77
MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXV buraxılış, Bakı, 2013
МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
ХХV выпуск, Баку, 2013
THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, ХХV edition, Baku, 2013
UOT 297
Məhəmmədəli Səbuhi-Təsuci
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun dissertantı
AZ-1141, Bakı, Hüseyn Cavid,31
Email:
ispsi@lan.ab.az
İSLAMDA AZADLIQ İDEYASI: SOSİAL
-FƏLSƏFİ TƏHLİL
Xülasə: Məqalədə islamda azadlıq (əl-Hürriyyə) ideyasının yaranması, dini
mənbələrdə bu ideyaya münasibət sosial-fəlsəfi cəhətdən təhlil edilmişdir. Burada
hürriyyət, hürr, əl-qədər, iradə azadlığı anlayışlarının mahiyyəti, Azərbaycan və İran
tədqiqatçılarının problemə münasibəti araşdırılmış, azadlıq ideyasının Azərbaycan
Respublikası və İran İslam Respublikası cəmiyyətlərində, sosial-mənəvi həyatlarında
fərqli gerçəkləşməsi xüsusiyyətləri də şərh olunmuşdur.
Açar sözlər: islam, Qurani-Kərim, azadlıq, hürriyyət, hürr, iradə azadlığı, əl-
qədər, Azərbaycan, İran.
İslamda azadlıq (əl-hüriyyə) prisnipi geniş əksini tapmışdır. Lakin bəzi Qərb
islamşünasları isə Qurani-Kərimdə azadlıq məsələsinin heç qoyulmadığını iddia edirlər.
ABŞ islamşünası Frans Rozental "Biliyin təntənəsi" əsərində göstərir ki, Quranda
"azadlıq sözü öz geniş əksini tapmamışdır və Məhəmməd öz çağırışında ona diqqət
yetirməmişdir (1, s. 39).
Azərbaycan islamşünas-tədqiqatçısı A.Məmmədov düzgün olaraq ABŞ-lı
şərqşünasın bu iddiasını alt-üst edərək yazır: "Əvvəla, hurriyyət məfhumu fəlsəfi və
siyasi termin kimi ərəb və başqa müsəlman xalqlarının dillərində yalnız son əsrlərdə və
yəqin ki, Qərb dəyərlərinin təsiri altında hərfi tərcümə yolu ilə düzəldilmiş mücərrəd
anlam şəklində işlədilməyə başlamışdır. İkincisi, Quranda "hürriyyət" sözü ilə eyni kök
hərflərindən düzəldilmiş "Hürr" (azad insan – 2, əl-Bəqərə, 187), "təhrir əqəbə" (kölə
azad etmək – 2, ən-Nisa, 92) mənalarında işlədilmişdir. Peyğəmbərin bu məsələ ilə
əlaqədar mövqeyinə gəlincə isə, İbn Kəsir Quranın "Sən nə bilirsən ki, əqəbə nədir?! Bir
kölə azad etməkdir" (2, əl-Bələd, 12-13) ayələrinin təfsirində onun bir sıra hədislərinə
78
müraciət edir: "Kim bir mömin köləni azad etsə, Allah onun (kölənin) hər bir əzası
əvəzində onun bir əzasını cəhənnəm odundan azad edər"; "Hansı müsəlman kişi bir
müsəlman kişini azad etsə, Allah o kişinin hər bir sümüyünün əvəzində onun bir
sümüyünü cəhənnəm odundan azad edər (mühərrirən), hansı müsəlman qadın da bir
müsəlman qadını azad etsə, Allah o qadının hər bir sümüyü müqabilində onun bir
sümüyünü cəhənnəm odundan azad edər".
A.Məmmədov düzgün olaraq göstərir ki, müasir mənada azadlıq məfhumu
islamdan əvvəl iradə azadlığı mənasında işlənmiş, halbuki islam ictimai fikrində "iradə
azadlığı" mənasında "əl-qədər" məfhumu işlədilmişdir. İradə azadlığı isə dini tövhid,
ilahi ədalət və ilahi qüdrət kimi fundamental təlimlərilə bağlı olmuşdur.
