Metal və ərintilər fizikası
Elmi tədqiqat laboratoriyası
1988-ci illərdə AzMİU-da Fizika kafedrasında elmi tədqiqat işləri geniş
miqyasda inkişaf edirdi. Müasir fizikanın ən aktual problemlərini əhatə edən
istiqamətlər üzrə çoxkomponentli maqnityumşaq ərintilərin quruluşu və fiziki
xassələri, alınmış nəticələrin müxtəlif istehsalat sahələrində tədbiqləri
mövzusunda T.M.Pənahovun rəhbərliyi altında araşdırmalar aparılırdı. Bunun
nəticəsi olaraq o, doktorluq dissertasiyası müdafiə etdi. T.M.Pənahovun
Metallar fizikası sahəsində apardığı elmi tədqiqat işləri diqqətdən kənarda
qalmadı . İstər tədqiqatların əhəmiyyəti, istərsə də alimin elmi potensialı yeni
bir elmi mərkəzin yaradılmasına səbəb oldu. Respublika, İttifaq və Beynəlxalq
miqyaslı konfrans və simpoziumlarda məruzələrin elmi dəyərini nəzərə alan
Təhsil nazirliyi AzMİU-nun Fizika kafedrasında Metal və Ərintilər fizikası
elmi tədqiqat laboratoriyası yaradılmasını məqsədəuyğun saydı (08.04.1991-ci
il 231 saylı əmr). Laboratoriyaya rəhbərlik f.r.e.d. prof. T.M.Pənahova
tapşırıldı. Metal və ərintilərin tədqiqi üçün Azərbaycanda yeganə mərkəz
kimi yaradılmış, müasir avadanlıqla təchiz edilmiş, laboratoriya fəaliyyətini
uğurlarla davam etdirir. Elektron paramaqnit rezonans spektrometri, Optik və
maqnitooptik universal qurğusu Moskvada xüsusi mükafata layiq görülüb.
Materialların maqnit və elektrik xassələrini tədqiq etmək üçün qurğularla
təchiz edilən laboratoriyada yüksək temperaturlarda termik, termomaqnit emalı,
krio və mexaniki emal kimi ölçmələr aparmaq üçün qurğular hazırlanıb. Hazırda
nazik lövhələrdə tədqiqatı daha incə ölçmələrdə aparmaq üçün Atom qüvvət
mikroskopu alınıb. T.M.Pənahov Budapeşt Texniki Universitetində, Elmlər
Akademiyasında Elmi təcrübə mübadiləsində olmuş, amorf maqnit yumşaq
ərintilərin alınma texnologiyasını öyrənmiş və elmi tədqiqat laboratoriyasında
qurğunun quraşdırılmasına nail olmuşdur. Hazırda nanotexnologiya sahəsində
müasir səviyyədə işlər aparılmaq üçün qurğular hazırlanır.
1991-ci ildə AzTU-nun Metallurgiya fakültəsində Metallar fizikası
ixtisasının açılmasının təşəbüskarı olan T.M.Pənahov tədris planını və fənn
proqramlarını tərtib etmişdir. Bu işlər sonradan AzMİU-nun fizika kafedrasına
keçirilmişdir. AzMİU-da “Fizika” kafedrası nəzdində “Metallar fizikası”
ixtisasının açılmasında və bu sahədə elmi kadrların yetişdirilməsində prof.
T.M.Pənahovun fəaliyyəti əvəzsizdir. Kafedranın nəzdində “Metallar fizikası”
ixtisası üzrə magistrlar hazırlanır və elmi tədqiqat laboratoriyalarında elmi-
texniki tələblərə cavab verən magistr dissertasiyaları müdafiə olunur. İran və digər
xarici dövlətlərdən magistrlar hazırlayırlar.
Laboratoriyada bir neçə nəfər aspirant, dissertant, doktorant kimi elmi
tədqiqat işlərini yerinə yetirmiş, elmlər namizədi alimlik dərəcəsi almışdır.
