MÖVZU 1
Mülki hüquq vƏ
xüsusi hüquq
§ 1. Mülki hüquq xüsusi hüququn bir sahə
si kimi
1. «Mülki hüquq» termininin tarixi mə
nbə
yi
Bir çox qabaqcıl və inkişaf etmiş ölkələrin (Almaniyanın, Fransanın, Italiyanın, Yaponiyanın, ABŞ-ın və s.)
daxili milli hüquq sistemləri ayrı-ayrı hüquq sahələrindən — konstitusiya hüququndan; cinayət hüququndan;
ə
mək hüququndan; inzibati hüquqdan və s. ibarətdir. Bu hüquq sahələrindən biri mülki hüquq adlanır. Mülki
hüquq hər bir ölkənin dövlətdaxili milli hüquq sisteminin ən geniş, əsas və başlıca sahələrindən biri hesab olu-
nur.
Hər bir hüquq sahəsi ictimai münasibətlərin müəyyən bir sferasını tənzimləyir. Bəs mülki hüquq nəyi nizama
salır? Hansı növ ictimai münasibətlər onun nizamasalma predmetinə daxildir? Hər gün insanlar özlərinə maüa-
zadan, dükandan və bazardan ərzaq məhsulları, geyim şeyləri, ev avadanlıqları, məişət predmetləri və s. alırlar.
Bu kimi hallarda alqı-satqı münasibətləri yaranır. Bakı şəhərində tikinti təşkilatları bizim gözlərimiz önündə hər
gün bir-birindən yaraşıqlı və uca binalar tikir. Tikinti təşkilatları ilə həmin binaların tikilməsini sifariş edən
şə
xslər arasında münasibətlər podrat münasibəti adlanır. Hər gün işzilər (həkimlər, mühəndislər və s.), müəllim-
lər və tələbələr müxtəlif ictimai nəqliyyat vasitələrindən istifadə etməklə iş yerlərinə, ali təhsil müəssisələrinə
gəlirlər. Belə halda sərnişinlərlə ictimai nəqliyyat vasitələri arasında daşıma münasibətləri əmələ gəlir. ßdliyyə
orqanlarında öz nizamnaməsini dövlət qeydiyyatından kezirən və sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq niyyə-
tində olan müəssisə (firma) kommersiya bankında hesablaşma hesabı azır. Müştəri (müəssisə) ilə bank arasında
ictimai münasibət meydana gəlir. Universitetə dərsə gələn tələbələr paltolarını saxlamaq üçün qarderoba verir-
lər. Bu cür halda saxlama (saxlanc) münasibətləri göz qabaüındadır. Kəndli (fermer) təsərrüfatı sahibkarlıq fəa-
liyyətini həyata kezirmək üçün kredit təşkilatından kredit alır. Belə halda kredit münasibətləri yaranır. Vətəndaş
öz yaşayış evini yanüından sıüortalamaq üçün sıüorta təşkilatı ilə əlaqəyə girir. Göstərilən hal isə sıüorta müna-
sibətinin əmələ gəlməsinə dəlalət edir. Ata ölür və onun əmlakı vərəsələrə kezir. Bununla vərəsəlik münasibəti
yaranır. Bax, bütün bu və digər münasibətlər mülki hüquqla tənzimlənir və nizama salınır.
Müasir xarici ölkələrin (məsələn, Almaniyanın, Fransanın, Italiyanın, Hollandiyanın, Ispaniyanın və s.) milli
mülki hüquq sistemlərində mülki hüquq dedikdə, əsasən ictimai həyatda və cəmiyyətdə əmələ gələn əmlak
münasibətlərini tənzimləyən hüquq sahəsi başa düşülür. Mülki hüquq sahəsi sivilistika da adlanır. Sivilistika
sahəsinə, bir qayda olaraq, əmlak münasibətlərini nizama salan hüquq normaları daxildir. «Sivilistika» termini-
nin tarixi mənşəyi və kökü isə çox qədim dövrlərə və əyyamlara gedib çıxır. Bu termin «ius civile» anlayışı ilə
bağlıdır. «Ius civile» Roma hüququ tərkibində ayrıca sistem kimi yaranmışdı. Roma hüququnda bir nezə sistem
fərqləndirilirdi. Bu hüquq sistemləri birdən-birə eyni vaxtda yaranmamışdı. Onlar tarixi inkişafın müxtəlif düvr-
lərində tədricən bir-birinin ardınúa təşəkkül tapmışdı. «Ius civile» Roma hüququnun tarixi sistemləri arasında
xüsusi yer tuturdu.
«Ius civile» «mülki hüquq» mənasını ifadə edir. Belə ki, latın dilində mülki sözünə, ümumiyyətlə desək,
«civilis» ifadəsi uyğun gəlir. Latınca «ius» sözü isə «hüquq» mənasını bildirir. Amma Roma hüququnun tarixi
sistemlərindən biri olan sivil hüququ (ius civile) müasir mənada mülki hüquq anlayışına uyğun gəlmir. Roma
mülki hüququnun nizamasalma predmeti sivil hüququn (o cümlədən müasir mülki hüququn) nizamasalma pred-
metindən daha geniş idi. Belə ki, Roma mülki hüququna üz hüquq sisteminin məcmusu uyğun gəlirdi:
●
sivil hüququ (ius civile);
●
xalqlar hüququ (ius gentium);
●
pretor hüququ (ius praetorium və ya honorarium; «honores» - fəxri vəzifə deməkdir).
Sivil hüququ kvirit hüququ da adlandırılır.
Kvirit hüququ (ius quiritium) qədim milli Roma hüququ idi.
Bu hüququn adı Roma vətəndaşları olan qədim kvirit qəbilələrinin adı ilə bağlıdır. Kvirit hüququ yalnız Roma
vətəndaşları olan kviritlərə şamil edilirdi. Bu hüquq sistemi sonralar sivil hüququ adını aldı. Sivil hüququ Roma
vətəndaşlarının və şəhər-dövlətlərin (civitas) hüquqlarının milli xarakterə malik olmasını ifadə edirdi. O, qədim
milli Roma hüququ kimi qəbul olunmuşdu.
Roma hüququna daxil olan sistemlərdən biri xalqlar hüququ (ius gentium) adlanırdı. Sivil hüququ bu hü-
quq sisteminə qarşı qoyulurdu. Xalqlar hüququnun yaranması Roma hüququnda mühüm hadisə idi. Belə ki, si-
vil hüququ yalnız Roma vətəndaşlarına tətbiq edilirdi. Yalnız bu vətəndaşlar tam hüquqlu subyektlər hesab olu-
nurdular. Roma iúmasına daxil olmayan insanlar prinsip etibarilə hüquqsuz sayılırdılar. Onlar «düşmənlər»
(hostes) hesab olunurdular və hər hansı bir müdafiədən istifadə etmirdilər. Bu cür vəziyyət qədim iúmanın ma-
lik olduüu qapalı təsərrüfat sistemi üçün xarakterik idi. Istehsal və mübadilənin inkişafı, qonşu xarici ölkələrlə
ticarət dövriyyəsinin genişlənməsi, əyalətlərin, iúmaların, koloniyaların və s. Roma imperiyasına birləşdirilməsi,
Roma vətəndaşlıüının öz əvvəlki məhdud milli xarakterini itirməsi və digər amillər Roma vətəndaşları olmayanlar
(pereqrinlər) üçün əsas hüquqların (mülkiyyət hüququnun, müqavilə baülamaq hüququnun) tanınmasını zərurətə