1
M Ü N D Ə R İ C A T
Xülasə............................................................................................................
2
I.
İstiqrazlar barədə məlumat............................................................................
3
2
XÜLASƏ
Xəbərdarlıqlar
1.1.
bu buraxılış baza emissiya prospektinə əsasən ümumi məbləği 50 mln. manat olan
ipoteka istiqrazlarının növbəti buraxılışıdır;
1.2.
qiymətli kağızlara investisiya etmək barədə hər hansı bir qərar investorun emissiya
prospektini oxuduqdan sonra həyata keçirilməlidir;
1.3.
emissiya prospektində olan məlumatların yanlış, qeyri-dəqiq, ziddiyyətli olduğu və ya
qiymətli kağızlara investisiya edib-etməmək barədə qərar verən investorlara kömək
etmək məqsədilə əsas informasiyanın verilmədiyi zaman emissiya prospektini hazırlamış
şəxslər mülki məsuliyyət daşıyırlar.
3
I. İSTİQRAZLAR BARƏDƏ MƏLUMAT
1.
İstiqrazların buraxılışı haqqında yekun şərtlər
1.1.
İstiqrazların növü - adlı, sənədsiz, faizli ipoteka istiqrazları.
1.2.
Təklif edilən istiqrazların sayı və nominal dəyəri - nominal dəyəri 1 000 (bir min)
AZN-dən 20 000 (iyirmi min) ədəd.
1.3.
İstiqrazların valyutası - AZN .
1.4.
İstiqrazlarla təsbit olunan hüquqlar, onların həyata keçirilmə qaydası və onlara
dair məhdudiyyətlər:
1.4.1.
İstiqrazın ödənilməsi zamanı istiqrazın nominal dəyərinin ödənilməmiş hissəsini
Emitentdən almaq;
1.4.2.
İstiqrazın nominalının ödənilməmiş hissəsinə hesablanmış faizi Emissiya
Prospektində nəzərdə tutulmuş qaydada və müddətdə almaq;
1.4.3.
Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə emitent
müflis elan olunduqda istiqrazların nominal dəyərinin ödənilməmiş hissəsinin və
həmin anadək hesablanmış, lakin ödənilməmiş faizlərinin vaxtından əvvəl
ödənilməsini emitentdən tələb etmək;
1.4.4.
Eyni ipoteka örtüyünə daxil olan aktivlərin hesabına istiqrazlar üzrə ödənilən
nominal dəyər və faizlərə münasibətdə emitentin digər kreditorlarına nisbətən
bərabər qaydada üstünlük hüququna malik olmaq (İstiqraz mülkiyyətçilərinin
üstünlük hüququ ipoteka örtüyünə daxil olan bütün aktivlərə, o cümlədən həmin
aktivlərdən əldə edilən gəlirə eyni dərəcədə aiddir);
1.4.5.
Emitentin digər ipoteka örtüyünün reyestri ilə İpoteka istiqrazı mülkiyyətçilərinin
tələbləri tam ödənildikdən sonra bu reyestrə daxil edilmiş aktivlərin qalıq hissəsi
üzərində emitentin digər kreditorlarına nisbətən bərabər qaydada üstünlük
hüququna malik olmaq;
1.4.6.
İpoteka örtüyü hesabına tələblər tam ödənilmədiyi halda, emitentin ipoteka
örtüyünə daxil edilməyən aktivlərinə münasibətdə emitentin digər təmin edilməmiş
öhdəlikləri üzrə kreditorları ilə bərabər hüquqlara malik olmaq;
1.4.7.
İstiqrazlarla həyata keçirilən əməliyyatları dayandırmaq və ya özünə məxsus
istiqrazların vəziyyəti barədə məlumat almaq üçün birbaşa Mərkəzi depozitara
müraciət etmək;
1.4.8.
İstiqrazlarla təsdiqlənmiş hüquqları alqı-satqı əqdləri bağlamaq yolu ilə ötürmək;
1.4.9.
İstiqrazları girovla və qanunvericiliklə nəzərdə tutulmuş digər öhdəliklərlə
yükləmək. Belə yüklənmə qiymətli kağızlar üzrə depozitar sistemində qeydiyyata
alındığı andan qüvvəyə minir;
1.4.10.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlar.
