1
F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Mədəniyyət tariximizin parlaq siması –
İsmayıl bəy Qutqaşınlı
İsmayıl bəy Qutqaşınlının 210 illik yubileyi münasibəti ilə Mərkəzi
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana
filialları üçün hazırlanmış metodik vəsait
Bakı – 2016
2
Tərtibçi: Aynurə Əliyeva
Ixtisas redaktoru
Şəhla Qəmbərova
və buraxılışa məsul: Əməkdar mədəniyyət işçisi
Mədəniyyət tariximizin parlaq siması-İsmayıl bəy Qutqaşınlı:
metodiki vəsait/tərt. ed. A. Əliyeva; ix. red. və burax.məsul
Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.-
Bakı, 2016.- 26 s.
©F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016.
3
Tərtibçidən
Azərbaycan xalqı olduqca qədimdir,
onun yaratdığı ədəbiyyatsa, bir o qədər
zəngin, genişdir ki, hətta adı bu gün
həlli olmayan, yaradıcılığından bir sətir
bizə
gəlib
çatmayan
şair
və
yazıçılarımızın əsərlərini bir yerə
toplayıb yığmaq mümkün olsaydı,
onların əsasında belə bir xalqın söz
xəzinəsindən istədiyin qədər, ürək dolu
danışmaq mümkün olardı. Dünya mədəniyyətinə Nizami, Xəqani,
Xətayi, Nəsimi, Füzuli, Saib Təbrizi, M.F. Axundzadə, Mirzə
Cəlil, Sabir, Cavid, Şəhriyar, S. Vurğun kimi saysız azmanlar,
nəhənglər bağışlayan xalqımızın elə söz ustaları da olmuşdur ki,
tarixin keşməkeşlərində fırtınalarında adı birdəfəlik unudulmuş,
yazdıqları yerli-dibli yox olmuş, ya da yox edilmişdir. Elələri də
var ki, qeyrətli oğulların sevgisi onları yenidən dünyaya gətirmiş,
ikinci dəfə həyata qaytarmışdır. Bunlardan biri də XIX yüzillik
Azərbaycan realist-maarifçi ədəbiyyatının görkəmli nümayəndəsi
İsmayıl bəy Nəsrulla sultan oğlu Qutqaşınlıdır. (1806-1855). Öz
zamanında adı dillərdə dolaşan, sözləri ağızdan-ağıza gəzən
İsmayıl bəyin cismani ölümu onun yazılı irsinin də ölümünə
çevrildi. Əsərlərinin çapına çalışmayan bu yazıçıdan, şairdən
uzun illər boyu bir kimsə danışmadı, bir kimsə onu anmadı...
Nəhayyət, Salman Mümtaz adlı bir Simurğ quşu uçub gəldi,
ədəbiyyatımızın saysız-hesabsız nəhənglərini zülmət dünyadan
işıqlı dünyaya çıxardı. Adı artıq hamının yadından çıxmış o
azmanlardan biri yenə bu gün haqqında qürurla danışdığımız
general-mayor, Avropada ədəbiyyatımızın ilk təmsilçisi olan
həmin İ.Qutqaşınlıdır.
