43
UOT 338.486.4:330.16
Sahibkarlığın tənzimlənməsinin
iqtisadi-psixoloji məsələləri
Xülasə
Tədqiqatın məqsədi - sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iqtisadi-
psixoloji amillərin istifadəsi məsələlərinin tədqiqi.
Tədqiqatın metodologiyası - iqtisadi təhlil və ümumiləşdirmə.
Tədqiqatın nəticələri - sahibkarın rasional seçiminin tənzimlənməsində psixoloji,
mədəni, intellektual amillərin istifadəsi və sahibkarın sosial məsuliyyətliliyinin yük-
səldilməsi üzrə müvafiq təkliflər verilmişdir.
Tədqiqatın məhdudiyyətləri - milli mentalitetə uyğun müvafiq psixoloji testlərin
yoxluğu.
Tədqiqatın praktiki əhəmiyyəti - sahibkarlıq fəaliyyətinin tədqiqi və tənzimlən-
məsi məsələlərinin həllində elmi mənbə kimi isitfadə.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - sahibkarlıq fəaliyyətinin tənzimlənməsi
məsələsinə sahibkarın fərdiliyi ilə sahibkarlığın ictimailiyi arasında yaranan zid-
diyyətlər prizmasından yanaşma.
Açar sözlər: sahibkarlıq, sahibkarlıq psixologiyası, rasional seçim modeli,
liberalizm, institutionalizm.
1.Giriş
Bu gün dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün innovasiyalı və
yüksək texnologiyalara əsaslanan iqtisadi modelin qurulması ölkəmizdə uğurla
aparılmaqda olan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. İqtisadi inkişafın
Seyfullayev İlqar Zülfüqar oğlu*
Vergilər Nazirliyi, iqtisad üzrə fəlsəfə doktoru,
dosent
*AZ1040. Bakı ş. Sabunçu rayonu, Bakıxanov qəs., Ü.Rəcəb küçəsi, 1.
s-ilgar@mail.ru
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.
İQTİSADİ PSİXOlOgİYA
Səh.43-62
PDF processed with CutePDF evaluation edition
www.CutePDF.com
İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri
44
əsas hərəkətverici qüvvəsi olan sahibkarlığın bu prosesdə rolu böyük əhəmiyyət kəsb
edir. Son 20 ildə əlverişli sahibkarlıq mühitinin formalaşması və sahibkarlar ordusu-
nun yaranması üçün olduqca mühüm işlər görülmüş, fundamental iqtisadi proseslər
üçün çox qısa olan bu dövrdə əhəmiyyətli nəticələr əldə olunmuş, milli sahibkarlar
ordusu yaranmağa başlamışdır. Son illərdə ÜDM-də özəl sektorun payı 80-81 faiz
səviyyəsinədək yüksəlmişdir. Dövlət büdcəsinə vergi daxilolmalarında özəl sektorun
payı da ildən-ilə artmaqdadır [1].
İqtisadi fəaliyyətin xüsusi növü olan sahibkarlığın cəmiyyətdə rolu, inkişafı və
tənzimlənməsi məsələsi iqtisad elminin yaranma dövründən bu günə qədər diqqət
mərkəzindədir. Son dövrlərdə baş vermiş qlobal maliyyə böhranı və digər mənfi
xarakterli sosial-iqtisadi hadisələr sahibkarlığın inkişafı və tənzimlənməsi məsələ-
sinin daha da aktuallaşmasına gətirmiş, tənzimləmə mexanizmlərində sahibkarlıq
psixologiyasının nəzərə alınması probleminin həllinə istiqamətlənmiş tədqiqatlara
xüsusi zərurət yaranmışdır.
2. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə iqtisadi baxışlar
İqtisad elmində sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə və sahibkarlara mü-
nasibət birmənalı deyil. İqtisadi inkişafın təmin olunmasında sahibkarlığın rolu, bu
fəaliyyətin cəmiyyətə verdiyi fayda və mənfi nəticələri elmi mübahisələrin daimi
mövzusuna çevrilmişdir.
Hələ XVIII əsrdə Adam Smit (1723-1790) ilk dəfə 1776-cı ildə nəşr olunmuş
“Xalqların sərvəti və onun yaranma səbəblərinin tədqiqi” əsərində insanları olduğu
kimi qəbul etməyi təklif etməklə bərabər qeyd edirdi ki, yalnız fərdi maraqlarını
təmin etməyə can atan sahibkarlar azad bazarın “görünməz əl” mexanizminin təsiri
ilə özləri də bilmədən cəmiyyətin rifahı naminə çalışırlar. Adam Smitə görə, alıcı
və satıcıların qarşılıqlı maraqları rəqabətli mübadilə vasitəsilə təmin olunduğu
halda cəmiyyət inkişaf edir [2, s. 2].
Jan Batist Sey (1767-1832) “Siyasi iqtisad üzrə traktat” (1803) adlı əsərində
sahibkarı sərvətin yaradılmasının mərkəzi fiquru hesab etmişdir. O, sahibkarın əmək,
torpaq və kapitalı (“üç amil” nəzəriyyəsi) istehsala cəlb edərək daha yüksək dəyərin
yaradılmasına yönəldən fərd olduğunu qeyd etmiş, yaranmış sərvətin bölgüsündə
daha çox paya sahib olmaq hüququnu isə daha çox risk etmə, yüksək intellekt, fəallıq
və nizam-intizamlılıqla əsaslandırmışdır [3, s.12].
