1
İslamda qəhrəman qadınlar
Kitabın müəllifi: Məhəmməd
Məhəmmədi İştiharidi.
2
İmam Əli (ə) buyurur: «Fitnə və imtahan
dəryalarının nəhəng dağ kimi dalğalarını (iman,
təvəkkül, müqavimət, birlik, Qur`andan bəhrələnmək və
haqq fərmanı müqabilində təslim olmaqla) nicat gəmisi
ilə yarıb, irəli gedin».
ÖN SÖZ
Bu
kitabı
bəsirətlə
mütaliə
etmək
üçün
müqəddimədəki iki mətləbə diqqət etməyiniz lazımdır.
1. Qadınlar, insan cəmiyyətinin bir qismidir.
İslamda insan mövzusunu təhlil etdikdə, bu təhlil
kişi ilə qadına eyni dərəcədə şamil edilir. Dinimizdə
kişilər kimi qadınlar da insan cəmiyyətinin bir hissəsi
hesab olunurlar. Əgər insan cəmiyyətini bir quşa
bənzətsək, bu quşun iki qanadının birinin kişilər,
digərinin isə qadınlar olduğunu deyə bilərik. Məlumdur
ki, quş yalnız iki qanadı olduğu halda uçub öz məqsədinə
çata bilər. Qur`an ayələri və İslam rəvayətlərində kişi ilə
qadının çiyin-çiyinə, bir cərgədə olması haqda çox sözlər
var. Nümunə üçün sizin diqqətinizi onlardan bir neçəsinə
cəlb edirik: «Mö’min olub yaxşı işlər görən kişi və
qadına (dünya və axirətdə) firavan həyat bəxş
edəcəyik».
1
Bu ayədən aydın olur ki, firavan həyat (hər iki
dünyada, hər cəhətdən kamil olan həyat) kişi ilə qadının
yaxşı əməllərinin və imanlarının nurundan vücuda gəlir.
Kişi və qadının firavan həyat qurmaq imkanlarına görə,
bir-birlərindən heç bir fərqləri yoxdur. Nəhcül-bəlağədə,
31-ci məktubda, Əmirəl-mö`minin (ə) İmam Həsənə (ə)
vəsiyyətnaməsinin axırıncı hissəsində buyurur:
«Qadına gücündən artıq (iş) yükləmə. Çünki qadın
1
Nəhl surəsi, ayə 97.
3
(qüdrətli) pəhləvan kimi deyil gül şaxəsi kimidir..
Ləyaqəti çatdığı qədər ona ehtiram et, lazımsız yerə
izhar
edib
(bədgümanlıq
əlaməti
olaraq)
qeyrətlənməkdən uzaq ol. Çünki e`timadsızlıq və
bədgümanlıq qadınları iffətsizliyə, günahsızları günaha
sövq edir».
2
2. Qadınla kişinin yaxşı əməllərinin dəyərinin
bərabər olması.
Cəfəri Təyyarın (ə) həyat yoldaşı Umeys qızı Əsma
Həbəşistana olan on beş illik mühacirətdən sonra,
hicrətin yeddinci ilində Mədinəyə qayıtdı. Qadınların
toplaşdığı yerdə hal-əhval tutduqdan sonra, soruşdu:
«Bizim barəmizdə Qur`an ayələrində bir şey nazil
olmuşdurmu?»
Onlar dedilər: «Yox».
Əsma, Rəsulullahın (s) hüzuruna gəldi və ərz etdi:
“Qadınlar özlərinin dəyərsiz olduqlarını güman edib
narahat olarlar”.
Həzrət Peyğəmbər (s) buyurdu: “Niyə?” Əsma ərz
etdi: “Çünki onlar kişilər kimi xeyir və səadətlə yad
olunmurlar”. Bu zaman aşağıdakı ayə nazil oldu.
«Həqiqətən
müsəlman, mö’min, müt’i, abid,
doğrudanışan, səbirli və dözümlü, qəlbi yumşaq, sədəqə
verən, oruc tutan, ismətli və həyalı, Allahı çox zikr edən
kişilər və qadınlar üçün Allah dərgahında məğfirət
(bağışlanma) və böyük mükafat hazırlanmışdır».
3
Bu ayədən görürük ki, qadınların Allah yanında
insani dəyərlərdə kişilərdən heç bir fərqi yoxdur. Eləcə
də göründüyü kimi, cəmiyyətin əqidə, siyasi, əxlaqi,
ictimai və ibadi cəhətdən inkişafı üçün ayədə qeyd
olunan on xüsusiyyət insanın təkamülünün dəyər
2
Nəhcül-bəlağə, 31-ci məktub.
3
Əl-mizan, 16-cı cild, səh.336; Məcməul-bəyan, Əhzab surəsi, 35-ci
ayənin aşağısında.
4
mənbəyi kimi qadınla kişi barəsində bərabər zikr olunur.
Hər iki zümrə fikir və əməldə bu prinsiplərə
arxalanmaqla, xilqətin ali hədəfinə və təkamülə doğru
yüksəlməyi bacararlar.
Birinci fəsil
ĠSLAMDAN ƏVVƏL QADININ MƏQAMI
Tarix bizə aydınlıqla göstərir ki, İslamdan əvvəl
qadına bir insan kimi baxılmır, o, heyvanla insan
arasında bir varlıq hesab olunurdu. Bə’zən isə onlara
heyvandan da artıq yük yükləyirdilər. İndi də qeyri-
İslami ölkələrdən bə`zilərində, hələ də kişi ilə qadın eyni
mövqedə deyil və qadının dəyərini kişinin dəyərindən
çox aşağı bilirlər. Lakin ədalət və insaf dini olan İslam
qadın təbiəti ilə həmahəng olan xüsusiyyətlərə, onun
təbii hüququna ədalət (nə ifrat və nə də təfrit) həddində
bütün sahələrdə əməl edir və qadına diqqət yetirir.
QUSTAV LEBONUN ETĠRAFLARI
Burada görkəmli Fransız tarixçisi, tədqiqatçı alim
Qustav Lebonun sözlərinə diqqət yetirmək lazım gəlir. O
yazır: «İslam qadının ictimai vəziyyətini və hüququnu
bə`zi avropalıların batil əqidələrinin əksinə olaraq, daha
çox yüksək həddə qaldırdı. Qur`anın qadınlara irs
qismində verdiyi hüquq Avropa qanunlarının bir
çoxundan daha yaxşıdır... Bəli, İslam Avropada olan
bə`zi qanunlar kimi təlaqa (boşanmağa) icazə verir.
Lakin şərt qoyur ki, təlaq verilmiş (boşanmış) qadınlarla
yaxşı və ədalətlə rəftar olunmalıdır. Bunu daha yaxşı
dərk etmək üçün qadının İslamdan əvvəl və sonrakı
vəziyyətini araşdıraq (və müqayisə etdikdə, lazım olan
nəticəni ələ gətirək). İslam dini gəlməmişdən əvvəl
kişilər qadınları heyvanla insan arasında olan bir varlıq
kimi bilirdilər. Qadını yalnız nəsil artırmaq və
Dostları ilə paylaş: |