Bu hüquqların həyata keçirilmə qaydası və onlara dair məhdudiyyətlər qanunvericiliyə
müvafiq surətdə tənzimlənir.
1.5.
Faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti - Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə müvafiq olaraq faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti
3 il müəyyən edilir.
1.6.
İstiqrazlar üzrə ödənilməli faizlər - illik 3% (üç faiz).
1.7.
Faiz dərəcəsi müəyyən olunmadığı halda istiqrazın faiz dərəcəsinin hesablanması
üsulu - faiz dərəcəsi müəyyən olunmuşdur.
4
1.8.
Bazarda baş verən hadisələrin istiqrazların baza aktivinə (olduqda) və istiqrazlar
üzrə hesablaşmalara mənfi təsiri barədə məlumat. Belə halların tənzimlənməsi
qaydaları və ya prosedurları - mövcud deyil.
1.9.
Təminatın dəyərinin istiqrazların və onlar üzrə faizlərin ödənişinə təsiri barədə
məlumat - İpoteka örtüyünə daxil olan aktivlərin əsas borc məbləğləri üzrə dəyəri
emitentin ipoteka istiqrazları üzrə ödəməli olduğu ümumi nominal dəyərin ən azı 110
faizini təşkil edir. İstiqrazların likvidliyini artırmaq məqsədilə ipoteka predmetinin
hesablanmış bazar dəyərinin 85 faizindən çox məbləğdə verilmiş ipoteka krediti üzrə
hüquqlar ipoteka örtüyünə daxil edilmir. Bu zaman hesablamaya hər bir kredit üzrə əsas
borcun həmin krediti təmin edən ipoteka predmetinin bazar dəyərinin yalnız 80 faizindən
çox olmayan hissəsi daxil edilir.
1.10.
İstiqrazların geri satın alınmasının şərtləri - istiqrazların emitent tərəfindən geri satın
alınması nəzərdə tutulmur.
1.11.
Gəlirlilik dərəcəsi və onun hesablanması qaydası - istiqrazlar üzrə gəlir hər ödəniş
dövrü üzrə təyin edilir və hər ödəniş müddəti üzrə hesablanıb ödənilir. Bir İstiqraz üzrə
faiz gəlirinin məbləği Azərbaycan manatı ilə aşağıda göstərilən düsturla müəyyən edilir:
NP = (N*P*D/360)/100
burada,
NP - Toplanmış faizlər
N - Ödəniş dövrünə istiqrazın nominal dəyərinin ödənilməmiş hissəsi
P - İstiqrazın illik gəlirlik dərəcəsinin rəqəmlə ifadəsi
D - Ödəniş dövrü
Hesablamalar müvafiq il üzrə təqvim günlərinin sayına əsasən aparılır.
Bir istiqraza (birinci ödəniş dövründən sonuncu ödəniş dövrünə qədər, sonuncu ödəniş
dövrü də daxil olmaqla) hər bir ödəniş dövrü ərzində hesablanmış faiz gəliri dövr ərzində
dövriyyədə olan istiqrazların nominal dəyərinin ödənilməmiş hissəsinin 1,5%-ni təşkil
edir. İstiqrazlar üzrə faizlər AZN-lə nağdsız qaydada Emitentin öz hesabına ödənilir. Faiz
gəliri Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (bundan sonra MDM)
reyestrində qeydə alınan istiqraz mülkiyyətçilərinə ödənilir. İstiqrazlar üzrə faizlərin
ödənilmə tarixi qeyri-iş gününə təsadüf edərsə, ödənişlər növbəti iş günü həyata
keçiriləcək. Belə yubanmaya görə faizlər və digər haqlar ödənilmir.
1.12.
İnvestorları təmsil edən təşkilat barədə (olduqda) məlumat - mövcud deyil.
1.13.
İstiqrazların təklif qiyməti məlum olmadığı təqdirdə istiqrazların qiymətinin
müəyyənləşdirmə metodunu göstərməklə bu prosesdə iştirak edən və məsuliyyət
daşıyan şəxs(lər) barədə məlumat - istiqrazlar cari bazar qiyməti ilə təklif ediləcək.
