|
İmamət Sünnülərlə şiələr
|
səhifə | 1/4 | tarix | 14.05.2018 | ölçüsü | 0,54 Mb. | | #43467 |
| İmamət
Sünnülərlə şiələr arasında Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün xəlifənin olmasında heç bir ixtilaf yoxdur; ixtilaf yalnız bundadır ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xəlifəsi seçki yolu ilə olmalıdır, yoxsa tə`yin edilmə ilə.
Sünnülər deyirlər: Allahın və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in tərəfindən tə`yin edilməyə heç bir ehtiyac, lüzum yoxdur və xəlifə ümmətin seçkisi ilə müəyyən olunur. Şiələr isə deyirlər ki, xəlifə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in tə`yin etməsindən başqa yolla mümkün deyildir ki, bu da məhz Allah tərəfindən tə`yin olunmadır.
Bu iki nəzəriyyənin arasındakı ixtilafda hakim əql, Allahın Kitabı və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsidir.
A) Əqlin hakimiyyəti (hökmü)
Burada üç dəlil ilə kifayətlənmək olar:
1-Əgər bir nəfər hər hansı bir zavod tə`sis etsə və onun məhsulları ən dəyərli, ən bahalı gövhər olsa, onu ixtira etməkdən də məqsəd o məhsulun istehsalının davam etməsi, yə`ni, ixtira edənin həm həyatında, həm də ölümündən sonra; həm hazır olduğu, həm də qaib olduğu vaxt məhsul verməsidirsə, onda həmin zavodun işdən dayanmamağı, o məhsulun əldə edilməsi üçün o zavodun istehsal vasitələrinin hazırlanmasında, onların necə işləməsində çox dəqiq və zərif məsələlər nəzərdə tutulmuşdur ki, onların barəsində mə`lumat əldə etmək həmin ixtiraçının yol göstərməsi olmadan müyəssər ola bilməz. Görəsən, inanmaq olarmı ki, o ixtiraçı həmin zavodun istehsal vasitələrinin sirlərini bilən, o vasitələri işlətmə qüdrətinə malik olan bir şəxsi tə`yin etməmiş olsun?! Habelə, o zavodun mühəndisini zavodun əmək və istehsal vasitələrindən və onların işləmə prinsiplərindən heç bir şey bilməyən camaatın seçkisinə həvalə etsin?!
İlahi qanunlar, sünnələr və maarifdəki dəqiqlik və zərafət insanın həyatının hər bir sahələrindəki Allah dininin karxanasının «istehsal vasitələridir» və onun məhsulları da vücud aləminin ən dəyərli gövhərləridir. Bu da insanın ilahi mə`rifətə nail olmaq, Allaha ibadət etmək, insanın şəhvətinin iffətə, qəzəbinin şücaətə, fikrinin hikmətə çevrilməsi ilə əlaqədar insani kamal, ideal fəzilət, haqq-ədalət əsasında olan ictimaiyyətin icad olunmasından ibarətdir. Görəsən, bunlar yuxarıda qeyd olunan ixtiraçının ixtirasındakı dəqiqliklərdən azdırmı?!
Elə bir kitab ki, Allah-Taala onun tə`rifində buyurur:
وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِيَن
“Biz bu kitabı sənə nazil etdik, halbuki, hər bir şeyi bəyan edəndir, hidayət və rəhmətdir.”
كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ
“Bu, sənə doğru nazil etdiyimiz bir kitabdır ki, (onun vasitəsilə) insanları zülmətlərdən nura doğru çıxarasan.
وَمَا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ إِلاَّ لِتُبَيِّنَ لَهُمُ الَّذِي اخْتَلَفُواْ فِيهِ
“Biz bu kitabı sənə, yalnız buna görə göndərmişik ki, onların ixtilaflı olduqları şeyi onlara bəyan edəsən.”
Bu kitab elə bir bəyanedici istəyir ki, bu kitabın bəyan etdiyi şeyləri ondan çıxara, insanların fikri, əxlaqi və əməli zülmətlərini tanıya, onu nur aləminə doğru hidayət edə və insanların ixtilaflı olduqları bütün şeylərdə haqq və batili açıqlaya bilsin. O ixtilafların sərhədləri məbdə və məad barəsində mövcud olan ən dərin ixtilaflardan tutmuş (ən güclü, fitri iste`dada malik olan insanların fikri belə onu həll etməyə məşğuldur), misal üçün, iki qadının südəmər bir körpə ilə əlaqədar hər ikisinin ana olduğunu iddia etdiyi məsələlərə qədər olan ixtilaflara qədər davam edir.
Bunu qəbul etmək olarmı ki, bu kitabın insanların tə`lim tərbiyəsində, problemlərin həll olunmasında, ixtilafların aradan qaldırılmasındakı ümumi hidayət və tə`limləri Peyğəmbər (səlləllahu əleyhi və alih)-in rehləti ilə sona çatmış olsun?!
Görəsən, Allah və Onun Peyğəmbəri bu qanunu və tə`lim-tərbiyəni müfəssir, müəllim və mürəbbi olmadan özbaşına buraxmış, müfəssir, müəllim və mürəbbinin tə`yin olunmasını bu kitabın elm, maarif, qanun və hökmlərindən xəbərsiz olan avam insanların seçkisinə həvalə etmişdirmi?!
2-İmamət və insana rəhbərlik–əslində insan əqlinə rəhbərlik deməkdir. Çünki imamət mövzusunun bəhsi elə bir şəxsdir ki, insanın imamı olsun, insanın insaniyyəti də onun əqli və fikri ilədir: “Duamətul-insani əl-əqlu” دُعَامَةُ اْلاِنْسَانِ اَلْعَقْلُ – insanın sütunu onun əqlidir. ”
İnsanın xilqət sistemində bədən qüvvələri və üzvləri hiss orqanlarının yol göstərməsinə, hərəkət əsəbləri (sinirləri) hiss əsəblərinə tabeçiliyə, xəta (yanlış) və düzgün olmaqda hiss orqanlarının yol göstərəni isə insanın əqlidir ki, o da həvayi-nəfs tərəfindən xətaya düçar olmaqla məhdud idraka malik olmaqla kamil bir əqlin rəhbərliyinə ehtiyac duyur ki, insanın dərd və dərmanına, nöqsan və kamal amillərinə əhatəli (tam agah) olsun, həvayi-nəfsdən və xətalardan amanda olsun ki, insan əqlinin onun imamətilə hidayət olunması gerçəkləşsin. Belə kamil bir əqlin barəsində mə`rifət kəsb etməyin yeganə yolu onun Allah tərəfindən təqdim olunmasıdır.
Buna görə də imamətin həqiqətinin təsəvvür olunması onun mütəal Allah tərəfindən tə`yin olunmasını təsdiq etməkdən ayrılmaz.
3-İmamət məqamı Allah qanunlarının qorunub-saxlanması, təfsir və icra edilməsindən ibarət olduğuna görə, ilahi qanunların təbliğatçısının ismətində deyilən dəlillər, eynilə qanunların qoruqçusu, keşikçisi, müfəssiri və icraçısının isməti üçün də lazım və zəruridir. Mübəlliğdə həvayi-nəfsə itaət etmək və xətaya yol vermək be`sətin hidayətdən ibarət olan əsas məqsədini batil etdiyi kimi, qanunların icraçısının həvayi-nəfsə tabe olması, qanunların icrasında təqsir və xətaya yol verməsi də insanların zəlalətə düşməsinə səbəb olar. Mə`sumun tanınması da mütəal Allah tərəfindən yol göstərmə olmadan müyəssər deyildir.
Dostları ilə paylaş: |
|
|