4
Yazıçı, döyüşçü, səyyah - İsmayıl bəy Qutqaşınlı
Salman Mümtazın 1836-cı ildə yazdığı, “Ədəbiyyat qəzeti”ndə
cap etdirdiyi ilk məqaləsindən Xalid Əlimirzəyevin 1984-cü ildəki
yazısınacan keçən təxminən yarım əsr içərisində İ. Qutqaşınlı
haqqında bir çox dəyərli elmi araşdırmalar aparmış, onun əsərləri
nəşr edilmişdir. Alimlərimizdən Mikayıl Rəfili, Feyzulla
Qasımzadə, Həbib Əfəndiyev, Əziz Mirəhmədov, Ənvər
Əhmədov, Nadir Məmmədov, Nərmin Tahirzadə, Kərəm
Kərəmov, Ədalət Tahirzadə və başqalarının, Polşa alimləri
Bohdan Baranovski və Ancey Xodubskinin son dərəcə qiymətli
yazılarında ədibin həyat və yaradıcılığına dair çoxlu yeni faktlar
üzə çıxarılmış, onun ədəbiyyat tariximizdə tutduğu mühüm yer
müəyyənləşdirilmişdir. Bu yazılarda bəzən mübahisəli, hətta bir-
birini danan fikirlər olsa da, deyilən hər sözün də Qutqaşınlı
şəxsiyyətini və yaradıcılığını öyrənməyə töhfə olduğunu nəzərə
aldıqda, onların müəlliflərinin nə qədər xeyirxah iş gördüklərini
minnətdarlıqla qiymətləndirməliyik. İsmayıl bəy Qutqaşınlı 27
yanvar 1806-cı ildə (bəzi mənbələrə görə 1809-cu ildə) keçmiş
Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. İsmayıl bəy
Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars
dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə
yaxından tanış olmuşdur. Xidmət illərində İ. Qutqaşınlı bir sıra
mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi
Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün
ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. 1855-ci
İsmayıl bəy Qutqaşınlı Qəbələdəki Soltanbaba qəbiristanlığında
dəfn edilmişdir. İsmayıl bəy Qutqaşınlının adı Azərbaycan
xalqının qəlbində daim yaşayır. Qəbələ şəhərinin mərkəzi
küçələrindən birinə İsamyıl bəy Qutqaşınlının adı verilmişdir.
Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılmış, xatirə-ev
muzeyi yaradılmışdır. Bakının Yasamal rayonundakı mərkəzi
küçələrindən birinə də Qutqaşınlının adı verilmişdir.
5
İsmayıl bəy Qutqaşınlı şəxsiyyətini və yaradıcılığını oxuculara
tanıtmaq və sevdirmək üçün kitabxanada bir sıra maraqlı tədbirlər
keçirmək olar. Bunlara misal sözü gedən ədibin “Əsərlərinin
təhlili”, “Kitab müzakirəsi”, “Sual-cavab gecəsi”, “Rəsm və şeir
müsabiqəsi”, “Kitab sərgisi”, “Ədəbi-bədii gecə” və s tədbirlərdir.
Kitabxanada təşkil olunan sərgilər xüsusi önəm daşıyır. Sərgi
müxtəlif başlıqlarla verilə bilər. Məsələn: “Realist maarifçi ”,
“Paqonlu Maarifçilərimiz...”, “Yazıçı, döyüşçü, səyyah”,
“Orijinal və maraqlı sima –İsmayıl bəy Qutqaşınlı”,
“Mədəniyyət tariximizin parlaq siması- İsmayıl bəy
Qutqaşınlı”,”Azərbaycanda ən məhşur general yazıçı- İsmayıl
bəy Qutqaşınlı”, “İsmayıl bəy Qutqaşınlı-210”, “Bir səfərin ədəbi
və əbədi sədası” və s.
Sərginin nümunəsini sizə veririk.
Başlıq:
1.
“Bir səfərin ədəbi və əbədi sədası”
2.
Kitablarının nümayişi.
3.
Görkəmli insanların İ. Qutqaşınlı haqqında söylədikləri
sitatlar.
4.
Dövrü mətbuatda nəşr olunan məqalələrin kartotekası.
6
Sərgidə görkəmli şəxsiyyətlərin İ. Qutqaşınlı haqqında söylədiyi
sitatlar da yer alır. Həmin sitatlardan bir neçəsini nəzərinizə
çatdırırıq.
Əldə olan çoxlu faktlar dönə-dönə göstərir ki, İsmayıl bəy
Qutqaşınlının bədii irsi iki əsərlə bitmir. O, başqa əsərlər də
yazmışdır.Ümidvaram ki, ədibin gələcək nəşrləri yeni-yeni
əsərlərlə zənginləşəcək, daha da kamilləşəcək, gələcək oxucular
bu gözəl yazıçının fikir dünyasıyla daha geniş material əsasında
tanış olacaqlar.
Cahangir Qəhrəmanov
Professor
O, həm böyük naşir, həm müəllim, həm səyyah, həm də kənd
təsərrüfatı mütəxəssisi idi.
Həqiqət Abbasova
İ. Qutqaşınlının ev muzeyinin direktoru
Ismayil bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatı və
mədəniyyətinin orijinal və maraqlı siması kimi xalqımızın
xatirəsində özünə daimi hörmət və məhəbbət qazanmışdır.