İran islamşünas alimi S.Musavi Lari islamı azadlıq və ədalət dini kimi səciy-
yələndirərək təqvanı azadlıqla eyniləşdirir. O təqva ilə bağlı yazır: "Təqva bir zinətidir
və adama toxunulmazlıq verir. Ona azadlıq və mənəviyyat bəxş edib nəfsani istəklər
məhbəsindən qurtarır. Təqva bəşərə ictimai həyatda da azadlıq verir. Təqvalılar mövlası
həzrət Əli (ə) buyurur: "Təqva paklığın və düzgünlüyün açarı, qiyamət gününün
libasıdır. Hər cür bədbəxtlikdən insana nicat verir və ona azadlıq bəxş edir. İnsan təqva
vasitəsilə öz hədəfinə çatır və düşmənlərinin şərindən xilas olur. Öz arzu və istəklərinə
yetişir".
İran islamşünası düzgün olaraq qeyd edir ki, zülmətlər içində qərq olan, təbə-
qələr arasında keşməkeşlərin baş alıb getdiyi, zəiflərin güclülər tərəfindən əzildiyi və
hər cür insaniyyətə zidd olan adət-ənənələrin hökmranlıq etdiyi bir mühitdə İslam
Peyğəmbəri (s.ə.v.v) zühur edib misilsiz şəhadətlə bütün yaramaz qayda-qanunları ləğv
etdi. O, bütün fərdlərin hüquq bərabərliyini və azadlığını elan etdi. Bu səmavi din in-
diyədək heç bir sistemin və məktəbin yarada bilmədiyi ən kamil və ən humanist ictimai
ədaləti bərqərar edə bildi. İslam hökumətini o vaxtadək mövcud olmuş hökumətlərlə
müqayisə etdikdə, onların arasında nəhayətsiz fərqlərin olduğu aydınlaşır". (3, 99-200).
S.Musavi Lari islamda azadlıq məfhumunun konkret mahiyyətini tam açıb gös-
tərə bilməsə də, onun islam və Qərb cəmiyyətlərində oynadığı rolu müqayisə edərək
üstünlüyü islami azadlığa verir.
Azadlığın dini-fəlsəfi dərki islamda əsas yer tutur. Müsəlman dünyasında azadlıq
dedikdə, möminin öz maraqlarına və arzularına uyğun fəal fəaliyyət bacarığı anlaşılır.
İnsan cəmiyyətində mütqəl azadlıq qeyri-mümkündür.
İslam azadlığı təkcə müsəlmanlara deyil, qeyri-müsəlmanlara da aid edir. Bu
təlimə görə, insan fitrətən azad doğulur. İnsanın azadlıq hüququ ilahi qanun qədər toxu-
nulmaz hesab edən islamda nəzərə çatdırılır ki, Quran ayələrindəki Peyğəmbərin buy-
ruqlarındakı göstərişlərə riayət edən hər bir müsəlman azadlıq və müstəqillik qazana
bilər.
İslamda hər bir müsəlman etiqad, vicdan və sitayiş hüququna malikdir. İslami
azadlıq anlayışına aşağıdakılar daxildir:
Allahın qayğı predmeti kimi insanın vicdan qarşısında məsuliyyəti; insanın öz
əməlləri üçün məsuliyyəti; insanın Allah tərəfindən verilən öz qərarları üçün məsuliy-
yəti; insanın Allah tərəfindən bəxş edilən mənəvi keyfiyyətlərinə təmin olunmasından
düzgün seçim imkanına malik olması. Bununla da, islam müsəlmanın azadlığına təbii
hüququ, əxlaqi vəzifəsini, dini borcunu və yaşamaq hüququnu daxil edir.
