RESPUBLİKA FƏNN OLİMPİADALARI
RESPUBLİKA MƏRHƏLƏSİ
YARIMFİNAL TUR
11.03.2017
COĞRAFİYA
9-cu SİNİF
Yarımfinal tur
RESPUBLİKA FƏNN OLİMPİADASI Coğrafiya – 9-cu sinif
1.Verilən təsvir hansı üsuldur və nəyi əks etdirir:
A)
Kartodiaqram - hər hansı göstəricinin ərazi daxilində
dəyişməsini
B)
Kartoqram – coğrafiya xəritəsi ilə diaqramın birləşməsini
C)
Kartoqram - hər hansı göstəricinin ərazi daxilində
dəyişməsini
D)
Xəritə-sxem – coğrafi məlumatların əyani surətdə təsvirini
E)
Sxem - xəritədə statistik göstəriciləri əks etdirir
2. Skandinaviya yarımadası üçün xarakter olan relyef
formaları hansılardır?
A)
Fyordlar, şxerlər, karst mağaraları
B)
Moren tirələri, troq dərələri, fyordlar
C)
Moren tirələri, dyunlar, troq dərələri
D)
Moren təpələri, novlar, polderlər
E)
Fyordlar, horstlar, barxanlar
3. İzobarlar əsasında nöqtələr arasındakı hündürlük fərqini
müəyyən edin:
A)5 m B) 100 m C) 10 m D) 50 m E) 500 m
4. Fyordların, polderlərin, moren tirələrinin mövcud olduğu
ölkələrin müvafiq ardıcıllığını tapın:
A)
Norveç, Niderland, Finlandiya
B)
Norveç, Finlandiya, Niderland
C)
Finlandiya, İsveç, Yunanstan
D)
Niderland, Almaniya, İspaniya
E)
Finlandiya, Belçika, İtaliya
5. Platforma tavaları üçün səciyyəvi olan mühüm cəhəti
təyin edin:
A)
Metamorfik süxurlardan təşkil olunmuşdur
B)
Kristallik bünövrənin alt qatıdır
C)
Filiz faydalı qazıntılar ilə zəngin olur
D)
Süxurlar qırışıq yatım formasına malikdir
E)
Süxurlar əsasən üfüqi lay şəklində yatır
6. Relyef formalarına uyğun gələn və müvafiq olaraq Asiya,
Avropa və Cənubi Amerikada yerləşən coğrafi
obyektləri müəyyən edin:
A)
1- Almaniya-Polşa, 2 - Orta Sibir, 3 - Braziliya
B)
1- Qərbi Sibir, 2 - Anadolu, 3 - Pataqoniya
C)
1- Böyük Çin, 2 - Şərqi Avropa, 3 - Kolorado
D)
1- Qərbi Sibir, 2 - Valday, 3 - Qviana
E)
1- Amazon, 2- Mərkəzi Düzənlik, 3 - Almaniya-Polşa
7. Ölkələrə uyğun gələn zirvələri seçin:
1.
Norveç a. İ.Somoni
2.
İran b.Qalxepiggen
3.
Tacikistan c. Dəmavənd
4.
Türkiyə d. Ağrıdağ
A) 1 - c, 2 - b, 3 – a, 4 - d
B) 1 - b, 2 - c, 3 - a, 4 - d
C) 1 - a, 2 - d, 3 - b, 4 - c
D) 1 - d, 2 - c, 3 - a, 4 - a
E) 1 - d, 2 - b, 3 - a, 4 – c
8. “.....Çayların gətirdiyi allüvüal çöküntülərlə örtülmüşdür.
Regionun şimalında Böyük və Kiçik Xinqan dağları
yerləşir. Ərazidə əhalini məskunlaşması sıxdır” –
ifadələrinin hansı düzənliyə aid olduğunu tapın:
A) Tibet yaylası C) Böyük Çin düzənliyi
B) Qobi yaylası D) Dekan yaylası
E) Qanq ovalığı
9. Verilən sxemə uyğun yaranan relyefi müəyyən edin:
A) Himalay dağları C) Kordilyer dağları
B) And dağları D) Böyük Suayrıcı dağları
E) Orta okean sıra dağları
10. Dünyanın ən zəngin qalay-volfram qurşağının yerləşdiyi
ölkələr:
A)
İndoneziya, Hindistan
B)
Malayziya, İran
C)
İraq, Meksika
D)
Tacikistan, Özbəkistan
E)
