İçindəkilər
3 | Preambula
3 |
əsas istiqamətlər
1.
Hüquqi dövlətçiliyə xas olan çərçivə sistemi ...................................3
2.
mülkiyyət sistemi və məşğulluq ..................................................3
3.
rəqabət əsas prinsip kimi .........................................................3
4.
məsuliyyət prinsipinin tətbiqi ......................................................4
5.
İqtisadi çərçivə şərtlərinin sabitliyi ...............................................4
6.
İctimai əmtəənin dövlət tərəfindən dəstəklənməsi ............................. 4
7.
Həmrəylik və sosial təminat .......................................................4
8.
stimullaşdırma ......................................................................4
9.
səbat .................................................................................4
10.
açıq bazar siyasəti .................................................................4
4 |
sOsial Və BaZar iqtisadiYYati YÖnÜmlÜ kÜrəsəl
iqtisadİ sİstEmİn UĞUr əldə Etməsİnİn Şərtlərİ
- 2 -
- -
PrEamBUla
Getdikcə artan iqtisadi və siyasi çəkişmə dünyanın çox
ölkələrində təhsil imkanlarını yaxşılaşdıran, sosial infrastruk-
turu möhkəmlədən və yoxsulluğu azaldan tərəqqiyə və
rəqabətə gətirib çıxarıb. Buna rəğmən sülh, azadlıq və ədalət
hələ də təhlükə altındadır. kürəsəl rifahın qeyri-bərabər
bölüşdürülməsi də artan siyasi və sosial gərginliklər üçün
məsuliyyət daşıyır. Yalnız maliyyə bazarları beynəlxalq qay-
dalarla hazırkı maliyyə və iqtisadi böhranın öhdəsindən gələ
bilər. Bu tərəflərin davamlı iqtisadiyyatlarının vacibliyini qəbul
etməsini tələb edir. Bizim rifahı, sosial bərabərliyi və davamlı
iqtisadiyyatı ümumi prinsiplər və dəyərlər əsasında həll edən
razılığa ehtiyacımız var. Bu zaman hətta böhran dövrlərində
belə kürəsəlləşmənin müsbət təsirləri milli yaxud regional
himayəçilik vasitəsilə təhlükə qarşısında qoyulmamalıdır.
Ümumi rifah istiqaməti, demokratik legitimlik və insan
ləyaqətinin toxunulmazlığı mədəni və ictimai xüsusiyyətləri
nəzərə almaq şərtilə üzərində belə razılaşmanın əsaslandığı
fundamentdir.
əsas istiqamətlər
Həmrəylik və yekdillik əsas prinsiplərdir. Həmrəylik ona xidmət
edir ki, bazar iqtisadiyatı həmişə ümimi rifaha istiqamətlənərək
özünü doğrultsun. Yekdillik isə fərdi məsuliyyət və fərdi
təşəbbüs üçün mühit yaradır və buna zəmanət verir.
1. Hüquqi dövlətçiliyə xas olan çərçivə nizamı
Fəaliyyət qabiliyyətinə malik, etibarlı və demokratik baxımdan
legitimləşmiş hüquq sistemi təsirli və möhkəm iqtisadi
fəaliyyətin təməlidir. Bu, işlək iqtisadiyyat, səmərəli və
vətəndaşa yaxın dövlət idarəçiliyi, habelə yaxşı iqtidar
hökumətinin prinsiplərinin nəzərə alınması üçün şərt qoyur.
nizamlayıcı elementlər və daimi yoxlama qaydalara riayətə
nəzarət edir və qaydalara zidd olan davranışı cəzalandırır.
lakin bu məqsəd deyil. nizamlama doğrudur və rəqabətcil iq-
tisadiyyatda
stimullaşdırmanı
formalaşdırmaq
üçün
hesablanıb ki, rəqabətdə mərkəzdən kənar fəaliyyət ictimai-
siyasi baxımdan faydalı nəticələrə gəlib çıxsın.
2. mülkiyyət nizamı və məşğulluq
səmərəli və möhkəm qurulmuş iqtisadi struktur mala sahibol-
ma hüquqlarını şəxsi müəssisə və fərdi idarələrə verən şəxsi
mülkiyyət sisteminə əsaslanmalıdır. Şəxsi mülkiyyət işdən
gəlir əldə etmə üçün qərarverici canlandırma yaradır və inno-
vativ sahibkarlığın əsasıdır. Şəxsi mülkiyyətə əsaslanan
yalnız bir iqtisadi sistem davamlı məşğulluğa təminat verir.