Azadlığı insan üçün ən böyük nemət hesab edən islam, həm də onu öz həyatını
yüksək amallar üzərində qurmaq istəyənlər üçün mübarizə meydanı hesab edir.
İran İslam Respublikasının əsas ideoloqlarından və banilərindən olan
S.M.Taleqani və Xomeyni Allahın yolunu "bütün bəşəriyyətin əmin-amanlığı ədalətin,
həqiqətin, bəşəriyyətin azadlığı yolu" kimi səciyyələndirir. S.M.Taleqaninin sosial-
79
fəlsəfi görüşlərinin azərbaycanlı tədqiqatçısı H.Hüseynovun doğru olaraq qeyd etdiyi
kimi Taleqaninin cihad haqqında dini-fəlsəfi sosial, siyasi təliminin ana xəttini azadlıq
və sosial ədalət haqqında təlim təşkil edir. Taleqaninin azadlıq və sosial ədalət haqqında
mütərəqqi baxışlarının formalaşmasını müəllif düzgün olaraq "onun Qərbin və Şərqin
ictimai-siyasi fikrində, fəlsəfə və sosiologiyasında azadlıq və sosial ədalət haqqındakı
təlim və nəzəriyyələrə yaxından tanış olunması və bu dəyərlərdən faydalanmasını gös-
tərir: "Məhz bu mövqe, bu faydalanma Taleqaninin azadlıq və sosial ədalət haqqındakı
baxışlarının daha doğru və obyektiv olmasına səbəb ola bilmişdir" (4, s. 301).
Qərbdə formalaşan azadlığa insan fəaliyyəti ilə təbiət və cəmiyyət qanunlarının
qarşılıqlı münasibətlərini ifadə edən fəlsəfi kateqoriya kimi baxan, şəxsiyyətin,
kollektivin, sinfin və bütövlükdə cəmiyyətin azadlığı haqqında baxışları əhatə edən
fəlsəfi təlimə və azadlıq haqqında Şərqdə formalaşan dini-fəlsəfi və elmi-fəlsəfi
təlimlərə əsaslanaraq Taleqani azadlığı tam, mütləq və nisbi azadlığa bölür. Taleqani
doğru olaraq göstərir ki, fəlsəfi, mənəvi-əxlaqi və hətta iqtisadi-siyasi baxımdan nəzərdə
tutulan azadlıqlar nisbidir: azadlıq insanlara tam, hərtərəfli deyil, müəyyən "həddə" və
"ölçüdə" verilir.
Qərbdə "azadlığın həyata keçirilməsi imkanları" anlayışının alternativi kimi
Taleqani "azadlığın həddi" anlayışını işlətmişdir.
Taleqani azadlığın və sosial ədalətin bərqərar olmasında cihada da əsas önəm
verir. Taleqaninin bütün dünyagörüşünün sosial-fəlsəfi təliminin, o cümlədən, azadlıq
haqqındakı təliminin əsasını da ilk növbədə, Quranın uyğun ayələri, şəriət qayda-
qanunları, bütövlükdə islam təlimi təşkil edir. Bu mənada, onun ilahi ideyaya əsaslanan
azadlıq ideyası diqqəti xüsusilə cəlb edir: "Allahın yolu – bütün bəşəriyyətin əmin-
amanlığı yoludur. Yəni ədalətin yoludur, ...həqiqətin yoludur, ...bəşəriyyətin azadlığı
yoludur: bu yol hər hansısa sosial qrupun, sinfin, xalqın və ya insan cəmiyyətinin
intellektual inkişafı üzərində qurulan hökmranlığın bərqərar olunması deyildir... Ona
görə ki, Allah hamıya gücü-qüvvəti də, ...əqli-qabiliyyəti də, azad nəfəs almaq üçün
havanı da, kainatı, atmosferi, işığı və torpağı da vermişdir". (5, s. 5-6).
