TÜRKOLOGİYA
Xs 1
2014
DİLİN STRUKTURU VƏ TARİXİ
SEVİNC ƏLİYEVA
«KİTABİ-DƏDƏ QORQUD»UN DİLİNDƏKİ
FARS KOMPONENTLİ ARXAİK FEİLLƏRƏ DAİR
(ədəbi dilin təşəkkülü kontekstində)
X ü l a s ə . M əqalədə «Kitabi-Dədə Qorqud»un dilində yer alan fars kom ponentli arxaik feillər
araşdırılır. M üəllif həmin feilləri Azərbaycan ədəbi dilinin təşəkkülü kontekstində təhlil edir və çox sayda
müqayisə və qarşılaşdırm alar əsasında onların arxaikləşməsinin periodlarını m üəyyənləşdirməyə çalışır.
M üəllif zəbun olmaq, zirü zəbər etmək, dəstur vermək, cəng etmək, səxt olmaq, pəncyek çıqarmaq və
s. bu kimi feillərin semantik tutum unda gedən dəyişiklikləri izləyir. M üəllif fars komponentlərinin digər
semantik kontekstdə mənimsənilmə özəlliklərini diqqətə alır və onların «Kitabi-Dədə Qorqud» feilləri
tərkibindəki semantik deformasiyasını müəyyənləşdiririr. Konkret olaraq, bəlli olur ki, səxt fars mənşəli söz
Azərbaycan ədəbi dilində XX əsrin əvvəllərinə qədər öz işləkliyini az və ya çox dərəcədə qorumuş və
dilimizdə ‘sərt’, ‘çətin’, ‘möhkəm, bərk’, ‘ağır’ mənalarını ifadə etmişdir. Müqayisə əsasında isə səxt olmaq
«Kitabi-Dədə Qorqud» feilində həmin alınmanın semantik deformasiyaya məruz qaldığı və ‘pərt olm aq’
anlamını ifadə etdiyi müəyyənləşdirilmişdir.
Açar sözlər: «Kitabi-Dədə Qorqud», fa rs komponenti, arxaik feillər, dastan, alınm alar
KDQ dastanlarının dilində fərqli semantik arxaikləşməyə m əruz qalmış fars mənşəli kom ponentlərin
yer aldığı çox sayda mürəkkəb feil, feili frazeoloji vahid və düzəltmə feillər mövcuddur. M əsələn, zəbun
olmaq, xoş qalmaq, rəvan olmaq, səxt olmaq, p ən cyek çıqarmaq, muştalamaq və s. kimi frazeoloji vahid-
lər buna əyani misaldır. Say etibarilə fars alınm a kom ponentli mürəkkəb feil və feili frazeoloji vahidlər
ərəb komponentli analoqlarından yetərincə azlıq təşkil etsələr də, onların m üasir ədəbi dilə m ünasibəti heç
də az m araq doğurmur.
Dastanda yer alan və müasir dilimizə nisbətən tam arxaikləşməyə məruz qalan feillər arasında zəbun
olmaq feilini xüsusi qeyd etmək lazımdır. Abidə mətnində fars dilindən alınmalar sırasında kifayət qədər
yüksək işlənmə tezliyi ilə seçilən, m üxtəlif boylarda 19 dəfə [1. S.37] təkrar olunan (müq. et: behişt olmaq 7
dəfə, abdəst almaq 6 dəfə işlənmişdir [1. S.12, 5]) zəbun sözünün yer aldığı zəbun olmaq, zəbun etmək mü-
rəkkəb feilləri klassik ədəbiyyatımızda aktiv işləklik nümayiş etdirsə də, müasir ədəbi dilimizin aktiv lüğət
fondundan tam amən çıxarılmışdır. «Azərbaycan dilinin izahlı lüğəti»ndə köhnəlmiş söz kimi dəyərləndirilən
zəbun sözü ‘zəif, qüvvətsiz, cansız, aciz, düşkün’ mənalarında, zəbun etmək (eyləmək) - ‘zəifləşdirmək, qüv-
vədən salmaq, cansızlaşdırmaq, düşkünləşdirmək’; zəbun olmaq - 1) ‘zəifləşmək, qüvvədən düşmək,
cansızlaşmaq, düşkünləşmək’; 2) ‘əsir olmaq, giriftar olmaq’ [2. S.649-650] m ənalarında təqdim edildiyi
halda, m üasir türk dilinin norm ativ sözlüklərində zəbun ‘gücsüz, z ə if, ‘taqətsiz’; zəbun olmaq isə ‘aludə
olmaq, olduqca bağlanm aq’ [3] anlam larında izah edilir. Zəbun sözünün və onunla əlaqəli feillərin ye-
tərincə fərqli semantik spektrləri əks etdirməsi bu sözün mənbə dilin özündə çoxmənalı leksik vahid
olmasından qaynaqlanır. Belə ki, fars dilində [zəbun] çoxmənalı sözü: 1) ‘zəif, köməksiz, gücsüz’; 2)
‘aciz, düşgün, fərsiz’; 3) ‘əhəmiyyətsiz, ikrahdoğurucu, alçaq’; 4) ‘m əğlub’ (müq. et: 1. cnaöbiö, 6ec-
noMO^HHH, 6eccHnbHHÖ; 2. T^egymHbiH, xhhwh; 3. h h h to ^h m h , npe3peHHbiö; 4. pegKO no6e^geHHbrn
[4]) mənalarını ehtiva edir: Oğul, Dəpəgöz, Oğuz əlündə zəbun oldı, bunaldı [5. S.99]; Oğul, Oğuz yurdu
Təpəgöz əlində əsir olub viran qaldı [5. S.197]; Qalın Oguz bəglərin dəxi - kimini zəbun edüb, kimini şəhid
eylədi [5. S.100]; Qalın Oğuz bəylərinin də kimini şikəst etdi, kimini həlak elədi [5. S. 198]. Zəbun sözünün
çoxmənalılığı onun yer aldığı feülərin (zəbun olmaq, zəbun etmək) m üasir m ətn variantında ən fərqli
şəkildə təqdim atını m üm kün etm işdir: Oğul, Dəpəgöz, Oğuz əlündə zəbun oldı [5. S.99]; Oğuz yurdu
Təpəgözün əlində əsir-yesir olub qaldı [5. S.197]; Qardaşı Qaragünə əlində zəbun oldı. Bığı Qanlu
Bügdüz Əmən əlində zəbun oldu. A ğ saqallu baban A ruza qan qusdırdı [5. S.100]; Qardaşı Qaragünə
onun əlində əzildi. Bığı qanlı Bugdüz Əmən onun əlində döyüldü. A ğ saqqallı atan Aruza qan qusdurdu [5.
