• Raj Jain, Nayna Networks, USA
• Ruslan Kamaev, KSUCTA, Kyrgyzstan
• Shengming Jiang, South China University of Technology (SCUT), China
• Serge Fdida, Laboratoire d'informatique de Paris 6, France
• Soumaya Cherkaoui, Universite de Sherbrooke, Canada
• Wende D. Zhong, Nanyang Technological University, Singapore
• Yafei Yang, Qualcomm Inc., USA
• Mahmoud Daneshmand, ATT Labs, USA
• Abdul Halim Zaimİ, Istanbul University, Turkey
• Kamil Saraç, University of Texas at Dallas, USA
• Hasan Bulut, Ege University, Turkey
• Muhammet Cinsdikici, Ege University, Turkey
MÜƏLLİFLƏR ÜÇÜN İNFORMASİYA:
AICT2009 konfransının bəyəndiyi bütün işlər ISBN verilməklə konfransın materiallarında çap olunacaq və
elektron diskdə (CD-ROM) yerləşdiriləcək. Ən yaxşı seçilmiş işlər redaktə olunaraq Springer nəşriyyat evi
tərəfindən nəşr olunacaq.
Elektron formada göndərilən işlər baxılmaq üçün qəbul ediləcək. Qəbul edilmiş işin çap olunması üçün ən az
bir müəllif konfransın iştirakçısı kimi qeydiyyatdan keçməlidir.
İş tamamilə standarta uyğun hazırlanmalıdır. Təşkilat komitəsi konfransın saytında işin elektron təqdimi
bölməsində göstərilmiş qaydalara uyğun gəlməyən qəbul edilmiş işi müəllifə qaytarma hüququnu özündə
saxlayır. İşin elektron qəbulu haqqında ətraflı məlumatı
burada
əldə edə bilərsiniz. AICT2009-yə təqdim
olunmuş işlər əvvəllər jurnallarda və ya başqa konfranslarda çap olunmamış və ya baxılmaq üçün təqdim
olunmamış olmalıdır. Təqdim olunan işlərin seçilməsi zamanı təşkilat komitəsi növbəti kriteriyalara diqqət
edir: orijinallıq, qiymətlilik, dəqiqlik, təqdim edilə bilən və aktual. Biz orijinal və qeyri-standart ideyaları, kritizm,
praktik tədqiqat və eksperimentləri yüksək qiymətləndiririk.
VİZA HAQQINDA İNFORMASİYA:
Belarusiya , Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikstan, Moldova, Rusiya, Ukrayna,
Bolqarıstan, Macarıstan, Veytnam xaric bütün ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gəlmələri
üçün iş və ya turist vizası olmalıdırlar.
Viza almaq üçün xarici vətəndaşlar müraciət etməzdən əvvəl təyin olunmuş Azərbaycan turist agentliyindən
dəvət məktubu şəklində viza üçün əsas almalıdırlar. Bir çox Avropa və Amerika ölkələrinin vətəndaşları üçün
dəvət məktubu tələb olunmur. İnformasiyanın əldə edilməsi və dəqiqləşdirilməsi üçün vizanın alına bilinəcəyi
Azərbaycan Respublikasındakı yerli səfirlik və ya konsulluğa müraciət etmək olar.
Azərbaycan Xarici İşlər Nazirliyinin Veb səhifəsi:
BURADA
MEHMANXANALAR HAQQINDA İNFORMASİYA:
Mehmanxanalar haqqında informasiya bu mehmanxanaların saytından götürülmüşdür.
Mehmanxana
Nömrə tipi
Kateqoriya
Tarif
Grand Europe Hotel
Single
Double
Single
Standard
Standard
Deluxe
$177
$203
$248
Park Hyatt Regency Hotel
www.baku.regency.hyatt.com
Single / Double
Single
Single
Queen / Twin
Deluxe / Queen
Regency / Suite
$330 / $360
$375 / $405
$455 / $485
The Crown Hotel
www.crownhotelbaku.com
Single
Double
Standard
Standard
$125
$137
Ambassador Hotel
www.luxehotels.com/hotels/Ambassador
Single
Double
Standard
Standard
$175
$212
Diplomat Hotel
www.diplomathotelbaku.com
Single
Double
Standard
Standard
$125
$137
Ambiance Hotel
www.hotelambiance.az
Single
Double
Standard
Standard
$100
$137
BİZİMLƏ ƏLAQƏ SAXLA:
AICT2009 İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi 3
-cü
Beynəlxalq Konfransı haqqında daha
ətraflı məlumat almaq üçün təşkilat komitəsi ilə əlaqə saxlayın və ya sadəcə formanı doldurun.
AICT2009 Təşkilat Komitəsi Katibliyi:
Tel:
+99412 4482862, +99412 4482863
Fax:
+99412 4482861
eMail:
aict2009@qafqaz.edu.az
Web site:
http://aict2009.qafqaz.edu.az
Document Outline - İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi 3cü IEEE Beynəlxalq Konfransı AICT2009
- ƏSAS TARİXLƏR:
- TƏŞKİLATÇILAR:
- İŞİN TƏQDİM EDİLMƏSİNƏ AİD GÖSTƏRİŞ:
- BÖLMƏLƏR və BAŞLIQLAR:
- KONFRANS KOMİTƏLƏRİ:
- MÜƏLLİFLƏR ÜÇÜN İNFORMASİYA:
- VİZA HAQQINDA İNFORMASİYA:
- MEHMANXANALAR HAQQINDA İNFORMASİYA:
- BİZİMLƏ ƏLAQƏ SAXLA:
Dostları ilə paylaş: |