«Maliyyə və uçot».-2011.-№7.-S.45-49.
Bank idarəetməsinin mahiyyəti və onun nəzəri əsasları
E.S. İbrahimov,
ADİU-nun dissertantı
E-mail:
emin.ibrahimov@ibar.az
Açar sözlər:
bank; bank idarəetməsi; məqsəd və vəzifələr; bank idarəetməsinin mahiyyəti; bank idarəetməsi
nəzəriyyə və modelləri
Bank idarəetməsinin normativ-hüquqi sənədlər əsasında həyata keçirilməsi, bank fəaliyyətinin
tənzimlənməsinin beynəlxalq normalarına uyğunlaşdırılması barədə Bazel şərtlərinin tələblərindən irəli gəlir.
Həmin tələblərə uyğun olaraq bank idarəetməsinin mahiyyəti bank strukturlarının, yəni şöbə, idarə, bölmə,
nümayəndəlik, filial və s.-ni fəaliyyət istiqamətinə yönəltməkdən, onların fəaliyyətinin bank haqqında qanunların
tələblərinə uyğun olmasından, fəaliyyət parametrlərinin ümumi məqsədlərinin icra edilməsini təmin etməkdən,
neqativ nəticələr yarada biləcək halların bir qayda olaraq aradan qaldırılmasından, bankların kontragentləri ilə, yəni
həm təşkilatlarla, həm də fiziki şəxslərlə qarşılıqlı işgüzar münasibətlərin qurulmasından, son nəticədə yüksək
səmərə verən və bankın bir struktur olaraq bank sistemində yerini möhkəmləndirməkdən ibarətdir.[l] Bunun üçün
banklar fəaliyyəti zamanı özünün spesifik xüsusiyyətlərindən irəli gələn ən vacib məsələləri həll etməlidir. Bank
idarəetməsinin vəzifə və prinsipləri bütünlüklə bank sistemi qarşısında duran vəzifələrin yerinə yetirilməsindən və
bankların funksiyalarından irəli gəlir. Bank sistemi hər şeydən əvvəl ölkədə pul dövriyyəsinin möhkəmləndirilməsi,
milli pul vahidinin müdafiəsi, dayanıqlığı, onun digər xarici valyutalara nəzərən kursunun təmin edilməsi, səmərəli
pul-kredit siyasəti aparılması, ölkənin bank sisteminin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, hesablaşmaların
fasiləsiz və səmərəli şəkildə həyata keçirilməsi ilə əlaqədar olan ən zəruri məsələlərlə məşğuldur. Məhz elə bu
məsələlərin yerinə yetirilməsi ilə bağlı olaraq ortaya çıxan bütün digər vacib problemlər bank idarəetməsinin
vəzifələrini müəyyən edir.
Bank idarəetməsinin mahiyyəti, bankın fəaliyyət strategiyası ilə birbaşa və sıx bağlıdır. Çox hallarda isə
bunlar paralellik təşkil edir. Təcrübə göstərir ki, yüksək səviyyədə bank idarəetməsi həyata keçirilmədən bankın
fəaliyyət strategiyasını reallaşdırmaq mümkün deyildir. Bankın fəaliyyət strategiyası isə özündə çoxşaxəli
məsələləri əks etdirir. Bu bankın yaradılması, təşkil edilməsi, onun kapitalının formalaşdırılması, bina, qurğu,
avadanlıqlarla təchiz edilməsi, yüksək səviyyəli, lazımi hazırlığa və peşəkarlığa malik işçi personalının təşkili və
daimi olaraq onların təkmilləşdirilməsi, bank marketinqinin təşkili, risklərə qarşı adekvat idarəetmənin təşkili,
kredit resurslarından səmərəli istifadə, passiv və aktiv əməliyyatların düzgün uyğunlaşdırılması, uçot işinin düzgün
təşkili, müştərilərlə və digər kontragentlərlə qarşılıqlı münasibətlərin təşkili, bankın səmərəli, rentabelli nəticələrə
gətirib çıxara biləcək fəaliyyətin təmin edilməsi və s. kimi çox vacib məsələləri özündə əks etdirir. Məhz bank
idarəetməsinin qarşısında duran ən mühüm vəzifə qeyd edilən məsələlərin yüksək səviyyədə yerinə yetirilməsindən
ibarətdir.[2]
Bank idarəetməsinin əsas prinsipləri və məqsədləri, onun həyata keçirilməsi üsullarının ölkədə mövcud olan
siyasi və iqtisadi vəziyyətdən, ölkədə aparılan ümumi iqtisadi siyasətin konturlarından, onun məqsəd və
istiqamətlərindən, həmçinin bank sistemində baş verən dəyişikliklərdən və onların yaratmış olduğu istiqamət və
məqsəd fərqlərindən irəli gələn strateji dəyişikliklərdən asılı olaraq formalaşır. Məsələn, ümumi iqtisadi siyasətin
tərkib hissəsi olan dövriyyədəki pul kütləsinin tənzimlənməsi məqsədilə vəziyyətdən asılı olaraq ya onun kütləsinin
artırılması məqsədilə ekspansiv kredit siyasəti, ya da onun kütləsinin artımının qarşısının alınması məqsədilə
kreditin restriksiyası və ya antiinflyasiya siyasəti həyata keçirilir. Nəzərə alınan hər bir halda bank siyasətinin
istiqamət və məqsədi dəyişir və son nəticədə bank idarəetməsi qarşısında duran məqsədlər məzmun və mahiyyətcə
dəyişməli olur.
