Əhli Sünnə Vəl Cəmaat
Sələfi Salihin
Əqidəsi
T
T
Ö
Ö
V
V
H
H
I
I
D
D
(Allahın Qulları Üzərində Olan Haqqı)
Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət
Komitəsinin 32 Dekabr 2010-cu İl Tarixli İcazəsi Əsasında Çap
Edilmişdir №DK-171/ َQ
Toplayan və Tərcümə Edən: K.Hüseyn
Kitabın Bütün Haqları Qorunur
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 2
ميحرلا نمحرلا الله مسب
RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ
Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən
sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik)
salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et,
çünki Sən, doğurdan da, bəxşiş verənsən! (Ali İmran 8).
Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma!
Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə!
Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!
Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən.
Kafirlərə qələbə çalmaqda bizə kömək et! (əl-Bəqərə 286).
Allahım! Bütün əməllərimin saleh əməl olmasını və bunları heç
kimsə üçün deyil, sadəcə Sənin rizan üçün olmasını diləyirəm.
Allahım! Bu kitabı yazan, tərcümə edən, oxuyan, dinləyən, yayan və
bu kitabın üzərində əziyyəti olan hər bir kəs
üçün xeyirli et! Amin!
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 3
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı 4
ÖN SÖZ
Xutbətul-Hacə
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət
diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah
kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç
kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa
ibadətə layiq haqq ilah (məbud) yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət
edirəm ki, Muhəmməd Onun qulu və Elçisidir.
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman
olduğunuz halda ölün”. (Ali-İmran 102).
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da zövcəsini
(Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən
qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin
qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə
nəzarətçidir”. (ən-Nisa 1).
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə
etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs
Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”. (əl-
Əhzab 70-71).
1
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi
Muhəmmədin yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır.
Sonradan uydurulub dinə salınan hər bir əməl bidətdir, hər bir bidət isə
zəlalətdir. Hər bir zəlalət isə oddadır.
2
“Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü
aç ki, sözümü yaxşı anlasınlar!” (Taha 25-28).
Möhtərəm müsəlman bacı və qardaşlarımız! İlk öncə hamınızı Allahın
salamı ilə salamlayıram. Allahın Kitabına və Allah Elçisinin yoluna tabe
olaraq bu əməli “Bismilləh” ilə başlayıram. Çünki, Allah Rəsulu də öz
məktublarını "Bismilləh" ilə başlamış və buyurmuşdur: "Hər mühüm bir işə
"Bismilləh" ilə başlanılmazsa, o işin sonu kəsikdir"
3
.
1
Xutbətul-Hacə adı ilə məşhur olan bu duanı cümə və s. xütbələrdə Peyğəmbər oxumuşdu. Səhabələrinə
də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk hissəsini bizə Əhməd 1/392, 293, 432, Əbu
Davud 2188, Tirmizi 1105, İbn Macə 1892 və başqaları rəvayət etmişlər.
2
Hədisin Ikinci Hissəsini: Muslim "Şərhu Nəvəvi" 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188, 189 və digərləri
rəvayət etmişlər. Hədis alimi Muhəmməd Nəsirəddin əl-Albani hədisin bütün rəvayətlərini bir yerə
toplayaraq “Xutbətul-Hacə” adlı bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Hədis Şeyx əl-Albani
tərəfindən səhih hesab olunur.
3
Əbu Davud, əl-Albani “Zəif”.
Dostları ilə paylaş: |