DİQQƏT!
Tapşırıqların həllinə başlamazdan əvvəl aşağıdakı qaydalarla və topluda olan suallarla tanış olmağınız
tövsiyyə olunur.
Suallara cavab vermək üçün 2 saat (120 dəqiqə) vaxt ayrılır.
Hər hansı elektron informasiya daşıyıcılarından, mobil telefonlardan, ədəbiyyat vasitələrindən istifadə,
digər iştirakçılar ilə ünsiyyətdə olmaq QƏTİ QADAĞANDIR! Belə hallar müəyyən olunarsa, iştirakçı
dərhal yarışmadan kənarlaşdırılacaqdır.
Hər bir sualın tam həllinin balı sualın şərtindən sonra göstərilmişdir.
Düzgün hesab etdiyiniz cavabları və məsələlərin həllərini hər bir sual tapşırığında cavablar üçün nəzərdə
tutulan çərçivələrdə qeyd edin.
Çərçivədən kənarda yazılanlar yoxlanılmayacaq və qiymətləndirilməyəcəkdir.
Tapşırıqlar yalnız sualın şərtində verilmiş rəqəmlərə əsasən həll edilməlidir.
Cavablarınızı qara və ya tünd göy rəngli diyircəkli qələmlə qeyd edin.
UĞURLAR!
1. Doğum evində 4 uşağı səhvən dəyişik salırlar. Uşaqlar 0 (I), A(II), B(III) və AB(IV) qan qruplarına
malikdir. Hər bir uşağın valideynlərinin qan qrupları da yoxlanılıb və aşağıdakı cədvəldə qeyd
edilmişdir. Verilən məlumatlara əsasən cədvəli dolduraraq öz valideynlərinə qaytarmağa kömək edin.
(İnsanın qan qrupları I
A
, I
B
, I
0
allelləri ilə ifadə olunur.I
A
vəI
B
allelləri bir-birinə qarşı qeyri-tam
dominantdır. I
0
alleli isə hər iki allelə nisbətən resessivdir. Cavabınızı məsələni həll etməklə əsaslandırın
(8 bal)
1.1. Verilən məlumatlara əsasən cədvəli doldurun (4 bal)
Valideynlərin qan qrupları
Valideynlərin genotipləri
Bu ailəyə məxsus uşağın qan qrupu
O və O
AB və O
A və O
AB və A
1.2. Hər bir valideyn cütü üçün gözlənilən fenotip nisbətini yazın (4 bal):
Valideynlərin genotipi
Genotip nisbəti
Fenotip nisbəti
Cavablar:
Həlli:
2. Polytrichum commune – quşmamırı, Dryopteris filix-mas – erkək qıjı və Lycopersicum esculentum –
pomidor bitkisinə aid bəzi şəkillər təsvir olunmuşdur. Sxemə əsasən aşağıda verilmiş sualları uyğun
rəqəm(lər)i qarşısına yazaraq cavablayın (5 bal).
A. Fotosintez edən haploid hüceyrələr
...............(1 bal)
B. Fotosintez edən diploid hüceyrələr
...............(1 bal)
C. Fotosintezdən başqa əlavə funksiyası olan yarpaqlar
...............(1 bal)
D. Meyoz bölünmənin baş verdiyi hissə(lər)
…............(1 bal)
E. Spor əmələ gətirən hissə(lər)
................(1 bal)
3. Afrika düzənliyində qara kərgədan kimi iri herbivorlar (otyeyən heyvanlar) cücülərin hərəkətinə
mane olur.
Bubulcus ibis
(Misir vağı) kimi quşlar köçəri (yerdəyişən) cücülər ilə qidalanırlar.
Cücülərin köçməsinin və ya quşların fəaliyyətinin kərgədana heç bir təsiri yoxdur. Sığırçınlar (kiçik
qara quşlar) kərgədan dərisini üzərindəki gənələrdən təmizləyir. Quş qidalanır, məməlilər isə
parazitlərdən xilas olur.