Müəyyən iqtisadi vəziyyətdə bank idarəetməsində istifadə edilən vasitələrin seçilməsi və vəhdəti bankın
ümumi strategiyasından asılı olur. Bank tərəfindən həya- ta keçirilən siyasətin hər bir vasitəsi maksimal səviyyədə
işlək olmalıdır. Bu sahədə mühüm, vacib tələblərdən biri bütün kredit institutlarının və ayrı-ayrı qrupların rəqabətə
davamlılığına təsirin tarazlı, yəni bərabər səviyyədə olmasıdır. Belə vəziyyət bütövlükdə bank sisteminin və onun
ayrı-ayrı elementlərinin sabit inkişafmı və fəaliyyətini təmin etmiş olar.
Bank idarəetməsi həyata keçirilərkən istifadə edilən vasitələr əsasən aşağıda göstərilənlər və əlamətlər üzrə
xarakterizə edilir[3]:
- ənənəvi və ya qeyri-ənənəvi;
- inzibati və ya bazar;
- ümumi fəaliyyət və ya seçmə (selektiv) istiqamət;
- birbaşa və ya dolayı;
- qısamüddətli, ortamüddətli və uzunmüddətli.
Bank idarəetməsinin tətbiqi zamanı eyni vaxtda istifadə edilən vasitələrin vəhdətinin səmərəliliyi müxtəlif
müddətlər üçün nəzərdə tutulan məqsədlərin nə dərəcədə müvəffəqiyyətlə yerinə yetirilməsindən ibarətdir.
Uzunmüddətli tənzimlənmənin reallaşdırılması üçün tətbiq edilən bank idarəetməsinin vasitələrinin nümunəsi
olaraq pul siyasətinin ənənəvi aləti olan minimal ehtiyatlar siyasətini və təkrar maliyyələşmə siyasətini göstərmək
olar. Qısamüddətli məqsədlərin həyata keçirilməsində valyuta siyasəti çərçivəsində qeyri-ənənəvi vasitələr olan,
svon əməliyyatları, açıq bazar siyasəti çərçivəsində arbitraj və bəzi ənənəvi vasitələr rol oynayır.
Bank idarəetməsində istifadə edilən vasitələrin hansının çox və ya az tətbiq edilməsindən asılı olmayaraq
idarəetmənin əsas məqsədləri bankın fəaliyyətini ümumi tənzimlənməsini həyata keçirməkdən, bankın
strukturlarının fəaliyyətinə nəzarəti təmin etməkdən, bankın maliyyə-təşkilati sağlamlaşmasını təmin etməkdən,
bankın bütün fəaliyyətini ölkədə aparılan ümumi iqtisadi siyasətin maraqlarına tabe etməkdən, bankın pul bazarında
fəal iştirakını təmin etməkdən, bankın ölkədə mövcud olan ödəmə sisteminin intizamlı, dəqiq iştirakçı olmasını
təmin etməkdən, bankın rəqabətqabiliyyətliliyinin təmin edilməsindən, bankın fəaliyyətində yüksək likvidliyin
təmin edilməsindən, mümkün risklərə qarşı davamlı müdafiə sisteminin təmin edilməsindən, bank xidmətləri
bazarında şəffaflığın qorunub saxlanmasından, bankın fəaliyyətinin səmərəli, rentabelli, mənfəətli nəticələrlə
yekunlaşmasını təmin etməkdən və s. ibarətdir.