Bunun əsasında fərdi məsuliyyət və fərdi təşəbbüslər yarana
bilər ki, bunlar olmadan fərdi potensial, təhsil, innovasiya,
tərəqqi və rifahla doğru davranmağı təsəvvür etmək çətindir.
Şəxsi mülkiyyət o iqtisadi sistemi xarakterizə edir ki, orada
kiçik və orta sahibkarlar şəxsi mülkiyyəti ilə öz qeydinə qal-
maqda cavabdehdir. Onun istifadəsi eyni zamanda ümumi
rifaha xidmət etməlidir. Bu məqsədəuyğun, davamlı sahibkar
fəaliyyətinə zəmanət verir və bir tərəfli, o cümlədən qısa
müddətdə gəlir əldə etmə istəyindən qoruyur.
3. rəqabət əsas prinsip kimi
qiymətlərin sərbəst şəkildə formalaşmasına əsaslanan
ümumdünya rəqabət sistemi həcm etibarilə az olan vəsaitlərin
optimal surətdə bölgüsü və tətbiq edilməsini təmin edir.
Fəaliyyət qabiliyyətinə malik olan rəqabət mühiti davamlı iqti-
sadi fəaliyyətin mühərrikidir. O səmərəlilik və tərəqqini
dəstəkliyir, məsuliyyətli iş tərzini gücləndirir, bazara bir tərəfli
qaydada təsir edə biləcək qüvvənin meydana çıxmasının
qarşısını alır. İstənilən rəqabət sistemi həm milli, həm də
beynəmiləl çərçivədə açıq bazarların, onlara təsir edə bilən
qüvvələr və bu qüvvələrin toplamına dövlət və dövlətlər birliyi
tərəfindən nəzarətin mövcud olmasını tələb edir. rəqabət iş
qabiliyyəti prinsipi və şanslar bərabərliyinə əsaslanır.
kürəsəl maliyyə və iqtisadi böhranın öhdəsindən gəlmək üçün beynəlxalq qaydalar tələb olunur. sosial bazar iqtisadiyyatının
sistem modeli belə bir istiqamət çərçivəsi təklif edir. Bu milli zəmində sınanmışdır. avropa İttifaqı dövlətləri lissabon
müqaviləsində “rəqabətcil sosial bazar iqtisadiyyatı”na təkan verməkdə öhdəlidirlər. avropa İttifaqının qurumları, xüsusən də
avropa Parlamenti ötən aylarda bu məsələni diqqətə aldıqlarını sübut etdi. lakin bu prinsiplər beynəxlaq əhəmiyyət də kəsb
etməlidir. avropa İttifaqındakı aparıcı siyasət və iqtisadiyyat təmsilçiləri buna aid məqamları aşağıdakı əsas istiqamətlərlə
müəyyən etmişlər.
- -
8. stimullaşdırma
Bazar
iqtisadiyyatı
sistemində
dövlət
işlərinin
maliyyələşdirilməsi üçün stimullaşdırıcı vergi sistemi olmalıdır.
Bu vergilər elə olmamalıdır ki, onlar fəaliyyət stimuluna ma-
neçilik törətsin yaxud hər hansı bir yanlışa gətirib çıxarsın.
9. səbat
Hər bir iqtisadi sistem özünü uzun müddətli nəticələrin əldə
edilməsinə kökləməlidir. səbat iqtisadi məntiqə söykənən, so-
sial və fiskal baxımından ən mühüm uğur meyarıdır və
nəsillərin ədalətliliyinin təcəssümüdür. Cavabdehliyə və
məsuliyyətə söykənən hüquq sistemi də səbata təkan verir.
Xüsusən də fəal şəkildə yürüdülən iqlim siyasəti gələcək
nəsillərin sağlam yaşamasının təmin edilməsi üçün iqtisadi və
mənəvi öhdəlikdir.
10. açıq bazar siyasəti
Böhran ərəfəsində tək mübarizə aparmaq çıxış yolu deyil,
əksinə bu cəhdlər iqtisadi böhranın dünyada yaratmış olduğu
təsirlərini daha pisləşdirə bilər. Vacib olan açıq bazarları idarə
edən siyasət, habelə dürüst oyun qaydalarına riayət etməkdir.
Himayədarlığa və iqtisadi millətçiliyə qarşı önəmli beynəxalq
qurumlar isə gücləndirilməlidir.
sOsial Və BaZar iqtisadiYYati
YÖnÜmlÜ kÜrəsəl iqtisadi sistE-
min UĞUr əldə Etməsinin
Şərtləri
açıq və kürəsəl iqtisadiyyat üçün beynəlxalq çərçivə lazımdır.