Bu qarşılıqlı biotik münasibətlərin adları aşağıda verilmişdir:
1. Yırtıcılıq
2. Parazitizm
3. Kommensalizm
4. Amensalizm
5. Mutualizm
6. Rəqabət
Sxemə əsasən canlılar arasında olan əlaqəni göstərən hərflər ilə biotik münasibətlərin uyğunluğunu
müəyyən edin (4 bal)
A. _____
B. _____
C. _____
D. _____
E. _____
F. _____
4. Çoxhüceyrəli heyvanların bədən strukturunun inkişafını əks etdirən sxematik şəkli analiz edərək
verilmiş sualları cavablandırın. (6 bal)
4.1. İkinci bədən boşluğu – həqiqi selom göstərilmişdir: (Düzgün cavabın qarşısındakı xanaya (✔) işarəsi
qoyun) (1 bal)
a.
yalnız A və B
b.
yalnız A
c.
yalnız B və C
d.
yalnızA, C və D
e.
yalnız B, C və G
4.2. Şəkildən istifadə edərək (A-dan G-yə) heyvanların hər birinə xas olan spesifik bədən quruluşunu seçərək
cədvəli doldurun (5 bal).
Heyvanın adı
Bədən quruluşu
(i)
Hemiptera – taxtabitilər
(ii)
Turbellaria - Kirpikli qurdlar
(iii)
Aurelia aurita – Aureliya sifoidmeduzalar
(iv)
Lacerta agilis – Adi kərtənkələ
(v)
Ascaris lumbricoides - İnsan askaridi
5. Sabit işıqlanma və qaranlıq mühitdə (12 saat işıqlı və 12 saat qaranlıqda) 22
0
C-lik temperaturda
laboratoriya şəraitində iki il müddətində saxlanılan Callospermophilus lateralis - yer sincabı üzərində
aparılan təcrübənin nəticəsi aşağıdakı qrafikdə göstərilmişdir. (2 bal) (Düzgün cavabın qarşısındakı
xanaya (✔) işarəsi qoyun)
Qrafik göstərir ki, heyvan
a.
xarici (ekzogen) siqnallar vasitəsilə məcburən qışlama halına keçir
b.
daxili siqnallar vasitəsilə fakultətiv şəkildə qışlama halına keçir
c.
daxili siqnallar vasitəsilə məcburən qışlama halına keçir
d.
xarici siqnallar vasitəsilə fakultətiv şəkildə qışlama halına keçir
6. Aşağıda 4 DNT molekulu göstərilmişdir. Bu molekullar qızdırılaraq denaturasiyaya məruz buraxılır
və yenidən soyudularaq əvvəlki vəziyyəti bərpa edilir. (4 bal)
A.
ATATATATATATATAT
TATATATATATATATA
B.
CT CT CTCTCTC TCT C
GAGAGAGAGAGAGAG
C.
AAAAAAAAAAAAAAA
TTTTTTTTTTTTTTTT
D.
GGAAAAAGGAAGGGA
CCTTTTTTCCTTCCCT
6.1. Bu 4 molekuldan hansı demək olar ki, öz orijinal strukturuna qayıtma ehtimalı ən azdır (2 bal)?
Cavab……...........…
6.2. Bu 4 molekuldan hansı ən yüksək ərimə temperaturuna malikdir (2 bal)?
7. Şagird eukariot hüceyrə membranını şəkildəki kimi təsvir etmiş və komponentlərini işarələmişdir
(2 bal)
Şəklə əsasən, verilən mülahizələrin düzgün (D) və ya yanlış (Y) olduğunu müəyyənləşdirin.
a.
A proteini yalnız trans-membran proteinidir. Onu inteqral protein kimi işarələmək olmaz
b.
A proteini əks istiqamətdə qütbləşməlidir çünki sitozolik faza hər zaman reduksiyaedici
mühit təsiri göstərir
c.
Xolesterin molekulunda polyar qrupa malik olduğu üçün o polyar zonaya (qütbə) yaxın
yerləşməlidir
d.