S.198]; «Qanturalı zəbun oldı, at ardına aldım çıqdım» - deyəsən [5. S.92]; «Qanturalı yaralıydı, at belinə
aldım, çıxdım» - deyəsən [5. S.190].
Zəbun olmaq feilinin çoxmənalılığı onun klassik ədəbiyyatım ızdakı işlənmə m övqelərinə də sirayət
etmişdir:
Qalmadı odda olarıq taqəti,
Uş zəbun olmuşdurur anlar qatı [6. S.98];
Şimdi bu, anıq cəzasıdır bu gün,
N ar əlində olmışüz böylə zəbun [6. S.243].
Həzinidən fərqli olaraq, Füzuli lirikasında yüksək işlənmə tezliyi nümayiş etdirən zəbun olmaq və
zəbun etm ək mürəkkəb feilləri eyni polisemantikliyi burada da qorumuşlar:
Dövlət oldur ki, düşmən ola zəbun,
Olmadan bir şərarə şö'lə füzun [7. S.236];
Hiddəti-Bəng M eydən idi füzun,
Bəng qüvvət tapıb, Mey oldu zəbun [7. S.259].
Birinci halda zəbun olmaq feili ‘məğlub olm aq’, ikinci halda isə ‘aciz qalm aq’ mənalarında
işlənmişdir.
Zərb ilən onu sərnigun edəyin,
Əzeyin, yencəyin zəbun edəyin [7. S.238];
Füzulidən səbatü səbrü cövrü qəhr az istə
Kim, ol biçarəyi dərdü qəmin bihəd zəbun etdi [7. S.324].
Yuxarıdakı beytlərdə isə zəbun etm ək feili əvvəlcə ‘məğlub etm ək’, sonra isə ‘məhv etm ək’, ‘yerlə-
yeksan etm ək’ m ənalarında istifadə edilmişdir.
XX əsrin əvvəllərinədək işləkliyini davam etdirən zəbun etm ək və zəbun olmaq feillərinin istifadə
dairəsinin məhdudlaşdığı, işləklik əmsalının əhəmiyyətli dərəcədə aşağı düşdüyü görülməkdədir:
Söylə Amə bielm likdən m illətim oldu zəbun,
Cəhli dağın tişeyi-fəryadi yetməz sərnigün [8. S.87];
Həm də umulmaz bir məğlubiyyətlə zəbun vəp ərişa n olacaqsın [9. III. S.293].
Birinci halda zəbun olmaq feili ‘məhv olm aq’, ikinci halda isə ‘miskin, aciz olm aq’ anlamını ifadə
etmişdir.
Ə lif kimi qamətin həlqeyi-nun etdilər.
M üxtəsər, arvadları xarü zəbun etdilər [8. S. 112];
Bülbül dedi: dünyada o kim dir gülə bir gün,
Y ıllarca zəbun etməyə şən könlünü şivən! [9. III. S.88];
İnsaf eyləyin, bir baxın m ənə!
M ərcan eyləyir çox zəbun məni! [10. S.232].
Bu nüm unələrdən ilkində zəbun etm ək ‘miskin, aciz, əhəmiyyətsiz etm ək’ anlamını ifadə etdiyi
halda (kontekstə görə isə ‘biabır etm ək’ kimi də dəyərləndirmək olar), ikinci iqtibasda ‘əzm ək’, ‘aciz
duruma salm aq’, sonuncuda isə ‘məhv etm ək’ m ənalarında işlənmişdir. Onu da qeyd edək ki, Türkiyə
türkcəsində zebun olmak mürəkkəb feili ilə yanaşı, zebunlamak, zebunlatmak, zebunlaşmak kimi düzəltmə quru-
luşlu feillər də mövcuddur [3. S.944]. Zebun olm ak və zebun etm ek feillərinin türk dilindəki işlənmə
özəlliklərinə gəlincə, bu fars alınmalı analitik form alara istər klassik ədəbiyyatda, istərsə də müasir
əsərlərdə rast gəlmək mümkündür. M əsələn, şairlik bacarığı ilə seçilən Osmanlı imperatorlarından I
Səlimin (1465-1520) qələmə aldığı şeirdə oxuyuruq:
Merdüm-i dideme bilm em ne füsün etti felek
Giryemi kıldı hün eşkimi füzün etti felek
Şırler pençe-i kahrım dan olurken lerzan
Beni bir gözleri ahüya zebün etti felek [11].