Taleqaninin islamın ümumbəşəri təliminə əsaslanan azadlıq ideyası geniş, əhatə
olmaqla yanaşı, həm də haqq, ədalət, bərabərliklə vəhdət təşkil edir.
Taleqani düzgün olaraq bütün inqilabların səbəbi kimi "xalqın siyasi azadlığının
əlindən alınmasını", azadlığın bərpası yolunda dövlətin, ədalətli müharibələrin, cihadın
oynadığı rolu göstərir: "Bəşəriyyət müharibələri azadlıq qazanmaq üçün aparmışdır" və
ya dövlətin məqsədi "bütün insanların hüquqlarını qorumaqdır" (6, s. 265-347).
İslam təliminə əsaslanaraq Taleqani azadlığa nail olmağın əsas vasitəsi kimi
cihad-müqəddəs müharibəyə tərəfdar çıxır. O, İranda azadlığın tam bərqərar olacağına
ümid edirdi. Lakin İranda azadlıq müəyyən həddə təmin edildi. Taleqani islamdakı
azadlığı istibdadın əksi və insan mənəviyyatının mühüm məsələsi hesab edir. Azadlıq
təkcə siyasi, hüquqi deyil, həm də fəlsəfi-əxlaqi anlayışdır. İslama görə, hər bir insana
azadlıq Allah tərəfindən tam və əbədi verilmişdir. Taleqani "Vəhdət və azadlıq"
əsərində isə azadlığın həddi-hüdudunun ancaq inqilabi hərəkatının çərçivəsi daxilində
olmasını bəyan edirdi, yəni bildirirdi ki, xalqa tam azadlıq və demokratik hüquqlar
verilməsi qeyri-mümkündür.
İran İslam Respublikasının ictimai-siyasi rəhbəri və baş ideoloqu İmam Xomeyni
göstərirdi ki, istismara məruz qalanların və məzlumları azadlığı yolundakı islam inqilabı
onların özlərinin əli ilə baş vermişdi.
Müasir İranda azadlıq haqqında müxtəlif fikirlər mövcuddur. Azərbaycan
İranşünas tədqiqatçısı V.Mustafayev doğru olaraq göstərir ki, İranda azadlıq məsələsinə
müxtəlif cinahların münasibəti əsasında onların mühafizəkar, yoxsa liberal mövqedə
80
dayandığını müəyyən etmək olar. İran tədqiqatçısı Həmidrza Zərifiniya isə qeyd edir ki,
İranda həmişə belə hesab etmişlər ki, ya "azadlıq olmamış", ya da onu mütləq azadlıq
kimi qəbul etmişlər (7, s. 212).
Rza şahın hakimiyyəti illərində (1925-1941) "azadlıq" hökumət və qayda-
qanunların "əleyhinə fəaliyyət göstərən qüvvə kimi başa düşülürdü. (7).
Hər bir cinahın azadlıq anlayışına münasibətini nəzərdən keçirən müəllif göstərir
ki, liberal cinaha görə azadlıq və demokratiyanın olmaması inqilab yaradan amildir, ona
görə həmin cinah daha çox siyasi inkişaf və azadlığa diqqət yetirir. Həmin cinah belə
hesab edir ki, inkişaf və ədalət özünü azadlıqla uyğunlaşdırmalıdır. Fikir və söz azadlığı
olmayan yerdə heç bir böhranı həll etmək olmaz. (7)
Göründüyü kimi, liberal cinah azadlıq məsələlərində "liberal" mövqe tutur.
Birləşdirici (təlfiqi) ziyalıların əqidəsinə görə dinsiz azadlıq özbaşınalıq və fəsada səbəb
olacaq. "Əgər azadlığı din ilə əlaqələndirib birləşdirsək yeni bəşər təcrübəsi irəli sürmüş
olarıq" (7).
