İSLAM TOLERANTLIĞI TƏBLİĞ EDİR
Allah t
ərəfindən göndərilmiş səmavi dinlərlərin ruhunda məcburiyyət yoxdur.
Çünki m
əcburiyyət, başqasına zorla hansısa dini əqidəni qəbul etdirmək
səmavi dinlərin
əsas prinsiplərinə ziddir. Bunu biz “Tövrat”, “İncil” və “Qurani-kərim”in ayələrində də
görm
əkdəyik. Bəlkə də İslam dini digər dinlərə nisbətən bu məsələni daha da qabarıq
şəkildə ifadə etməkdədir. Uca Rəbbimiz belə bəyan etməkdədir:
“Dind
ə məcburiyyət
yoxdur” (B
əqərə, 256). Bu ayəyə əsasən deyə bilərik ki, dinimiz öz ayinlərini
başqalarına məcburi şəkildə qəbul etdirməyə qətiyyən yox deyir. Dinimiz qarşısındakını
əqidə baxımından tamamilə sərbəst buraxır.
Qurani-k
ərimin ayəsi ilə sübut olunmuşdur ki, İslam dini bu iki din mənsublarının
ibad
ət mərkəzləri olan sineqoq və kilsələrə tolerantlıq nümayiş elətdirib.
“
Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə)
dəf
etm
əsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan sinaqoqlar (rahiblərin
yaşadığı monastırlar), kils
ələr, məbədlər (yəhudi məbədləri)
və məscidlər dağılıb
ged
ərdi (darmadağın edilərdi)
” (Həcc, 40).
Gördüyünüz kimi,
İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir.
Qurani-k
ərimin müxtəlif ayələrində Uca Rəbbimiz belə buyurur:
“Sizin dininiz siz
ə,
m
ənim dinim mənə aiddir” (Kafirun, 6). Bu ayədən də insanların müxtəlif inamda və
fikird
ə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın
görünür.
Tarix
ə nəzər yetirsək aydın şəkildə görərik ki, bizim ölkəmizdə daima xristian və
y
əhudilər olmuşdur. Qərblilərin bu mövzudakı etiraflarına görə, xristian və yəhudilər öz
dövl
ətlərində belə, bizim içimizdə yaşadıqları qədər firavan yaşamamışlar. Müsəlmanlar
onları təminat altına alıb qorumuşlar. Fəqət heç bir zaman onları İslam dinini qəbul
etm
əyə məcbur etməmişlər. Onların xüsusi məktəbləri olmuş və özlərinə aid
xüsusiyy
ətlərinin hamısını, dini ayin və bayramlarını mühafizə edirdilər.
Xalqımız Qurani-kərimdən gələn bu inanca son dərəcə diqqət göstərmiş və bütün
s
əmavi dinlərin ardıcıllarına xoş münasibət göstərmişdir. Son dövrlərdə Qafqaz
Müs
əlmanları İdarəsi, xüsusilə də onun rəhbəri Şeyxülislam həzrətlərinin bu sahədə
atdığı addımları qiymətləndirmək hər birimizin mənəvi borcudur. Onun bu sahədə
gördüyü işlər təkcə ölkəmizdə deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrində də
t
əqdir edilməkdədir. Yeri gəlmişkən vurğulamaq istəyirəm ki, bu yaxınlarda
Şeyxülislam həzrətlərinin Gürcüsan prezidenti tərəfindən təltif edilməsi Şeyximiz bu
sah
ədəki fəaliyyətinə bariz şəkildə verilən qiymətdir.
Hacı Fuad Nurulla
QMİ-in sədr müavini
1