“Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011
-ci il 15
sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.6
-
cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər
Kabineti
QƏR
ARA ALIR:
“Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları” təsdiq
edilsin (əlavə olunur).
Azərbaycan
Respublikasının Baş
naziri
Artur Rasi-
zadə
Bakı şəhəri, 6 sentyabr 2013
-cü il
№ 251
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2013-
cü il 6 sentyabr tarixli 251 nömrəli
qərarı ilə
təsdiq edilmişdir
Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra
-
Gömrük Məcəlləsi) 173.5
-
ci maddəsinə əsasən hazırlanmışdır və xüsusi gömrük prosedurları
daxilində ekvivalent mallardan istifadə qaydalarını müəyyən edir.
1.2. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan,
istifadə edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur.
1.3. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili
malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.
1.4. Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə eynirəqəmli koda malik olmalıdır.
2. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ekvivalent mallarla əvəz
edilməsi
2.1. Gömrük orqanı xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə
ekvivalent mallardan istifadəyə şəxsin müraciəti olduğu halda icazə verir.
2.2. Gömrük orqanları gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin
tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərtilə tranzit, müvəqqəti idxal və ya
müvəqqəti saxlanc xüsusi gömrük prosedurları istisna edilməklə, digər xüsusi gömrük
prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.
2.3. Gömrük anbarlarında saxlanc, emal və ya sərbəst zona xüsusi gömrük prosedurları
altında yerləşdirilmiş malların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması,
satış və daşınma üçün hazırlanması məqsədi ilə adi
işləmə formalarına məruz qaldıqda, habelə
xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə idxal gömrük rüsum və
vergilərində əsassız fayda əldə etməyə imkan yaratdıqda, onların əvəzinə ekvivalent mallardan
istifadəyə icazə verilmir.
2.4
. Malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı şəxs ekvivalent
mallardan istifadəyə icazə verilməsinə dair müraciət etməmişdirsə, ekvivalent mallardan
istifadəyə dair icazə verilməsi barədə şəxsin yenidən müraciət hüququ məhdudlaşdırılmı
r.
2.5. Bu Qaydaların 2.4
-
cü bəndində nəzərdə tutulmuş halda icazə alınması üçün şəxs
tərəfindən gömrük orqanına ərizə ilə müraciət olunur və ərizədə “İnzibati icraat haqqında”
Azərbaycan Respublikası Qanununun 30.2
-
ci maddəsində göstərilən məlumatlarla yanaşı,
aşağıdakılar da göstərilir:
2.5.1. malların yerləşdirilmiş olduğu xüsusi gömrük prosedurunun adı;
2.5.2. xüsusi gömrük proseduru altında yerləşdirilmiş əvəz edilən malın adı, XİFMN üzrə
kodu, XİFMN
-
də göstərilən ölçü vahidində miqdarı və ABŞ dolları ilə gömrük dəyəri;
2.5.3. xüsusi gömrük proseduru altında yerləşdirilmiş əvəz edilən malın keyfiyyəti və
texniki göstəriciləri;
2.5.4. mallar emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda emal
əməliyyatlarının təsviri;
2.5.5. ekvivalent malın adı, XİFMN üzrə kodu, XİFMN
-
də göstərilən ölçü vahidində miqdarı
və ABŞ dolları ilə gömrük dəyəri;
2.5.6. ekvivalent malın keyfiyyəti və texniki göstəriciləri;
2.5.7. xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ekvivalent mallarla
əvəzlənməsinin səbəbləri.
2.6. Ərizə ilə birlikdə aşağıda göstərilən sənədlər də təqdim edilməlidir:
2.6.1. mallar emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda, malların emal
edilməsinə dair bağlanılmış müqavilə;
2.6.2. Gömrük Məcəlləsinin 167.1
-
ci maddəsində göstərilən xüsusi gömrük prosedurlarına
dair alınmış icazə.
2.7. Bu Qaydalara əsasən malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi
zamanı ekvivalent mallardan istifadəyə icazə verilməsi məqsədi ilə ərizə və digər sənədlər
qanunvericiliyin t
ələbləri nəzərə alınmaqla, elektron şəkildə də təqdim edilə bilər.
2.8. Bu Qaydaların 2.2
-ci, 2.3-
cü və 2.6
-
cı bəndlərinin tələblərinə riayət olunduqda, şəxs
tərəfindən müraciət təqdim edildiyi tarixdən
2 (iki)
iş günü müddətində gömrük orqanı ekvivalent
mallardan istifadəyə dair kağız üzərində yazılı və ya elektron formada icazə verir və bu barədə
ərizəçiyə 2 (iki) iş günü müddətində kağız üzərində yazılı və ya elektron formada məlumat
göndərir.
[1]
2.9. Bu Qaydaların 2.2
-ci, 2.3-
cü və 2.6
-
cı bəndlərinin tələblərinə riayət olunmadıqda,
ekvivalent mallardan istifadəyə dair icazə verilməsindən imtinaya dair gömrük orqanı tərəfindən
əsaslandırılmış qərar qəbul edilir və bu barədə ərizəçiyə 2 (iki) iş günü müddətində kağız
üzərində yazılı və ya elektron formada məlumat göndərilir.
2.10. Malların xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə gömrük orqanı
tərəfindən icazə verilərkən, şəxsin müraciətinə əsasən ekvivalent malların istifadəsinə də icazə
verilir.
3. Yekun müddəa
3.1. Daxildə emal xüsusi gömrük prosedurundan bu Qaydalarla müəyyən edilmiş
ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə edilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13 fevral 2015-ci il tarixli 37
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabi
netinin
Qərarı
(“Azərbaycan” qəzeti, 19 fevral 2015
-
ci il, № 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-
ci il, № 2, maddə 226
)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 fevral 2015-ci il tarixli 37
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı
(“Azərbaycan” qəzeti, 19 fevral 2015
-
ci il, № 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-
ci il, № 2, maddə 226
)
ilə “Xüsusi gömrük prosedurları
daxilində ekvivalent mallardan istifadə Qaydaları”nın 2.8
-
ci bəndində “3 (üç)”
sözləri
“2 (iki)”
sözləri ilə əvəz edilmişdir.