V.Mustafayev düzgün olaraq göstərir ki, bütün cinahlar azadlıq üçün məsuliyyət
və qırmızı xətt tərəfdarıdırlar, amma onları necə başa düşməkdə fərqlənirlər. Liberallara
görə nəzarət və məsuliyyət fərdin öhdəsinə düşür. Modern sola görə azadlıq məsuliyyət,
hüquq, vəzifə yaradır, cəmiyyətin davam və inkişafı vətəndaşların məsuliyyət qəbul
etməsi ilə bağlıdır. Ənənəvi sağa görə orta azadlıq olmalıdır, çünki din və şəriətə
uyğundur.
Liberal cinaha görə azadlığın hüdudu cəmiyyətin mənafeyi və milli hakimiyyətlə
müəyyənləşir. Birləşdirici ziyalılara görə qırmızı xətt yoxdur, azadlığı məhdudlaşdırmaq
bəhanəsidir. Ənənəvi sağa görə azadlığın hüdudunu İslam və şəriət müəyyən edir. Din
ilkindir və azadlıq ona xidmət edir. Modern sola görə azadlıq ictimai ədalətə xidmət
etməlidir. Modern sağa görə azadlıq inkişafa (iqtisadi) xidmət etməlidir. (8, s. 128-129).
Birləşdirici (qarışıq) ziyalılara görə inkişaf və ədalət o həddə qədər olmalıdır ki,
azadlığa ziyan vurmasın, əksinə azadlıq inkişafın zəminidir. Çünki ədalət və inkişafın
genişlənməsi dövlət aparatının genişlənməsinə səbəb olub fərdin azadlığına ziyan vurur.
Modern sol qanun və təhlükəsizliyi vurğulayır. Azadlığın qırmızı xətti qanuni
strukturlar və qəbul edilmiş qanunlardır, güclü dövlət sayəsində mümkündür. Din,
yoxsa azadlığın ilkin olduğunu müzakirə etmir, ona diqqət yetirir ki, azadlıq dövlətdə
həyata keçəcək, bunun üçün "güclü cəmiyyət", "güclü dövlət" lazımdır.
İfrat sağa görə isə azadlıq əxlaqi özbaşınalıq və küfrdür. (7)
Göründüyü kimi, yalnız liberal cinah siyasi və ya ümumiyyətlə, azadlığı
müstəqil və özündə dəyər hesab edir. Digər cinahlar azadlığı müəyyən şərtlərlə
məhdudlaşdırırlar. Müəllif göstərir ki, 1997-ci il prezident seçkilərindən sonra bütün
cinahlar azadlığa münasibətdə eyni mövqe tutduqlarını bəyan etməyə başladılar. Bütün
cinahların azadlığa münasibəti eyni idi, sanki hamısı hir mənbədən qidalanır, heç kim o
birisindən geri qalmaq istəmirdi (7).
Azadlığa münasibətdə mənəvi modern sol, ənənəvi, modern sağ, ifrat sağ
yanaşmalar belədir:
"Din əvvəldir – Dində azadlıq
Azadlıq əvvəldir – Azadlıqda din
Azadlığa qarşı – azadlıq Qərbin işidir.
Ənənəvi sol, ənənəvi sağ, ifrat sağ – qatı islam mövqeyində durur.
Modern sağ, modern sol – hər üç mədəniyyəti barışdırmağa çalışır və ilk
növbədə islam və milli dəyərlərə önəm verirlər (7).
81
Müəllifin gəldiyi nəticə budur: "Elitanın şüurunun islah edilməsi inkişaf üçün
çox mühüm bir iş hesab edilir". "Bu fikir qəbul olunmasa, inkişaf da uğur qazanmaz".
(7)
İran İslam Respublikası yarandıqdan sonra bütün inqilabçı qüvvələri
birləşdirmək, onların arasında ixtilafın genişlənməsinə yol verməmək üçün İran İslam
Respublikası Partiyası yaradıldı. Bununla da həm cəmiyyət, həm də inqilabçı qüvvələr
üzərində siyasi nəzarət bərqərar edildi.
