T Ü R K O L O G İ Y A
№ 3
2015
ELXAN ƏZİZOV
AKADEMİK MƏMMƏDƏLİYEV VASİM MƏMMƏDƏLİ OĞLU
Azərbaycanın az alimləri həm elmi icti-
maiyyət və xalq arasında, həm də vətənimizin
hüdudlarından kənarda filologiya elmləri dok-
toru, professor Vasim Məmmədəli oğlu Məm-
mədəliyev qədər geniş şöhrət qazanmışlar. O,
Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin
dekanı, Ərəb filologiyası kafedrasının müdiri,
Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-
Dini Şuranın sədri, AAK Rəyasət Heyətinin
üzvü, Azərbaycanın və Dağıstan Muxtar Res-
publikasının əməkdar elm xadimi, AMEA-nın
həqiqi üzvü, İraq Elmlər Akademiyasının, Su-
riya Quran Elmləri və Ərəb Filologiyası Aka-
demiyasının və Misir Ərəb Dili Akademiyası-
nın müxbir üzvü, İslam Əməkdaşlıq Təşkilatı-
nın Müsəlman Hüququ Akademiyasının aka-
demiki və Azərbaycanın orada təmsilçisi, İra-
nın Beynəlxalq Əhli Beyt Assosiasiyası və
Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü-
dür. Elm və təhsildə səmərəli fəaliyyətinə gö-
rə, «Şöhrət» və «Şərəf» ordenləri, «Yusif
Məmmədəliyev» medalı ilə təltif edilmiş, Pre-
zident təqaüdünə layiq görülmüşdür.
Vasim Məmmədəliyev 27 avqust 1942-ci il-
də Bakıda doğulmuşdur. 1959-cu ildə orta
məktəbi bitirib, ADU-nun Şərqşünaslıq fakül-
təsinin Ərəb filologiyası şöbəsinə daxil olmuş,
1964-cü ildə təhsilini aspiranturada Tbilisi
Dövlət Universitetində davam etdirmişdir. Bu-
rada o, həmin dövr SSRİ samişünaslarının ön-
dəri sayılan akad. G.V.Seretelinin ən sevimli
yetirməsi olur.
Vasim Məmmədəliyev 26 yaşında Tbili-
sidə «Müasir ərəb, Azərbaycan ədəbi dilində
və İraq dialektində feilin zaman formalarının
müqayisəli tipoloji təhlili» mövzusunda nami-
zədlik dissertasiyası müdafiə etmiş və 32 ya-
şında keçmiş SSRİ miqyasında ərəbşünaslıq
sahəsində ən gənc elmlər doktoru olmuşdur.
Onun bu «rekord»unu hələlik heç kəs təkrar
edə bilməmişdir.
Namizədlik dissertasiyasında Vasim Məm-
mədəliyev gəldiyi bir sıra nəticələrdən biri də
odur ki, ərəb dilində keçmiş zaman formasında
feil əsası şəxs sonluqları ilə türk dilləri üçün
səciyyəvi olan aqlütinasiya üsulu ilə birləşdiyi
halda, indiki-gələcək zaman formasında feil əsa-
sı ilə konfikslərin birləşməsi sami dillərinin özü-
nəməxsus aqlütinasiya üsulu ilə həyata keçirilir.
İndiyədək alimin 30-dan çox kitabı nəşr
olunmuşdur. Onlardan «Ərəb ədəbi dilində fei-
lin zaman, şəxs və şəkil kateqoriyaları», «Bəsrə
qrammatika məktəbi», «Kufə qrammatika mək-
təbi», «Ərəb dilçiliyi», «Quran və elm» və s.
göstərmək olar. Burada 2 monoqrafiya barə-
sində daha ətraflı fikir söyləmək kifayətdir.
«Ərəb ədəbi dilində feilin zaman, şəxs və
şəkil kateqoriyaları» əsəri ərəb dilçiliyi sahəsin-
də, ümumiyyətlə, irəli atılmış bir addım idi.