İstiqrazların cari bazar qiyməti istiqrazların nominalı (1000 (bir min) manat) və
yerləşdirmə tarixinədək hesablanmış faiz gəlirinin cəminə bərabərdir. İstiqrazlar üzrə faiz
gəlirinin hesablanması qaydası bu hissənin 1.11-ci bəndində qeyd olunub.
1.14.
İstiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən
müraciətin edilməsinin nəzərdə tutulub-tutulmaması barədə məlumat. Belə bir
müraciətin edilməsi nəzərdə tutulduğu halda səhmlərin ticarətə buraxılacağı
tənzimlənən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləri - istiqrazların
yerləşdirilməsi alqı-satqı əqdlərinin bağlanması yolu ilə həyata keçirilir, alqı-satqı
“Bakı
Fond Birjası” QSC-nin (bundan sonra BFB)
ticarət sistemində baş verir.
1.15.
Emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması
barədə ətraflı məlumat - mövcud deyil.
1.16.
Təklifin səbəbləri və istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlərin istifadə
edilməsi barədə ətraflı məlumat - istiqrazların yerləşdirilməsindən əldə olunacaq
5
vəsaitlər
Emitentin
tələblərinə
uyğun olaraq ipoteka kreditlərinin yenidən
maliyyələşdirilməsinə yönəldiləcəkdir.
1.17.
Əldə olunan vəsaitlərin nəzərdə tutulan layihələri maliyyələşdirmək üçün kifayət
etmədiyi təqdirdə tələb olunan əlavə pul vəsaitlərinin məbləği və mənbələri -
layihənin
maliyyələşdirilməsi
yalnız qabaqcadan müəyyənləşdirilmiş məbləğ
çərçivəsində aparılır.
1.18.
Əldə olunan vəsaitlərin istifadəsi, digər müəssisələrinin alışını maliyyələşdirmək
üçün və ya borcları qaytarmaq, azaltmaq, restrukturizasiya etmək üçün və ya başqa
aktivləri əldə etmək üçün istifadə olunması barədə məlumat - nəzərdə tutulmur.
1.19.
İstiqrazların saxlanması və onlara hüquqların uçotunu aparan Mərkəzi Depozitarın
olduğu yer - Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM).
hüquqi ünvanı: AZ 1000, Bakı şəh. Bülbül prospekti 27;
faktiki ünvanı: AZ1025, Bakı şəhəri, Babək prosp, Ə. Quliyev küç. 11/31, Babək plaza,C
bloku , 9-10 mərtəbələr.
1.20.
İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi - illik faiz dərəcəsi 3%.
1.21.
İstiqrazların və faizlərin ödənilmə tarixi və müddəti - istiqrazlar üzrə ödəniş gününə
bir gün qalmış istiqrazlarla bütün növ əməliyyatlar dayandırılır. Emitentin müraciəti
əsasında tədavüldə olan istiqrazların mülkiyyətçilərinin siyahısı depozitar tərəfindən
istiqrazların ödəniş tarixinə bir gün qalmış emitentə təqdim edilir və emitent istiqrazların
ödəniş tarixində ödəniləcək məbləği MDM-in klirinq hesabına nağdsız formada köçürür.
MDM isə öz növbəsində istiqrazların mülkiyyətçilərinin bank hesablarına müvafiq
məbləği nağdsız formada köçürür.
İstiqrazların nominal dəyərinin ödənişi Emitentin günahı ucbatından gecikdirildiyi
təqdirdə Emitent hər gecikmə günü üzrə gecikdirilən məbləğə 0,03% həcmində cərimə
ödəyir.
İstiqrazların dəyərinin ödənilmə tarixi və müddəti - istiqrazlar üzrə nominal dəyərin
ödənişi Baza Emissiya Prospektinin III hissəsinin 2.9-cu bəndinə əsasən həyata
keçiriləcəkdir. Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 180
gündə bir, 180-ci təqvim günündə (həmin gün qeyri-iş günü olarsa, növbəti ilk iş günü)
dövriyyədə olan istiqrazların nominalının 5% ödəniləcəkdir.