David Rikardo (1772-1823) “Siyasi iqtisadın prinsipləri və vergitutma” (1817)
əsərində “görünməz əl”in tənzimləyici perspektivinə bir qədər pessimist yanaşmışdır.
O hesab edirdi ki, iqtisadi sistem “tarazlıq” istiqamətində hərəkət edir. Tarazlıq
mərhələsinə çatan iqtisadi sistemdə isə inkişaf dayanacaq, inhisarların yaranması ilə
bazarın rəqabət mexanizmi pozulacaq və işçilərin əmək haqları minimuma - yalnız
yaşamaq üçün kifayət edən səviyyəyə qədər azalacaq [4, s. 16].
XIX əsrin ikinci yarısında Karl Marks (
1818-1883) “Kapital” əsərində (
birinci
hissə - “Kapitalın istehsalı prosesi” 1867-ci ildə, ikinci hissə - “Kapitalın dövriyyəsi
prosesi” 1884-cü ildə, üçüncü hissə - “Kapitalist istehsalı prosesi” 1894-cü ildə
ilk dəfə nəşr olunub) sahibkarları (
kapital sahiblərini) insanları yalnız istehsal pro-
sesində deyil, istehlak prosesində də istismar edən kapitalistlər kimi təqdim etmişdir.
Azsaylı iri kapital sahibləri mənfəətin əsas mənbəyi olan istehsalın artımına nail
olmaq üçün istehlakın artımını təmin etməli idilər. K.Marks qeyd edirdi ki, kapita-
listlər bazarların coğrafi sərhədlərini genişləndirməyə çalışacaq, çoxsaylı fəhlə sinfini
daha çox məhsulları almağa sövq edəcək, onlara alıcılıq qabiliyyətini dəstəkləmək
üçün gələcək gəlirləri hesabına kreditlər verəcəklər. Elə bir an gələcək ki, istehlak
kreditlərinin ödənilməsi mümkün olmayacaq, burjua bankları və şirkətləri müflis
olaraq dövlət tərəfindən milliləşdiriləcəklər. Nəticədə kapitalizm formasiyası ləğv
olunacaq. K.Marksın təxminən 130 il bundan əvvəl verdiyi proqnozun istehlakçı
cəmiyyətin yaranacağı və iqtisadi sistemlərin dərin böhranlarının olacağı ilə bağlı
hissəsi bugünkü reallıqda öz təsdiqini tapmış, bazar iqtisadiyyatı əsasında qurulmuş
kapitalizmin məhvi ilə bağlı hissəsi isə özünü tam doğrultmamışdır [5].
Yozef Aloiz Şumpeter (1883-1950) sahibkarları iqtisadi inkişafın əsas hərə-
kətverici qüvvəsi kimi təqdim edərək onları iki qrupa ayırmışdır - yenilikçilər və
“gündəlik dövriyyə” ilə məşğul olanlar. O, məhz yenilikçi sahibkarları iqtisadi sis-
temi tarazlıq vəziyyətindən çıxaran, “istehsal amillərinin yeni kombinasiyası”nı
təşkil etməklə daha yüksək nəticələrə istiqamətlənən və riskli fəaliyyətlə məşğul
olan fərdlər kimi təqdim etmişdir [6].
Beləliklə, iqtisadi nəzəriyyədə sahibkarlığa münasibəti iki qrupda birləşdirmək
olar:
1. Fərdiyyətçilik və şəxsin məhdudlaşdırılmayan azadlığı prinsiplərinə söykənən
nəzəriyyə -
liberalizm.
2. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsini və dövlətin iqtisadi proseslərə mü-
daxiləsinin zərurətini əsaslandıran nəzəriyyə - institutsional iqtisadiyyat.
Dövlətin iqtisadiyyatın tənzimlənməsi prosesində iştirakını labüd sayan hər iki
cərəyanın nümayəndələri arasında fikir ayrılığı əsasən bu müdaxilənin həddləri,
mahiyyəti, məzmun və forması ilə bağlıdır. Qeyd olunan tənzimləmə nəzəriyyələri
iqtisadi fəaliyyətin, o cümlədən sahibkarlığın tənzimlənməsi üçün aşağıdakı iqtisadi
alətləri təklif edir: maliyyə-kredit və pul siyasəti; dövlətin büdcə və vergi siyasəti;
dövlətin büdcə gəlirləri və xərcləri siyasəti; dövlətin idxal-ixrac siyasəti; dövlətin
valyuta siyasəti; kapitalın hərəkəti balansı [7, s. 24-41].
Dövlətin əsas tənzimləmə alətlərindən olan vergilər fiskal, sabitləşdirici, tənzim-
ləyici və birləşdirici funksiyalar vasitəsilə iqtisadi sistemin dayanıqlı inkişafının
təmin olunmasında və cəmiyyətdə mövcud olan sosial ziddiyyətlərin yumşaldıl-
masında mühüm rol oynayır. Hal-hazırda sahibkarlığın inkişafı və tənzimlənməsi
üçün vergi siyasətinin aşağıdakı istiqamətləri prioritet hesab olunur [8, s. 170-197]:
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.
45