Ərəb dilində zaman, şəxs və şəkil kateqoriyaları
AKADEMİK MƏMMƏDƏLİYEV VASİM MƏMMƏDƏLİ OĞLU
27
predikativliyin qrammatik özəyi kimi eyni bir
söz formasında təzahür edir və feili cümlənin
əsasını təşkil edir. Məhz bu baxımdan müəllif
həmin 3 kateqoriyanı əlaqəli surətdə öyrənməyi
vacib bilmişdir.
Əsərdə bəzi faktlar müxtəlif sami dilləri
ilə müqayisəli şəkildə araşdırılmış, yeri gəl-
dikcə klassik ərəb dilinin materiallarına müra-
ciət olunmuş, həmçinin Azərbaycan, rus, ingi-
lis, fars, tacik və s. dillərin faktlarından müqa-
yisəli şəkildə istifadə edilmişdir. Eyni zaman-
da ərəb dilçilik elminin təşəkkülü barəsində
yeni mülahizələr irəli sürülmüş, müasir dilçili-
yin bir sıra cərəyanlarının mövzu ətrafında
konsepsiyaları hərtərəfli təhlil edilmişdir.
Ümumiyyətlə, götürüldükdə Vasim Məm-
mədəliyevin haqqında danışılan monoqrafiyası
nəinki ərəb dilçiliyinin ən ümdə məsələrinin ka-
mil tədqiqi, həmçinin ümumi dilçilik elminin
inkişafına təkan verən mühüm bir hadisə kimi
səciyyələnməlidir. Ona görə də 1978-ci ildə rus
dilində nəşr olunan bu kitab V.Məmmədəliyevi
SSRİ şərqşünaslığında aparıcı alimlər cərgəsinə
çıxardı, onun tez-tez şərqşünaslıq mərkəzlərində
namizədlik və doktorluq dissertasiyalarına oppo-
nentlik etməsinə səbəb oldu.
«Ərəb dilçiliyi» monoqrafiyası, demək
olar ki, alimin dünya şərqşünaslığına layiqli
töhfəsidir. Çünki ərəb qrammatika elminin tə-
şəkkülü, onun məktəbləri haqqında 10 əsrdən
çox müddətdə müxtəlif səpkili əsərlər yazılsa
da, müasir dilçilik səviyyəsində heç bir tədqi-
qat işi bu möhtəşəm problemin həllini axıra
çatdıra bilməmişdir.
Amma Vasim Məmmədəliyevin özünün
etiraf etdiyinə görə, nə Avropa, nə də sovet
şərqşünaslığında ərəb qrammatika məktəbləri-
nin istər ayrı-ayrılıqda, istərsə də bütövlükdə
bir sistem kimi öyrənilməsinə, bu sistemin nə-
zəri və metodoloji əsaslarının tam şəkildə mü-
əyyənləşdirilməsinə, onların başqa dilçilik tə-
limləri ilə oxşar və fərqli cəhətlərinin ətraflı
şərhinə həsr edilmiş monoqrafik tədqiqat və ya
dərslik mövcud olmamışdır.
Ərəb dilçiliyi tarixində 5 qrammatika
məktəbi məşhurdur. Bunlar Bəsrə, Kufə, Bağ-
dad, Əndəlis və Misir qrammatika məktəb-
ləridir. Əsərdə onların hər birinin meydana gə-
lib formalaşması, görkəmli nümayəndələrinin
həyat və yaradıcılığı, dilçiliyə gətirdikləri ye-
niliklər və s. dərin elmi təhlil əsasında qələmə
alınmışdır.