№
İstiqrazların nominal dəyəri
üzrə ödənişlərin sayı
İstiqrazların nominal
dəyərinin ödənişi
dövrləri (müddətlər baza
emissiya prospekti üzrə ilk
istiqrazların ilk
yerləşdirilmə tarixində
hesablanır)
Nominal dəyərin
ödənilmə tarixi
1.
Birinci ödəniş
0-180-ci təqvim günü
180-ci təqvim günü
2.
İkinci ödəniş
180-360-cı təqvim günü
360-cı təqvim günü
3.
Üçüncü ödəniş
360-540-cı təqvim günü
540-cı təqvim günü
4.
Dördüncü ödəniş
540-720-ci təqvim günü
720-ci təqvim günü
5.
Beşinci ödəniş
720-900-cü təqvim günü
900-cü təqvim günü
6.
Altıncı ödəniş
900-1080-ci təqvim günü
1080-ci təqvim günü
6
7.
Yeddinci ödəniş
1080-1260-cı təqvim günü 1260-cı təqvim günü
8.
Səkkinci ödəniş
1260-1440-cı təqvim günü 1440-cı təqvim günü
9.
Doqquzuncu ödəniş
1440-1620-ci təqvim günü 1620-ci təqvim günü
10.
Onuncu ödəniş
1620-1800-ci təqvim günü 1800-ci təqvim günü
11.
On birinci ödəniş
1800-1980-ci təqvim günü 1980-ci təqvim günü
12.
On ikinci ödəniş
1980-2160-cı təqvim günü 2160-cı təqvim günü
13.
On üçüncü ödəniş
2160-2340-cı təqvim günü 2340-cı təqvim günü
14.
On dördüncü ödəniş
2340-2520-ci təqvim günü 2520-ci təqvim günü
15.
On beşinci ödəniş
2520-2700-ci təqvim günü 2700-ci təqvim günü
16.
On altıncı ödəniş
2700-2880-ci təqvim günü 2880-ci təqvim günü
17.
On yeddinci ödəniş
2880-3060-cı təqvim günü 3060-cı təqvim günü
18.
On səkkizinci ödəniş
3060-3240-cı təqvim günü 3240-cı təqvim günü
19.
On doqquzuncu ödəniş
3240-3420-ci təqvim günü 3420-ci təqvim günü
20.
İyirminci ödəniş
3420-3600-cü təqvim günü 3600-cü təqvim günü
İstiqrazlar üzrə faizlərin ödənilmə tarixi və müddəti - istiqrazlar üzrə illik faiz
dərəcəsi 3%-dir. İstiqrazlar üzrə faizlərin ödənişi Baza Emissiya Prospektinin III
hissəsinin 2.9-cu bəndinə əsasən buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən
etibarən hər 180 gündə bir, 180-ci təqvim günündə (həmin gün qeyri-iş günü olarsa,
növbəti ilk iş günü) həyata keçirilir. Faiz məbləği dövriyyədə olan istiqrazların nominal
dəyərinin ödənilməmiş hissəsi üzrə hesablanır.
№
Faiz ödənişinin dövrü
Faizin hesablanma dövrü
(müddətlər baza emissiya
prospekti üzrə ilk
istiqrazların ilk
yerləşdirilmə tarixində
hesablanır)
Faiz ödənişinin
ödəmilmə müddəti
1.
Birinci faiz ödənişi
0-180-ci təqvim günü
180-ci təqvim günü
2.
İkinci faiz ödənişi
180-360-cı təqvim günü
360-cı təqvim günü
3.
Üçüncü faiz ödənişi
360-540-cı təqvim günü
540-cı təqvim günü
4.
Dördüncü faiz ödənişi
540-720-ci təqvim günü
720-ci təqvim günü
5.
Beşinci faiz ödənişi
720-900-cü təqvim günü
900-cü təqvim günü
6.
Altıncı faiz ödənişi
900-1080-ci təqvim günü
1080-ci təqvim günü
7.
Yeddinci faiz ödənişi
1080-1260-cı təqvim günü 1260-cı təqvim günü
7
8.
