8
ləri ilə bağlı olan hisslər daxildir. Gerçək aləmdə baĢ verən hər
hansı bir hadisə insanda müsbət və mənfi emosiya yarada bilir
ki, bu da onun fəaliyyətinə müvafiq təsir göstərir.
Ġnsanın həyat və fəaliyyətində iradi proseslərin də rolu
az deyildir. Ġradi proses özünü insanın qərar qəbulu, çətinlikləri
aradan qaldırmaq, öz davranıĢını idarə etmə Ģəraitində aydın
Ģəkildə göstərir.
Psixi hallara gəldikdə onlar bütövlükdə insanın psixi
vəziyyətini xarakterizə edirlər. Onlar da psixi proseslər kimi
özlərinin dinamikliyinə, istiqamətinə, nisbi davamlılığına,
intensivliyinə görə fərqlənirlər. Bununla yanaĢı olaraq psixi
hallar psixi proseslərin gediĢinə və nəticələrinə təsir göstərə,
fəaliyyəti gücləndirə və ya ləngidə bilər. Psixi hallara dirçəliĢ,
məyusluq, qorxu, ümidsizlik, ruhdan düĢmə, gümrahlıq və s.
aid etmək olar.
Psixi hadisələrin üçüncü qrupuna şəxsiyyətin psixi
xassələrini aid edirlər. ġəxsiyyətin psixi xassələri özlərinin
yüksək davamlılığı və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə
şəxsiyyətin
istiqamətini,
temperament,
xarakter
və
qabiliyyətləri aid edirlər. Psixoloqlar belə qənaətə gəlmiĢlər ki,
bu xassələrin inkiĢaf səviyyəsi, eləcə də psixi proseslərin
inkiĢaf səviyyəsi və psixi halların üstünlüyü insanın
təkrarolunmazlığını, fərdiyyətini təmin edir.
Bütün qeyd olunanları nəzərə alaraq psixologiyaya bir
elm kimi belə tərif vermək olar: Psixologiya obyektiv
gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr,
onların yaranma və inkişaf qanunları haqqında elmdir.
I. 1.2. Psixologiyanın elmlər sistemində
yeri və sahələri
Müasir elmlər sistemi və psixologiya. Müasir dövrdə
psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi
diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və
9
fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya
nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırki dövrdə
bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin
səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Lakin
nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya
baĢqa elmlərdən təcrid olunmuĢ Ģəkildə deyil, onlarla vəhdətdə
mövcuddur və fəaliyyət göstərir. Bəs elmlər sistemində psix-
ologiya elmi hansı yeri tutur, onun baĢqa elmlərlə qarĢılıqlı
əlaqəsi nədən ibarətdir?
Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu
sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmiĢdir. Onun
«elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Kedrova görə
psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət
elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq
mövqe tutur (bax Ģəkil 2).
ġəkil 2. Psixologiyanın elmlər sistemində yeri.
Фялсяфя
Тябият
Щуманитар
Психолоэийа
10
Psixologiya bu elmlərin məlumatlarını özündə birləĢdirir
və eyni zamanda onlara təsir etməklə insan haqqında elmlərin
modelinə çevrilir. Psixologiyanın baĢqa elmlərlə əlaqəsinə qısa
nəzər yetirək.
Ġnsan psixikası və davranıĢını onun təbii və sosial möv-
cudluğu haqqında biliklər olmadan baĢa düĢmək mümkün
deyildir. Ona görə də psixologiyanın öyrənilməsi insan
biologiyası, onun ali sinir sisteminin quruluĢu və fəaliyyəti
haqqında biliklərə yiyələnməyi tələb edir. Psixi hadisələr və
mərkəzi sinir sisteminin fəaliyyəti arasındakı əlaqə haqqında
biliklər ali sinir fəaliyyətinin fiziologiyasında öz konkret əksini
tapmıĢdır. Təsadüfü deyildir ki, psixologiyanın təbii elmi
əsaslarından danıĢarkən məhz ali sinir fəaliyyətinin
qanunularına istinad edilir.
Psixologiya cəmiyyətin tarixi və mədəniyyəti ilə sıx
bağlıdır. Belə ki, insanda ali psixi funksiyaların inkiĢafında
sivilizasiyanın əsas tarixi nailiyyəti olan əmək alətləri və iĢarə
sistemi həlledici rol oynamıĢdır.
Ġnsan psixikasının dərindən öyrənilməsinə, onun baĢa
düĢülməsinə sosiologiyanın əsasları haqqında biliklər də im-
kan yaradır. Bunu sosial psixologiyanın sürətlə inkiĢafı bir da-
ha təsdiq edir. Müasir dövrdə sosial psixologiya insan
münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosial-
bələdləĢmə davranıĢının psixi xassələrə necə yiyələnməsini
aydınlaĢdırmağa imkan verir.
Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq əlaqəsinə
malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya
müstəqil bir elm kimi fəaliyyət göstərənə kimi fəlsəfənin
daxilində formalaĢmağa baĢlamıĢdır. ġübhəsiz Ģəxsiyyətin
psixoloji «ölçülərini» insan, onun spesifik həyat Ģəraiti,
gerçəkliyi dərk etməsi və fəaliyyət haqqında fəlsəfi biliklərə is-
tinad etmədən müəyyənləĢdirmək və öyrənmək mümkün
olmazdı.
ġüur, təfəkkür və digər psixi hadisələr insanlara