Nadir Məmmədov
Tədqiqatçı
7
İsmayıl bəy Qutqaşınlı Azərbaycan xalqının maariflənməsində və
oyanmasında aktiv fəalliyyət göstərən şəxsiyyətlərdəndir. O,
Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən
yazıçıdır. “Səfərnamə” də Qutqaşınlının işlətdiyi dil, üslub, ifadə
tərzi, lüğət tərkibi oxucunu heyran qoyur. “
Əziz Mirəhmədov
Ədəbiyyatşünas alim
“İ.Qutqaşınlının həyatı və yaradıcılığı ətrafında ciddi, xüsusi tədqi
qat aparıb, onu bürümüş dumanı vurub-dağıtmaq, ədəbiyyatımızın
bu orijinal siması haqqında sanballı bir əsər yazmaq bizim elmimi
zin öhdəsinə düşən vəzifələrdən biridir”.
Ədalət Tahirzadə
Filologiya elmləri namizədi
“Rəşid bəy və Səadət xanım” hekayəsi ədəbiyyatımızda
maarifçilik düşüncələri yayan elə güclü bir qaynaq oldu ki,
”İsmayıl bəyin başqa bir əsəri olmasa belə, bu roman onun
isminin xatırlarda baqi qalmasına kafi gələrdi” Yazıçı bu əsəri
yazaraq Azərbaycan ədəbiyyatında nağıl və əfsanələrdən uzaq ilk
realist hekayələrimizdən birini ortaya qoydu.
Oxucuların sevərək və xüsusi fəallıqla iştirak etdiyi tədbirlərdən
biri də kitab müzakirəsidir. Kitabxanaçı ilk öncə kitabsevərləri
salamlayaraq İ. Qutqaşınlının həyat və yaradıcılığı haqqında
məlumatlar verməyə başlayır. Ədəbiyyatımızda maarifçilik
görüşlərinin ilk yazıcılarından sayılan İsmayıl bəy Qutqaşınlı
bütün ömrü boyu doğma xalqın səadəti, maariflənməsi və mədəni
yüksəlişi uğrunda çarpışmışdır. 41 yaşında general-mayor
rütbəsinə yüksəlmiş İ.Qutqaşınlı bu adı almış ilk azərbaycanlılar
dandır. Ədibə verilmiş mükafatların və təltifləri sizə təqdim etmək
istərdim.
1. İllik məvacib-1828-ci il.
8
2. İgidliyə görə IV dərəcəli Müqəddəs Anna ordeni-1828-ci il.
3. Bantla III dərəcəli Müqəddəs Anna ordeni.
4. Bantla IV dərəcəli Müqəddəs Vladimir ordeni-1831-ci il .
5. İgidliyə görə Qızıl Qılınc-1832-ci il.
6. Bantla II dərəcəli Müqəddəs Stanislav ordeni-1833-cü il.
7. Bantla II dərəcəli Müqəddəs Anna ordeni -1833-cü il.
8. Şəki əyalətində gəlirlərindən istifadə etməklə əbədi (ömürlük)
olaraq kəndlər bağışlanmışdır-1836-cı il.
9. Gümüşlə haşiyələnmiş imperator qılıncı-1839-cu il.
10. Bir dəfəyə min rubl gümüş pul 1839-cu il.
11. İldə iki min rubl gümüş pulla ömürlük təqaüd (pensiya)1841-
ci il.
12. XXV illiyə görə III dərəcəli Müqəddəs Georgi ordeni 1843-cü
il.
13. XXV illiyə görə III dərəcəli Müqəddəs Vladimir ordeni.
14. XXV il qüsursuz xidmətə görə fərqlənmə nişanı -1852ci il.
15. Xarici ordenlə: Farsca –Şirü Xurşid; türkcə -Aslan ilə Günəş;
İ. Qutqaşınlı Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və
başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan
ədəbiyyatında "Paqonlu maarifçilər" adı ilə məşhurdurlar.