Klassik üsluba yaxın tərzdə yazılan əsərlərdə zebun etmek, zebun olm ak feillərindən məhz
klassisizmə eyham, alluzial varislik fonunun yaradılm ası məqsədilə istifadə edilməkdədir. M əsələn, m üasir
türk şairlərindən Ərzurumlu Halil Çolakın 2005-ci ildə qələmə aldığı şeirində oxuyuruq:
Sergüzeşt ettin ey sema sen beni
El sevgisine muhtaç ettin bu canı
M ağdur oldum sevgide seni seveli
Amaçsız yaşam da zebun ettin beni [12].
M üasir Azərbaycan ədəbi dili üçün tam am ən arxaikləşmiş fars komponentli KDQ feilləri sırasında
zirü zəbər etm ək frazeoloji birləşm əsi də m araq doğurur: Eylə qalxdı kim, günbəd zirü zəbər oldı [5.
S.102]; Elə vurdu ki, gündəz alt-üst oldu [5. S.200]. Dastanın m üasir m ətn variantında zirü zəbər etmək
feilinin qarşılığı kimi qeyd olunan alt-üst olmaq frazeologizmi m üasir Azərbaycan dilinin normativ frazeo-
logizmlər lüğətində də verildiyi kimi, ‘dağıtm aq’, ‘uçurm aq’ [13. S.33] mənalarını ifadə edir.
Dünya evinin səltənəti beş gün imiş çün,
Bünyadını yıx, ər kimi, zirü zəbər eylə! [14. S.42].
Azərbaycan və fars dillərindəki frazeoloji vahidlərin tam m əna uyğunluğu «Azərbaycan dili
frazeoloji vahidlərinin bir qisminin kom ponentlərinin tərkibinə görə, aralarındakı sintaktik əlaqənin
səciyyəsinə və ümumi m ənasına görə fars dilinin müvafiq sabit birləşm ələri ilə eyniyyət təşkil etdiyini»
vurğulayan H.Bayramovun fikirlərini [15. S.67] əyani şəkildə təsdiqləyir. Doğrudan da, fars dilində zir ‘alt
tərə f [10]; zəbər isə ‘üst, üstə, üstdə’ [16. S.499] m ənalarını ifadə edir. «Azərbaycan və fars dillərində frazeo-
loji vahidlərin qarşılıqlı ifadə olunmasına dair» araşdırm asında X.Abdullayeva yazır: «Frazeoloji
vahidlərin qarşılaşdırılan iki dildə eyni form a və leksik tərkibdə əks olunması ekvivalent tərcümə (qarşılıq)
üsulu adlanır ki, belə vahidlərdə məna və obrazca tam eyniyyət, yaxud çox cüzi fərq olur» [17. S. 103]. Zirü
zəbər etm ək feili frazeoloji vahidində fars dilindəki frazeologizm olduğu kimi saxlandığı halda, köməkçi
feil yerini türk mənşəli kom ponent almışdır. Fars dilindəki frazeoloji semantik ekvivalent və kom ponentar
«sitat»ı kimi ortaya çıxan KDQ feili frazeologizm inin müasir dilə «tərcüməsi»ndə də eyni semantik analo-
giya izlənmişdir. Zirü zəbər etm ək feilinin m üasir dilə nisbətən mövqeyini m üəyyənləşdirərkən ilk olaraq
onu əlavə edək ki, izahlı lüğətdə köhnəlmiş söz kimi qeyd edilən zirü zəbər ifadəsinin fonetik variantının
m övcudluğu da qeyd olunur. M əlum olur ki, klassik ədəbiyyatım ızda zirü zəbər ifadəsinin fonetik defor-
m asiyaya uğramış zir-zəbər variantı da m övcuddur və həmin mürəkkəb söz də, eynən mənbə variantı kimi,
etmək, olmaq feilləri ilə birləşmə əmələ gətirməyə m üvəffəq olmuşdur: zir-zəbər etm ək - alt-üst etmək,
vurub dağıtmaq, yerlə yeksan etmək, zir-zəbər olmaq - alt-üst olmaq, dağılmaq, pozulmaq, məhv olmaq
[2. S.680]. Nəsim i lirikasında yüksək işlənmə tezliyi ilə seçilən zirü zəbər olmaq frazeologizm inin Azər-
baycan dilindəki işlənmə aktivliyi XIX əsrin sonlarına doğru azalmışdır:
Qələndər ilə təcrid, fəna - üçü birdir,
Nə qəm, bu üçünə aləm olursa zirü zəbər [14. S.205];
Çü ə ’lavü əsfəldə gördüm səni,
Nə qəm, gər cahan olsa zirü zəbər [14. S.239].
XVIII əsrin görkəmli söz ustalarından M .M .Vidadinin həmkarı M .P.Vaqiflə deyişməsində
oxuyuruq:
Şiə xalqı tam am dolar duzəxə,
Qalarlar duzəxdə od yaxa-yaxa,
M ahaldır ki, biri duzəxdən çıxa,
Cümlə olar zirü zəbər, ağlarsan [18. S.403].
XX əsrin əvvəllərinədək işləkliyini sürdürən zirü-zəbər etmək frazeologizmi zamanla ədəbi dilin aktiv
lüğət fondunu tamamən tərk etmişdir: Bir türfətüleyndə bütün İranı zirü-zəbər edib, sənin dərdinə əlac edərəm
[8. II. S.104]; Allah-taala bu kəndə bir bəlayi-taun göndərəcək ki, kəndinizi zir-zəbər eləsin... Xudavəndi-
aləm bu kəndə bəlayi-taun göndərəcək. Kəndi zir-zəbəreləyəcəkdir [8. I. S.104].