Özünü milli və avropa səviyyəsində sosial və bazar
iqtisadiyyatı yönümlü iqtisadi və dəyərlər sistemi çərçivəsində
qoruyub saxlamış prinsip və qaydalar eyni zamanda
beynəlxalq aləmdə də tətbiq olunmalıdır. sözügedən prinsiplər
hər kəsə azadlıq və məsuliyyət verir. Bunlar xüsusən maliyyə
bazarlarında normallaşdırılmalı və ümumdünya ticarət
sistemində gücləndirilməlidir.
4. məsuliyyət prinsipinin tətbiqi
rəqabət azadlığı iş fəaliyyətində rəqabətin hər bir sahibkarın
özü tərəfindən tənzimləməsi üçün məsuliyyət prinsipinin
tətbiqini labüdləşdirir. Uğur mənzərəsi rəqabəti daha da
stimullaşdırır. İtki zamanı mövqei qoruyub saxlama eyni za-
manda məsuliyyətsiz və risk ehtimalı yüksək olan fəaliyyəti
məhdudlaşdırır.
5. İqtisadi çərçivə şərtlərinin sabitliyi
Bazar iqtisadiyyatı sisteminə uzun müddətə hesablanmış iqti-
sadi siyasət və böyük imkanları olan makroiqtisadi sabitlik
lazımdır. Bu, xüsusən milli və beynəlmiləl maliyyə bazarlarına
şamil edilir. sərmayələr və uzun müddətli istehlak qərarları
üçün sabit çərçivə sistemindəki etibar tələb olunur. Bura
həmçinin himayədarlıq xarakterli tədbirlərdən, habelə ancaq
qısa müddətli milli iqtisadiyyat və tərəqqi hədəflərinə yönələn
pul siyasətindən imtina da aiddir.
6. İctimai əmtəənin dövlət tərəfindən dəstəklənməsi
Bazar ictimai əmtəəni istifadəyə verə bilmirsə, yaxud bu
qənaətbəxş deyilsə, onda bazar iqtisadiyyatı sistemində
dövlət bu əmtəənin hazırlanmasına zəmanət verməlidir.
Yüksək fəaliyyət qabiliyyətinə malik infrastrukturlar, funda-
mental təhsil imkanları və səhiyyə sisteminin əhatəli təhcizatı
dövlətin formalaşdırması gərəkən sahələrdir. sosial təlabatlar
zamanı dövlətə xüsusi ehtiyac var. lakin dövlətin müdaxiləsi
məhdud şəkildə olmalıdır.
7. Həmrəylik və sosial təminat
İqtisadi tərəqqi yoxsulluqa mübarizəyə təkan verir. Bazar
iqtisadiyyatı gəlirlər arasındakı fərqin əmələ gəlməsini və
əhalinin hissələrinin ziyana uğramasını dəff edə bilməz. Ona
görə də sosial rifahı təmin etmək və iqtisadi, ictimai inkişaf
sahəsində ictimai nəzarətin olmasına imkan yaratmaq üçün
bazar iqtisadiyyatında güclü təsir imkanına malik və bazar
şərtlərinə münasib olan sosial təminat sistemi, regional
tarazlığı tənzimləyən mexanizmlər, habelə yüksək fəaliyyətə
malik vergi sistemləri olmalıdır.
- -
Bunun üçün legitimliyin genişlənməsi, beynəlxalq qurumların
yüksək fəaliyyəti və sıx əməkdaşlığı habelə interaktiv
əməkdaşlıq forumlarının təşkili lazımdır. Etibarlı hüquq sistemi
və yekdil xarakterli demokratik sistem bunun fundamentidir.
Dövlətlərarası siyasi rəqabət və siyasi iştirak beynəlxalq ic-
timai və iqtisadi sistemin iqtisadi baxımdan inkişafına və
sabitliyinə təkan verir. Zəruri məlumatların azad
mətbuat və birliklər tərəfindən çatdırmasına da
yalnız bu cür sistemlərdə imkan verilir. Milli və
beynəlxalq çərçivədə siyasi, iqtisadi və ictimai
aktorların maraqların tarazlığına dair razılaşması
və konsensusu “hamı üçün rifah”ın əsas şərtidir.
Prof. Dr. Hans-Qert Pöttering
Avropa Parlamentinin Sədri
Prof. Dr. Bernhard Fogel
Sabiq Baş Nazir
Konrad Adenauer Fondunun Sədri
Yozef Daul
Avropa Parlamentidə AXP fraksiyasının
sədri
Dr. Vilfriid Martens
Avropa Xalq Partiyasının
(AXP) sədri
Prof. Dr. Cees P. Veerman
Wetenschappelijk Instituut voor het
CDA-nın sədri
8 iyul 2009-cu il