www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
74
göstərir, onu dəyiĢdirməklə özü də dəyiĢir. Ġnsanla təbiət
arasındakı bu cür fəal qarĢılıqlı təsir prosesi fəaliyyət
adlandırılır. Bu prosesdə insan subyekt kimi çıxıĢ edir, obyektə
məqsədəyönəlmiĢ
Ģəkildə
təsir
göstərməklə
özünün
tələbatlarını ödəyir. Məhz buna görə də fəaliyyət həmiĢə
insanın Ģüurlu məqsədləri əsasında, həmin məqsədlərlə tənzim
olunaraq həyata keçir. Bu cəhəti nəzərə alaraq psixoloji
ədəbiyyatda fəaliyyətə belə tərif verilir: Fəaliyyət insanın dərk
olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici
(fiziki) fəallığıdır.
Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm
psixi, həm də fiziki fəallığı baĢ verə bilir. Bunların hər ikisində
insanın fəallığı onun öz qarĢısına qoyduğu dərk olunmuĢ
məqsədləri ilə tənzim edilir.
Fəaliyyət və Ģüur qarĢılıqlı dialektik vəhdət təĢkil edirlər.
Fəaliyyət prosesində insan onu əhatə edən aləmin cisim və
hadisələri ilə bələd olur, onlara qarĢı insanda müəyyən
münasibətlər sistemi formalaĢır. Fəaliyyət prosesində subyektin
bilik çərçivəsi geniĢlənir, psixikası inkiĢaf edir və beləliklə də
Ģüurluluq səviyyəsi güclənir. ġüurun inkiĢafı isə öz növbəsində
fəaliyyətin məqsədəuyğunluq səviyyəsini, onun dəqiqlik
dərəcəsini inkiĢaf etdirir.
II.3.2. Fəaliyyət və fəallıq
Fəaliyyət insanın onu əhatə edən əĢyavi aləmlə, onun
özünə və baĢqalarına fəal münasibətini əks etdirən, onun
tələbatlarını ödəməyə yönəldilmiĢ prosesdir. Fəaliyyət
sistemdir, onun özünəməxsus daxili keçid və dəyiĢmələri olub,
özünəməxsus inkiĢaf yolu vardır. Hər hansı bir fəaliyyətin
baĢlanmasının əsasında mütləq müəyyən tələbat və yaxud
tələbatlar Ģəbəkəsi durur. BaĢqa sözlə, insan fəallığının
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
75
əsasında tələbatlar durur, onun (fəallığın) mənbəini təĢkil edir.
Tələbatlar orqanizmin mühüm daxili gücünü təĢkil etməklə onu
fərdin və nəslin yaĢaması və inkiĢafı üçün zəruri olan
keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti) həyata
keçirməyə təhrik edir.
Özünün ilkin bioloji formasında tələbatlar orqanizmin ondan
kənarda olan, həyat və fəaliyyəti üçün zəruri olan nəyə isə hiss etdiyi
ehtiyac kimi meydana çıxır. Lakin ehtiyacı tələbatlarla eyniləĢdirmək
düzgün olmazdı. Tələbatlar insanın dərk olunmuĢ ehtiyacları olmaqla
daha geniĢ anlayıĢ kimi qəbul edilir. Tələbatlar insanın ehtiyacları ilə
yanaĢı onun öz ehtiyaclarına münasibətini də əks etdirir. Bu baxımdan
tələbatlar insanın konkret həyat Ģəraitindən asılılığını ifadə edən və onun
bu Ģəraitdə fəallıgını Ģərtləndirən özünəməxsus psixi halətdir. Tələbatlar
və onların növləri barədə kitabın 5-ci fəslində ətraflı bəhs olunduğuna
görə burada deyilənlərlə kifayətlənməli olduq.
Fəaliyyətin motivləri. Ġnsanı əhatə edən cisim və hadisələr
heç də daima deyil, onun həyatının müxtəlif vaxtlarında
tələbatlarının obyekti olur və onu müvafiq fəaliyyətə təhrik
edir. Bununla yanaĢı olaraq insanın bu və ya digər tələbatını
ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur.
Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək
insanı fəaliyyətə təhrik edə bilir. Tələbatların ödənilməsi ilə
əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə,
fəaliyyətə təhrik edən amillərə, səbəblərə motiv deyilir. Ġnsan
fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə
olunur.
Motivlər hər Ģeydən əvvəl bir-birlərindən tələbatların
növlərinə görə fərqlənirlər. Bununla yanaĢı olaraq motivlər
tələbatların kəsb etdiyi formalara, onların geniĢliyinə və ya
məhdudluğuna, reallaĢdıqları fəaliyyətin konkret məzmununa
və s. görə fərqlənirlər. Təcrübə göstərir ki, fəaliyyətin
mərəkkəb növləri, adətən, bir motivə deyil, eyni vaxtda təsir
göstərən bir neçə motivə cavab verir ki, bu da motivləşmə
adlanır. MotivləĢmə elə motivlər birliyidir ki, Ģəxsiyyətin
yönəliĢliyini
müəyyən
etməklə
onun
fəaliyyətinin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
76
səmərəliliyini də Ģərtləndirir.
Tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və
mənəvi) ola bilir. Bundan baĢqa A.N.Leontyevə görə motiv
obraz, anlayıĢ, fikir, ideal Ģəklində də çıxıĢ edə bilir.
Qeyd edilənlərlə yanaĢı olaraq özünün xarakteri və
fəaliyyət prosesində oynadığı rola görə motivlərin aĢağıdakı
növlərini qeyd etmək olar: 1) situativ və geniĢ motivlər; 2)
fəaliyyətin nəticəsinə və onun özünə doğru yönələn motivlər;
3) eqoistik və ictimai əhəmiyyətli motivlər.
Motivləri təzahür xüsusiyyətlərinə
görə psixoloji
ədəbiyyatda geniĢ istifadə olunan iki qrupa ayırmaq müm-
kündür: 1) geniĢ sosial motivlər və 2) idrak motivləri.
Psixoloji ədəbiyyatda motivləri dərk edilən və dərk
edilməyən olmaqla daha iki qrupda birləĢdirirlər.
Dərk edilən motivlər nəyin bizi bu və ya digər iĢə,
fəaliyyətə təhrik etməsini anlamagımız, dərk etməyimizlə
fərqlənir. Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər
nəzərdə tutulur ki, həmin təhriklərin mahiyyətini biz tam
aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə həvəsi,
ustanovkanı aid etmək mümkündür.
Motivlər özlərinin növləri ilə yanaĢı davamlılıqları,
emosional çalarları və ya modallıqları, qüvvələri və ifadə
xüsusiyyətlərinə görə də bir–birindən fərqlənirlər.
II.3.3. Fəaliyyətin quruluĢu
Fəaliyyətin quruluĢu haqqında anlayıĢ. Ġnsan
fəaliyyətini nəzərdən keçirdikdə onun özünəməxsus quruluĢu
diqqəti cəlb edir. Ġnsanın hər cür fəaliyyəti eyni quruluĢda, eyni
sistem və ardıcıllıqda həyata keçir. BaĢqa sözlə, bütün fəaliyyət
növlərində eyni ümumi struktur komponentlər özünü göstərir.
Ġnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluĢunu
təhlil etdikdə onun təxmini məzmununu təĢkil edən aĢagıdakı
Dostları ilə paylaş: |