Qeyd edilən vəzifə və məqsədlərlə yanaşı bank idarəetməsi çoxsaylı aralıq məqsəd və vəzifələri yerinə
yetirir. Misal olaraq göstərmək olar ki, bankın ölkədə mövcud olan ödəmə sistemində intizamlı, dəqiq iştirakçı
olmasını təmin etmək üçün müştərilərə, yəni həm hüquqi, həm də fiziki şəxslərə məxsus vəsaitlərin qorunması,
saxlanması və sığorta olunması çox vacib məsələdir. Bu məqsədin həyata keçirilməsi həm dövlət, həm banklar, həm
də əmanətçilər üçün mühüm əhəmiyyətə malikdir. Həqiqətən də dövlət və banklar müştərilərə malik vəsaitlərin
qorunmasını təşkil edərək və depozitlərin sığortası sistemini yaradaraq ölkədə sosial sabitliyi təmin etmiş olur.
İdarəetmənin bu elementinin əhəmiyyəti ondan ibarətdir ki, hətta kredit təşkilatı iflasa uğradıqda belə əhali heç bir
itki ilə üzləşmir. Beləliklə, dövlət bu yolla öz məqsədlərinə çatmış olur və bu halda dövlətin və bankın məqsədləri
üst-üstə düşür. Onların hər ikisi ictimai xarakterə və əhəmiyyətə malik olan depozitlərin sığortasını həyata
keçirməklə aşağıdakılara nail olur: müştərilərin bank sisteminə inamı, etibarı artır, banklar haqqında mənfi imic
yarandıqda belə, əhali kütləvi surətdə vasitələri geri tələb etmir, əhali öz vəsaitlərindən bank vasitəsilə
uzunmüddətli qoyuluşlar və yığım kimi istifadə edir, kredit təşkilatlarının hesablarında məcmu qalığın həcmi artır,
kredit təşkilatları arasında əmanətçilərə iş sahəsində rəqabət genişlənir və s. Bütün qeyd edilənlər bank
idarəetməsinin tək bir məsələ ətrafındakı mahiyyət və mənasını açır.
Bank idarəetməsi bankların fəaliyyətinin mühüm atributlarından biri olmaq etibarilə artıq iqtisad elmində bir
kateqoriya olaraq çoxdan yer tutmuşdur[2]. Məlumdur ki, bank fəaliyyəti özü çoxsaylı elmi nəzəriyyə, modellər
əsasında həyata keçirilir. Bank idarəetməsi həyata keçirilərkən istifadə edilən məqsəd, prinsip və vasitələr ayrı-ayrı
nəzəriyyə, model və konsepsiyaların tələblərindən irəli gəlir. Fransız alimi Anri Fayol yazırdı ki, iqtisadi
subyektlərin idarə edilməsi zamanı onun bölmələrinin, şöbələrinin, ümumiyyətlə iqtisadi subyektlərini təşkil edən
bütün struktur elementlərinin fəaliyyətinin elə uzlaşdırılmasına nail olmaq lazımdır ki, bu son nəticədə, optimal
variantda səmərə verə bilsin. Məhz fayolizmin meydana gəlməsi və onun əsasında idarəetmənin təkmilləşdirilməsi
bank idarəetməsinin də möhkəmləndirilməsinə və əhəmiyyətinin yüksəldilməsinə gətirib çıxardı.
Məşhur iqtisadçı alim Keyns tərəfindən iqtisadi tarazlığın təmin edilməsinin dövlət modeli işlənmiş və
hal-hazırda bank idarəetməsi prosesində həmin modelin tənzimləmə və proqnozlaşdırma elementlərindən geniş
istifadə edilir. Eyni zamanda bank idarəetməsində iqtisadi tarazlığın təmin edilməsinin Heyman tərəfindən işlənmiş
bazar modelindən də geniş istifadə edilir. Hər iki modelin, yəni iqtisadi tarazlığın təmin edilməsinin həm dövlət,
həm də bazar modellərinin tələbləri, müddəaları bank idarəetməsi prosesində geniş istifadə olunur. Bu özünü bank
kapitalının formalaşması, aktiv və passiv əməliyyatların müxtəlif parametrlər üzrə uyğunlaşdırılması, investisiya
siyasətinin aparılması, likvidliyə nəzarətin həyata keçirilməsi, maliyyə nəticələrinin tənzimlənməsi məsələlərində
əks etdirir[4].