V.Məmmədəliyevin göstərilən kitabı ərəb
dilçiliyinin yaranması dövründən bu günümüzə
qədər keçdiyi mürəkkəb yolun geniş panora-
masını əks etdirir. Burada qoyulan müxtəlif səp-
kili məsələlərin dərindən öyrənilməsi müəllifin
ümumi dilçilik sahəsində nəhəng bir şəxsiyyət
olduğunu bir daha sübut edir. Əsərdə ayrı-ayrı
məktəblərin əsas xüsusiyyətləri, mənbələri, nə-
zəri-metodoloji əsasları, terminologiyası, müba-
hisəli məsələləri və s. ətraflı şərh edilir. Ərəb ya-
zısının və leksikoqrafiyasının inkişaf mərhələləri
xüsusi diqqətlə izlənilir.
Ərəb dilçiliyi sahəsində fəaliyyət gös-
tərmiş Azərbaycan alimlərinə ayrıca oçerkin
həsr olunması elmimiz üçün kitabın dəyərini
daha da artırır.
Alimin fikrincə, ərəbşünas mütəxəssis-
lərin qarşısında duran mühüm vəzifələrdən biri
ərəb dilçiliyində Azərbaycan məktəbinin ya-
randığı ictimai-iqtisadi şəraiti araşdırmaq,
Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlis mək-
təbləri ilə oxşar və fərqli cəhətlərini öyrənmək,
ərəb qrammatika elminə gətirdiyi nəzəri-me-
todoloji yenilikləri tədqiq etməkdən ibarətdir.
Vasim Məmmədəliyev humanitar elmlə-
rin müxtəlif sahələrinə dair 4 yüzə yaxın elmi,
3 yüzdən çox elmi-publisistik məqalə və mü-
sahibənin müəllifidir.
Qurani-Kərimin Azərbaycan dilinə tərcü-
məsi V.Məmmədəliyevin sonrakı elmi yaradı-
cılığına böyük təsir göstərmiş, əslində onun yeni
bir istiqamətdə fəaliyyətinin əsasını qoymuşdur.
Əgər həmin vaxtadək o, dilçi ərəbşünas kimi sa-
biq sovet məkanında və onun hüdudlarından kə-
narda özünə ad qazanmışdısa, bundan sonra ila-
hiyyatçı-alim kimi də şöhrətlənməyə başladı.
ELXAN ƏZİZOV
28
Qeyd edilməlidir ki, Qurani-Kərimin əc-
nəbi dillərə çevrilməsi heç də yeni bir iş de-
yildi. Bu sahədə ilk addımlar hələ XI əsrdə
türklər və farslar tərəfindən atılmış, hazırda
türk və fars dillərində Quranın yüzdən çox tər-
cüməsi və təfsiri mövcuddur.
XII əsrdən etibarən Qurani-Kərim latın,
italyan, alman, fransız, ingilis, ispan, rus və s.
dillərə dəfələrlə çevrilmişdir. Bu gün onların
sayı otuzu ötmüşdür.
Qurani-Kərimin Azərbaycan dilinə tərcü-
məsinə orta əsrlərdən cəhd göstərilsə də, o, yal-
nız 1904–1906-cı illərdə Bakı qazısı Mir Mə-
həmməd Kərim ağa tərəfindən həyata keçirildi.
Üç cilddən ibarət tərcümə-təfsirin işıq üzü gör-
məsində xalqımızın böyük oğlu Hacı Zeynalab-
din Tağıyevin xidmətini unutmaq olmaz.
1908-ci ildə Zaqafqaziya şeyxülislamı
Məhəmməd Həsən Mövlazadə Şəkəvi Tbilisi-
də Qurani-Kərimin ikicildlik tərcümə-təfsirini
nəşr etdirir.
Əvvəllər nisbətən örtülü şəkildə sitayiş olu-
nan dinimiz yavaş-yavaş ictimai həyatımızın və
mənəviyyatımızın aşkarda ayrılmaz komponen-
tinə çevrilirdi. Belə bir şəraitdə xalqın Qurani-
Kərimin azərbaycancaya tərcüməsinə böyük eh-
tiyacı var idi. Lakin nadir nüsxələri əldə olan Mir
Məhəmməd Kərim ağa və Mövlazadənin əsərləri
bu vəzifəni yerinə yetirə bilmirdi. Çünki onların
dili artıq müasir Azərbaycan oxucusu üçün çox
qəliz və anlaşılmaz idi.
