|
I- mühaziRƏ. İNformatika haqqinda ümumi MƏlumat
|
səhifə | 1/5 | tarix | 23.12.2023 | ölçüsü | 52,06 Kb. | | #157808 |
| 1-Mühazirə
I- MÜHAZİRƏ. İNFORMATİKA HAQQINDA ÜMUMİ MƏLUMAT
GİRİŞ. İnformatika haqqinda ümumi məlumat
«İnformatika» bir elm sahəsi kimi əsasən, son on illiklərdə formalaşmışdır. İnformatika termini iki söz birləşməsindən «informasiya və avtomatika» sözlərindən yaranmışdır. İlk dəfə bu termini fransızlar 1960-cı illərdə avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. İnformatika termini ingilis dilinin variantında «kompyuter elmi» kimi adlandırılır. İnformatika elmi nəyi öyrənir.
İnformatika-kompyuter texnikasından istifadəyə əsaslanan fənn olub, informasiya prosesini yəni (informasiyanin strukturunu və ümumi xassələrini, yaradılmasını, saxlanılmasnı, çevrilməsini, axtarılmasını, ötürülməsini və emalını) insan fəaliyyətinin müxtəlif sahələrində tətbiqini öyrənir. Aydındır ki, informatikanı kompyuter texnikasız təsəvvür etmək mümkün deyildir. Deməli, informatika geniş tətbiq olunma diapazonuna malik olan kompleks elmi fəndir və onun prioritet istiqamətləri aşağıdakılardır:
Hesablama sistemlərinin və proqram təminatının işlənməsi;
Informasiya proseslərini öyrənən informasiya nəzəriyyəsi;
Müxtəlif xarakterli problemlər üzrə sistemli təhlil;
Bioloci sistemlərdə informasiya prosesini öyrənən bioinformatika;
Cəmiyyətin informalaçdırılması prosesini öyrənən sosiol informatika;
Maşın qrafikası, animasiys, multimedia üsulları;
Telekomunikasiya sistemləri və şəbəkələri (lokal və qlobal);
Istehsalat, elm, təhsil, tibb, ticarət, kənd təsərüfatını və digər sahələr üçün tətbiqi priqramlarının işlənməsi və s.
İnformatika bir-birilə əlaqəli olan 3 vasitələrdən ibarətdir:
a) Texniki vasitələr – (kompyuterlərin aparaturası) ingilis dilində sözü ilə göstərilir ki, onun da hərfi tərcüməsi - bərk məlumatlar deməkdir.
b) Kompyuterlər tərəfindən istifadə olunan bütün proqramlar toplusu – sözü ilə göstərilir ki, onun da hərfi təcüməsi – yumşaq məlumatlar deməkdir.
c) Məsələni proqramlaşdırmazdan əvvəl onun ardıcıl şəkildə həll olunma mərhələləri təmin olunmalıdır ki, bu da ilkin verilənlərdən başlayıb axtarəlan nəticəyə gətirub çıxarır, başqa sözlə desək by həll olynan məsələnin alqoritminin işlənməsi deməkdir. Alqoritmik vasitələr- alqoritminin işlənilməsi və onların qurulma üsullarının öyrənməsi ilə əlaqədər olan informasiyadır ki, onun da hərfi təcüməsi sözü ilə göstərilir – intellekt deməkdir. Kompyuterdə əsasən informasiya emal olunur. İnformasiya haqqında bəzi məlumatlarla tanış olaq.
Dostları ilə paylaş: |
|
|