248
Müəyyən zaman intervalı keçəndən sonra saatın səsi fluktia-
siyaya uğqayırdı. N.N.Lanqe qöstərdi ki, tərəddüd dövrü
təqribən 2-3 saniyə təĢkil edir. Diqqətin tərəddüdünün
səbəblərinə yorğunluğu və hiss üzvlərinin adaptasiyasını aid
etmək olar. Diqqətin tərəddüdü onun davamlılığına əks olan bir
xüsusiyyətdir.
Diqqətin yayınmasına gəldikdə bu, hər hansı bir
fəaliyyət zamanı diqqətin qeyri-ixtiyari olaraq əsas iĢlə əlaqəsi
olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən ibarətdir.
Diqqətin yayınması ilə mübarizə tədbirlərindən biri iĢlədiyimiz
yerdə kənar qıcıqların mümkün qədər olmamasına çalıĢmaqdır.
Lakin buna həmiĢə nail olmaq mümkün olmur. Bəzən istər-
istəməz bir sıra yayındırıcı qıcıqlandırıcıların təsir göstərdiyi
Ģəraitdə iĢləməli oluruq. Ona görə də diqqətimiz yayınır. Bu
cəhəti nəzərə alaraq insan özündə həm sakit Ģəraitdə, həm də
kənar qıcıqlandırıcıların təsir göstərdiyi Ģəraitdə iĢləmək
bacarığı aĢılamağa çalıĢmalıdır.
Diqqətin yayınması hallarından birini də dalğınlıq təĢkil
edir.
Dalğınlıq
insanın
öz
diqqətini
mərkəzləĢdirə
bilməməsində ifadə olunur. Dalğınlıq halının iki Ģəklini ayırd
edirlər. Birincisi, ixtiyari diqqətin zəifliyində ifadə olunan
dalğınlıqdır. Bu zaman insan öz diqqətini müəyyən bir obyekt
üzərində mərkəzləĢdirə bilmir, onun diqqəti davamsız olur və
tez-tez yayınır. UĢaqlarda və yaĢlı adamlarda bu cür dalğınlığa
tez-tez rast gəlmək olur. Bunun səbəbi çox yorulmaq, insana
təsir edən güclü emosional amillər, xəstəlik, uĢaqda ixtiyari
diqqətin tərbiyəsinin düzgün təĢkil edilməməsi ola bilər.
Ġkinci halda dalğınlıq diqqətin hər hansı bir obyekt
üzərində çox güclü, gərgin Ģəkildə mərkəzləĢməsində ifadə
olunur. Bunun sayəsində kənar qıcıqlandırıcılar onu yayındıra
bilmir, insan sanki ətraf aləmi «unudur». Bu nöqsan diqqəti
paylamağı və bir obyektdən digərinə vaxtında keçirməyi ba-
carmamaqda ifadə olunur.
249
IV.7.5. Diqqətin inkiĢafı və dərsdə Ģagirdin diqqətinin
səmərəli təĢkili haqqında
Diqqət də digər psixi proseslər kimi öz inkiĢaf
mərhələlərinə malikdir. L.S.Viqotski diqqətin inkiĢafı haqqında
yazırdı ki, uĢağın diqqətinin inkiĢaf tarixi onun davranıĢının
təĢkili ilə çulğalaĢır. Genetik planda uĢağın diqqətinin
köklərini onun daxilində yox, uĢaq Ģəxsiyyətindən kənarda ax-
tarmaq lazımdır.
Əlbəttə biz uĢaqların həyatının ilk aylarında yalnız qeyri-
ixtiyari diqqətlə rastlaĢırıq. Ġxtiyari diqqət rüĢeymləri 1 yaĢın
axırında, 2-ci yaĢın əvvəllərində təzahür etməyə baĢlayır.
