İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
BÖYÜK MÜHƏNDİS (AVTONƏQLİYYAT VƏ
XÜSUSİ TEXNİKA SAHƏSİ) VƏZİFƏSİ
ÜZRƏ MÖVZULAR
1. Yol nəqliyyat sənədləri, avtomobillərdən istifadənin uçotu və normativ sənədlər
əsasında yol vərəqələrinin işlənilməsi
2. Avtomobillərin istismar göstəriciləri və istismar materiallarının sərfi
3. Yol vərəqələrinin yoxlanılması, yanacağın istifadəsi və maşınların yürüşünə
nəzarət
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
1. Texniki hazırlıq əmsalı necə hesablanır?
A) Texniki cəhətdən saz maşın günlərinin təssərüfatda maşın günlərinə nisbəti
B) Təmirdə maşın günlərinin texniki saz maşın günlərinə nisbəti
C) İşdə maşın günlərinin təmirdə maşın günlərinə nisbəti
D) Təmirdə maşın günlərinin, işdə maşın günlərinə nisbəti
E) İşdə maşın günlərinin təssərüfatda maşın günlərinə nisbəti
2. Planlı-xəbərdarlıqlı təmir sisteminə nələr daxildir? Tam doğru cavabı seçin.
A) Təmirin planlaşdırılması, hazırlığı, texniki xidmətin ardıcıllıqla aparılması,
dövriliyinin təmin olunması
B) Təmirin planlaşdırılması
C) Təmirə hazırlığın texnologiyası
D) Təmirin dövriliyinin təmin olunması
E) Qüsurlar cədvəlinin tərtibi
3. Avtomobillərin, xüsusi texnikaların və qoşqular üçün tərtib olunan pasportlar
harada saxlanılır?
A) Müəssisənin arxivində
B) Sex rəisinin otağında
C) Texniki nəzarət şöbəsinin arxivində
D) Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin arxivində
E) Müəssisənin Baş mexanik şöbəsində