1991-ci ildə Vasim Məmmədəliyevin
akad. Ziya Bünyadovla birgə səyi nəticəsində
Qurani-kərimin azərbaycanca tərcüməsi işıq
üzü gördü.
Qurani-Kərim haqqında hələ az məluma-
tı olanlar belə bilirlər ki, bu Allah kəlamı çox
bəlağətli, fəsahətli, müəmmalı bir dildə nazil
olmuşdur. Peyğəmbərin dilindən söylənilən bir
hədisdə onun zahiri və batini məzmunu olduğu
bildirilir. Təsadüfi deyil ki, əsrlər boyu ensik-
lopedik biliklərə malik alimlər Qurani-Kərimə
yüzlərlə şərhlər yazsalar da, indiyədək onun
tam açılmamış ayələri qalmaqdadır.
Tərcümə işini çətinləşdirən başqa bir
cəhət var. Beləki, Qurani-Kərimin nazil oldu-
ğu ərəb dili leksik fonduna görə, dünyanın ən
zəngin dillərindən biridir. Eyni zamanda bir
məna bildirən onlarla, bəzən yüzlərlə sinonim
sözlərlə yanaşı, bir sözün onlarla mənanı özün-
də ehtiva etməsi də adi hal kimi sayılır.
Qurani-Kərimdə Cahiliyyə, yəni islama qədər-
ki ərəb poeziyasında tez-tez təsadüf edilən ya-
rımçıq cümlələrin və yalnız ana dilini dərindən
bilən ərəblərin özlərinin anladığı eyhamların
çoxluğu da mütərcimlər üçün problemlər yara-
dır. Ərəb cümlələrində söz sırasının Azərbay-
can dilindəkindən köklü surətdə fərqlənməsi,
tabeli mürəkkəb cümlələrdəki bir sıra bağlayı-
cıların ədəbi Azərbaycan dilinə yad olması,
feili sifət, məsdər tərkiblərinin ərəb və Azər-
baycan dillərində işlənməsinin bir-birinə uy-
ğun gəlməməsi və s. ayələrin ardıcıllığına ria-
yət olunmasına xələl gətirir, hər bir ayənin ay-
rılıqda anlaşılmasını qəlizləşdirir.
V.Məmmədəliyev müqəddəs kitabımızı
ana dilimizə çevirərkən bütün bunları aradan
qaldırmaq üçün onlarla ərəb, fars, türk dillərin-
dəki təfsirləri ələk-vələk edərək, Allah kəlamı-
nı Azərbaycan oxucusuna mötərizədə verdiyi
qısa şərhlərlə daha anlamlı, hərfi deyil, lakin
ərəb mətninə daha uyğun şəkildə verməyə
çalışmışdır. Belə böyük əməyin nəticəsidir ki,
Qurani-Kərimin azərbaycancaya qısa şərhli
tərcüməsi, Bakıdan başqa Ukrayna, Türkiyə,
İran və Pakistanda da nəşr edilmişdir. Alim
hər yeni nəşrdən əvvəl bir daha mətn üzərində
işləmiş və bəzi dəyişikliklər aparmışdır.
Vasim Məmmədəliyevin tərcüməyə yaz-
dığı ön söz ayrıca bir tədqiqat işidir. Əslində
bu ön söz Azərbaycanda ilahiyyat və islamşü-
naslıq elminin yenidən dirçəlməsinə təkan ver-
mişdir. O, külli miqdarda müxtəlif tarixi fakt-
ları əhatə etməklə, elmiliyi ilə bərabər, öz bə-
diiliyi, söz düzümünün gözəlliyi ilə oxucunu
heyran qoyur.
V.Məmmədəliyev digər elm xadimlərin-
dən bir cəhətlə fərqlənir ki, onu Azərbaycanın
AKADEMİK MƏMMƏDƏLİYEV VASİM MƏMMƏDƏLİ OĞLU
29
ən ucqar guşələrində belə tanıyır və sevirlər.