Ġxtiyari diqqətin inkiĢafında biz xüsusilə oyun fəaliyyətinin ro-
lunu qeyd etməliyik. Oyun situasiyasında uĢaq öz hərəkətlərini
oyunun qaydalarına uyğunlaĢdırmağı öyrənir. Məktəbəqədər
yaĢlı uĢağın ixtiyari diqqəti öz davamsızlığı, emosionallığı ilə
fərqlənir. Lakin tədricən iradi cəhd və təlim sayəsində uĢaq öz
diqqətini idarə etməyi öyrənir. Qeyd etmək lazımdır ki, məktəb
təlimi ixtiyari diqqətin inkiĢafında xüsusilə böyük əhəmiyyətə
malikdir. Əgər kiçik məktəblilər öz davranıĢlarını idarə edə
bilmirlərsə və onlarda qeyri-ixtiyari diqqət üstünlük təĢkil
edirsə, artıq yuxarı siniflərdə məktəbli uzun müddət hər hansı
fəaliyyət növü ilə məĢğul ola, öz davranıĢına nəzarət edə bilir.
Lakin 13-14 yaĢlarında müĢahidə olunan və yorğunluğa,
əsəbiliyə səbəb olan bəzi fizioloji dəyiĢikliklər yenidən
diqqətin bəzi xüsusiyyətlərinin aĢağı enməsinə gətirib çıxarır.
Lakin bu hadisə nəinki uĢağın orqanizmində baĢ verən fizioloji
dəyiĢikliklərlə, həm də təəsürat bolluğunun təsiri ilə baĢ verir.
Qeyd etmək lazımdır ki, məktəbdə təlim-tərbiyə iĢinin
təĢkili zamanı hər bir Ģagirdin diqqətinin yaĢ və fərdi
xüsusiyyətləri nəzərə alınmalıdır. Təlim və tərbiyə prosesində
müəllim bir ali funksiya kimi diqqəti inkiĢaf etdirmək, dərs
prosesində onu idarə etmək üçün aĢağıdakı üsullara əməl
etməlidir:
250
1)
təlim materiallarının təĢkili (onların anlaĢıqlılığı,
strukturu, daha parlaq misalların seçilməsi və s.);
2)
dərs zamanı Ģagirdlərin fəaliyyətinin düzgün təĢkili (
Ģagirdlərin fəal, müstəqil və yaradıcı fəaliyyətinə Ģərait
yaradılması, fəaliyyət növlərinin bir-birini əvəz etməsi və s.);
3)
müəllimin fəaliyyətinin təĢkili (onun nitqinin
xüsusiyyətləri, Ģərhin anlaĢıqlı, obrazlı, məntiqi və emosional
olması və s.);
4)
əyani və texniki vasitələrdən istifadə;
5)
Ģagirdlərdə təlim vərdiĢlərinin yaranması;
6)
Ģagirdlərdə təlim motivasiyasının, dərsə davamlı
marağın formalaĢdırılması.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1)
Bir psixi hadisə kimi diqqəti səciyyələndirin.
2)
Diqqətin funksiyaları hansılardır? Onları səciyyə-
ləndirin.
3)
Diqqətin insanın həyat və fəaliyyətində oynadığı rolu
Ģərh edin.
4)
Ġ.P.Pavlovun diqqətin fiziolji mexanizimləri haqqında
təlimini Ģərh edin.
5)
A.A.Uxtomskinin
dominantlıq
prinsipi
nədən
ibarətdir?
6)
Diqqətin fizioloji mexanizimləri ilə bağlı müasir ney-
rofizioloji baxıĢlar nədən ibarətdir?
7)
Qeyri- ixtiyari diqqəti səciyyələndirin.
8)
Ġxtiyari və ixtiyaridən sonrakı diqqət haqqında nə bi-
lirsiniz?
9)
Diqqətin xarakterik xüsusiyyətlərini Ģərh edin.
10)
Diqqətin tərəddüdü, yayınması və dalğınlığı
haqqında danıĢın.
11)
Diqqətin inkiĢafı və dərsdə Ģagirdlərin diqqətini
Dostları ilə paylaş: |