Musayev Zabit Səməd oğlu Türkiyə Universitetində bölüm başkanıdır,
İsgəndərov İslam Əsəd oğlu Aviasiya Akademiyasında kafedra müdiridir, elmlər
doktorudur. Əhmədov Valik İbrahim oğlu Fizika kafedrasında dosentdir,
Hüseynov Firudin Səfər oğlu Metallurgiya sahəsində müstəqil elmi işlər aparır,
İbrahimov Aydın İsmayıl Tədris müdiridir, müxtəlif yerlərdə işləyirlər, bundan
başqa Mirzəliyev İntiqam Əlisabir oğlu, İsayeva Aida Əjdər qızı, Rəfiyev
Nurlan Mərhəmət oğlu dissertasiya işi üzərində çalışırlar. Universitetdə keçirilən
tələbə elmi konfranslarında laboratoriyada aparılan elmi işlərdə iştirak edən
tələbələr müvafiq mövzularda çıxış edirlər. “Materiallar fizikası” ixtisasında
oxuyan bakalavr və magistrlar uyğun kurslarda laboratoriya işlərini və buraxılış
işlərini yerinə yetirirlər. Laboratoriyada alınan nəticələr ümumi fizika kursunun
bir çox bölmələrində, “Metallar fizikası”, “Səthin radiasiya və yüksək enerjili
şüalarla emalı”, “Rezonans tədqiqat metodları”, “Metalları dağıtmadan müayinə
üsulları” və s. fənnlərin tədrisində istifadə edilir. Laboratoriyada görülən tədqiqat
işləri əsasında yazılmış dərs vəsaitindən ixtisas qruplarında oxuyan tələbələr və
elmi işçilər istifadə edirlər.
Laboratoriyada Tədqiqatın nəticəsi olaraq “Nikel əsasında ərintilərin
quruluşu və fiziki xassələri” mövzusunda monoqrafiya (Rus və Azərbaycan
dilində) elmi kütləvi “Maqnetizm” kitabı nəşr edilib.
Alınan nəticələr 4 müəlliflik şəhadatnaməsinə, laboratoriyada 4 patentə,
7-dən çox sertifikata layiq görülüb.
Metallurgiya, radiotexnika, elektrotexnika, informasiya texnologiyaları
sahələrində geniş tətbiq olunan bu materialların tətbiqi xüsusi maraq kəsb edir.
Keçid və nadir torpaq elementləri ilə legirlənmiş FeCo ərintilərindən alınan
materiallar kompakt və ovuntu halında hidrogen mühitində termomaqnit və
termik emal edilmiş, ərintilərin quruluşunu, elektrik və maqnit xassələrini tədqiq
etməklə yanaşı, alınan nəticələr kollektivləşmiş, lokallaşmış elektron modelinə
və fluktuasiya nəzəriyyəsinə görə nəzəri izah edilmiş istehsalata tövsiyə
olunmuşdur. Alınan ərintilərin fiziki xassələri cədvəldə verilmişdir və 1 sm
2
-də
müasir səviyyədə 10
5-
10
6
informasiya qəbul edir.
Fiziki parametrlər
Ərintinin növü
Kompakt ərintilər
Amorf ərintilər
Nanokristallik
ərintilər
Koersitiv qüvvə
(H
s
) (A/m)
0.4
0.4-0.8
0.5-2
Maqnit
nüfuzluluğu (μ)
10
5
10·10
6
10
6
Doyma maqnit
induksiyası B
s
Tl
0.8
1.2-1.6
1.1-1.95
Xüsusi
elektrik
müqaviməti
mkOm san
20-36
120-200
110-140
Bu materiallar üçün patent alınmış mikromühərrik hazırlanmış Moskva şəhərində
elektromexanizm zavodunda istehsalata tövsiyyə edilmişdir.
Baku Steel Company MMC şirkətinin baş direktorunun AzMİU-nun
rektoruna SMİKS -0072 saylı 04.04.2011 tarixdə məktubda göstərilir ki, Baku
Steel Company şirkətilə bağladığımız birgə müqaviləyə əsasən birgə işlədiyimiz
müddətdə yeni tərkibli arqon və arqomiks qazlarını almışıq və nəticədə
texniki şərt alınmışdır. Bakı-Ceyhan neft –qaz xəttinin inşasında istifadə olunan
arqomiks qaz qarışığı, bahalı arqon qazının əvəzi kimi tikintiyə iqtisadi səmərə
gətirmişdir.