Bu onun Qurani-Kərimi dilimizə çevirməsi və
mərkəzi televiziya ilə apardığı «Haqqın dər-
gahı» verilişi ilə bağlıdır.
Vasim Məmmədəliyevin «Haqqın dərga-
hı» verilişinə başlaması ölkəmizdə böyük sen-
sasiyaya səbəb oldu. Çünki 70 il yasaqlanmış
dinimizi belə bir alim elmi şəkildə xalqımıza
çatdırırdı. V.Məmmədəliyev hər hansı bir dini
ayin, mərasim və ya islamla bağlı hadisədən
danışanda onu bugünkü reallıqla gözəl şəkildə
əlaqələndirir, saflığa, paklığa çağırır, gəncləri-
mizin yüksək mənəvi əsaslar üzərində tərbiyə-
lənməsini təbliğ edir.
Respublikamızda son zamanlar mövhu-
mat xarakterli ədəbiyyatın yayılmasının qarşı-
sını almaq üçün hörmətli şeyximiz Hacı Al-
lahşükür Paşazadənin təşəbbüsü ilə Qafqaz
Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini
Şuranın yaradılması çox böyük əhəmiyyətə
malikdir. Bu şuraya görkəmli din xadimləri və
alimlər daxildirlər. Təsadüfi deyil ki, belə bir
sanballı şuraya məhz Vasim Məmmədəliyev
sədrlik edir.
Vasim Məmmədəliyevin ərəb dilində
sərbəst və gözəl danışması barədə çox yazılıb.
Belə ki, müxtəlif ölkələrdən gələn, adətən bir-
birindən fərqli məhəlli ləhcələrdə qonuşan
ərəblər onunla ərəb ədəbi dilində ünsiyyətdə
olarkən özlərini yığışdırırlar. Qeyri-ərəbin ya-
nında doğma ana dilində səhvə yol verməkdən
ehtiyat edirlər.
Vasim Məmmədəliyev nəinki ədəbiyya-
tımızın, klassik poeziyamızın, eyni zamanda
ərəb, fars şeirinin tanınmış araşdırıcılarından
sayılır. O, təsəvvüfü incəliklərinə qədər öyrən-
miş, Mövlanə Cəlaləddin Ruminin «Məsnə-
vi»si haqqında, hətta, İran və Türkiyə televizi-
yalarında dəfələrlə ətraflı çıxışlar etmişdir.
Görkəmli alim bu böyük əsərdən çox hissələri
əzbər bilir.
Vasim Məmmədəliyev Azərbaycan mu-
siqisinin, xüsusilə də, muğamlarımızın gözəl
bilicisidir. O, dəfələrlə muğam gecələrini apar-
mış, respublikanın görkəmli xanəndə və mü-
ğənnilərinin yaradıcılıq görüşlərində bir mü-
təxəssis kimi çıxış etmişdir.
V.Məmmədəliyevin ömrünün əsas hissəsi
Bakı Dövlət Universiteti ilə bağlıdır. Ona görə də
Azərbaycanın bu ən qabaqcıl təhsil məbədgahını
ata ocağı qədər sevir. O, 1959–1964-cü illərdə
Şərqşünaslıq fakültəsində oxumuş, 1964–1967-ci
illərdə aspirant olmuş, 1968-ci ildən müəllimlik-
dən başlayıb, professor, kafedra müdiri və prorek-
tor vəzifəsinə (1991–1992) qədər yüksəlmişdir.
Vasim Məmmədəliyev universitetdə yeganə şəxs-
lərdəndir ki, üst-üstə indiyədək 30 ilə yaxın dekan
vəzifəsində çalışır (Şərqşünaslıqda 1981–1991,
İlahiyyatda 1993-cü ildən).