XX əsrlərdə yazıb-yaratm ış N etzen Tevfikin (1879-1953) şeirlərində də klassisizm iddialı ifadələr
sırasında zirü zeber etm ek feilinə təsadüf edilir:
Öyle tarsın eyledim olsa cihan zir ü zeber
Attığım üss-i mezalim haşre dek eyler devam [19].
XX əsr şairlərindən klassik üsluba özənti səciyyəli şeirlər sırasında M uhammed Fatih Bağmancının
əsərində də zir ü zeber etm ek feilinə təsadüf edilir:
Razıyım sensizliğe çünkü öyle arzu ettin
Ama bil ki bu garibi kurda kuşa yem ettin
Belki farkında değilsin beni zir u zeber ettin
Ahkämımız böyle yarın sözü geri edilmez [20].
KDQ mətnində yer alan fars kom ponentli arxaik feillər arasında dəstur verm ək ifadəsini də qeyd
etmək mümkündür: Yad qızı həlalıma dəstur versün! [5. S.75]; Yad qızıdır, arvadıma izin versin! [5.
S.173].
Dastanın m üasir Azərbaycan dilindəki variantında olduğu kimi, m üasir türk dilinə
uyğunlaşdırılm ış mətnində də dəstur verm ək mürəkkəb feili ‘izin verm ək’ feili ilə qarşılanmışdır: E l kızı
həlalime izin versin [21. S.70]. Klassik ədəbiyyatım ızda yetərincə yüksək işlənmə tezliyinə m alik olan
dəstur sözü burada 1) ‘vəzir, m üşavir’; 2) ‘zərdüştlərin baş kahini’; 3) ‘adət, dəb’; 4) ‘qanun kitabları’ mə-
naları ilə yanaşı ‘rüsxət, icazə’, habelə ‘əmr, fərman, göstəriş’ anlam larını da ifadə edir [22. S.120].
Dastanın V.V.Bartold tərcüməsində isə qeyd edilir: ‘n y crb om ycraT m ok ^eHy, gonb ny^aHHHa...’ buraxsın
arvadımı, y a d qızını [23]. Farsca-rusca lüğətdə təsbit edildiyi kimi, dəstur sözünün m üasir anlamı daha
çox ‘göstəriş, təlim at, fərman, əm r’, habelə ‘qayda, qanun’ m ənasına uyğun gəlsə də, onun arxaikləşmiş
semantik çalarları arasında ‘icazə, izin’ anlamı da yer alır [4]. Deməli, dəstur sözü ‘icazə, izin’ m ənasında
m üasir fars ədəbi dilinin özü üçün də semantik arxaizm nümunəsi təşkil edir. Diqqətimizi çəkən digər
məqam ondan ibarətdir ki, izin sözünün özünün də alınma leksem olması fonunda verilmiş kontekstdə
dəstur verm ək ifadəsindən istifadə heç də təsadüfi görünmür. Həmin kontekstdə ölümlə üz-üzə dayanan
Uruz bəy atası Qazan xana xitabən ‘yad qızı həlalı’ ilə bağlı məhz göstərişlərini dilə gətirir:
Bir ay baqsun, -
Bir ayda varmazsam, iki ay baqsun!
İki ayda varmazsam, üç ay baqsun!
Üç ayda varmazsam, öldügimi ol vəqt bilsün!
Ayğır atım boğazlayub, aşum versün!
Yad qızı həlalıma dəstur versün!
M əna tutan gərdəgə ayrıq girsün! [5. S.75].
Göründüyü kimi, burada Uruzun dilə gətirdiyi performativdə söhbət sadəcə izindən deyil, həm də
təlim at-göstərişdən gedir. İstər m üasir Azərbaycan dili üçün, istərsə də (verilmiş semantik yükdə) m üasir
fars dili üçün arxaikləşmiş dəstur sözünə, daha dəqiq desək, onun iştirakı ilə yaranm ış mürəkkəb feillərə
«Dastani-Əhməd Hərami»də də rast gəlinir:
Şəhənşah aydir kim dəstur verəyim,
Ötə nə vəqt gəlirsən biləyim [24].
Dastan mətninə dair qeydlərin müəllifi Ə.Səfərli də bu abidədə işlədilən dəstur sözünün yalniz ‘izin,
icazə’ deyil, həmçinin ‘icazə, göstəriş’ m ənasında işləndiyini ortaya qoym uşdur [24. S.112]. Onu da qeyd
edək ki, dastanda dəstur verm ək mürəkkəb feil ilə yanaşı dəstur almaq ifadəsinə də təsadüf edilir.
...Çü bəd fel əbtər dəstur aldı,
Güləndamın qatına sürdü gəldi.
.. .Atandan dəstur aldım şahi-şəngül,
Kırıma getməgə, ey yüzü gül, gül [24].
XIII əsr şairimiz Qul Əlinin «Qisseyi-Yusif» əsərində də dəstur verm ək mürəkkəb feilinə rast
gəlinir:
Kəndusi bir duşı gördi, anı andı,
Yusifinə hərgiz dəstur verməz imdi [25. S.24].
