Археолоэийа, Етнографийа
Тарих вя онун проблемляри, №3 2010
190
MƏMMƏDOV İLHAM
BDU,“Azərbaycanşünaslıq”
ETM-nin kiçik elmi işçisi
E-mail: ilham.01.01.1965@mail.ru
TOVUZUN İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ
Açar sözlər: Tovuz, toponim, adət-ənənənə, inzibati.
Ключевые слова: Товуз, топоним, традиция, администрация
Key words. Tovuz, toponimical, customs, administration.
Tovuz rayonu Azərbaycanın qərbində, Qazax-Gəncə düzənliyində yerləşir. Şimaldan Gürcustan,
cənubdan Ermənistanla həmsərhəddir. Mərkəzi Tovuz şəhəridir. Ərazisi 1903 kvadrat km-dir. Rayon
ərazisindən resbublikamız üçun həyatı əhəmiyyət kəsb edən “Bakı-Tbilisi-Ceyhan” neft kəməri və “
Bakı-Tbilisi” qaz Kəməri və Böyük İpək Yolu keçir.
Bakıdan Tovuzun mərkəzi poçtuna qədər olan məsafə 441 km-dir. Rayon 8 avqust 1930-cu ildə
təşkil olunmuşdur. 1935-1947-ci illərdə şəhər tipli qəsəbə statusu almışdır. 1963-1964- cü illər
arasında Qazax rayonunun tərkibinə daxil edilmişdir. Bundan sonra yenidən müstəqil rayon mərkəzi
olmuşdur.
Son məlumata əsasən əhalisi təxminən 151,5 mindir Tovuzçay şəhərin kənarından axır. Bu çay
öz mənbəyini Axınca çayından alır. 1 inzibati şəhər, 1 qəsəbə 22 icra nümayəndəliyi, 109 kənd və
başqa yaşayış məntəqələri var.
Təsərrüfatının əsas hissəsi son vaxtlar üzümçülük olmuşdur. Burada bitkiçilik və heyvandarlıqla
da məşğul olurlar. Rayon təsərrüfatlarında kanal vasitəsi ilə Kür çayından, eləcədə Ceyrançöl
otlaqlarından geniş istifadə olunur. Suvarmada, Kür, Tovuzçay, Axınca, Zəyəm və Əsrik çayları ilə
yanaşı, Xanımarx su qovşağı, Axıncaçay və Xatınlı su Anbarından istifadə edilir.
Ermənistan Respublikası ilə 69 km. ( Berd rayonu-Çar Rusiyasının Azərbaycanı işgalına
başlamasınadək (1802-1803 ) Şəmşəddil Sultanığına aid olan hazırki Tovuzun bir hissəsi, indi də bu
rayonu tovuzlular Şəmşəddin- Qalakənd ( Berd-Qala, Kert-kənd erm adlandırırlar), Gürcüstan
Respublikası ilə 23 kilometr (Dedoplist-Tsxaro ray) sərhəddi olan rayon qərbdə Ağstafa rayonu,
şərqdə Şəmkir rayonu, cənubda Gədəbəy rayonu az bir hissəsi Samux rayonu ilə ( Ceyrançöldə)
həmsərhəddir.
Ərazi relyef xüsusiyyətlərinə qörə 4 zonaya: orta dağlıq, alçaq dağlıq, dağətəyi və yüksək dağlıq
zonalara ayrılır. Rayonun cənub hissəsi orta və yüksək dağlıq zonada, mərkəzi hissəsi alçaq dağlıq və
dağətəyi zonada, şimal hissəsi isə dağətəyi düzənlikdə yerləşir. Ərazi 330 m. dəniz səviyyəsindən
yüksəklikdə yerləşir.
Tovuzun flora və faunası olduqca zəngindir. Dağlarda palıd, fıstıq, vələs, qoz, görüş, dəmirağac
və müxtəlif cür meyvə kolları növləri bitir.
Rayonun Ceyrançöl hissəsinə aid olan Qarayazı qoruğunda nadir bitki hesab olunan Eldar Şamı
qorunur.