Malayziya, Tailand
Yarımfinal tur
RESPUBLİKA FƏNN OLİMPİADASI Coğrafiya – 9-cu sinif
11. Plato nədir?
A) Yaylalarda çökək və hamar ərazilər
B) Dağlıq ərazilərdə əlverişli keçidlər
C) Dağlıq ərazilərdə səthi hamar yaylalar
D) Dağlıq ərazilərdə şiş uclu zirvələr
E) Bir-birinə paralel yerləşən dağ silsilələri
12. Səth axınlarının istiqamətini müəyyən edin:
A) Cənubdan -şimala
B) Şimaldan-cənuba
C) Cənub-şərqdən şimal-qərbə
D) Şimal-qərbdən-cənub-şərqə
E) Cənub-şərqdən şimal-qərbə
13. Horst və qrabenlərdə yarana bilər:
A) abissal düzənliklər C) moren tirəsi
B) polderlər D) şəlalə E) qalxan
14. Verilən ərazinin bitki örtüyünün kasıb olması hansı amil
ilə əlaqədardır:
A) Okeana yaxınlıq amili C) Süxurların müxtəlifliyi amili
B) İqlim qurşağı amili D) Daxili sular amili
E) Relyef amili
15. Əhaqqar, Tibesti, Darfur massivləri üçün səciyyəvi
cəhətləri müəyyən edin:
1. Relyefin əmələ gəlməsində endogen proseslər fəal iştirak
edir
2. “Şahid dağlar” geniş yayılmışdır
3. Ekzarasiya nəticəsində yaranan relyef formaları üstünlük
təşkil edir
4. Hündürlükləri 2000-3000 m arasındadır
5. Əhalinin məskunlaşması zəifdir
6. Qədim dövrlərdə Qərbi və Şərqi Afrikanı birləşdirən yollar
bu ərazidən keçmişdir
A) 2, 4, 5 B) 1, 3, 5 C) 2, 3, 6
D) 1, 4, 5 E) 3, 5, 6
16. Sxemdə 1, 2, 3 rəqəmlərinə uyğun fikirləri seçin:
A)
1- Günəş şimal və cənub yarımkürələri eyni dərəcədə
işıqlandırır
2- Bakıda qış fəslidir
3- Şimal qütbündə qütb gündüzləridir
B)
1- Günəş şimal və cənub yarımkürələrini eyni dərəcədə
işıqlandırır
2- Bakıda yay fəslidir
3- Cənub qütbündə qütb gündüzləridir
C)
1- Cənub yarımkürəsi daha çox miqdarda işıqlanır
2- Bakıda yay fəslidir
3- Cənub qütbündə qütb gecələridir
D)
1- Şimal yarımkürəsi çox işıqlanır
2- Bakıda yaz fəslidir
3- Şimal qütbündə qütb gündüzləridir
E)
1- Bakıda payız fəslidir
2- Günəş şimal və cənub yarımkürələrini eyni işıqlandırır
3- Cənub qütbündə qütb gündüzləridir
17. X məntəqəsində obyektlərin kölgəsi cənub-şərqə düşür.
Günün vaxtını tapın:
A) gecəyarıdır C) günortadan sonradır
B) günortadır D) günortadan əvvəldir
E) səhərdir
18. 22 iyun günündə A, B, C məntəqələrində Günəş
şüalarının düşmə bucağını müvafiq ardıcıllıqla tapın:
A)
56,5
0
, 36,5
0
, 41,5
0
B)
63,5
0
, 47,5
0
, 36,5
0
C)
73,5
0
, 46,5
0
, 26,5
0
D)
73,5
0
, 66,5
0
, 36,5
0
E)
76,5
0
, 44,5
0
, 36,5
0
19. Yerin quru və su sahələrinin günəş şüalarını əks
etdirməsi adlanır:
A) albedo C) udulan radiasiya
B) cəm radiasiya D) fəal temperatur cəmi
E) temperatur amplitudu
Yarımfinal tur
RESPUBLİKA FƏNN OLİMPİADASI Coğrafiya – 9-cu sinif
20. İqlim diaqramına aid olan əlamətləri tapın:
1. Fəsillər aydın bilinir
2. Günəş şüalarının düşmə bucağı il ərzində kəskin dəyişir
3. İqlim tiplərinə bölünür
4. İl ərzində iki hava kütləsi bir-birini əvəz edir
5. Avropa, Afika, Asiyada geniş yer turur
6. Yağıntı yalnız yağış halında düşür
A) 1, 3, 5 B) 2, 4, 6 C) 1, 4, 5 D) 3, 4, 6 E) 1, 2, 3
21. Qrinviç meridianından keçməklə XX1I və II saat
qurşaqları arasında ən az və ən çox dərəcə fərqi:
Ən az Ən çox
A) 22,5º 67,5º
B) 45º 60º
C) 22,5º 37,5º
D) 45º 75º
E) 270º 300º
22 Suvarmada istifadə edilməyən çaylar?
1. Nil 3. Ob 5. Peçora 7. Amur
2. Amazon 4.Yantszı 6. Dəclə 8. Lena
A) 1, 2, 3, 5, 7 C) 2, 4, 6, 7, 8
B) 2, 3, 5, 7, 8 D) 1, 3, 5, 6, 8 E) 1, 2, 6, 7, 8
23.
SES-lərə aid olan əlamətlər:
1. Tikilisi baha başa gəlir.
2. Qiymətli xammal tələb edir.
3. Təbii şəraitdən asılıdır.
4. Tükənən, bərpa olunan ehtiyatlar istifadə olunur.
5. Təbii şəraitdən asılı deyil.
6. İri şəhərlərə yaxın tikilir
A) 2, 4, 6 B) 1, 3, 6 C) 1, 3, 4 D) 1, 4, 5 E) 3, 5, 6
24.
Soyuq cərəyanların səciyyəvi xüsusiyyətləri:
1. Sahil boyunda qalxan hava kütlələri bol yağıntı gətirir
2. Sahil boyunda enən hava kütlələri yağıntının az düşməsinə
səbəb olur
3. Sahil boyunda səhra landşaftının yaranmasına səbəb olur
4. Suvarmada geniş istifadə olunur
5. Cənub materiklərinin qərb sahilləri boyunca rast gəlinir
A) 1, 4, 5
B) 1, 2, 3
C) 1, 3, 5
D) 2, 4, 5
E) 2, 3, 5
25. Xəritə-sxemdə Afrikanın su anbarlarının düzgün
variantını müəyyən edin:
a. Asuan c. Kariba
b. Volta d. Viktoriya
e. Kaborra Bassa
A)
1 - b, 2 - a, 3 - d, 4 - c, 5 - e
B)
1- a, 2 - b, 3 - d, 4 - e, 5 - c
C)
1- c, 2 - a, 3 - d, 4 - c, 5 - b
D)
1 - b, 2 - e, 3 - d, 4 - c, 5 - a
E)
1 - e, 2 - c, 3 - a, 4 - c, 5 - b
Dostları ilə paylaş: |