Xəlilov M.S.,Qurbanov A.İ.,Musayeva N.N.
Kitabxana informatikası. Bakı,
ʺOdlar Yurduʺ nəşriyyatı.
2001‐162s., şəkilli
Elmi redaktor: dos.İ.Ə.Qurbanov
Rə’y verənlər: dos.A.Y.Əliyev
dos.Y.Ə.Əbilov
Kitab kitabxanaçılıq fakültəsinin tələbələri üçün nəzərdə
tutulmuşdur. Kitabda kitabxanaların avtomatlaşdırılmasının əsas
prinsipləri, nəzəri əsasları şərh olunmuş, maşınla oxunan
formatlar : USMARC və UNIMARC formatları, Korporativ
Kitabxana İnformasiya şəbəkəsi haqqında məlumat verilmişdir.
“İRBİS”, “Biblioteka 5.0”, “Marc‐Sql 1.5”, “Opac‐Global”,
“RUSLAN” Avtomatlaşmış Kitabxana İnformasiya Sistemləri
izah edilmişdir.
©ʺOdlar Yurduʺ nəşriyyatı
3
GIRIŞ
Kitabxanalar əsrlər boyu İnsan dühasının yaratdığı
ideya və nəzəriyyələrin, «yazılı abidələrin» qorunduğu ən
böyük informasiya mənbəyidir və bəşər sivilizasiyası öz
inkişafına görə kitabxanalara borcludur. Bəşəriyyətin
inkişafetdirici qüvvəsi olan bütün elmi nəzəriyyələr və
texnologiyalar kitabxanalardan bəhrələnmiş, cəmiyyətin
qabaqcıl ordusu‐ziyalılar isə kitabxanalardan istifadə
etməklə yetişmişlər. Kitabxanalar yarandığı vaxtdan bu
günə kimi insanların informasiya təlabatını ödəmək və
informasiyanın gələcək nəsillərə ötürmək funksiyasınını
yerinə yetirir və cəmiyyətin infrastrukturunda mühüm
həlqədir. Bu gün kitabxanalar informasiyalaşmış vətəndaş
cəmiyyətinin əsas göstəricisi olan qlobal informasiya
mühitinin, beynəlxalq, milli və regional səviyyədə
informasiya mübadiləsi sistemlərinin yaradılmasında,
informasiyanın əmtəəyə çevrilməsində, informasiya və bilik
bazarının yaradılması və inkişafında, təhsil sisteminin və
səviyyəsinin təkmilləşməsində, cəmiyyətin peşə və ümumi
mədəniyyət
səviyyəsinin
artmasında
aparıcı
rol
oynamalıdır. Bunun üçün kitabxana işinin təkmilləşməsi,
kitabxananın müasir səviyyəyə uyğun qurulması, ilk
növbədə isə avtomatlaşdırılması zəruridir.
Kitabxanaların avtomatlaşdırılmasına keçən əsrin
50‐60‐cı illərindən başlanılsa da, kitabxanaların kompleks
avtomatlaşdırılması 70‐80–cı illərdə, kitabxananın bütün
bölmələrini əhatə edən ümumkitabxana kompüter şəbəkəsi
və «klient‐server» texnologiyasına, biblioqrafik yazıların
maşınla oxunan MARC formatına əsaslanan, əsas kitabxana
proseslərinin kompleks avtomatlaşdırılmasını təmin edən
Avtomatlaşdırılmış
Kitabxana‐İnformasiya
İdarəetmə
Sistemlərinin yaradılması ilə mümkün olmuşdur[7‐8]. Bu
4
gün
kompüter‐şəbəkə
və
telekommunikasiya
texnologiyalarının naliyyətlərinin kitabxanalara tətbiqi
nəticəsində,
kitabxanaların
avtomatlaşdırılması
öz
inkişafında yeni mərhələyə‐qlobal korporativ virtual
kitabxana‐informasiya şəbəkəsinin yaradılması mərhələsinə
qədəm qoymuşdur.
Təssüflər olsun ki, böyük kitabxana şəbəkəsinə
malik
olan
Azərbaycanda
kitabxanaların
avtomatlaşdırılması işinə son bir neçə ildə başlanılmışdır və
bu sahəyə həddən artıq maraq, təlabat vardır. Lakin qarşıya
çıxan problemlərin çoxluğu, ayrı‐ayrı naliyyətlərin olmasına
baxmayaraq,
hələ
nəzərəçarpacaq
nəticələrin
əldə
olunmasına imkan vermir. Bu problemlərdən biri də yüksək
ixtisaslı kadr çatışmamazlığıdır. Bu məqsədlə Əməkdar
elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının Akademiki, professor Abuzər Xələfovun
təşəbbüsü ilə Bakı Dövlət Universitetində yeni fənnlər‐
«Kitabxana
proseslərinin
kompüterləşdirilməsi»,
«Avtomatlaşmış kitabxana sistemlərinin proqram təminatı»
fənnləri tədris olunur və ayrılmış tədris saatı çərçivəsində
tələbələr kitabxanaların avtomatlaşdırılmasının nəzəri
əsasları ilə tanış olur və texniki imkanlar çərçivəsində
praktik vərdiş alırlar. Aydın məsələdir ki, Ana dilimizdə
müvafiq ədəbiyyatın olmaması, rus və ingilis dilli
ədəbiyyatların əldə olunmasında obyektiv problemlər,
tədrisdə müəyyən çətinliklər yaradır, tədrisin səviyyəsinə
təsir edirdi. Oxuculara təqdim olunan bu kitab «ədəbiyyat
qıtlığı» problemini qismən də olsa həll etmək məqsədi ilə
yazılmışdır. Müəlliflər izah etdikləri məsələləri sadə və
geniş oxucu kütləsinin başa düşəcəyi dillə şərh etməyə
çalışmışlar və hesab edirlər ki, kitabxananın avtomatlaşması
ilə maraqlanan, kitabxana işi və kompüter texnologiyasına