2
Nəşriyyatçının müqəddiməsi
1
Həmd ancaq Allaha мəхsusdur, ona həmd edir, ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis
əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa,
heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur, O,
təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
“Təmizlənmə və tərbiyə, və müsəlmanların buna ehtiyacı” adlı bu risalə öz əsasında, otuz il bundan öncə (1390
il) Amman şəhərinin ( ordaniya) şəriət elmləri institutunda, böyük alim-muhəddis
2
şeyx Muhəmməd Nasıruddin əl-
Albaninin,
3
Allah ona rəhmət etsin, oxuduğu muhazirədir. Bu muhazirədə şeyx hər bir müsəlmanın tutması vacib
olan yolu açıqlamışdır. Bu mühazirənin əsli iki sözdən ibarətdir – “təmizlənmə” və “tərbiyə”. Şeyx öz həyatını
məhz islam əqidəsinin, ona əsrlər boyu daxil edilmiş müxtəlif zəlalətlərin çirkinliyindən, bidətlərdən, xurafatlardan
və şirkdən təmizlənməsi yoluna həsr etmişdir. O həmçinin Sünnənin təmizlənməsilə də məşğul olmuşdur. O
rəvayətlərin səhih, zəif və ya uydurma olduqunu tədqiq etmiş və bununla Sünnəyə aid olmayan rəvayətləri
1
Bu kitabın orijinalını “əl-Maktaba əl- slamiyya” nəşriyyatı çapa buraxmışdır.
2
Muhəddis – hədis (peyğəmbər s.a.v) və onun səhabələri haqda rəvayətlər ilə) elmi ilə məşğul olan, hədislərdən yaxşı
anlayışı olan, hədislərin bir çox rəvayətlərini bilən və hədis rəvayətçilərindən ətraflı elmi olan və hədislərdən müstəqil olaraq
şəriət qayda-qanunlarını çıxarmaqa malik olan alimdir.
3
Şeyx Muhammad Nasıruddin ibn Nuh ibn Adam Nacati əl-Albani - əsrimizin böyük alimlərindəndir. O 1333 h.i. (1914)
Şkoder (Albaniyanın keçmiş paytaxtı) şəhərində anadan olmuşdur.
Bu insanın fəziləti haqqında danışmaq üçün onun zamanında yaşayan alimlərin onun haqqında həyatda və ölümündən sonra
dediklərini qeyd etmək kifayətdir.
Şeyx Muhammad ibn brahim, bn Bazın müəllimi, şeyx əl-Albani haqqında demişdir: “O sünnə əhlindəndir, haqqın
tə
rə
fdarı və
zə
lalə
t ə
hlininin ə
leyhdarlarındandır”
. Bax. “Muhaddisul-asri nasıru-Ssunna”, 32.
Şeyx bn Baz onun haqqında demişdir: “Mən,bizim zamanımızda səmalar altinda şeyx əl-Albanidən daha elmli insan
tanımıram”
. Bax “Kaukaba min aimatil-huada”, 227.
Bir dəfə şeyx bn Baza “Həqiqətən Allah bu ümmətə hər yüz ildən bir, bu dini dirçəldən alim göndərəcək” hədisini
oxuyaraq soruşdular: “Bu əsrdə dini dirçəldən kimdir?” O dedi: “Şeyx Muhammad Nasıruddin əl-Albanidir, bu mənim
rə
yimdir”
.Bax “Macalə əl-asalə al-Urduniyya”, 76.
Şeyx bn Useymin demişdir: “Şeyx əl-Albani sünnə əhlindəndir, sünnənin muhafizəçilərindəndir, hədis elminin imamı, və
zamanımızda onun tayı-bərabəri olan insan tanımırıq. Lakin bir insanın istedadını gördükdə bəzi insanların qəlblərinə kin
daxil olur, və onlar həmin insana dil uzadırlar. Bu əməl, möminlərə böyük və kiçik miqdarda verilən sədəqələrə görə,
sahabilərə istehza edən munafiqlərin əməllərinə bənzəir. Biz bu insanı onun yazdığı kitabları ilə tanıyırıq. Mən onu onun
keçirdiyi məclisləri ilə də tanıyıram. O əqidədə düz yolu (mənhəci) tutan sələfdir
*
”
. Bax “Tascilətu macalis əl-huda” 4-cü
kasset.