Son illərdə Şəmkir su-elektrik stansiyasının tikilməsi Kür çayı boyunca yerləşən meşə zolağını
və buradakı Xunan abidələrini məhv etmişdir. İri yaşayış məntəqələri Tovuz (şəhəri), Qovlar
(qəsəbəsi), Aşağı Ayıblı, Xatınlı, Düz Qırıxlı, Aşağı, Quşçu kəndi hesab olunur.
Археолоэийа, Етнографийа
Тарих вя онун проблемляри, №3 2010
191
Şəhər, qəsəbə və kənd adlarının siyahısı.
Tovuz ş.
Namxoş k.
Məşədivəlilər k
Xatınlı k.
Qovlar q. Yanıqlı k.
Göyəbaxan k.
Qaraxanlı k.
Azaplı k. Quyudərə k.
Məsmələr k.
Qədirli k.
Bayramlı k. Vəzirdərə k.
Məşədiqulular k.
Cilovdarlı k.
Alakol k. Kəlbəəhmədli k.
Qayadibi k.
Çatax k.
Köhnəqala k.
Ağaməmmədli k.
Qaralar k.
Cirdək k
Məşədilər k.
Qozdərə k.
Vahidli k.
Kazımlı k.
Aşrallar k. Böyük Xoşdarlı k.
Ağdam k.
Qandallar k.
İbrahimhacılı k. Sadıqlı k.
Qəribli k.
Hacılar k.
Aşağı Öysüzlü k. Kəcavənd k.
Hətəmlər k.
Ağbulaq k.
Qazqulular k. Əhmədabad k.
Aşağı Ayıblı k.
Baqqallı k
Bozalqanlı k.
Qocdərə k.
Aşağı Quşcu k.
Hacıhəsənli k
Nağılar k. Bala Xoşdarlı k.
Böyük Qışlaq k.
Qalaboyun k
Səfərəli k. Yuxarı Öysüzlü k.
Şamlıq k.
Mollaayrım k.
Orta Qışlaq k.
Kirən k.
Düz Qırıqlı k.
Parakənd k.
Huseynqulular k.
Bala Şamlıq k.
Dönük Qırıqlı k.
Qüvənlik k.
Mollalar. k. Dəlləkli k.
Düz Cırdaxan k.
Sarıdamlı k.
Nəsibli k.
Ağbaşlar k.
Cəlilli k.
Həsənli k.
Qaradaş k.
Yanıqpəyə k.
Aşağı Mülkulü k.
Muncuqlu k.
Əlibəyli k.
Lazılar k.
Saladınlı k.
Qoşa k.
Hacallı k.
Almalı Tala k.
Sofular k.
Pələkli k.
Mülkülü k.
İsakənd k.
Xatncan k.
Şıxheybət k.
Əlimərdanlı k.
Aşrallar k.
Xınakirən k.
Çeşməli k.
Mansurlu k.
Ağdərə k.
Sarıtala k.
Abbasqulular k.
Səmədbəyli k.
Qarabağlılar k.
Ağacqala k.
Papaqçılar k.
Gırzan k.
Böyük Şamlıq k.
Çobansığnaq k.
Keşkənd k.
Dondar Quşçu k.
Yoğunbulaq k.
Əsrik Cırdaxan k.
Dondarlı k.
Qaraboyunlu k.
Bax: Azərbaycanın inzibati ərazi bölgüsü, 1979.
Tovuzluların xarici görkəmi və bəzi adət-ənənələri haqqında. Tovuzluların özlərinə məxsus
xarici körkəmi – bədən, sifət quruluşu vardır. Belə ki, onlar istər qonşu (Qazax-Gəncə).istərsə də
qonşu olmayan bölgələrdə yaşayan azərbaycanlılardan bədən, sifət quruluşlarına görə müəyyən qədər
fərqlənirlər. Bu da etnik soyköklə yanaşı, torpaq, su, xüsusən iqlimlə bağlıdır. Obrazlı desək, insan da
torpağın meyvəsidir. Göyçayın narı, Kürdəmirin yemişi, Bakının ənciri Tovuzda yaxşı bar vermədiyi
kimi,Tovuzun da şirin gilası,müaliçəvi əhəmiyyətli ağ tutu (buna yerli sakinlər şah tutu deyirlər)
həmin böğələrdə lazımi keyfiyyətdə bar vermir.