İsmayıl bəy Qutqaşınlının müasiri tanınmış yazıçı, maarifçi Mirzə
Fətəli Axundzadə ilə dostluq münasibətləri də ədəbiyyat və
mədəniyyət tariximizin maraqlı səhifələrindəndir. XIX əsrdə
Azərbaycan xalqının inkişafında xidmətləri olmuş bu iki şəxsin
dostluğu barədə məlumatlara böyük ədəbiyyatşünas alim mərhum
Əziz Mirəhmədovun 1967-ci ildə çap etdirdiyi “İsmayıl bəy
Qutqaşınlı əsəri” kitabında rast gəlirik. İ. Qutqaşınlı Polşada hərbi
qulluqda olarkən 1835-ci ildə Varşavada fransız dilində “Rəşid
bəy və Səadət xanım” əsərini yazaraq, elə orada da çap etdirmiş
və bununla realist Azərbaycan nəsrinin bünövrəsini qoymuşdur.
9
İndi yeganə nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının
Əlyazmalar İnstitunda (surəti Qəbələ Rayon Tarix Diyarşünaslıq
Muzeyində) qorunan bu kitabın sonunda M.F.Axundzadənin
avtoqrafı var. O, kitabı oxuduqdan sonra öz təəssuratlarını rusca
yazmışdır: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz
sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bu
günki sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın
səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə
zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra
bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır.
İzahatını gələcək münasib bir təsadüfə saxlayıram. 15 mart 1846.
Mirzə Fətəli.”
Bu qeydlərdən düz 100 il sonra anadan olan bir şəxs kimi neçə
illərdir ki, düşünürəm, görəsən M. F. Axundzadə “...başladığımız
işin axıra çatması”, “arzularımızın həyata keçməsi günü
yaxınlaşmışdır” dedikdə nələri nəzərdə tuturdu?
Əziz Mirəhmədov
İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə ömür-gün yoldaşı ilə Yaxın
Şərq ölkələrinə səyahətə getmişdir. Böyük ədib iki dəfə
müqəddəs Həcc ziyarətində olmuşdur. Bu səyahəti ilə əlaqədar
1967-ci ildə çap olunmuş "Səfərnamə" adlı yol qeydlərini
yazmışdır. Əsər Qutqaşınlının getdiyi yolun coğrafiyasının
öyrənilməsində böyük əhəmiyyət daşıyır. Hazırda bu əsərin cəmi
126 səhifəsi tapılmışdır. İsmayıl bəy istefaya çıxdıqdan sonra
Azərbaycan xalqının maariflənməsində və oyanmasında aktiv
fəalliyyətə başlamışdır. İsmayıl bəy Qutqaşınlı Azərbaycan
ədəbiyyatına
müasir nəsr, hekayə janrını
gətirən
yazıçıdır.
Qutqaşınlı yaradıcılığının şah əsəri "Rəşid bəy və Səadət xanım"
adlı əsəridir. Bu əsərdə iki zadəgan ailəyə məxsus olan gənclərin
məhəbbətindən bəhs edilir. Bundan başqa bəzi mənbələrə görə
Qutqaşınlının "Tutu" adlı əsəri də olmuşdur. Ancaq bu əsər
10
itirilmiş və günümüzə gəlib çatmamışdır. İ.Qutqaşınlı "Miskin"
təxəllüsü ilə şeirlər də yazmışdır. Təəssüf ki, onun əlyazmaları
1930-cu illərdə repressiya dövründə məhv edildiyindən bizə gəlib
çatmayıb. Ancaq ona aid olduğu iddia edilən və 1973-cü ildə
aşkarlanan, 1999-cu ilin aprelin 22-də Qəbələdə "Qəbələ"
qəzetində nəşr edilən "İki quşun söhbəti" adlı şeir də var. Bu
məsələ hələ ki mübahisə mövzusudur.
Daha sonra kitabxanaçı ilk sualı ilə oxuculara müraciət edir.
Kitabxanaçı:Yuxarıda qeyd etdiyimiz məlumatlara əlavə olaraq
nə deyə bilərsiz?
Oxucu: İ. Qutqaşınlı 1822-ci ildə Rus ordusunda qulluğa
başlamışdır. Dörd il Peterburqda hərbi məktəbdə oxumuşdur.
