1
Kərəm Bayramov, Yunis İsmayılov,
Sona İmanova
LATIN AMERİKASI
ÖLKƏLƏRİ
Bakı – 2012
2
GİRİŞ
Latın Amerikası Cənubi Amerika materikini bütövlükdə, Meksika və ondan
cənubda yerləşən ölkələriləri, habelə Karib hövzəsindəki ada dövlətləri əhatə edir.
Bura daxil olan ölkələr bir-birindən ərazisinin ölçülərinə, təbii şəraiti, əhalisi,
əmək və təbii resursla təmin olunma səviyyəsinə görə olduqca fərqlənir. Region
əhalisinin əksəriyyətinin danışdığı roman dili qrupunun əsasını latın dili təşkil
etdiyindən Latın Amerikası adını almışlar. 30-dan çox ölkənin daxil olduğu bu
region olduqca əlverişli coğrafi mövqeyə malik olmaqla yanaşı, uzun müddət
Avropada baş verən müharibələrdən aralı olmuşdur. Avropalıların bu regiona
gəlişindən əvvəl əhalisini müxtəlif hindu tayfaları təşkil edirdi. 1492-ci ildə
Xristofor Kolumbun materiki kəşfindən sonra müxtəlif avropa ölkələri arasında
mənimsənilmə üçün mübarizə meydanına çevrildi. Regionda xüsusi fəallıq
göstərən ispan və portuqal müstəmləkəçilərilə aparılan uzunmüddətli mübarizədə
ölkələrin əksəriyyəti XIX əsrin əvvəllərindən müstəqillik əldə etməyə başlamış və
nəhayət buna nail olmuşlar.
Latın Amerikasının təbii şəraiti olduqca rəngarəngliyi və mürəkkəbliyi ilə
seçilir. Dünyanın ən uzun dağ sistemlərindən biri olan And dağları şimaldan
cənuba doğru, meridian istiqamətində uzanır. Burada qərb yarımkürəsinin ən uca
nöqtəsi olan Akonkaqua, dünyanın ən hündürdə yerləşən gölü Titikaka, ən bol sulu
çayı Amazon, ən hündür şəlaləsi Anhel yerləşir. Dünyanın böyük ovalıqlarından
olan Amazoniyada ən iri həmişəyaşıl meşə sahəsi yerləşir. İncə bir saplaqdan
asılan üzüm salxımına bənzər materik hər tərəfdən okean suları ilə əhatələnmiş
olsa da, sahil xətləri elə formalaşmışdır ki, bir dənə də olsun iri körfəz, yarımada
əmələ gəlməmişdir. Yalnız şimal hissəsində Meksika körfəzi, Venesuela və
Quayakil körfəzləri vardır. Cənub-şərq hissəsindən Parana və Uruqvay çaylarının
estuarisini su basması nəticəsində La-Plata körfəzi yaranmışdır. Şimalda Vest-
hind, cənubda isə materik mənşəli Çiloe, Vellinqton, Odlu Torpaq onu əhatə edir.
Materikin səthi də sahil xətləri kimi sadədir. Şimaldan cənuba doğru uzanan And
dağları ovalıq və yaylalarla əhatələnir. İspanca "Hamar" mənasını daşıyan Orinoko
ovalığı şimalda And dağlarını Qviana yaylasından, geniş Amazon ovalığı isə
Braziliya və Qviana yaylalarından ayırır. Materikin şərq hissəsi qədim platforma
sahəsidir. Platformanın səthindəki qalxmalar yaylaları, enmələr isə ovalıqları
əmələ gətirir. Platformanın əsasını kembriyə qədərki maqmatik və metamorfik
süxurlar təşkil edir. Platformanın özülündə daha qədim dövrlərdə baş verən
proseslər onu daha da mürəkkəbləşdirmiş, süxurların qaynayıb-qarışmasına,
parçalanıb gah səthə çıxmasına, gah da enərək metamorfik süxurlara çevrilməsinə
və yaxud da lava şəklində müasir platoların yaranmasına səbəb olmuşdur.
Regionun şərq hissəsinin relyefinin formalaşması nisbətən sakit keçsə də,
qərbində yaranan relyef güclü endogen proseslərin törəməsidir. Naska litosfer
tavasının toqquşma zonasında dünyanın ən nəhəng dağ sistemlərindən biri olan
Andlar əmələ gəlmişdir. Bu dağlıq zona çoxlu miqdarda vulkan yadigarları ilə
zəngindir.