D əstur sözü və bu sözün iştirakı ilə yaranan dəstur verm ək mürəkkəb feili X IX -X X əsrlərdə
tam am ən arxaikləşmə yoluna qədəm qoymuşdur. XX əsrin əvvəllərində dəstur sözünün çox aşağı
səviyyəli işləkliyi müşahidə edilsə də (məs.: Söyləyənə baqma, söylədiyinə baq dəsturunu əldə sərmayə
ittixaz edənlər bu xüsusda çoq yanlışdırlar [9. V. S. 123]), dəstur verm ək mürəkkəb feilinin, demək olar ki,
aktiv lüğət fondunu tərk etdiyi məlum olur. M üasir Azərbaycan ədəbi dilindən fərqli olaraq, müasir türk
dilində ‘icazə vermək, izin vermək’ mənalarını ifadə edən destur vermek feili [3. S.223] işlənmə dairəsinin
əhəmiyyətli dərəcədə m əhdudlaşm asına baxmayaraq, hələ də klassisizm üslublu bədii sənət nümunələrində
janr-üslub tələbinə müvafiq şəkildə istifadə edilməkdədir. Hələ XVI əsrdə yazıb-yaratm ış görkəmli Os-
manlı dövlət adamı və şair M ustafa Çələbinin əsərlərindən birində oxuyuruq:
Y ollara düştüm yar, varayım sana
Aç gönül kapısın, bir destur eyle
Çatma hilal kaşın, sert bakma bana
Sarıl kollarıma, bir destur eyle [26].
Klassisizm ənənələrini izləyən m üasir türk şairlərindən Ozan Ceyhanın və Aslı Üstünün şeirlərində
isə oxuyuruq:
Ayrılık közünde yakma sultanım
Kötünün sözüne bakm a sultanım
Sevdiysen kimseyi takm a sultanım
... .Destur ver topuna ceza keseyim [27];
Haydi destur ver gönül, bir mutluluk resmi çiz,
Olmasın orda keder, söylenmedik garip giz! [28].
M üasir Azərbaycan ədəbi dili üçün arxaikləşmiş fars alınma kom ponentli mürəkkəb feillər arasında
cəng etm ək KDQ feili də diqqəti cəlb edir. Dastanın qədim oğuzların qəhrəm anlıqlarının təsviri və
tərənnümünə həsr olunmuş süjetləri boyu dəfələrlə təkrarlanan cəng etm ək feili ‘savaş etm ək’, ‘vuruşm aq’
mənalarında işlənmişdir. Məs.: Bayındır xanın ağ meydanında bu oğlan cəng etmişdür [5. S.36]; Bu oğlan
Bayandır xanın ağ meydanında vuruşmuşdur [5. S.134]; Gecəyədəkin cəng edəydik, ağca tozlu qatı yaylar
tartışaydıq [5. S.108]; ...gecəyədək biz vuruşaq. Dəstəyi ağ tozlu olan bərk yaylar dartışdıraq [5. S.206].
Farscadan alınm a olan bu söz klassik ədəbiyyatım ızda ‘vuruş, döyüş, dava’ [22. S.88] semantik möv-
qelərində çıxış edir.
«Dastani-Əhməd Hərami»də, M əsihinin «Vərqa və Gülşah» əsərində, habelə Füzuli lirikasında cəng
etm ək feilinə təsadüf edilir:
Gəlib söylərsə cəngə duruşalım,
Anunla cəng edəlim, uruşalım.
... Önürdü məskənətlə söyləyəlim
Becid olur isə cəng eyləyəlim [24];
Cəng etdi iki bəla düçari,
Ta m ardan oldu qar hali [29. S.133];
Çün dust sipahidir edən cəng,
Düşmənliyə xoş degildir ahəng [7. S.120].
Növbəti dövr söz ustalarım ızdan S.Ə.Şirvani, M.M.Vidadinin əsərlərində də cəng etmək mürəkkəb
feilinin işləkliyi müşahidə edilir:
Nə gərəkdir yazib ki, ol sadə
Fəhlələr cəng edir Amerkadə [30. S.57];
Neçə il cəng edib Dağıstanda,
Çox olub özgə cəng hər yanda [30. S.126];
Eylə bir cəng etdilər kim, su yerinə axdı qan,
Hasili ol dərdiməndə vermədi nüsrət, inan [18. S.77].
XX əsrin əvvəllərinə doğru işlənmə tezliyi əhəmiyyətli dərəcədə azalan cəng etm ək feili zamanla
ədəbi dilimizin aktiv lüğət fondunu tam amən tərk etmişdir: Dünyanın hər bir işi cəngi-məğlubədir; amma
vəhşi nadanlıqla cəng etmək mümkün deyil [31. S.119];
Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
Özünü, həm məni bu barədə diltəng eləmə! [31. S.72].
KDQ dastanlarında yer alan və 18 dəfə fərqli kom binasiya və söz-form a çərçivəsində təkrarlanan
səxt fars alınması ilə olmaq türk mənşəli köməkçi feilinin birləşm əsindən yaranan feili frazeoloji vahid də
m üasir Azərbaycan dili üçün tam am ən arxaikləşmişdir: Bayındır xan qatı səxt oldı. Dədəm Qorqud gəldi.
Şadlıq çaldı. «Xanım, niyə səxt olursan?» - dedi. Aydır: «Necə səxt olmıyam ? H ər y il altun-aqça gəlürdi,
yigidə-bəgə verirdin xatirləri xoş olurdı, şimdi bunı kimə verər kim, xatiri xoş ola?» [5. S.104]; Baqdı
gördi Beyrək səxt olmış [5. S.59].
Abidə mətnində alınma leksik vahid üçün kifayət qədər yüksək işlənmə tezliyi nümayiş etdirən səxt sözü
fars dilində polisemantem mahiyyəti kəsb edir və 1) ‘çətin, ağır’; 2) ‘ciddi, kəskin, əzazil, sərt’; 3) ‘kəskin,
güclü’; 4) ‘bərk, möhkəm, qart’ mənalarını ifadə edir (müq. et:
1) TpygHbiH,
ta
^
khh
; 2) cypoBbiö, crporaH, pe3KHÖ; 3) pe3KHH, CHnbHbiö; 4) TBepgwM, ^
ğctkhh
, KpenKHH
[4]).