İsmayıl bəy Rusiya-İran (1826-1828) və Rusiya Türkiyə (1827-
1829) müharibələrində fəal iştirak etmiş və müxtəlif ordenlərə
layiq görülmüşdür. Müharibələr bitdikdən sonra da əsgəri
xidmətini davam etdirmiş və bununla əlaqədar olaraq bir müddət
Varşavada yaşamışdır. Qutqaşınlı hərbi biliklərə dərindən
yiyələnmiş və sıravi əsgərdən general-mayor rütbəsinə qədər
yüksəlmişdir. 1841-ci ildə Qutqaşınlı istefa verərək vətənə
qayıdır. Qutqaşın və Şamaxıda yaşayaraq hərbi təlimlər keçirir.
Kitabxanaçı: İsmayıl bəy Qutqaşınlının adı Azərbaycanımızın
böyük maarifçiləri ilə birgə çəkilməkdədir. Bunun səbəbini
aydınlaşdıra bilərsinizmi?
I Oxucu: İ. Qutqaşınlı Azərbaycanın böyük maarifçi alimləri –
Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa
Bakıxanov və başqaları yaxından dostluq etmişdir. Adı digər
maarifçilərlə yanaşı çəkilən İ. Qutqaşınlı əsərlərində realistliyə
üstünlük vermişdir. Bundan başqa, İsmayıl bəy istefaya çıxdıqdan
sonra Azərbaycan xalqının maariflənməsində və oyanmasında
aktiv fəaliyyətə başlamışdır. Maarifçilik yoluyla xalqını gerilikdən
uzaqlaşdırmağa çalışan bu görkəmli dövlət işçisi insansevərlik
prinsiplərini ciddi gözləyərmiş. Özünün maarifçilik görüşlərini
İsmayıl bəy Qutqaşınlı öz qələmi ilə də gerçəkləşdirməyə
11
çalışırdı. Sözsüz ki, bu da çar hökümətinin maraqlarına cavab
vermirdi.
Kitabxanaçı: Deyə bilərsinizmi, İsmayıl bəy Qutqaşınlının
ədəbiyyatımıza bəxş etdiyi əsərlər hansılardı?
Oxucu: Azərbaycan realist-maarifçi ədəbiyyatının görkəmli
nümayəndəsi İsmayıl bəy Qutqaşınlının əsərlərindən “İki quşun
söhbəti”,”Hüsnü–xülq”,“Səfərnamə”,”Rəşid bəy və Səadət
xanım”, ”Tutu”və digər əsərlərini sadalaya bilərik. Təəssüflər
olsun ki, onun “Tutu”adlı əsəri itirilmiş və günümüzə gəlib
çatmamışdır.
Kitabxanaçı: Sizin fikrinizcə İ.Qutqaşınlının şah əsəri hansı
hesab olunur?
Oxucu: İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir
nəsr, hekayə janrını gətirən yazıçıdır. İ.Qutqaşınlı yaradıcılığının
şah əsəri “Rəşid bəy və Səadət xanım”əsəridir. Eyni zamanda bu
əsər yazıçının Varşavada hərbi qulluqdaykən fransızca nəşr
etdirdiyi (1835) əsəridir.
Kitabxanaçı: Yazıçı öz adından başqa daha hansı təxəllüslə
şeirlər yazmışdır?
Oxucu: Ədəbiyyatımızda İsmayıl bəy Qutqaşınlı adı ilə öz
möhürünü vurmuş yazıçı bəzən “Miskin” təxəllüsü ilə şeirlər
yazmışdır. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə
repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb.
Ancaq ona aid olması iddia edilən və 1973-cü ildə aşkarlanan,
1999-cu ilin aprelin 22-də Qəbələdə “Qəbələ” qəzetində nəşr
edilən “Iki quşun söhbəti” adlı şeir də var.
Kitabxanaçı: Bu əsərdə nədən bəhs olunur?
Oxucu: “İki quşun söhbəti” adlı şeiri İsmayıl bəy Qutqaşınlının
poetik dünyasından xəbər verir. Sevinirik ki, bu şeir 2002-cü ildə
ilk dəfə “Azərbaycan” qəzetində çap etdirilərək oxucuların
diqqətinə çatdırılıb.