İnqilab nəticəsində cəmiyyətin sosial strukturunda cüzi dəyişikliklər baş verdi.
Sahibkar təbəqəsinin yuxarı dairələri – inhisarçı qrupu ləğv edildi, korporativ sosial
qrup olan ruhanilər hakim təbəqəyə çevrildi. Yeni yaranmış hüquq-mühafizə, güc
strukturlarında və digər strukturlarda təmsil olunma baxımından aşağı təbəqələrin sosial
statusu xeyli yüksəldi, əvəzində qadınların faktiki sosial statusu xeyli pisləşdi.
Bütün bunlar 1979-cu ilin dekabr ayının 2-3-də referendum yolu ilə qəbul
olunmuş Əsas qanunda (Konstitusiyada) hüquqi cəhətdən təsbit olundu. Konstitusiyada
Şərq və Qərbin, imamət və respublikanın, ənənəçilik və müasirliyin özünəməxsus, daha
doğrusu dünyəvi islamçıların ideyasına uyğun şəkildə sintezi öz əksini tapdı.
Konstitusiyada həmçinin R.M.Xomeyninin hələ XX əsrin 70-ci illərində işləyib
hazırladığı İslam Respublikası nəzəriyyəsi öz əksini tapmışdı.
Konstitusiyada dövlət hakimiyyəti orqanları (parlament, hökumət) silki-dini
orqanlara fəqih – rəhbərə, Nəzarət şurasına tabe edilirdi. Şiə üləmalarına xüsusi imti-
yazlar verilməsi respublika idarə forması ilə uzlaşdırılırdı. Rəhbərə və Nəzarət şurasına
verilən geniş səlahiyyətlər icra (prezident, hökumət) və qanunvericilik (parlament)
hakimiyyətlərini xeyli məhdudlaşdırır, respublika quruluşunun mahiyyətini zəiflədir.
Konstitusiyada vətəndaşların bir çox vətəndaş hüquq və azadlıqları öz əksini
tapmışdır, amma bu hüquqlar İslam prinsipləri və normaları ilə məhdudlaşdırılır. Kons-
titusiyada müxtəlif cins, millətlərdən olan, dini icmalara məxsus iranlıların tam hüquq
bərabərliyi elan edilir.
Müstəqil Azərbaycan Respublikasında isə azadlığa münasibət və azadlığın
bərqərar olması sahəsində bir qədər fərqli proses getmişdir.
Əsarətə, köləliyə, istismara qarşı mübarizə aparmış Azərbaycan xalqı azadlıq və
müstəqillik naminə çarpışmalardan keçmiş, azad insanların yaşadığı hüquqi, demok-
ratik, yüksək mədəniyyətə malik bir ölkəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin
yeni əsr, yeni minillik münasibəti ilə Azərbaycan xalqına müraciətində xalqımızın dün-
ya tarixində və dünya mədəniyyətində tutduğu yerə, özünəməxsus xüsusiyyətlərinə yük-
sək qiymət verilir: "İki minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dün-
ya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Xalqımızın əsrlər boyu yarat-
dığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları
ilə aşılanmışdır. Sənət korifeylərinin yaradıcılığı ümumbəşəri ideyaların tərənnümünə,
haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir" (9).
İnsan azadlıqlarının təminatçısı olan ölkəmiz demokratik quruculuq yolunda
böyük uğurlar qazanmışdır. Dünya təcrübəsini milli xüsusiyyətlərlə uzlaşdırmaq xəttinə
sadiq qalan Azərbaycan bütün sahələrdə inkişaf etmiş, çiçəklənən bir məkandır. Aka-
demik Ramiz Mehdiyev insan azadlıqlarının müdafiə edilməsi sahəsində Azərbaycanın
qazandığı uğurlar haqqında özünün "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi" əsə-
rində belə yazır: "Şərqdə ilk dəfə ölüm hökmünün ləğvi, on minlərlə insanı əhatə edən
amnistiyalar, siyasi plüralizmə, söz və əqidə azadlığına geniş imkan yaradılması Azər-
baycanın böyük nailiyyətidir" (10).
