Təhlükəsizliyə dair vacib informasiya
Bucaq cilalama maşını üçün könüllü təhlükəsizlik tədbirinə aiddir:
2016-cı ilin iyun ayından avqust ayına qədər olan istehsal müddətindən GWS 20, GWS
22, GWS 24, PWS 20, PWS 1900, PWS 2000 seriyaları
2016-cı ilin fevral ayından oktyabr ayına qədər olan istehsal müddətindən əyləcli GWS
24-230 JVX Professional modeli.
Bosch Power Tools öz məhsullarının keyfiyyət və təhlükəsizliyinə çox böyük əhəmiyyət verir.
Bizim üçün ən əsası istifadəçinin məmnuniyyətidir. Buna görə də sizi,
könüllü olaraq həyata
keçirdiyimiz, təhlükəsizliklə şərtlənmiş tədbirlə məlumatlandırmaq istərdik .
Keyfiyyət təhlükəsizliyi tədbiri çərçivəsində tərəfimizdən müəyyən edilmişdir ki, konstruksiyasında
qüsurlu detal olması səbəbi ilə bucaq cilalama cihazlarının məhdud sayında,cihaz işlək vəziyyətdə
ikən kəsici, yaxud cilalayıcı disk, bərkidici qurğu (şpindel) ilə birlikdə açılıb yerindən çıxa bilər. Bu
səbəbdən də bəzi nadir hallarda kəsik və əzik kimi yaraların olması ehtimalını istisna etmirik.
Müştərimiz qarşısındakı məsuliyyəti nəzərə alaraq qərara aldıq ki, ehtiyat tədbiri kimi, potensial
olaraq belə qüsura malik bütün cihazlar geri qaytarılsın, zəruri olduğu halda təmir edilsin və ya
yenisi ilə əvəz olunsun. Təmir və ya əvəzlənmə təbii ki, tərəfimizdən ödənişsiz aparılır.
Sözügedən bucaq cilalama cihazları artıq bu andan etibarən istifadə olunmamalı, yaxud digər
şəxslərə ötürülməməlidir. Əgər Siz bu müddət ərzində həmin cihazları digər şəxslərə satmış,
yaxud da ötürmüsünüzsə, bu halda sözügedən məhsulların artıq istifadə olunmamasından əmin
olmaq üçün Sizdən, təhlükəsizliyə dair göstərişi cihazı qəbul edən şəxsə mümkün qədər tez
ötürmənizi xahiş edirik.
Sözügedən cihazlar Rusiyada istehsal olunan, 2016-cı ilin iyun ayından avqust ayı da daxil olmaqla
olan istehsal müddətindən GWS 20, GWS 22, GWS 24, PWS 20, PWS 1900, PWS 2000 seriyalı
cihazlar, eləcə də 2016-cı ilin fevral ayından oktyabr ayınadək olan istehsal müddətindən əyləcli
GWS 24-230 JVX Professional cihazıdır.
Cihazın cihaz və seriya nömrəsində göstərilmiş, istehsalçı ölkənin kodu əsasında birmənalı olaraq
təyin edə bilərsiniz:
2/3
Model
Cihaz nömrəsi
Seriya nömrəsi
GWS 20-230 H
3601H50102 / 3601H50L01 /
3601H50L03 / 3601H50L62 /
3601H50L72 / 3601H50L73
606… - 608…
GWS 20-230 JH
3601H50M01
606… - 608…
GWS 22 - 180 H
3601H81102 / 3601H81L02 /
3601H81L62 / 3601H81L72
606… - 608…
GWS 22-180 JH
3601H81M02
606… - 608…
GWS 22 - 230 H
3601H82103 / 3601H82L03 /
3601H82L63 / 3601H82L73
606… - 608…
GWS 22 - 230 JH
3601H82202 / 3601H82M03 /
3601H82M32 / 3601H82203
606… - 608…
GWS 24-180 H
3601H83101
606… - 608…
GWS 24-180 JH
3601H83M01
606… - 608…
GWS 24-230 H
3601H84101 / 3601H841P1 /
3601H84L01
606… - 608…
GWS 24-230 JH
3601H84201 / 3601H84M01 /
3601H84204
606… - 608…
GWS 24-230 JVX
3601H64505 / 3601H64U07 /
3601H64Z05
602… - 610…
PWS 20-230
3603C59W09
606… - 608…
PWS 1900
3603C59W08
606… - 608…
PWS 2000-230JE
3603CC6000 / 3603CC6030
606… - 608…
Modeli, istehsal edildiyi ölkə, eləcə də cihaz və seriya nömrəsi, cihazın üstündəki birkadan
aşağıdakı kimi oxunur:
3/3
Bosch Power Tools yaranmış keyfiyyət probleminə görə çox təəssüf edir və bütün aidiyyəti
istifadəçilərdən üzr istəyir.