3
Regionda olan təbii sərvətlər ilk dövrlərdən az tədqiq olunmuşdursa və
buranın qızıl və gümüşü avropalıları daha çox cəlb edirdisə, artıq XX əsrdən
etibarən buranın qara, əlvan və nadir metalları, son illər isə neft və təbii qazı onları
daha çox maraqlandırmağa başlamışdır. Ərazisinin istər And, istərsə də şərq
praltforma hissəsinin təbii sərvətlərinin yerləşməsi və miqdarı olduqca
rəngarəngdir. Dəmir filizinin zəngin ehtiyatları qədim platforma qalxmalarında
xüsusilə də Braziliya yaylasının mərkəzi və kənar hissələrində, Boliviyada, Qviana
yaylasının şimalında cəmləşmişdir. Bu hər iki yaylanın kristallıq bünövrəsinin
aşınmış və səthə çıxmış hissələrində manqan və nikelin zəngin ehtiyatları vardır.
Yaylaların, xüsusilə də Qviana yaylasının nisbətən rütubətli hissəsində cavan
aşınma nəticəsində laterit-boksid ehtiyatlarının yaranmasına səbəb olmuşdur.
Yaylaların nisbətən qədim intruziyalarında nadir elementlərdən olan berillium,
niobi, radioaktiv və yer qabığında çox nadir hallarda rast gəlinən elementlər
toplanmışdır.
Platformanın enən hissələrində, Amazonya və Pataqoniya tavasında neft, təbii
qaz və əsasən də qonur kömür ehtiyatları vardır. Neftli-qazlı yataqlar əsasən
dağətəyi hissələrində və And dağarası çökəkliklərindədir. Marakaybo və
Maqdalena çökəkliyi və Quayakil körfəzi rayonunda da neft ehtiyatları aşkar
edilmişdir. Dağ qurşağının şərqində, əsasən də Argentinada uran ehtiyatları
tapılmışdır.
And dağları isə bütövlükdə əlvan və nadir metal filizi ehtiyatları ilə zəngindir.
Əlvan metalların xüsusi çəkisinə görə daha çox yayılanı mis və onunla əlaqədar
olan molibdendir. Bu filizin ehtiyatına görə Peru və Çili daha çox fərqlənir.
Boliviyanın "qalay qurşağı" zonasında volfram, sürmə, vismut, gümüş, selen
həmçinin sink-qurğuşun filizi ehtiyatları da çoxdur. Perunun Məkəzi
Kordilyerlərində polimetal filizlərinin iri ehtiyatları cəmləşmişdir. Kolimbiyanın
rütubətli And hissəsində səpinti halında platin və qızıl, quru iqlimə malik Atakama
gölməçələrində biokimyəvi proseslərlə bağlı yaranan çili şorası olduqca geniş
şöhrət qazanmşdır.
Latın Amerikası ərazisinin böyük hissəsi isti iqlim qurşağındadır. Şərq
bölgəsinin düzənlik relyefi qışda Antarktikada soyuq hava kütlələrinin şimaladək
təsir etməsinə zəmin yaradır. Pataqoniya platosunun temperaturunun - 35°-yə,
enməsinə, Pampada soyuq "pamperos" küləkləri ayazlı, şaxtalı günlərin 2-3 ay
davam etməsinə səbəb olur. Daxili düzənlik hissədə soyuq hava kütləsi Amazon
sərhəddinədək gedib çatır ki, bu da temperaturun 12°-dək enməsinə gətirib çıxarır.
Alçaq enliklərdə yüksək temperatur şəraitində iqlim tipi yalnız düşən
yağıntıların miqdarı ilə müəyyənləşir. Qərbi Amazoniya ekvatorial iqlim
qurşağında yerləşdiyindən bol istilik və rütubət alır. And dağlanrının ekvatorial
hissəsində orta aylıq temperaturların fərqi olduqca az, yağıntıların illik rejimi
sabitdir. Lakin hündürlüyə qalxdıqca temperaturun azalması, sütkalıq amplitudun
artması müşahidə edilir. Ekvatorial iqlim qurşağından şimala və cənuba doğru,
bütövlükdə isə regionun şimal hissəsində, xüsusilə də, Braziliya yaylasında,
Mamore və Pantanal düzənliyində, Peru Andlarında və Ekvadorun qərb hissəsində
subekvatorial iqlim qurşağında yay isti və rütubətli, qış quru və tropik xarakterlidir.
Dostları ilə paylaş: |