Tovuz kişilərinin boyları orta səviyyədən uca, sifətləri girdə, bənizləri qarabuğdayı, gözləri qara
və ala, qaşları qalın, burunları düz olur. Orta yaşlarında daha yaraşıqlı olurlar. Cavanlar telə, kişilər isə
bığa daha çox fikir verirlər. Tovuzda bığ kişilik əlaməti sayılır. Bığsız kişilərə həqarətlə baxırlar.
Bığın ancaq yan-yörəsi hamarlanar. Burada heç kim özünə bab qız axtarmaz, hamı qəşəng, gözəl qızla
evlənməyə çalışır. Tovuzluların təbirincə desək, kişinin qəşəngliyi vacib deyil, qocaqlığı vacibdir və
yaxud kişinin üzünə baxmazlar, izinə baxarlar. Kişilər çöl işlərinə: həyət-bacaya ,mal-qara saxlamağa,
əkib-becərməyə çox zirəkdirlər.
Археолоэийа, Етнографийа
Тарих вя онун проблемляри, №3 2010
192
Tovuzda qız və gəlinlər daha cazibədar, daha məlahətli olurlar. Şəvə kimi qara saçları,
qarabuğdayı, girdə sifətləri, qara və ala gözləri, xumar baxışları, şirin dilləri adamı heyran edir. Onlar
kişilərdən yaşınmağı xoşlayırlar. Danışanda nazlanırlar. Söz- söhbətlərinə, davranışlarına ciddi
yanaşır, artıq hərəkətlərə yol verməməyə çalışırlar. Bir az da müti şəkildə tərbiyə alırlar. Bu mütilik,
itaətkarlıq onların nəyə qadir olduqlarını aşkar etməyə imkan vermir. Burada qonağın xüsusi hörməti
vardır. Qonaq üçün əla süfrə açılır, yatmaq üçün təzə yorğan-döşək verilir.Yükdən seçilən yorğan-
döşək mütləq ev sahibəsi tərəfindən ətirlənməlidir.Əğər ər-arvad arasında narazılıq, küsü varsa, qonaq
bunu bilməməlidir. Əksinə, həmin vaxt ər-arvad küsünü bir yana qoyub, bir-biri ilə mehriban
münasibətdə olurlar.
Musiqini çox sevirlər, ən çox da aşıq musiqisini. Bəzi qadınlar da kişilər kimi saz çalıb-oxumağı
bacarırlar.Yaxın vaxtlara qədər burada saz çalıb-oxumayan gəncə az təsadüf edilirdi. Ət xörəklərindən
bozartma, xəmir xörəklərindən isə xəngəli daha çox xoşlayırlar.Tovuz süzməxənğəlin, qurutlu
xənğəlin “Vətəni” sayılır.Varlılar qonağa kababla yanaşı, sarımsaqlı quzu pörtməsi (bəzi kəndlərdə
buna pörtdəmə də deyirlər) verirlər. Burada yeyib-içməyin ölçüsü yoxdur.Tovuzda insanın orta ömrü
60-70 ildir.
Etnotoponimlər. Yazı mədəniyyəti gec inkişaf edən və yazılı mədəniyyəti az olan hər bir
xalqın tarixinin öyrənilməsində etnotoponimlərin tədqiqata cəlb olunması xüsusi elmi əhəmiyyət kəsb
edir. Məhz bugünkü etnotoponimlərdə xalqımızın tarixi taleyi durur desək, yanılmarıq. Araşdırmalar
göstərir ki, etnotoponimlər çox-çox uzaq tarixi kökləri özündə yaşada bilən əvəzsiz mənbədir.