Dastanın müasir Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmış variantında əksər hallarda səxt olmaq feili
‘pərt olm aq’ kimi təqdim edilmişdir: Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. B eyrək geydi.
Yoldaşlarına bu iş xoş gəlmədi. Səxt oldılar. B eyrək aydır: «Niyə səxt oldunuz?» - dedi. Ayıtdılar: «Necə
səxt olmıyalum ? Sən qızıl qaftan geyərsən, biz ağ qaftan geyəriz!» - dedilər. B eyrək aydır: «Bu qədər nəs-
nədən ötri niyə səxt olursız? Bu gün bən geydim, yarın naibim geysün» [5. S.57]. M üasir m ətn variantında:
Adaxlısından bir bəylik qırmızı qaftan gəldi. B eyrək geydi. Bu iş yoldaşlarına xoş gəlmədi. P ərt oldular.
B eyrək dedi: «Niyə p ə rt oldunuz?» Dedilər: «Necə p ə rt olmayaq? Sən qırmızı qaftan geyirsən, biz isə ağ
qaftan!» Beyrək: «Belə şeydən ötrü halınızı pozursunuz? Bu gün mən geymişəm, sabah naibim geysin» [5.
S.155]. Nümunədən də göründüyü kimi, bəzi hallarda səxt olmaq frazeologizmi p ə rt olmaqla deyil, digər
frazeoloji vahidlərlə, məs.: halı pozulmaq, qanı qaralmaq ifadələri ilə əvəzlənir. Məs.: «Qazana düşmən imiş-
sən, bildim!» - dedi. Qalqub «Xoş qal!» - deyüb getdi. Aruz ğayət səxt oldı. .. [5. S.123-124], m üasir mətndə:
Qazana düşmən olduğunu bildim. Qılbaş qakxıb: «Salamat qalın!» - deyib getdi. Aruzun qanı qaraldı [5.
S.222]. Bu fərqliliyin kökünü isə, ilk növbədə səxt sözünün fars dilindəki polisemantem kimi mövcudlu-
ğunda və mənimsənildikdən sonra oxşar məna fərqliliyini Azərbaycan dilində də nümayiş etdirməkdə
davam etməyində axtarmaq lazımdır. Fars dili ilə aktiv bilinqvizm şəraitində mövcudiyyətini sürdürməkdə
olan Cənubi Azərbaycan dialektlərində səxt sözü həm ‘bərk’, həm ‘kobud’ m ənalarını ifadə edir. Həmin
sözün dialektdə işlənən derivatı - səxtiyan sözü ‘soxdalanmış (döyülüb işlənmiş) dəri’ mənasını verir [33].
Klassik ədəbiyyatım ıza dair nümunələr, habelə sonrakı dövr bədii sənət nüm unələrindən iqtibaslar səxt
sözünün dilimizdə həm ‘sərt’, həm ‘çətin’, həm ‘ağır’, həm də ‘bərk, m öhkəm ’ mənalarının ifadəsinə xidmət
etdiyini ortaya qoyur:
‘s ə r t mənasında:
Verdi bir növ ilə cəvabımı səxt,
Dedi ki, sən hara, təbaq hara?
Nə rəvadır ola o məclisdə
Bir sənin kimi şəxsi-bisərü pa? [30. S.278];
‘ç ə tin mənasında:
Hərçənd səndən ayrılığım səxtdir mənə,
Lakin başımda özgə diyarın havası var [30. S.247];
‘möhkəm, b ə r k mənasında:
Diriğa, bilm ədim qədrin mən ol yari-vəfadarın!
Əcayib səxt-canəm, yarsız mən arsiz qaldım?! [34. S.52];
‘ağır, s ə r t mənalarında:
C.Məmmədquluzadənin xatirələrində oxuyuruq: ...O ki qaldı siyasi məsələlər, bu barədə dilim lal
olsun: həmin əsrin senzorunun tələbatı o qədər səxt idi ki, siyasət nədir ki, siyasətin qorxusundan «s» hərfmi
yazmağa cürət eləməzdik... [35. S.82];
‘ç ə tin ’ mənasında:
Nə bədbəxtin biriymişsən,
Bizi həm eylədin bədbəxt;
Nə busət basmış hər yanı,
M əişətmiz keçir çox səxt [10. S.45].
M üasir Azərbaycan ədəbi dili üçün tam am ən arxaikləşmiş fars komponentli feillər və feili frazeoloji
vahidlər arasında pəncyek çıqarmaq ifadəsini xüsusilə qeyd etmək lazımdır. Daha öncə nəzərdən
keçirdiyimiz səxt olmaq frazeoloji vahidindən fərqli olaraq, pəncyek çıqarmaq ifadəsi qədim Oğuz elinin
adət-ənənələrinin möhürünü daşıyır: Quşun ala qatını, qumaşın arusını, qızın gögçəgini, toquzlama çırğab
çuxa xanlar xanı Bayındıra pəncyek çıqardılar [5. S.97]; Şahinlərin ən yaxşısını, qumaşın gözəlini,
qızların göyçəyini, doqquz cərgə zər naxışlı çuxanı Bayandır xana hədiyyə ayırdılar [5. S. 195].
Təqdim edilən nüm unələr KDQ dilində yer alan və zamanla arxaikləşmiş fars kom ponentli feillərin
bir qrupunu təşkil edir. Lakin hətta bu m əhdud qrupun tim salında belə KDQ-nın yazıya alınm a dövründən
müasir günüm üzədək Azərbaycan ədəbi dilində fars kom ponentli mürəkkəb feillərin semantik adaptasiya
prinsipləri haqqında ətraflı m əlumat əldə edilməsinə yardımçı olur.
M əqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. M əqalədə Azərbaycan dilçiliyində ilk dəfə olaraq
«Kitabi-Dədə Qorqud» abidəsinin dilindəki fars alınm a komponentli tərkibi feillərin semantik dəyişməsi
tədqiqata cəlb edilmiş, dastan mətnində yer alan və tərkibində fars komponenti olan tərkibi feillərin
arxaikləşmə xronologiyası izlənmiş və bu prosesin digər söz sənəti nüm unələrin dilindəki təzahür özəllikləri
ilə qarşılaşdırm a aparılmışdır. Habelə, həmin kom ponentlərin mənbə dillə qarşılaşdırm ası əsasında
arxaikləşmənin, məhz hansı istiqamətdə cərəyan etdiyi m üəyyənləşdirilmiş, bu ifadələrin polisem antik
potensialı fərqli bədii m ətn m aterialına istinadən m üqayisəli şəkildə təhlil edilmişdir. M əqalədə ortaya qo-
yulan faktlar KDQ feillərinin izahlı lüğətinin, KDQ alınma leksikası lüğətinin tərtibində istifadə edilə bilər.
Habelə məqalənin müəyyənləşdirdiyi faktlar Azərbaycan ədəbi dilinin tarixinin tədrisi işinə cəlb edilə bilər.
Məqalədə araşdırmaya cəlb olunmuş və haqqında ilk dəfə qarşılaşdırmalı tədqiqat aparılmış dil faktları həm-
çinin dil tarixi ilə məşğul olan tədqiqatçıların gələcək araşdırm aları üçün də əhəmiyyətli ola bilər.
Ə D Ə B İ Y Y A T
1. VəliyevaK.A., MahmudovaM.Ə, Pines V. Y. və b. «Kitabi-Dədə Qorqud»un statistik təhlili: İlkin nəticələr.
Bakı: Elm, 1999.
2. Azərbaycan dilinin izahlı lüğəti. Bakı: Şərq - Qərb, 2011. C. 4.
3. Turecko-russkij slovar. M.: Rus. jaz., 1977.
4. Persidsko-russkij, russko-persidskij slovar // http://www.persian-farsi.ru/
5. Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988.
6. Həzini H ədisi. Ərbein // w w w . elyaz malarinstitutu. com/pdf/
7. FüzuliM. Əsərləri: 6 cilddə. Bakı: Şərq - Qərb, 2005. C. 1-2.
8. Cabbarlı Cəfər. Əsərləri. Bakı: Şərq - Qərb, 2005. C. 1-2.
9. CavidH Əsərləri. Bakı: Lider, 2005. C. 3; 5.
10. Hacıbəyli Ü. Seçilmiş əsərləri. Bakı: Şərq - Qərb, 2005. C. 1.
11. Sultan Selim Yavuz. M erdüm-i dideme bilm em ne füsun etti felek... // http://w w w .
antoloji.com /sirler-bile-siiri/
12. ÇolakH alil. Amaçsız yaşam da zebun ettin beni // http://w w w .siirantolojisi.gen.tr/
13. SeyidəliyevN .F. Frazeologiya lüğəti. Bakı: Çıraq, 2004.
14. Nəsimi İ. Seçilmiş əsərləri. Bakı: Lider, 2004. C. 1.
15. Bayram ovH . Azərbaycan dilinin frazeologiyasının əsasları. Bakı: Maarif, 1978.
16. Ərəb və fars sözləri lüğəti: (Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün): 2 cilddə. Bakı: Şərq
- Qərb, 2005. C. 2.
17. Abdullayeva X. Azərbaycan və fars dillərində frazeoloji vahidlərin qarşılıqlı ifadə olunmasına
dair // Tədqiqlər. 2007. N° 4.
18. VidadiM.V. Əsərləri. Bakı: Öndər, 2004.
19. Tevfik N eyzen.
Abdülhamid'in
Ağzından
Bir
Nutk-ı
Hüm äyun
//
http://ww w.siira
kademisi.com/index.php?/site/siirgoster/3850
20. Bağmancı M.F. Yıkık Gönül // http:// www.siirdefteri.com/?sayfa=siir&siirid= 24237
21. Dede Korkut Kitabı (Muharrem Ergin). Hisar: Kültür Gönüllüleri, 2003 // http://
w w w .gunesdershanesi.com /ekitap/m uharrem ergindedekorkutkitabi.pdf
22. Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti: 2 cilddə. Bakı: Şərq - Qərb.
2005. C. 1.
23. Pesn o tom, kak syn Kazan-beka Uruz-bek byl vzjat v plen // Kniga moego deda Korkuta / Per.
V.V.Bartolda // http://www.vostlit.info/texts/ rus9/korkut/frametext4.htm/
24. Dastani-Əhm əd Hərami. Bakı: Şərq - Qərb, 2004.
25. Qul Əli. Qisseyi-Yusif / Nəşrə haz., lüğət və şərhlərin müəl. E.Əlibəyzadə, Ə.Hüseyni. Bakı: Şərq -
Qərb, 2005.
26. Çelebi M ustafa. Bir Destur Eyle! // http://w w w .antoloji.com/
27. Ozan Ceyhan. Destur Ver Topuna Ceza Keseyim... // http://www.antoloji.com/
28. Aslı Üstün. Destur // http://w w w . siirkolik.net/siirler/67374-destur.asp
29. Məsihi. Vərqa və Gülşa. Bakı: Şərq - Qərb, 2005.
30. Şirvani S.Ə. Seçilmiş əsərləri. Bakı, 2005. C. 2.