Oxucu: İ.Qutqaşınlının bu əsəri iki quşun arasında gedən
söhbətdən ibarətdir. Öz dostunun qəmli halına baxaraq, onun
halına yanan quş nədən belə fəğan etməyinin səbəbini soruşur.
12
Digər quş öz övladının ona qarşı laqeyidliyindən, biganəliyindən
söhbət açır. Balasının ona yaxın gəlməməyindən və anasını görcək
uçub kənara qaçmasından söhbət açır. Əslində quş özü də
bilmədən bu laqeyidliyin əsas səbəbini açıqlayır.
Kitabxanaçı: Sizcə şair bu şeiri yazmaqla oxuculara nəyi
çatdırmaq istəyib? Siz bu şeirdən nə nəticə çıxardınız?
Oxucu: İ. Qutqaşınlının bu şeiri tərbiyyəvi və düşündürücü
xüsusisiyyətə malikdir. Məncə, bu şeiri oxuyan hər kəs özünə
hökmən bir dərs və eyni zamanda örnək götürə bilər.
Oxucu: İsmayıl bəy Qutqaşınlı bu şeirlə əməyi tərənnüm
etmişdir. Yəni bizim biri ilə qan bağımız deyil, qəlb bağımız
önəmlidi. İnsanlar bir- birinə əmək , sevgi verərsə, qarşıdakını
özünə yaxınlaşdıra bilər. Sevgi sevgi gətirər.Verə bilmədiyini ala
bilməzsən.
Kitabxanaçı: Sevimli iştirakçılar, bildiyimiz kimi İsmayıl bəy
özünə Qutqaşınlı təxəllüsünü götürmüşdür. Sizcə bu təxəllüs
haradan yaranan amil idi?
Oxucu: “Qutqaşınlı” soyadı rusların Şəkini işğal etməsindən
sonra meydana çıxıb. Onlar Qəbələ sultanlarını, dağıdıb xarabaya
çevirdikləri qədim Qəbələ şəhərindən çıxararaq, (bundan sonra
Qəbələdə həyat bütünlüklə dayanıb) balaca Qutqaşın kəndində
yerləşdirdikdən sonra, bu sultan ailəsinə rus qaydasıyla
“Qutqaşınlı” soyadı veriblər. Bu soyad qoyma 1819-cu ildən sonra
baş verib, çünki məhz həmin ildə Şəki vilayətində xanlıq, Qəbələ
mahalında sultanlıq aradan götürülmüş, xanın da, sultanın da
səlahiyyətləri rus komendantına keçmiş, bu adamlar artıq vilayət
və mahalını yox, yalnız öz şəxsi mülklərini idarə edən sıravi rus
təbəəsinə çevrilmişdilər. Ruslar bu soyadı verməklə guya keçmiş
sultan
ailəsinə
rus
hakimiyyətinin
imtiyazlar
verməsini
rəsmiləşdirmişdilər, ancaq əslində bu soyadla onlar çox qədim və
13
şərəfli tarixi olan Qəbələni yaddaşlardan silməyin ciddi özülünü
qoymuşdular. Axı məntiqlə Nəsrulla sultan övladlarına
"Qəbələli”soyadı verilməliydi.
Kitabxanaçı: Bəli, İ. Qutqaşınlı sevginin və əməyin insanlar
arasında ən önəmli ünsür olduğunu vurğulayıb. Əmək ən böyük
cəfa, sevgi isə ən böyük əməkdi, dəyərli oxucular. Çalışın
özünüzü və ətrafdakılarınızı bu hislərdən məhrum etməyin.
Kitabxanaçı oxucularla
İsmayıl bəy Qutqaşınlının “Rəşid
bəy və səadət xanım”əsərini təhlil edir.