Səkkinci faiz ödənişi
1260-1440-cı təqvim günü 1440-cı təqvim günü
9.
Doqquzuncu faiz ödənişi
1440-1620-ci təqvim günü 1620-ci təqvim günü
10.
Onuncu faiz ödənişi
1620-1800-ci təqvim günü 1800-ci təqvim günü
11.
On birinci faiz ödənişi
1800-1980-ci təqvim günü 1980-ci təqvim günü
12.
On ikinci faiz ödənişi
1980-2160-cı təqvim günü 2160-cı təqvim günü
13.
On üçüncü faiz ödənişi
2160-2340-cı təqvim günü 2340-cı təqvim günü
14.
On dördüncü faiz ödənişi
2340-2520-ci təqvim günü 2520-ci təqvim günü
15.
On beşinci faiz ödənişi
2520-2700-ci təqvim günü 2700-ci təqvim günü
16.
On altıncı faiz ödənişi
2700-2880-ci təqvim günü 2880-ci təqvim günü
17.
On yeddinci faiz ödənişi
2880-3060-cı təqvim günü 3060-cı təqvim günü
18.
On səkkizinci faiz ödənişi
3060-3240-cı təqvim günü 3240-cı təqvim günü
19.
On doqquzuncu faiz ödənişi
3240-3420-ci təqvim günü 3420-ci təqvim günü
20.
İyirminci faiz ödənişi
3420-3600-cü təqvim günü 3600-cü təqvim günü
1.22.
Ödənişlər üzrə hesablaşma agentinin adı - ödəniş agenti rolunda MDM çıxış edir. Faiz
gəlirinin ödənilməsi faiz gəlirinin ödəmə günündən bir gün əvvəlki MDM-in əməliyyat
gününü bağlandığı andan etibarən istiqraz sahibləri hesab edilən subyektlərə ödənilir.
1.23.
İstiqrazların emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı
qəbul etmiş emitentin idarəetmə orqanının adı - Emitentin İdarə Heyətinin 25 yanvar
2017-cı il tarixli 14 nömrəli qərarı.
1.24.
Təklifin və yerləşdirmənin başlanma və başa çatma tarixləri
:
İstiqrazların buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra 30 gün ərzində Emitent
tərəfindən hərracın keçirilmə tarixi, yerləşdirilmənin başlama və başa çatma tarixləri elan
ediləcək. Yerləşdirmə bazar konyukturundan asılı olaraq yeddi günədək davam edə bilər.
Buraxılış barədə detallı məlumat: qiymətli kağızların nominal həcmi və satış qiyməti,
tədavül müddəti qeyd olunmaqla Bakı Fond Birjasının və emitentin öz veb-səhifəsində
elan ediləcəkdir.
1.25.
Təklifin
qüvvədə olduğu müddət ərzində prospektə düzəlişlərin edilə biləcəyi
müddət və düzəlişlərin edilməsi qaydası - “Qiymətli kağızlar bazarı haqqında”
Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən Emissiya prospektində
dəyişikliklər barədə qərarı emitentin ipoteka istiqrazlarının emissiyası haqqında qərarı
qəbul etmiş orqanı qəbul edir. Emissiya prospektində dəyişikliklərin dövlət qeydiyyatına
alınması üçün ərizə müvafiq qərarın qəbul edildiyi gündən 5 iş günü ərzində Maliyyə
Bazarlarına Nəzarət Palatasına təqdim edilir. Emissiya prospektində dəyişikliklər
müvafiq ərizənin daxil olduğu gündən 10 iş günü ərzində dövlət qeydiyyatına alınır.
Emissiya prospektində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alındığı tarixdən 5 iş
günü ərzində vahid məlumat resursunda, fond birjasının və emitentin internet səhifəsində
açıqlanır və açıqlandığı tarixdən 15 iş günü bitdikdən sonra qüvvəyə minir.
8
1.26.
Təklifin dayandırılması və ya təxirə salınması hallarının izahı
Təklif “Qiymətli kağızlar bazarı haqqında” Qanununun 9-cu maddəsinə əsasən
dayandırıla bilər.
1.27.
İstiqrazlara abunə yazılışı barədə məlumat - nəzərdə tutulmamışdır.
