The Secretariat of Armenia-Azerbaijan Peace Platform
Address: 23 U.Hajibeyov apt 18. Baku, Azerbaijan
Tel:
+99455 602 48 59
; Web:
http://arm-azpeace.com/
fb:
https://www.facebook.com/pg/ArmAzPeace
Twitter:
https://twitter.com/ArmAzpeace
/
__________________________________________________________________________________________
28 Mart 2017-ci i l
Press-reliz № 29
Özbəkistandan olan tarixçi alim
"Ermənistan Azərbaycan Sülh Platforması"-na qoşuldu
Özbəkistanlı tarixçi alim Salamov Şuxrat Nasıroviç "Ermənistan Azərbaycan Sülh Platforması"-na
qoşulması ilə əlaqədar bəyanat verib.
Bəyanatda deyilir:
Sülh insanların bu həyatda istədiyi, ən ali fəzilətdir. Ona görə də mən Dağlıq Qarabağ münaqişəsinin
yalnız sülh yolu ilə həllinə inanıram. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və
suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi
bildirmək istəyirəm.
Həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə
və qərarlarının icrası vacib olduğunu vurğulamaq istəyirəm. ATƏT-in Minsk qrupunun münaqişənin həlli
istiqamətində gördüyü işlərinin əhəmiyyətini qeyd etmək istəyirəm.
Bir tarixçi kimi qeyd etmək istəyirəm ki, mövcud münaqişədən əvvəl Erməni və Azərbaycan xalqları sülh
və əmin-amanlıq şəraitində yaşayıblar. Bu münasibətlər əsrlər boyu formalaşan qonşuluq və dostluq
münasibətlərinin nəticəsi olub. Münaqişənin uzun müddət həll olunmaması nəticəsində iki ölkə arasında
əlaqələrin yalnız müharibə kontekstində formalaşmasını təəssüf hissi ilə, qeyd etmək istəyirəm. Mən bu
sülh təşəbbüsünü dəstəkləyirəm və bu təşəbbüsün münaqişəyə böyük töhfə verə biləcəyinə inanıram.
Bu səbəbdən, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və
Cənubi Qafqaz regionunda sülhün bərpası və qorunması olan "Ermənistan Azərbaycan Sülh
Platforması"-na qoşulduğumu bəyan edirəm.
Mətbuat Xidməti