Azərbaycan xalqının soykökündə duran, onun təkamülündə və etnogenezində mühüm rol oynayan
etnoslar haqqında ilkin məlumatı biz yunan, Roma, ərəb və başqa əcnəbi müəlliflərin əsərlərindən
alırıq. Heç şübhəsiz, əcnəbi müəlliflər türkdilli etnosları öz tələffüzlərinə uyğun təqdim etmişlər ki,
nəticədə onların bəziləri tanınmaz şəklə düşmüşdür. Hətta bəzən mübariz, döyüşkən, özlərindən qat-
qat üstün dövlətlərlə vuruşmaqdan çəkinməyən türk etnosları (məs: dondar, çıraqlı) vəhşi, cəllad,
qaniçən tayfalar kimi təsvir olunmuşdur. Ən başlıcası,bu etnoslar Azərbaycan ərazisindən kənarlarda
köçəri maldarlar kimi təqdim edildiyindən qədim Alban-Aran torpaqlarında türkdilli etnosların varlığı
danılmışdır. Xüsusilə iranşünaslar bu sahədə lap dəridən-qabıqdan çıxmışlar. Məqsədləri XI əsrə
qədər bu ərazidə irandilli xalqların yaşadıqlarını sübuta yetirmək olmuşdur. Erməni, gürcü tarixçiləri
də bu sahədə az iş görməmişlər. Maraqlıdır ki, rus tarixçilərindən biri bunu dərindən duymuş və
obrazlı şəkildə fikrini belə ifadə etmişdir ki, erməni tarixi erməni tarixçilərinə ömrü boyu borcludur.
Bəllidir ki, bu cür üzdəniraq tarixçilər xalqımızın etnik tərkibi ilə bağlı tarixən yaranmış bir sıra
etnotoponimləri də özləşdirmişlər. Nəticədə Gəncə-Qanzaq,Tovuzqala - Tavuzberd, Bərdə - Partav,
Xunan yurdu – Xunarakert, Xunanakert və s. kimi əcnəbi qaynaqlarında qeydə alınmışdır.
Son tədqiqatlardan məlum olur ki, Azərbaycan xalqının soykökündə duran etnosların çoxu məhz
Alban-Aran torpağında təşəkkül tapmış, qaynayıb- qarışmış və birliyi artdıqca bu çür uydurmalardan
uzaqlaşaraq varlığı danılmaz həqiqətə çevrilmişdir. Qədim Alban-Aran torpağında türkdilli etnosların
varlığını danan nihilistlərə cavab olaraq görkəmli tarixşünas alim Mahmud İsmayıl yazır: “Əgər
Albanlar başqa dildə danışmışlarsa, nə üçün onlar bu ərazidə məskun olduqları neçə-neçə yüzilliklər
boyu bir toponimə, oykonimə, hidronimə, oronimə öz dillərində bir ad verməmişlər”. Bu baxımdan
türkoloqların da fikirləri maraqlıdır: O necə hakim dövlət, hakim dil (udinlərin dili nəzərdə tutulur-
İ.M.) idiki, Azərbaycan dilinin lüğət tərkibində öz tarixi izini qoymamışdır. Bu tədqiqat işində
həqiqəti danan bir çox üzdəniraq tarixçilərə yeri gəldikcə cavab verilir və onların uydurmaları elmi
əsaslarla təkzib olunur. Tovuz etnotoponimlərlə daha zəngindir. Bu əsərdə həmin etnotoponimlərin
mənşəyi ilə yanaşı, yayımı, arealı da müəyyənləşdirilir. Burada etnotoponimlərin linqivistik təhlili də
öz əksini tapmışdır.
Tovuz. Alban-Aran torpağının tarixi yadigarlarından biri də Tovuzdur. Oykonim kimi bu ada ilk
dəfə V1l əsrin sonlarında yaşamış Alban tarixçisi Musa Kalankatlının məşhur ‘‘Alban tarixi‘‘
kitabında rast gəlirik. Əsərdə bu oykonim Tavus fonetik variantinda qeydə alınmışdr. Lakin bu o
demək deyildir ki, Tovuz bir yaşayış məntəqəsi kimi məhz Vll əsrdə təşəkkül tapmışdır. Bu ərazidən
arxeoloqların, etnoqrafların əldə etdikləri maddi mədəniyyət nümunələrindən, osteoloji qalıqlardan
Археолоэийа, Етнографийа
Тарих вя онун проблемляри, №3 2010
193
məlum olur ki, Tovuzun yaranma tarixi çox-çox qədimdir. Tovuzun Yanıqlı, Şamlıq, Əsrik və
Köhnəqala kəndlərindəki qala və qalaçalar, Girzan (əslində Kürsan) kəndindəki məbəd və s. Girdiman
dövlətinin fəaliyyəti dövrünə düşür. Sonrakı əsrlərdə Tovuzun adı müxtəlif fonetik tərkiblərdə özünü
göstərir. Məs:Tauz, Taus, Tavus, Tavusi, Tavusin, Tavuş, Tavuşin, Tovuş, Touş və s.