V.Məmmədəliyevin geniş mənada şərq-
şünas-alim kimi elmi fəaliyyətinə qısa nəzər
saldıqdan sonra onun Azərbaycanda və islam
aləmində əldə etdiyi nailiyyətləri bir neçə kəl-
mə ilə yekunlaşdırmaq olar.
Əgər 50-ci illərin sonundan başlayaraq,
şərqşünaslıq aləmində mərhum prof. Ələsgər
Məmmədovun sayəsində Bakı praktik ərəb dili
öyrədən ən məşhur mərkəzlərdən biri hesab
edilirdisə, hal-hazırda paytaxtımızın ərəb dilçi-
liyinin tanınmış ocaqlarından birinə çevrilmə-
sində sovet samişünaslarının lideri akad. G.V.Se-
retelinin nəzəri məktəbini keçmiş Vasim Məm-
mədəliyevin əvəzedilməz xidməti olmuşdur. O,
bu sahədə 50-dən çox elmlər namizədi və fəl-
səfə doktoru, 4 elmlər doktoru yetirmiş, özü
isə Azərbaycan şərqşünaslarının öndəri kimi
dünyanın müxtəlif ölkələrində – Rusiya, Gür-
cüstan, Polşa, Türkiyə, İran, İraq, Misir, Livi-
ya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Kü-
veyt, İndoneziya və sairədə keçirilən elmi top-
lantılarda ləyaqətlə vətənimizi təmsil edir.
Ərəb dilçiliyi və ilahiyyat sahəsində nail ol-
duğu elmi nəticələr ərəblərin özləri tərəfindən
yüksək qiymətləndirilmiş, V.Məmmədəliyev
İraq, Suriya və Misirdə Elmlər Akademiyasına
müxbir üzvü seçilmişdir.
1994-cü ildə 60-a yaxın dövləti təmsil
edən İslam Əməkdaşlıq Təşkilatı nəzdindəki
ELXAN ƏZİZOV
30
Müsəlman Hüququ Akademiyasının akademiki
seçilməsi isə onun nüfuzunun artıq bütün
müsəlman aləmində necə böyük olduğuna bir
daha dəlalət edir. XVIII əsrin sonlarından
etibarən formalaşmağa başlayan, XIX–XX əsr-
lərdə sürətlə inkişaf edən şərqşünaslıq elmində
heç bir Azərbaycan alimi belə bir uca məqama
çatmamışdır.
ELHAN AZIZOV
ACADEMICIAN MAMMADALIYEV VASIM MAMMADALI OGHLU
S u m m a r y
Very few Azerbaijani scholars have gained broad popularity as Mammadaliyev Vasim
Mammadali, both among the men of science and ordinary people in the Republic of Azerbaijan
and abroad. He is the Dean of the School of Theology, Chair of the Council for Science and
Religion attached to the Office of the Authority of the Muslims of the Caucasus, Member of the
Governing Board of the Higher Attestation Commission, Honorary Man of Science of Azerbaijan
and Daghistan Autonomous Republic, Full Member of Azerbaijan National Academy of Science.
He has been decorated with orders of «Shohrat» (Glory) and «Sharaf» (Honor) and «Yusif
Mammadaliyev» medal for his scientific and educational work.
Vasim Mammadaliyev has published more than 30 books. «The verbal categories of tense,
number and mood in Arabic literary language», «Basra Grammar School», «Kufa Grammar
School», «Arabic Linguistics», «Koran and science» and others are among his famous works.
He is the author of about one hundred articles, more than three hundred scientific-publicistic
articles and interviews.
In 1991 together with late academician Ziya Bunyadov, Vasim Mammadaliyev translated
Koran into Azerbaijani language. This book was published not only in Baku, but also in Ukraine,
Turkey, Iran and Pakistan. Before every new edition Vasim Mammadaliyev worked over the
translation and did some appropriate changes.