Azərbaycan Respublikasının Konstitusiyasında azadlıq hüququ (maddə 28), fikir
və söz azadlığı (maddə 47), vicdan azadlığı (maddə 48), sərbəst toplaşmaq azadlığı
82
(maddə 49), məlumat azadlığı (maddə 50), yaradıcılıq azadlığı (maddə 51) öz əksini
tapmışdır.
Ədəbiyyat
:
1.Розенталь Ф.Торжество знание.Москва:Мысль,1981,220 с.;
2. Qurani-Kərim. (Ərəb dilindən tərcümə edənlər: Z. Bünyadov və V. Məmmədəliyev).Bakı:Qismət,1997,756
s.;
3. Musəvi Lari S.M. İslam və Qərb mədəniyyəti. Bakı, 2004, 288 s.;
4. Hüseynov.H.Taleqaninin dini-siyasi təlimi və sosial fəlsəfəsi. Bakı:Səda, 2006, 390 s.;
5. Taleqani.S.M. İslam və mülkiyyət.Fars dilində. Tehran, 1344, 220 s.;
6. Taleqani.S.M. Vəhdət və azadlıq. Fars dilində.Tehran, 1372, 170 s.;
7. Zərifiniya.H.İran siyasətçilərinin cinahları.Fars dilində Teharan, 1379,301s
8. Mustafayev V.İran İsam Respublikasında hakimiyyətdaxili münasibətlər.1979-2005-ci illər. Bakı:Cap Evi,
2010, 248 s.;
9. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Bakı: Azərnəşr, 1997, 596 s.;
10. Mehdiyev R.Ə. Azərbaycan:qloballşma dövrünün tələbləri. Bakı:XXI əsr YNE,2004,564 s.;
11. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2002, 101 s.;
Мохаммадали Сабухи
-Тасдиги
Идея свободы в Исламе: социально
-философский анализ
Резюме
В статье анализируется возникновение идеи свободы в Исламе (аль-хурриййа) и отношение к
этой идее в религиозных школах с социально-философской точки зрения.
Здесь также исследованы суть понятий «хурриййа», «аль-хурр», «аль-кадар», свободы воли,
отношение иранских и азербайджанских исследователей к проблеме, комментируются особенности
различной реализации идеи свободы в обществах Азербайданской Республики и Исламской
Республики Ирана, в их морально-социальной жизни.
Ключевые слова:
ислам, Коран, свобода, хурриййа, хурр, свобода воли, аль-кадар,
Азербайджан, Иран
Mohammadali Sabuhi-Tasdigi
The idea of freedom in Islam: a socio-philosophical analysis
Summary
The article examines the emergence of the idea of freedom in Islam (Al-hurrijja) and the attitude to
this idea in religious schools from a socio-philosophical point of view.
It also explored the essence of the concepts of “hurrijja”, “Al-hurr”, “Al-Kadar”, freewill, the attitude
of Iranian and Azerbaijani scholars to this issue, and comments on the peculiarities of the different
implementation of the idea of freedom in societies of the Republic of Azerbaijan and the Islamic Republic of
Iran, in their moral and social life.
Keywords: Islam, Quran, freedom, hurijja, hurr, freewill, Al-Kadar, Azerbaijan, Iran.
Məqalənin redaksiyaya daxil olma tarixi: 15.05.2013
Məqalənin təkrar işlənməyə göndərilmə 23.05.2013
Məqalənin çapa qəbul olunma tarixi: 21.06.2013
Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: fəlsəfə üzrə elmlər doktoru,
professor Niyazi Mehdi
ADMİU
-nun Elmi Şurasının 08 iyul 2013-cü il, 09 saylı qərarı ilə çap olunur.
Dostları ilə paylaş: |