XI-XII əsr ərəb müəllifləri Tovuzda baş verən tarixi hadisələrlə bağlı maraqlı məlumatlar
vermişlər. Məsələn, 828-ci ildə ərəb xilafətinə qarşı mübarizə aparan görkəmli azərbaycan sərkərdəsi
Babəkin Tovuzu tutması; 835- ci ildə isə ərəb sərkərdəsi Buğa əl-Kəbrin Uti vilayətinə hücum edərkən
Tavusu və Şəmkiri də zəbt etməsi bə s. Alban salnaməsinin müəllifi Gəncəli Mixitar Qoş göstərmişdir
ki, 1144-cü ildə səlcuqlu əmir Cavlı yenidən aran vilayətinə qayıtdı və tələsik surətdə Abas
Baqratuninin möhkəmləndiyi Tovuz adlanan qalaya həmlə etdi. O, böyük səylə, bu qalanı uzun
müddət mühasirədə saxladı və nəhayət, itkisiz ələ keçirtdi .
Ərəb müəllifləri Tovuzqalanı strateji əhəmiyyətli bir qala kimi təsvir etmişlər. Bu qala
Şəmşəddin mahalında yerləşir. Şəmşəddin tayfasının adını daşıyan bu mahal orada tikilmiş mötəbər
Tovuzqala sonralar ermənilər tərəfindən mənimsənilmişdir.Şəmşəddin adı ermənilər tərəfindən təhrif
olunaraq Şəmşədil,Tovuzqala isə Tauzberd adlanmışdır. Tovuz sözünün mənşəyinə və semantik
mənasına dair elmi ədəbiyyatda bir-birini təkzib edən müxtəlif fikir və mülahizələr
söylənilmişdir.Onlardan bir neçəsini nəzərdən keçirək.
Tədqiqatçı R.Yüzbaşova görə,Tovuz coğrafi adının dil mənsubiyyəti yoxdur, ehtimal ki, tayfa
başçısının adı ilə bağlıdır. N.Nəbiyev öz tədqiqatında bu oykonimin “xırda”, “kiçik” mənasını
bildirdiyini qeyd edir. E.Mehrəliyev Tovuz sözünü türk dilində “hərbi rütbə” mənasını bildirən çouş
sözü ilə əlaqələndirmişdir. M.İ.Yusifov bu etnotoponimdə oğuz tayfalarından birinin damğası, ştampı
qorunub saxlanıldığını ehtimal edir. R.Kərimli və Ə.Əliyev birgə yazdıqları məqalədə Tovuz sözünün
Tokuz Oğuz (Doqquz Oğuz-İ.M.) tayfa ittifaqının uzun gedişli eliziya hadisəsinə uğramış variantı
hesab edirlər.Görünür müəlliflər Tokuz Oğuz tayfa ittifaqının yaranma tarixini və onların dil
mənsubiyyətini bilməmişlər. Çünki tarixi qaynaqlardan məlum olur ki, Tokuz Oğuz tayfa ittifaqı VII
əsrin əvvəllərində yaranmışdır.
Faruq Sümər “Öğuzlar” adlı əsərində yazır ki, Goytürk imperatorluğu dövründəki türk
ellərindən biri də doqquz boydan ibarət olan oğuzlar idi. Onlar VII əsrin axırları və VIII əsrin
əvvəllərində Tula çayı boyunda yaşayırdılar. Doqquzoğuzlular türk eli ilə birlikdə Göytürk dövlətinin
əsasını təşkil edən ikinci ünsürdür. Bunlar göytürklərin siyasi xələfləri olan uyğurlar dövründə də eyni
mahiyyətlə bir rol oynamışlar. Doqquzoğuzluların aqibəti məchuldur.
Onu da qeyd edək ki, əksər tədqiqatçılar bu tayfa ittifaqının Azərbaycan torpaqlarına gəlişini
XI əsrin 30-40-cı illərinə aid edirlər. Həm də haqqında danışdığımız oğuz birliyi uyğurlardan təşkil
olunduğu üşün uyğur dilində danışmışlar.