*
Sələf – söz, əməl və əqidədə peyğəmbər -in, onun səhabələrinin və onların ardıcıllarının (təbiinlərin) yoluna tabe olan
kimsədir.
Şeyx AbdulƏziz Ali Şeyx və şeyx Salih əl-Fauzan onun haqqında demişlər: “Bizim zamanımızda sünnənin muhafizəçisidir!”
Bax. “Muhaddisul-asri nasıru-Ssunna”, 33.
Şeyx Abdullah ibn AbduRəhman əl-Bassam demişdir: “Şeyx əl-Albani zamanımızın böyük imamlarındandır. O sünnəyə
qulluq etmə
kdə
çalış
qan və
bu yolda özündə
n və
mal-dövlə
tində
n keçə
n kimsə
lə
rdə
n idi”
. Bax “Kaşfu-ttalbis”, 76.
Şeyx AbdulMuhsin əl-Abbad demişdir: “Şeyx əl-Albani, Allah ona rəhmət etsin, öz ömrünü Sünnəyə qulluq etməyə, kitab
yazmağa, Allahın dininə dəvət etməyə, sələf dəvətinin zəfərinə və bidətlərə qarşı mübarizəyə həsr edən böyük alimlərin
sırasındadır. O Allah rəulunun Sünnəsinin muhafizəçilərindən idi və belə alimin vəfatı müsəlmanlar üçün böyük bir itkidir.
Allah ona etdiyi əməllərini daha xeyrli şeylə əvəz etsin və onu Cənnət əhlindən etsin”
. Bax “Hayatul-Albani”, 7.
Şeyx Abdullah əl-Ubaylən demişdir: “Mən və bütün müsəlmanlar imam, böyük alim, muhəddis, zahid, şeyx Muhammad
Nasıruddin əl-Albaninin vəfatına kədərlənirik. Onun fəzilətləri haqqında danışmağa söz tapılmaz, lakin onun hətta sələf
dəvətini dirçəltməkdən başqa bir xidməti olmasaydı, bu özüdə əlçatmaz bir xidmətdir. Lakin bununla bərabər o sələf yoluna
dəvət edən böyük xatib idi. O Sünnə əsasında yaşamış və insanları bidətlərdən çəkindirən kimsə idi. Bizim şeyx Abdullah ad-
Duayş deyirdi: “Neçə əsrlərdir ki biz, hədis tədqiqatında şeyx Nasırin tayı-bərabəri olan bir alim görmürdük. mam as-
Suyutınin ölümündən sonra günümüzə qədər, şeyx əl-Albani kimi hədis elmini bu qədər ətraflı və dəqiq öyrənmiş insan
tanımırıq”
. Bax “Hayatul-Albani”, 9.
Şeyx Salih Ali Şeyx demişdir: “Şübhəsiz ki qörkəmli alim Muhammad Nasıruddin əl-Albaninin vəfatı böyük bir kədərdir,
çünki o islam ümmətinin alimlərindən, muhaddislərin muhaddisi idi. Allah onun vasitəsi ilə bu dini muhafizə edib, Sünnəni
yayırdı”
. Bax “Kaukaba min aimatil-huada”, 252.
Peyğəmbər s.a.v) həqiqəti demişdir: “Həqiqətən Allah Öz qullarını məhrum edərək elmi qaldırmır, lakin O elm əhlini
(dünyadan) alaraq elmi qaldırır”. əl-Buxari, 100; Muslim, 3/737.
Sələflər deyərdi: “Alimin ölümü fəlakətdir, hətta bir qövmün həlak olması bir alimin ölümündən əhəmiyyətcə daha azdır”.
Şeyx əl-Albani şənbə günü cumada as-saniya ayının 22 1420 h.i. (2 oktyabr 1999 ildə) 87 yaşında vəfat etmişdir. Allah ona
rəhmət etsin, onun günahlarını bağışlasın və onu Cənnətlə sevindirsin!