Kitabxanaçı: Böyük tədqiqatçımız Salman Mumtaz yazılarının
birində belə bir fikir söyləmişdir: “Mədəniyyət və ədəbiyyatımız
tarixinə canlı və şərəfli səhifələr bəxş edən “Rəşid bəy və Səadət
xanım” hekayəsini tapıb meydana çıxarmaq şərəfini tarix bizə
nəsib etdi ki, bu bizdən ötrü çox böyük şərəfdir.” İsmayıl bəy
Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsi həm ideya
məzmunu, həm də üslubu etibarı ilə Azərbaycan nəsri tarixində
realizsmə doğru meylin gücləndiyini göstərən ilk mühüm
əsərlərdəndir. Hekayənin qəhrəmanı Rəşid bəy surətilə açıq-
fikirli mülkədar ziyalıların xüsusiyyətlərini və fikir səviyyəsini
göstərmişdir. İ Qutqaşınlının qəhrəmanı Rəşid bəy görüşləri,
hisləri və əməli ilə xalqa yaxın və bağlı olan ziyalıların real bədii
surətidir. O, hər şeydən əvvəl, öz vətəninə, içərisindən çıxdığı
mühitə və zəmanəsinə uyğun olan gəncdir. Rəşid bəyin gözəl
xüsusiyyətlərindən biri onun savadlı, bilikli və mədəni bir gənc
olmasıdır. Onun arzusu vardı: bütün məşhur igidlərə qalib gəlmək
və bütün zəiflərə, yoxsullara kömək etmək. Rəşid bəy igidliyi,
şücaəti yalnız tüfəng atmaqda, at oynatmaqda görmür. Bu ona
vətənini müdafiə etmək üçün lazımdır. Rəşid bəyin yeni fikirləri
də bir insan olaraq mənəvi məziyyətləri onun ata və anasına,
doğma yurduna, qadına bəslədiyi münasibətlərdə də təzahür edir.
14
Rəşid bəy fəaliyyətinin çoxunu vətənini çapıb talayan və
əkinçilıəri incidən quldurlar ilə çarpışmada keçirərdi. İsmayıl bəy
bu
hekayəni
Azərbaycandakı
bir
yaxın
dostunun
həvəsləndirməsiylə yazıb. Başlıca olaraq Avropa və rus
oxucusuna ünvanlanmış əsəri qələmə almaqda məqsəd
Azərbaycan mühitinin təsviriylə onda ümumən Şərqin ailə həyatı
və məişəti haqqında təsəvvür yaratmaqdır. Səlim bəy Behbudovun
(1882-1943) türkcəyə bacarıqla çevirdiyi hekayədən götürülmüş
aşağıdakı geniş müraciət bu istəyi açıqlayır: “Başlıca ideyası azad
sevgi və qadının cəmiyyətdə azadlığı olan “Rəşid bəy və Səadət
xanım” XVIII-XIX yüzillikdə Azərbaycanda istər kübar, istər
yoxsul ailələrində insani münasibətləri incəliklə təsvir edən
orijinal nəşr nümunəsidir.” Müəllifin özünün çılğın təbiəti onun
qəhrəmanlarında da hopub və adama elə gəlir ki, yazıçı əslində öz
başına gələn və özünün şahid olduğu hadisələrin təsvirində
olduqca konkretliyə varıb. ”Rəşid bəy və Səadət xanım”
yazıldığı dövrün etnoqrafiyası haqqında da zəngin məlumat
verir. XIX əsrin birinci yarısı Azərbaycan məişəti burada elə
canlı, geniş və inandırıcı təsvir olunmuşdur ki, ondan az qala
tarixi bir sənəd kimi yararlanmaq mümkündür. İstər kübar
cəmiyyətin, istətərsə də “qara camaat” ın dolanışığı səciyyəvi
çalarlarla, cizgilərlə, rəssam zövqüylə işlənmişdir. “Rəşid bəy və
Səadət xanım” məhəbbət mövzusunda yazılmışdır. Əsərdə
yüksək kübar ailəsində doğulmuş iki gəncin ülvi və romantik
məhəbbət macəraları təsvir olunub. İki gəncin atəşli və saf sevgisi
tərənnüm olunur. Ədib bu mövzu ilə bağlı olaraq dövrün bir sıra
aktual içtimai məsələlərinə toxunur, orta əsr feodal adət-ənənələri,
dini fanatizm, mühafizəkarlıq, qadın əsarəti əleyhinə çıxır, azad
sevgi, qarşılıqlı məhəbbət əsasında ailə qurmaq prinsiplərini təbliğ
edir. Hekayənin lirik qəhrəmanları Rəşid bəy və Səadət xanım
15
XIX əsrin birinci yarısında Azərbaycan kübar ziyalı gənclərinin
bir sıra səciyyəvi cəhətlərini –həyata yeni münasibəti, istək və
arzuları özündə təcəssüm etdirirdi. Rəşid bəy obrazı eyni
zamanda bəzi avtobioqrafik cizgilərə də malikdir. İ. Qutqaşınlının
bu hekayəti real məhəbbət mövzusunda yazılsa da, əsərdə xalq
həyatı, məişəti, adət -ənənələrinin bir sıra səciyyəvi cəhətləri,
ölkənin şimal rayonlarının zəngin təbiət lövhələri real və təbii əks
olunsa da, o, həm məzmunu, həm də bədii strukturu cəhətdən tam
romantik bir əsərdir. Əsas hədəf saf və ülvi hislərin qabarıq
şəkildə özünü büruzə verməsidir. Müəllifin bu yazısı “Rəşid bəy
və Səadət xanım” hekayəsinin, obrazlı desək, tərcümeyi-haldır. S.