B proteini membranın inteqral proteinidir. Onu periferik qlikoprotein kimi işarələmək
olmaz
8. Təcrübə zamanı üç butulka su ekosistemdən götürülmüş su ilə doldurulur. Suyun daxilində
ekosistemə aid kiçik bitkilər və heyvanlar mövcuddur. Bu butulkalar üzərində aşağıdakı təcrübələr
aparılmışdır. (2 bal)
Butulka nömrəsi
Mühit
Oksigenin ölçülməsi
Oksigen (mq/l)
1
Kontrol
Dərhal
9
2
Bir saat işıqlanma şəraitində 1 saat sonra
10
3
Bir saat qaranlıq şəraitdə
1 saat sonra
4
Bu ekosistemə görə ümumi ilkin məhsuldarlığı hesablayın
Cavab……...........…
Cavab……...........…
9. Görmə prosesi gözün torlu qişasında yerləşən fotoreseptorlar vasitəsilə həyata keçirilir. Göz ilə qəbul
edilən informasiya optik sinirlə ötürülür. Gözdən beyin qabığındakı görmə mərkəzinə qədər olan yol
(görmə analizatoru) diaqramda təsvir edilmişdir. Sinir lifindəki hər hansı bir zədələnmə bölgədən asılı
olaraq qismən və ya tamamilə görmə pozğunluğuna səbəb ola bilər. 4 müxtəlif hissədəki zədələnmələr
qara xətlərlə göstərilmişdir. Onları görmə pozğunluqları ilə müvafiq şəkildə uyğunlaşdırın və cədvəli
verilən rəqəmlərə əsasən lazımi formada doldurun. (6 bal)
10. Bakteriya mühitinə karbon mənbəyi olaraq iki biomolekul (P və Q) əlavə edilir. Bakteriya mühitinə
əlavə olunduğu zaman onların ilkin miqdarı və daşınma sürəti (μmol /dəq) ölçülür və alınan nəticələr
cədvəldə verilmişdir. (4 bal)
Karbon mənbəyi (mM)
Ilkin daşınma sürəti (μmol /dəq)
P
Q
0.1
2
18
0.3
6
46
1.0
20
100
3.0
60
150
10.0
200
162
10.1. Verilənlərə əsasən hansı nəticəyə gəlmək olar? Cədvəlin uyğun bölməsinə (√) işarəsi qoyun (2 bal).
a. Q daşıyıcı (carrier) protein, P isə kanal (channel) proteini ilə daşınır
b. P daşıyıcı (carrier) proteinlə, Q isə passiv diffuziya ilə nəql olunur
c. P və Q aktiv nəqliyyatla daşınır
d. P və Q daşıyıcı (carrier) proteinlə nəql olunur.
10.2. Aşağıdakılardan hansı yuxarıdakı nəticə ilə əlaqəlidir? Cədvəlin uyğun bölməsinə (√) işarəsi qoyun
(2 bal).
a. P- yüklü molekul, Q isə yüksüz molekuldur
b. P- polyar molekul, Q isə qeyri-polyar molekuldur
c. P və Q hər ikisi yüksüz molekuldur, lakin Q molekulu P molekulundan kiçikdir
d. P və Q hər ikisi yüksüz molekuldur, lakin P molekulu Q molekulundan kiçikdir
11. A qrafiki hüceyrə tsikli tədqiqatları zamanı alınan nəticəyə əsasən normal bölünən hüceyrənin
histoqramını göstərir. Funksiyası məlum olmayan “X” proteininin 24 saatlıq təsirinə məruz qalmış
hüceyrənin histoqramı isə qrafik B-də təsvir edilmişdir. (2 bal)
“X” proteininin burada funksiyası ilə bağlı mülahizələrin düzgün (D) və ya yanlış (Y) olduğunu
müəyyənləşdirin.
a.
G0 və G1 fazasında inhibitor rolunu oynamaq
b.
G2 və M fazasında inhibitor rolunu oynamaq
c.
Apoptozu sürətləndirmək
d.
G1 və S fazasında inhibitor rolunu oynamaq
12. Həm alçaq ərazilərdə, həm də yüksəklikdə yaşaya bilən iki fərqli heyvandan götürülən qanın faizi
(həcmcə) aşağıdakı cədvəldə verilmişdir (4 bal).
Yüksəklik
Miqdarı (%)
Heyvan 1
Dəniz səviyyəsi
34
Heyvan 2
Dəniz səviyyəsi
33
Heyvan 1
4700 m
50
Heyvan 2
4700 m
34
Cədvələ əsasən, verilən mülahizələrin düzgün (D) və ya yanlış (Y) olduğunu müəyyənləşdirin
a.
2-ci heyvanla müqayisədə 1-ci heyvanın yüksəkliyə uyğunlaşması daha çətindir.
b.
1-ci heyvanla müqayisədə 2-ci heyvanın yüksəkliyə uyğunlaşması daha çətindir.
c.
1-ci heyvanın qanındakı hemoqlobinin oksigenə olan hərisliyi alçaq ərazilərdə daha
yüksəkdir
d.
1-ci heyvanla müqayisədə ikinci heyvanın hemoqlobininin oksigenə olan hərisliyi daha
yüksəkdir
13. Qrafikin B hissəsində fotosintezi artmağa qoymayan faktor hansıdır (1 bal)?
a. CO
2
qatılığı (konsentrasiyası)
b. İşıq intensivliyi
c. su
Dostları ilə paylaş: |