AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
AMEA İQTİSADİYYAT İNSTİTUTU
Dos. Dr. Vidadi Zeynalov
MALİYYƏ BÖHRANI:
TARİX, NƏZƏRİYYƏ VƏ
ANTİBÖHRAN SİYASƏT
BAKI - 2012
2
BBK 6.1.
Z-40
Elmi məsləhətçi: i.e.d., prof. Ş.H.Hacıyev
Elmi redaktor: i.e.d., prof. Z.F.Məmmədov
Rəyçılər : i.e.d., prof. M. Sadıqov
TC. Marmara Universitetinin prorektoru Hasan Selcuk
i.e.d., prof. E.M.Sadıxov
dos. dr. Z.H. brahimov
Z-40 Dos. V.Z.Zeynalov. Maliyyə Böhranı: Tarix, nəzəriyyə və
antiböhran siyasət. Bakı, Azərnəşr. 2012. səh.176.
Qlobal maliyyə böhranı və antiböhran siyasət mövzuları ilə əlaqədar
problemləri beynəlxalq elmi ictimaiyyətin, həmçinin ictimai və humanitar elmlər
sahəsində çalışan alimlərin müzakirə mövzusudur. Həyata keçirilən antiböhran
siyasəti əksər ədəbiyyatda təsviri çalışma səviyyəsində şərh edilir və təbii ki, bu
siyasətin mahiyyətinin dərin elmi analitik şərhə ehtiyacı vardır.
Tədqiqatın əsas məqsədi qloballaşan iqtisadi münasibətlər şəraitində
maliyyə -bank sektorunda həyata keçirilən islahatlar, maliyyə nəzarətinin tək-
milləşdirilməsi müstəvisində maliyyə böhranlarının nəzəriyyəsinin və metodolo-
giyasının işlənib hazırlanmasından, bu sahədə elmi cəhətdən əsaslandırılmış,
nəzəri və praktiki təküflərin hazırlanmasından ibarətdir.
Özəlliklə, Azərbaycanda uğurla həyata keçirilən inkişaf və modernləşmə
strategiyası sayəsində gerçəkləşdirilən antiböhran monetar siyasətinin maliyyə
sabitliyinin təminatında rolu elmi cəhətdən təhlil edilir.
Kitab geniş oxucu auditoriyası, xüsusən də maliyyə və bankçılıq məsələri
ilə əlaqədar məşğul olan mütəxəssislər, ekspertlər və «Maliyyə» ixtisası üzrə
tədris edən müəllimlər, təhsil alan bakalavr, magistr və doktorantlar üçün çox
faydalı və yararlı elmi nəşrdir.
Z-40
© V.Z. Zeynalov, 2012.
0601000000
M-651 (07) 2012
qrifli nəşr
3
Ö N S Ö Z
Hal-hazırda iqtisadiyyatın bütün sahələrində aparılan islahat-
lar həyatın bütün sahələrini, xüsusən sosial-iqtisadi münasibətlər
sistemində müstəsna rolu olan maliyyə sektorunu da əhatə edir.
Bu gün istənilən iqtisadi sistemə malik olan ölkənin maliyyə-iqti-
sadi vəziyyətini öyrənmək üçün onun maliyyə-bank sistemində baş
verən prosesləri araşdırmaq lazımdır. Çünki məhz hər bir ölkənin
maliyyə sistemi ilkin olaraq, onun iqtisadiyyatında baş verən
yüksəlişə və ya tənəzzülə adekvat reaksiya verərək, bu prosesləri
qabaqcadan proqnozlaşdırmaq üçün şərait yaradır.
Bazar iqtisadiyyatı şəraitində maliyyə böhranları qanunauy-
ğ
un haldır və ona xas olan immanent disproporsiyalar və ziddiy-
yətlərlə şərtləndirilir. Bu çərçivədə maliyyə sektorundakı böhranla-
rın səbəblərini araşdıran elmi-tədqiqat işləri son illər artmaqdadır.
Son illərdə, daha dəqiq desək, 2008-ci illərin əvvəlindən baş-
layaraq dünyanın bir çox ölkələrində banklar müflisləşməyə başla-
mış, maliyyə institutlarında və pul bazarlarında qlobal səbatsızlıq-
lara yol verilmişdir ki, bu da geniş miqyasda bank böhranının ya-
ş
anması problemlərini gündəmə gətirmişdir. Son illər artıq bu
problemlər «epidemiya» halını alaraq getdikcə daha çox ölkələri
və regionları öz əhatəsinə almışdır. Bu böhranların baş verməsi
ə
manətçilərin və iri kreditorların hüquqlarının təmin olunmasının
səmərəli mexanizmlərinin olmamasını aşkara çıxarmış və bunun
da nəticəsində maliyyə - bank sisteminə olan etimad sürətlə aşağı
düşərək, depozitlərin həcminin azalmasına gətirib çıxarmışdır.
Məhz bu problemlərin baş verməsi üzündən bir çox ölkələrdə
bank böhranı baş verən kimi qısa bir dövr ərzində bankların restruk-
turizasiyası üçün kompleks proqramların işlənilməsinə başlanıl-
mışdır. Çünki hazırda dünya bank sistemi üçün maliyyə sabitliyinin
təmin olunması məsələləri həyati əhəmiyyət kəsb edir. Məhz bu
səbəbdən də, dünyanın inkişaf etmiş dövlətlərində bank depozit-
lərinin icbari sığortalanması sistemi tətbiq olunmağa başlanmışdır.
Dostları ilə paylaş: |