4
BaĢ redaktor:
Teymur Bünyadov
akademik
Redaksiya heyəti: Maisə Rəhimova
Qəzənfər Rəcəbli
Tofiq Babayev
Qabil Əliyev
Fəzail Vəliyev
Solmaz Məhərrəmova
ġirin Bünyadova
Məmməd Allahmanlı
ISBN 978-9952-448-04-7
305.8/0094754-dc22
Etrıoqrafiya - Azərbaycan
Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild.
Bakı, "ġərq-Qərb", 2007, 544 səh.
―Azərbaycan etnoqrafiyası"nın birinci cildində Azərbaycanın təbii-coğrafi Ģəraiti,
çoxəsrlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti, onun əhalinin sosial-iqtisadi həyatında
rolu, həmçinin xalqımızın qədim məĢğuliyyət sahələrindən olan ovçuluq, balıqçılıq və
arıçılığın keçdiyi inkiĢaf mərhələləri öyrənilir.
Kitabda Azərbaycan xalqının qədim sənət sahələrindən dulusçuluq, daĢiĢləmə,
ağaciĢləmə, misgərlik, dəmirçilik, zərgərlik, dabbağlıq, xalçaçılıq və s. geniĢ tədqiq
olunmuĢdur.
© "ġərq-Qərb", 2007
5
ÖN SÖZ
Avropa ilə Asiyanın ayrıcında yerləĢən Azərbaycan əlveriĢli təbii-coğrafi
Ģəraitə, mülayim iqlimə, münbit torpağa, zəngin yeraltı və yer üstü sərvətə malikdir.
Dünyada mövcud on bir iqlim Ģəraitinin doqquzunun Azərbaycanda olması bu torpağın
bərəkətini artırıb, Ģöhrətini ucaldıb. Bu ərazi həqiqi olaraq bəĢər sivilizasiyasının ilkin
ocaqlarından biri kimi məĢhurdur. Hələ iki milyon il bundan əvvəl burada ibtidai
insanların məskən salması, güzəran keçirməsi, yaĢayıb-yaratması, təkamül, tərəqqiyə
çatması üçün hər cür Ģərait mövcud olmuĢdur.
Qafqazın qoynunda yaĢayan Azərbaycan xalqı bu qədim və müqəddəs ərazidə
bərqərar olmuĢ, özünün yüksək təsərrüfat həyatını, sənətkarlığı, sənəti, maddi və
mənəvi mədəniyyətini yaradaraq dünyanın ən qədim və mədəni xalqlarından biri kimi
tanınmıĢdır.
Azərbaycan etnoqrafik baxımdan dünyanın ən zəngin, çoxcəhətli və maraqlı
guĢələrindən biridir. Xalqımız minilliklər boyu Qafqaz və Qədim ġərq xalqları ilə
iqtisadi və mədəni əlaqədə olmuĢdur. Yaranan bu qarĢılıqlı təmasdan xalqımız çox Ģey
əxz etmiĢ və faydalanmıĢdır. Xalqımız da öz növbəsində həmin xalqların tükənməz
təsərrüfat həyatına, maddi və mənəvi mədəniyyətinə çox Ģeylər bəxĢ etmiĢ, onu daha
da zənginləĢdirmiĢdir.
Etnoqrafiya yunan sözü olub, "etnos" - xalq, "qrafis" - öyrənmək, təsvir etmək
mənasını daĢıyır. Etnoqrafiya etnologiya kimi də ədəbiyyatda geniĢ iĢlənir. "Etnos" -
xalq, "loqos" elm. Deməli, etnologiya xalq haqqında elm deməkdir. Bu terminlərin hər
ikisi eyni məzmun kəsb etsə də, etnologiya bu elmin mahiyyətini daha dəqiq və dürüst
mənalandırır. Deməli, etnoqrafiya - etnologiya xalqı öyrənən, təsvir və tərənnüm edən
elmdir. Bu mənada etnoqrafiya - etnologiya xalqa daha yaxın olan, onun arzu və
istəklərini araĢdıran elmdir.
Etnoqrafiya elminin əsas vəzifəsi xalqı öyrənməklə tarix yazmaq, onu daha da
zənginləĢdirmək, əhatəli etməkdir. Etnoqrafiya elmi arxeologiya elmi kimi, tarix elminin
mühüm tərkib hissəsidir, onun bütövlüyünün, tamlığının təsdiqidir. Ona yardımçı olur,
üfüq dairəsini geniĢləndirir. Etnoqrafik araĢdırmalarda arxeoloji materiallar və
tədqiqatlar əvəzsiz əhəmiyyətə malikdir. Bu elmlərin birliyi çoxəsrlik tariximizin bir sıra
qaranlıq səhifələrinə iĢıq saçır. Minillikləri milyon illərə qovuĢduran tarix yazır, tarix
yaradır. Əgər belə demək mümkünsə arxeologiya tarix elminin ixtiraçısı, etnoqrafiya
onun bərpaçısı rolunu oynayır. Arxeologiya yerin qatlarındakı mədəni təbəqələrdə
müxtəlif dövrlərə aid zəngin və qiymətli materiallar aĢkar edir, onun xronologiyasını
verir. Etnoqrafiya isə bu maddi-mədəniyyət qalıqlarının bərpasına yardımçı olur,
lazımı köməklik göstərir. Heç Ģübhəsiz, bu birlik, müĢtərəklik dərin məna və
məzmunu ilə seçilən tarixin yaranmasına öz töhfəsini verir.
Azərbaycanda yaĢayan ən qədim insanların tarixi 2 milyon ilə qədərdir. Ona
görə də, bu cilddə hər hansı sahənin və məsələnin iĢıqlandırmasında zəngin arxeoloji
materiallar və bu sahədə aparılan araĢdırmaların mühüm nəticələri nəzərə alınmıĢdır.