He has supervised over than 50 candidates of Sciences (PhD), 4 doctors of Sciences, and he
himself represented out country honorably at international conferences in Russia, Georgia,
Poland, Turkey, Iran, Iraq, Egypt, Libya, Saudi Arabia, Syria, The United Arab Emirates, Kuwait,
Indonesia and so on. His accomplishments in Arabic Linguistics and Theology have been
appreciated highly by the Arabs themselves and Vasim Mammadaliyev has been elected to the
Academy of Sciences in Iraq, Syria and Egypt as a correspondent member. His election as an
academician to the Academy of Islam Law attached to the Organization of Islamic Cooperation in
1994 is a good example to his popularity in all Islamic World. Nobody in the Oriental studies
since the XVIII century when it began to be established, and developed very rapidly in the XIX–
XX centuries, has enjoyed as wide popularity as Vasim Mammadaliyev.
Key words: Vasim Mammadaliyev, academician, orientalist, Arabic Linguistics, Koran
AKADEMİK MƏMMƏDƏLİYEV VASİM MƏMMƏDƏLİ OĞLU
31
ЭЛЬХАН АЗИЗОВ
АКАДЕМИК МАМЕДАЛИЕВ ВАСИМ МАМЕДАЛИ ОГЛУ
Р е з ю м е
Доктор филологических наук, профессор Васим Мамедали оглу Мамедалиев – один
из немногих учёных, добившихся признания не только в Азербайджане, но и далеко за его
пределами. Он декан факультета теологии Бакинского государственного университета
(БГУ), заведующий кафедрой арабской филологии, председатель Научно-религиозного
совета при Управлении мусульман Кавказа, член президиума Высшей аттестационной
комиссии (ВАК), заслуженный деятель науки Азербайджана и Республики Дагестан,
действительный член НАНА. За плодотворную работу в области науки и образования
награждён орденами АР «Шохрат» («Слава») и «Шараф» («Почёт»), а также медалью
«Юсиф Мамедалиев».
Азербайджанский учёный является автором более 30 книг (таких, например, как «Ка-
тегория времени, лица и наклонения в литературном арабском языке», «Басрийская грам-
матическая школа», «Куфийская грамматическая школа», «Арабское языкознание», «Коран
и наука» и др.), около 400 научных трудов по различным областям гуманитарных наук,
более 300 научно-публицистических статей и интервью.
В 1991 г. увидел свет его перевод Корана на азербайджанский язык. Этот перевод был
издан также на Украине, в Турции, Иране и Пакистане.
В.М.Мамедалиевым подготовлены 4 доктора и более 50 кандидатов наук. Сам он, бу-
дучи лидером азербайджанского востоковедения, достойно представлял свою республику
на различных научных форумах, проходивших во многих странах мира, в частности в
России, Грузии, Турции, Польше, Иране, Ираке, Египте, Ливии, Саудовской Аравии, Си-
рии, Объединённых Арабских Эмиратах, Кувейте, Индонезии. Научно-практические дости-
жения азербайджанского учёного в области арабского языкознания и мусульманского бого-
словия высоко оценены в Ираке, Сирии и Египте: он является членом-корреспондентом
национальных академий этих государств.
Избрание профессора в 1994 г. академиком Мусульманского права при ОИС (Органи-
зация исламского сотрудничества), представляющей около 60 стран, – ещё одно свиде-
тельство того, насколько высоко его реноме во всём мусульманском мире.
Ключевые слова: Васим Мамедалиев, академик, востоковед, арабское языкознание,
Коран
Ünvan: AZ1148. Bakı-148, Akademik Zahid Xəlilov küç., 23. Bakı Dövlət Universiteti –
Şərqşünaslıq fakültəsinin dekanı, fil.e.d.
e-mail: azizovez@gmail.com
ELXAN ƏZİZOV
32
Çapa təqdim edən
Solmaz Süleymanova –
«Türkologiya» jurnalının
baş redaktorun müavini
Məqalənin redaksiyaya
daxil olma tarixi
2.VIII.2015
Təkrar işlənməyə
göndərilmə tarixi
4.X.2015
Çapa göndərilmə tarixi
19.X.2015
_________
Dostları ilə paylaş: |