Faktlardan aydın olur ki,Tovuz etnotoponimi Tokuz Oğuz tayfa ittifaqı adından uzaqdır. Ona
görə də bu tarixi adları eyniləşdirmək elmi cəhətdən düz deyildir.
İSTİFADƏ OLUNMUŞ ƏДЯБİЙЙАТ:
1. Z.Xasıyev. Tovuzun toponim dünyası. B.,1997
2. www.vikipedia.com
3. M. İsmayıl. Azərbaycan xalqının yaranması. B.,1995
4. История Агван Моисея Кагангатваци. Спб.,1961
5. Şoto Saleh. Qazax Ağstafa elləri. B.,1995
6.Г.Ворошил Азербайджанские полеотопонимы в Закавказских источниках. Azərbaycan
filologiyası məsələləri. II bur., B.,1984
7. Mixitar Qoş.Alban salnaməsi. B.,1993
8.R.Kərimli,Ə.Əliyev. Bəzi etnotoponimlər haqqında. Azərbaycan toponimiyasının öyrənilməsinə
həsr edilmiş elmi konfransın materialları. B.,1973
9.T. Əhməd.Azərbaycan paleotoponimiyası. B.,1995
Археолоэийа, Етнографийа
Тарих вя онун проблемляри, №3 2010
194
10. F. Sümər.Oğuzlar. B.,1998
11. Г.А.Гейбуллаев. Топонимия Азербайджана, Б.,1986
12. С.Хан Магомедов. Горная стена. Аулы Табасарана, М.,1979
13. N.Məmmədov.Azərbaycanın yer adları. B.,1993
14. R. Eyvazova.Əfqanıstanda mükk mənşəli toponimlər. B.,1995
15. Z.M.Bünyadov.Azərbaycan VII-IX əsrlərdə. B.,1989
16. Г.Ворошил. Qafqaz Albaniyası. B., 1993
17. Г.А.Гейбуллаев. К этногенезу Азербайджанцев, Б.,1991
18. F.Məmmədova.Azərbaycanın siyasi tarixi coğrafiyası. B.,1992
МАМЕДОВ ИЛЬХАМ
Младший научный сотрудник
НИЦ«Азербайджановведение»
E-mail: ilham.01.01.1965@mail.ru
АДМИНИСТРАТИВНОЕ ДЕЛЕНИЕ ТОВУЗСКОГО РАЙОНА
В статье “Административное деление Товуза» прослеживается несколько направлений.
Это - административно-территориальное деление Товузского района, традиции и внешний
вид коренных жителей района, проблемы этнотопонимии, история образования Товуза. В ча-
стности, автор указывает на старейшее происхождение Товуза, упоминание его в труде албан-
ского историка Моисея Каланкатуйского, ссылается на арабские источники XI-XII веков, кото-
рые указывают о захвате Товуза в период движения Бабека.. В статье также даются антрополо-
гические сведения о мужском и женском населении Товуза.
MAMMADOV ILHAM
Junior scientist assistants
of "Azerbaijan Studying Center"
E-mail: ilham.01.01.1965@mail.ru
ADMINISTRATIVE DIVISION OF TOVUZ
In article “Administrative division of Tovuz» some directions are traced. It is administrative-
territorial division of Tovuz area, tradition and appearance of aboriginals of area, an ethno toponym
problem, history of formation of Tovuz. In particular, the author specifies in the oldest origin of
Tovuz, its mention in work of Albanian historian Moiseja Kalankatujsky, refers to the Arabian
sources XI-XII of centuries which specify about capture of Tovuz in movement of Babek. In article
the anthropological information on the man's and female population of Tovuz also are supplied.
Ðÿé÷è: ò.å.ä. F. Í. Ìóñòàôàéåâ, ò.å.ä. Ñ.À. Ìÿììÿäîâ
ÁÄÓ-íóí Àçÿðáàéúàíøöíàñëûã ÅÒÌ-èí 15 ñåíòéàáð 2010-úó èë òàðèõëè èúëàñûíûí ãÿðàðû èëÿ ÷àïà
ìÿñëÿùÿò ýþðöëìöøäöð (ïðîòîêîë ¹1 )
Dostları ilə paylaş: |