3
Giriş
Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə-
lərinin I dünya müharibəsinin başa çatmasından II dünya müharibəsinin sonuna-
dək siyasi,iqtisadi,hərbi,mədəni və beynəlxalq əlaqələr tarixi təşkil edir.
Bu dövr 5 mərhələyə ayrılır.I mərhələ:1918-1923-cü illəri əhatə edir.Bu
mərhələdə I dünya müharibəsinin yekunu olaraq dünyanın nəhəng imperiyaları-
Rusiya,Almaniya,Avstriya-Macarıstan və Osmanlı imperiyaları dağıldı,onların
süqutu nəticəsində dünyanın siyasi xəritəsində yeni dövlətlər yarandı.Rusiyada
bolşeviklərin hakimiyyətə gəlməsi ilə dünyada iki sistem-kapitalizm və sosializm
sistemləri arasında mübarizə başlandı.Yeni Rusiyanın Antanta dövlətləri tərəfin-
dən tanınmaması,xüsusilə,bolşevik Rusiyasının Paris sülh konfransında iştirak-
dan kənarlaşdırılması mübarizənin kəskin xarakter aldığını göstərirdi.Versal-
Vaşinqton sisteminin yaradılması dünyanın müharibədən sonrakı quruluşunu
müəyyən etməklə yanaşı,qalib dövlətlərlə məğlub dövlətlər arasında ziddiyyətləri
tamamilə həll etmədi.
Nəzərdən keçirilən dövrdə Qafqaz problemləri, xüsusilə,Azərbaycan məsə-
ləsi də mühüm yer tutur.Buna görə də AXC-nin beynəlxalq münasibətlər siste-
mində mövqeyi müəyyənləşdirilir,onun süqutunun səbəbləri göstərilir.
II mərhələ-1924-1928-ci illəri əhatə edir.Bu mərhələ kapitalizmin inkişa-
fının nisbi sabitləşməsi ilə xarakterizə olunur.Ayrı-ayrı kapitalist ölkələrində
müharibənin ağır nəticələri aradan qaldırılır,bərpa-quruculuq prosesi başlanır,
burjuaziyanın rəhbərliyi altında idarəetmə sistemləri möhkəmləndirilir,eyni za-
manda fəhlə hərəkatı da güclənir,həmçinin,milli məsələ siyasi müstəviyə gətirilir.
Bundan başqa bəzi ölkələrdə faşist təşkilatları formalaşma dövrünü başa çatdırır,
habelə, hakimiyyətə gələrək siyasi idarəetməni ələ keçirirlər.Qeyd edilən dövrdə
imperiya və müstəmləkələr arasında münasibətlər də yeni forma və məzmun kəsb
edir.Nisbi sabitləşmə illərində beynəlxaq münasibətlər güc amilindən qarşılıqlı
anlaşmaya keçidlə xarakterizə olunur.
III mərhələ-1929-1933-cü illəri əhatə edir.1929-cu ildə ABŞ-da başlanmış
4
iqtisadi böhran tezliklə Avropa dövlətlərinə də təsir göstərdi.Hələ kapitalizmin
nisbi sabitləşməsi dövründə əldə edilən nailiyyətlər dünya iqtisadi böhranı illərin-
də böhranın təsirinə məruz qaldı.Sənaye və kənd təsərrüfatında gerilik yalnız
1933-cü ildə aradan qaldırıldı və bu sahələrdə göstəricilər 1913-cü il səviyyəsinə
çatdı.
Həmçinin,böhran illərində müstəmləkə xalqlarında milli-azadlıq hərəkatı
yüksəldi və imperiya hökumətini sarsıtdı.Dünya iqtisadi böhranı ayrı-ayrı döv-
lətlərdə partiyalararası ziddiyyətləri dərinləşdirdi,fəhlə hərəkatını gücləndirdi.
IV mərhələ-1933-1939-cu illəri əhatə edir.Yeni mərhələdə beynəlxalq zid-
diyyətlər dərinləşərək kapitalist dövlətləri arasında yeni blokların formalaşmasını
başa çatdırdı.Faşizmin hakimiyyətə gəlməsi və onun yeritdiyi siyasət Avropada
və habelə,dünyada böyük təhlükələrə səbəb oldu.SSRi-nin timsalında Sovet döv-
lətinin faşist təcavüzünə hazır olmaması yeni diplomatik addımların atılmasını
tələb edirdi.Bir sıra dövlətlərdə Xalq Cəbhələrinin və bu tipli təşkilatların yaran
ması beynəlxalq ziddiyyətlərə təsir göstərsə də,yeni dünya münaqişəsini aradan
qaldıra bilmədi.Faktiki olaraq dünya xalqları müharibə təhlükəsi ilə qarşılamalı
oldu.