Qeyd olunduğu kimi, bank idarəetməsində çoxsaylı nəzəriyyə, model və konsepsiyalardan istifadə edilir.
Onların hər biri bank idarəetməsinin müxtəlif məqsəd və vəzifələrinin, prinsiplərinin icra olunmasında nəzəri
əsaslar kimi tətbiq olunmuşdur. Belə modellərdən biri də Xiksin standart tarazlıq modelidir. Bu model Keyns
nəzəriyyəsi əsasında işlənmişdir. Real pul bazarında ümumi tarazlıq "İS-LM" əyrisi vasitəsilə tədqiq olunur. "İS"
əyrisi təsərrüfatın əmtəələr bazarındakı (real bazar) tarazlığım xarakterizə edir. Bu əyri, öz aralarındakı faiz
dərəcəsinin və real gəlir səviyyəsinin kombinasiyasını əks etdirən çoxsaylı nöqtələri birləşdirir. Belə
kombinasiyaların normal şəraitində əmtəələr bazarı taraz vəziyyətdə olur. "LM" əyrisi iqtisadiyyatın pul bazarında
(sektorunda) tarazlığı xarakterizə edir. Bu əyri faiz dərəcələrinin və real gəlir səviyyəsinin kombinasiyasını əks
etdirən nöqtələrdən keçir. Bu halda pul bazarı tarazlıq vəziyyətində olur, daha doğrusu, pula tələb və təklif arasında
bərabərlik, tarazlıq mövcud olur. Məhz bu model əsasında bank idarəetməsi zamanı çox vacib olan bir neçə məsələ
həll edilir ki, onlardan ən vacib olan pula olan tələb və təklif arasında tarazlığın qorunmasıdır[3].
Qeyd etmək lazımdır ki, iqtisadi fəaliyyətin bütün aspektləri nəzəri əsaslara söykəndiyi kimi, bank
idarəetməsi də nəzəri əsaslarla həyata keçirilir. Nəzəri əsaslar kimi bir çox nəzəriyyə, konsepsiya, model, hipoteza,
cərəyanlar çıxış edir ki, onlardan bir neçəsi qısa olaraq nəzərdən keçirilmişdir. Onların köməyilə həm bank
idarəetməsinin mahiyyəti müəyyənləşdirildi, həm də onun nəzəri əsasları təhlil edildi.
ƏDƏBİYYAT
1. M.M. Bağırov. Banklar və bank əməliyyatları (Ali məktəblər üçün dərslik). Bakı, "Nurlan", 2003. - 512 s.
2. İzahlı iqtisadi terminlər lüğəti. Akademik Ə.M. Abbasovun redaktorluğu ilə. Bakı, "Nurlan", 2005 - 1082 s.
3. Z.F. Məmmədov. Bank işi və elektron bankçılıq. Bakı, "Qanun" nəşriyyatı. 2003 - 450 s.
4. D.A. Bağırov. Audit. Bakı. "Şərq-Qərb" nəşriyyatı, 1996, - 311 s.
Е.С. Ибрагимов
РЕЗЮМЕ
Сущность банковского управления и ее теоретические основы
В статье автором раскрыта суть банковского управления. Даны основные направления банковс кой
деятельности и банковского управления. Определены главные цели и задачи банковского управ ления на
современном этапе развития банковской системы. Обоснованы теоретические направления организации
банковского управления. Проведен краткий теоретический анализ и сделаны выводы по банковскому
управлению.
E.S.ibrahimov
SUMMARY
Essence of the bank management and his its theoretical bases
In the author revealed the essence of banking management. The main directions of banking and bank
management. Identify key goals and objectives of bank management at the present stage of development of the
banking system. The theoretical direction of the organization of banking management. Conducted a brief theoretical
analysis and conclusions are drawn on bank management.