2002-2003-cü illərdə ilk dəfə Respublikada istehsal olunan arqon və
arqomiks qaz qarışığı bu gündə Respublikanın neft-qaz çıxarma və digər
sahələrdə istifadə olunur və keyfiyyətlə bağli heç bir irad yoxdur.
Professor T.M.Pənahov Azərbaycan Memarlıq və İnşaat Universiteti
və “Baku Steel Company” MMC ilə birlikdə “Metallurgiya və Metallar
fizikasının müasir problemləri” mövzusunda 3 beynəlxalq elmi praktiki
konfrans keçirilmişdir. Dünyanın ən mühüm elmi yenilikləri haqqında məlumat
vermişdir.
Metal və ərintilər fizikası ETL-in 2001-2005-ci ildə “Yeni maqnit
materiallarının işlənib hazırlanmasının fiziki əsasları, 2005-2010-ci ildə
“Nizamlanan Fe-Co ərintilərinin strukturu və fiziki xassələrinə keçid və nadir
torpaq elementlərinin təsiri
”, 2011-2013-cü ildə “CoFe əsaslı amorf
maqnityumşaq ərintilərin istilik və elektrik xassələri arasında korrelyasiya və
kompozit materialların texnologiyası” mövzusunda apardığı elmi-tədqiqat
işlərinin vahid planını AMEA, Respublika elmi tədqiqatların təşkili və
əlaqələndirilməsi şurası, Fizika problemləri şurası müzakirə etmiş, mövzuların
təsdiq olunması və işlənməsinin məqsədə uyğun olunmasını FP-020 saylı
04.06.2010 tarixdə qeydə almışdır.
ETL-də istifadə olunan qurğu və cihazlar Azərbaycan Respublika
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə Sınaq
mərkəzi 29.08.2013-cü ildə 142/6 protokolu ilə sınağın nəticələrini təsdiq etmiş
və 140/6 şəhadətnamə vermişdir.
Bu qayda ilə 2014-2018-ci illərdə aparılan mövzunun təsdiqi üçün
sənədlər alınmışdır.
2014-cü ildə “Çox komponentli maqnityumşaq ərintilərin
quruluşu”
,
mərhələ 1: Nazik lövhələrdə Fe-Co amorf maqnit ərintilərinin Atom
qüvvət mikroskopu vasitəsilə səth relyefin öyrənilməsi, 2015-ci ildə “Çox
komponentli maqnityumşaq ərintilərin nadir metallarla legirlədikdə termomaqnit
emaldan asılı olaraq elektrik xassələrinin tədqiqi”,
mərhələ 2: Xromla legirlənmiş
amorf maqnityumşaq Fe-Co-Cr-B ərintisinin termik emaldan asılı elektrik
xassələrinin tədqiqi, 2016-ci ildə
“
Amorf maqnityumşaq və nanokristallik
materialların fiziki əsaslandırılması”,
mərhələ 3: Nizamlanan (CoFe)
1-x
Si
x
əsaslı
kristallik və amorf ərintilərin maqnit və maqnitooptik xassələrinin tədqiqi,
2017-ci ildə “Amorf maqnit materialların alınmasının elmi əsaslarının işlənməsi,
işçi qurğunun hazırlanması və istismara təhvil verilməsi”, mərhələ 4: (FeCo)
1-x
Si
x
amorf maqnit ərintilərin krioemaldan və termomaqnit emaldan asılı maqnit
xassələrinin tədqiqi,
2018-ci ildə “Termik emaldan asılı olaraq mürəkkəb tərkibli
amorf maqniyumşaq ərintilərin quruluşu, optik xassələrinin tədqiqi”
,
mərhələ 5:
Nb elementi ilə legirlənən (FeCo)
1-x
M
x
amorf maqnityumşaq ərintilərin optik,
maqnit xassələrinin tədqiqi və istehsalata tövsiyyələr vermək adlı mövzuları
işlənmişdir.
Şəkil1. Metal və amorf maqnityumşaq ərintilərin optik və maqnitooptik
xassələrini tədqiq etmək üçün qurğu
Şəkil 2.Amorf maqnityumşaq ərintilərin alınması üçün ETL-də hazırlanan qurğu
Şəkil 3. Tədqiq edilən nazik lövhələrin səthində tədqiq etmək üçün Atom qüvvət
mikroskopu
Dostları ilə paylaş: |