V mərhələ-1939-1945-ci illəri əhatə edir.Bu mərhələ isə İkinci dünya mü-
haribəsinin başlanmasından müharibənin sonunadək davam edir ki,bu illərdə
xalqlar arasında ziddiyyətlər müharibə ilə nəticələnir və müharibənin yekunu ola-
raq dünyanın siyasi xəritəsində dəyişikliklər baş verir.Müharibənin I dövründə
hərbi əməliyyatlar yalnız kapitalist dövlətləri arasında getdiyi halda,II dövrdə
Sovet dövləti də müharibəyə cəlb olunur.Müharibənin son mərhələsində isə faşist
Almaniyasının darmadağın edilməsi başlanır,ABŞ-Sovet-ingilis diplomatiyasının
vahid cəbhədə mübarizəsi alman faşizmini və yapon militarizmini tamamilə məhv
edir.
Avropa və Amerika ölkələrində müasir tarixinin öyrənilməsi cəmiyyətin
inkişafının qanunauyğunluqlarını,beynəlxalq aləmdə baş verən mürəkkəb ictimai-
siyasi prosesləri dərk etməyə və praktik nəticələr çıxarmağa kömək edir.Belə ki,
dünya tarixinin bu mərhələsi Qərb,Sovet və müasir tarixçilər tərəfindən ciddi
5
araşdırılmış və tədqiqatlar davam etdirilməkdədir.Bu baxımdan Enmio Di Nolfo-
nun “The history of international relations.1918-1933” ,Peterham Lizin “Britain
in the 20
-th
centry”, Raul R. Viotti,Mark V.Kappinin “International relations and
Word Politics” əsərlərini,V.V.Aleksandrovun “Новейшая история стран Европа
и Америка.1918-1945”,F.V.İlliyuxinanın“Лига нации.1919-1934” əsərlərini,
habelə, M.Qasımlının “Avropa və Amerika ölkələrinin müasir tarixi.1918-1945”
əsərlərini qeyd etmək olar.
Müqayisəli təhlil zamanı məlum olur ki,Qərb və Sovet tarixçilərinin müx-
təlif əsərlərə yanaşma tərzi fərqlidir.Sovet tarixçiləri hesab edir ki,Qərb alimlə-
rinin əsərlərində ayrı-ayrı məsələlərin təhlili reallığı əks etdirmir.Ona görə də So-
vet tarix elminin prinsipləri kifayət qədər əsaslıdır və Qərb tədqiqatından özü-
nün elmiliyi ilə fərqlənir.Sovet tarixşünaslığında əsaslandırılmağa çalışılır ki,Ver-
sal-Vaşinqton sitemi daxili konfliktlərlə dolu bir sistem olmuş,dünyada mövcud
qarşıdurmanı daha da gücləndirmiş,müstəmləkə əsarətinin möhkəmləndirilməsi-
nə şərait yaratmışdır.Bununla onlar Qərb ideoloqlarının irəli sürdükləri fikirlərə
qarşı çıxmışlar ki,bu da iki müxtəlif ideologiyaya məxsus tarixçilər arasında ciddi
elmi mübahisə doğurmuşdur.Qeyd etdiyimiz kimi bu fikirlər İkinci dünya müha-
ribəsinin başlanmasına münasibətə də aiddir.Belə ki,Sovet tarixçiləri müharibə-
nin başlanmasında Qərb dövlətlərini,Qərb tarixçiləri isə Sovet İttifaqını təqsirlən-
dirir.Halbuki,müharibənin törədilməsində hər iki tərəf rol oynamışdır.
Müasir tarixçilər arasında M.Qasımlı özünün əsərləri ilə daha çox diqqəti
cəlb edir.Belə ki,onun 2003-cü ildə nəşr edilmiş “Avropa və Amerika ölkələrinin
müasir tarixi” adlı əsəri müasir dövrdə yazılan ən sanballı əsərlərdəndir.Kitabda
Avropa və Amerikanın ayrı-ayrı ölkələri,habelə,beynəlxalq münasibətlər tarixi və
İkinci dünya müharibəsi öz əksini tapmışdır.
Bütün bunlardan başqa kollektiv müəlliflər tərəfindən “Avropa və Amerika
ölkələrinin müasir tarixi ” nə dair dərsliklər və dərs vəsaitləri yazılmş və nəşr
edilmişdir.Ümumiyyətlə,Avropa və Amerika ölkələrinin müasir tarixinə dair ye-
ni-yeni tədqiqatlar aparılır və bundan sonra araşdırmalar davam etdiriləcəkdir.
Dostları ilə paylaş: |