31. VəzirovN.b. Əsərləri. Bakı: Şərq - Qərb, 2005.
32. SabirM .Ə . Hophopnamə. Bakı: Şərq - Qərb, 2004. C. 2.
33. Bəy Hadi Turuz sözlüyü // http:// denemetr.com/docs/index-1110.html?page=236
34. Nəbati Seyid Əbülqasim. Seçilmiş əsərləri. Bakı: Şərq - Qərb, 2004.
35. M əm mədquluzadə C. Əsərləri. Bakı: Azərnəşr, 1985. C. 6.
SE V İN J ALİYEVA
ABOUT ARCHAİC VERBS W İTH THE PERSİAN COM PONENT
İN THE LANGUAGE OF «KİTABİ-DEDE KORKUT»
(in the context o f literal language)
S u m m a r y
In the article archaic verbs with the Persian component in the language o f «Kitabi-Dede
Korkut» were investigated. The author analyses verbs in the context o f formation o f the literary
language and tries to defıne the periods o f these archaisms on the basis o f a large number o f
comparison and contrapositions.
The author observes the changes in semantics o f such compound verbs as ‘zebun olm ak’,
‘ziru zeber etm ek’, ‘destur verm ek’, ‘ceng etm ek’, ‘sekht olm aq’, ‘pencyek chiqarm aq’. The
author pays attention to the specificity o f assimilation in different contexts o f Persian components
and defines their semantic deformation in « Kitabi-Dede Korkut». Concretely, it becomes clear
that at the beginning o f the 20-th century the verb o f Persian origin ‘sekht’ more or less has kept
its meaning and a frequency o f usage in the Azerbaijan literary language and expresses the
meanings ‘sert’, ‘chetin’, ‘mohkem, berk’, ‘agir’ in our language. On the basis o f comparison o f
the compound verb ‘sekht olm aq’ it is revealed that this verb in «Kitabi-Dede Korkut» was
subjected to the deformation and began to express the meaning ‘pert olm aq’.
Key words: «Kitabi-Dede Korkut», the Persian component, archaic verbs, epos,
borrowings
C E B H H ffM ÄHHEBA
OE A PXAH H H blX r ^ A r O ^ A X C nE P C H ^C K H M K O M nO H EH TO M
B A3WKE ^ n O C A «K H H rA M O E rO ^ E ^ A K O PK y^A »
( b
KOHTeKCTe pa3BHTHH .HHTepaTypHOrO H3UKa)
P e
3 w
m
e
CTaTba nocB a^eH a apxaHHHWM raaro.naM c nepcHgcKHM K0Mn0HeHT0M, BCTpenaro^HMca
b
a3biKe ^noca «KHHra Moero g e g a KopKyga».
A b t o p ,
onupaacb Ha ^aKTbi, nogpoÖHO aHanronpyeT
^ t h
raaro.nbi
h
nwTaeTca onpege^HTb npHMepHoe BpeMa Hanana
h x
«ycTapeBaHHa». npoc^ e^ H B aa
ceMaHTHnecKoe H3MeHeHHe
t ^ k h x
ono^Hbix raaranoB , KaK
zəbu n olm a q, zirü z ə b ə r etm ək, d ə stu r
verm ək, cə n g etm ək, səx t olm aq, p ə n c y e k çıqarm aq, u
paccMaTpHBaa cne^H^HKy ycBoeHHa nepcng-
cKoro KoMnoHeHTa
b
gpyroM ceMaHTHnecKoM KoHTeKcTe,
o h
ycTaHaB^HBaeT,
h t o
go Hanana X X
b .
g
t o
b o
səx t
nepcngcK oro nponcxo^geH H a ynoTpeö
m
nocb
b
c ^ e g y ro ^ n x 3HaneHHax:
s ə r t
‘
cypoBWH,
TBepgwH’,
çətin
‘
TpygHwfi’,
m öhkəm
‘
nponHwfi, KpenKHfi’,
b ə r k
‘
TBepgwH,
b w h o c ^ h b w H ’ ,
a ğ ır
‘
TpygHwfi, T a^e^w fi’. CeMaHTHKa c ^ o ^H o ro raaro.na
sə x t o lm a q
cy3H^acb,
h o h
cTan Bwpa^aTb
noH^THe
p ə r t o lm a q
‘paccrpoHTbca, cMyTHTbca, cKoH$y3HTbca’.
K ^roneB w e cnoB a:
«X H m a Moe^o d e d a K opK yda», nepcudcKUÜ KOMnoHeHm, apxauHHue
^na^onu, ^noc, 3auMcmeoeaHun
Ü n v a n : A Z 1 143. B akı-143, H üseyn C avid pr., 115. N əsim i adına D ilçilik İnstitutu - aparıcı elm i işçi,
fil.ü.f.d.
e-m ail: s evin c. novruzq izi@ yandex.ru
Çapa təqdim edən
G övhər B axşəliyeva -
«T ürkologiya» ju rn alı
redaksiya heyətinin üzvü,
Ə zizxan T anrıverdiyev -
«Türkologiya» jurnalı sahə redaktoru
Çapa tövsiyə edən
A M E A -nın N əsim i adına
D ilçilik İnstitutunun Elm i Şurası
(16.IV .2014, protokol tfa 3)
M əqalən in redaksiyaya
d a x il olm a ta rix i
10.IV.2014
Təkrar işlənm əyə
gön d ərilm ə ta rix i
30.V .2014
Çapa g ö n d ərilm ə ta rix i
2.V I.2014
Dostları ilə paylaş: |