Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası
Tələbə: Həsənov Süleyman
Qrup: 110A12
Fakültə: Atıcılıq
Fənn: Anatomiya
Müəllim: Nərgiz Əsədulyev
Kollekvİum
Bİlet
9
3)Sidik axarlarının quruluşu.
2)Tənəffüs sistemi hansı hissələrə bölünür.
1)Qaraciyərin quruluşu.
1)Qaraciyərin quruluşu.
Qaraciyər.
İnsanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığındadır. Qaraciyər asan kəsilir
və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir.
Qaraciyər preparatı (qoyun):(1) sağ pay,
(2) sol pay, (3) quyruqlu pay, (4) kvadrat paz, (5) qaraciyər arteriyası və qapı venası,
(6) Qaraciyər limfa düyünləri, (7) öd kisəsi.
Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – facies diaphragmatica
(facies superior – BNA) və aşağı basıq visseral səthi – facies visceralis
(facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig. falciforma
hepatis vasitəsilə iki paya bölünür: sağ pay – lat. lobus hepatis dexter və sol
pay – lat. lobus hepatis sinister; sağ pay sol paydan böyük və qalındır.
Diafraqma səthində yuxarı hissə – lat. pars superior, ön hissə –
lat. pars anterior, sağ hissə – lat. pars dextra və dal hissə – lat.
pars posterior (facies posterior – BNA) ayırd edilir. Aşağı səthi
bir az arxaya çevrilmişdir və üzərində üç şırım vardı: biri köndələn – qaraciyər qapısı – lat. porta hepatis və ikisi boylamadır (sağ və
sol).Bu şırımlar hamısı bir yerdə "H" hərfinə bənzəyir.Sağ boylama şırımın ön hissəsində ödlük və arxa hissəsində aşağı boş vena
yerləşmişdir, ona görə ın hissəyə ödlük çuxuru – lat. fossa vesica
felleae, arxa hissəyə – lat. sulcus (fossa – BNA) venae cavae
deyilir.
Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqanizmdə tənəffüsə xidmət edən orqanlar sistemi aşağıdakılardan ibarətdir: burun boşluğu, qırtlaq,
traxeya (nəfəs borusu), bronxlar, ağciyərlər. Tənəffüs yolları iki yerə
bölünür:
Yuxarı
Aşağı
Yuxarı tənəffüs yolları burun boşluğundan, udlağın burun hissəsindən təşkil olunmuşdur.
Aşağı tənəffüs yollarına qırtlaq, nəfəs borusu və bronxlar aiddir.
2)Tənəffüs sİStemİ hansI hİssələrə bölünür.
Tənəffüs orqanları üçün səciyyəvi xüsusiyyətlərdən
biri də budur ki, onların bəzilərinin divarlarındakı
hialin qığırdaq toxuması həmin orqanların boşluğunun
sıxılmasını məhdudlaşdırır. Tənəffüs yollarının selikli
qişası çoxsıralı kirpikli silindrik epitellə örtülmüşdür.
Bu toxuma nəfəsalma zamanı havanı toz
hissəciklərindən təmizləyir.
Nəfəsalma zamanı hava burun boşluğundan udlağa, oradan
qırtlaq vasitəsilə nəfəs borusuna keçir. Nəfəs borusundan
hava bronxlar vasitəsilə ağciyərlərə, oradan da alveollara
daxil olur.
Ağciyər alveollarına dolan hava ilə alveol divarının kapillyarlarında cərəyan edən qan arasında qazlar mübadiləsi baş verir. Havadan oksigen qana, qandan karbon qazı isə alveollara keçir. Nəfəsvermə
zamanı karbon qazı xaricə çıxır.
Sidik axarları - 30 sm uzunluğunda, silindrəbənzər və öndən arxaya doğru yastılaşmış
boru şəklində olub, böyrǝk lǝyǝnindǝn başlayır, böyük bel əzələsinin ön səthi ilə,
onurğanın yan tərəflərilə aşağıya doğru gedir vǝ kiçik çanaqda sidikliyin arxa divarını
çǝp istiqamǝtdǝ dǝlǝrǝk oraya açılır.
3)Sidik axarlarının quruluşu.
Sidik axarları olduğu nahiyǝyǝ görǝ iki hissǝyǝ bölünür: qarın hissǝ vǝ çanaq hissǝ. Sidik axarları peritonarxası orqanlardan olub, boş piy toxuması ilə
əhatə olunaraq, ətraf orqanlarla zəif rabitədədir. Sidik axarları öz gedişində üç əyrilik əmələ gətirir:
1. Böyrək əyriliyi-böyrək qapısından
5-8 sm aşağıda olur.
2. Kənarı əyrilik-qarın hissə ilə çanaq hissənin sərhəddində olur.
3. Çanaq əyriliyi-kiçik çanaqda olur.
Sidik axarları sidikliyin arxa divarını çəp istiqamətdə dəldiyi üçün sidiklik
yığıldıqda sidik geriyə doğru qayıda bilmir. Çünki sidiklik yığılarkən bir
tərəfdən sidik axarlarının sidiklik divarı daxilində qalan hissəsi (intramural
hissə) sıxılır, digər tərəfdən selikli qişadan əmələ gəlmiş büküş qapaq kimi
onun dəliyini örtür.
Sidik axarlarının iki daralması var: biri lǝyǝndǝn tǝxminǝn
7 sm aşağıda, o biri qarın vǝ çanaq hissǝnin sǝrhǝddindǝ.
Divarları üç qişadan ibarǝtdir: selikli qişa, ǝzǝlǝ qişası,
adventisiya qişası.
Selikli qişa keçid epiteli ilə örtülüdür və axarboyu boylama
büküşlərə malikdir. Bunlar aşağı hissədə zəif inkişaf etmişdir.
Təşəkkürlər
Dostları ilə paylaş: |