1.28.
İstiqrazlar hərrac vasitəsilə yerləşdirildikdə, hərracın keçirilməsi qaydası -
Hərrac BFB-nin ticarət sistemində həyata keçiriləcək. Sifarişlər təklifdən çox olduqda,
sifarişlər proporsional qaydada təmin ediləcəkdir.
1.29.
İstiqrazların dəyərinin ödənilməsi və investorların istiqrazlarla təchizatı şərtləri və
qaydası - istiqrazların alınması köçürmə yolu ilə anderrayter vasitəsilə həyata keçirilir.
Müştəri tərəfindən hesab üzrə sərəncam verildiyi andan investisiya şirkəti müştərinin
“depo” hesabında mövcud olan və həmin sərəncamda göstərilən qiymətli kağızlar barədə
məlumat və mülkiyyət hüququnu təsdiq edən sənəd almaq hüququna malikdir.
1.30.
İstiqrazların yerləşdirilməsinin başlanması barədə investorlara bildirişlərin
göndərilməsi qaydası və yerləşdirmənin xəbərdarlıq edilməzdən öncə başlaya bilib-
bilməməsi barədə məlumat - yerləşdirmə barədə investorlar Emitentin və BFB-nin
internet saytında yerləşdirilən elan və ya elektron poçt vasitəsilə məlumatlandırılacaqlar.
1.31.
İstiqrazların təklif qiyməti - istiqrazları əldə etmək üçün potensial alıcılar istiqrazların
bu hissənin 1.13-cü bəndinə əsasən hesablanmış cari bazar qiymətini ödəməlidirlər.
1.32.
İstiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği - istiqraz
mülkiyyətçilərinin istiqrazlar üzrə faiz gəlirindən Azərbaycan Respublikasının Vergi
Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq ödəniş mənbəyində 10 faiz dərəcə ilə
vergi tutulur. Faiz ödənişi günü istiqrazın son mülkiyyətçisinin istiqraza sahib olma
dövrü ödəniş dövründən azdırsa, vergi istiqraz mülkiyyətçisinin istiqraza faktiki sahib
olma müddətinin faiz gəlirindən tutulur.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsinə əsasən fiziki
şəxslər 2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində yerli bank və xarici bankın
Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti
üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları
üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi
nəticəsində yaranmış fərq) və faiz gəlirləri üzrə gəlir vergisindən azaddırlar.
İstiqrazların alqı-satqısı ilə bağlı depozitar və reyestrsaxlayıcı xidmətləri üzrə əlavə
xərclər nəzərdə tutulmamışdır.
1.33.
İstiqrazları öhdəlik götürməklə və ya öhdəlik götürmədən yerləşdirən anderrayter
barədə məlumat (adı, lisenziyasi və ünvanı) - öhdəlik götürmədən yerləşdirən
anderrayter: Tam adı: “PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti
Qısaldılmış adı: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
Hüquqi ünvan: Bakı şəh., Lev Tolstoy, ev 170
Telefon: (99412) 496-50-00
Faks: (99412) 496-50-00
E-mail: office@pashacapital.az
VÖEN: 1402281511
Lisenziyalar: Investisiya şirkəti fəaliyyətinin müddətsiz həyata keçirilməsi üçün 9 mart
2016-cı il tarixdə 088806 nömrəli lisenziya Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi tərəfindən verilmişdir.
Xidmət haqqı: yerləşdirilmiş istiqrazların nominal məbləğinin 0.01%-i (sıfır tam yüzdə
bir).
1.34.
Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə
məlumat -
istiqrazlar BFB-də hərrac vasitəsi ilə yerləşdirilir.
9
1.35.
Marketmeyker(lər) barədə məlumat - mövcud deyil.
1.36.
Reytinq prosesində emitentin sorğusu və ya emitentlə əməkdaşlıq nəticəsində
emitent və ya onun borc qiymətli kağızları üçün təyin olunmuş kredit reytinqləri -
“Fitch Ratings” reytinq agentliyi “AİF” ASC-nin uzunmüddətli kredit reytinqini “BB+”
olaraq təsdiqləyib.
Dostları ilə paylaş: |