Mümtazın ədəbi irsimizə, ədəbiyyatımıza tükənməz sevginin
hopduğu bir məqalədə hekayənin tapılma tarixçəsi geniş şəkildə
verilmişdir. “Rəşid bəy və Səadət xanım” hekayəsi həm
məzmunu, həm də bədii forması cəhətdən yeni tipli nəsrin
tələblərinə tam cavab verən və bir sıra mühüm ideya-bədii
məziyyətlərə malik olan orjinal, romantik əsərdir. Kitabxanada
keçirilən tədbirlər içərisində gözəl və mənəvi baxımdan dəyər
qazanan tədbirlərdən biri də ədəbi-bədii gecədir. Gecəyə
oxucular, məktəblilər, müəllimlər, xüsusi qonaqlar və eləcə də,
şair, yazıçı və digər ədiblər qatılırlar. Ədəbi-bədii gecəyə qatılan
hər kəs İsmayıl bəy Qutqaşanlı yaradıcılığının istisinə
toplaşanlardır. Səhnə İ. Qutqaşanlının portret və şəkilləri ilə,
müxtəlif əsərlərində dediyi fikirlərlə, əsərlərindəki insan və
heyvan obrazlarının şəkilləri və onun haqqında deyilmiş sitatlarla
bəzədilir. İ.Qutqaşınlının müxtəlif adda kitabları və ona həsr
olunmuş tanınmış yazarların kitablarından ibarət olan kitab
sərgisi gecəyə xüsusi rəngarənglik verir.
Səhnəyə ilk əvvəl məktəbli aparıcılar gəlir və gecəni açıq elan
etmək üçün sözə başlayırlar.
16
I Aparıcı: Salam, dəyərli qonaqlar, tədbir iştirakçıları, hər
birinizi ayrı-ayrılıqda salamlayırıq. Möhtərəm qonaqlar, hər
birinizi bu gözəl gecədə xoş gördük. Qoy bu möhtəşəm gecə
cəmi 63 il ömür sürmüş Azərbaycan realist nəsrinin banilərindən
sayılan və ilk Azərbaycan generallarından olan İsmayıl bəy
Qutqaşınlı yaradıcılığı bir şam, bizsə onun işığına toplaşan
pərvanə olaq.
II Aparıcı: İ. Qutqaşınlı elə bir dahi insandır ki, onun
vətənimizə olan xidmətləri çox şaxəlidir. İ. Qutqaşınlı hərbimizə
olan xüsusi xidmətləri ilə yanaşı, ədəbiyyatımıza da gözəl töhfələr
bəxş etmişdir. Hamımızın bildiyi kimi o bir sıra kiçik və iri
əsərlərin müəllifidir. Adı Qəbələdən Peterburqa, Tiflisdən
Varşavaya, Məkkədən Mədinəyə, Şamdan İstambuladək sayğı və
sevgi ilə çəkilən elsevər, yurdsevər, insansevər birisi haçansa
unudular?..
I Aparıcı: XIX əsr Azərbaycan ədəbiyyatının Abbasqulu ağa
Bakıxanov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Mirzə Fətəli
Axundov, Seyid Əbülqasım Nəbati, Seyid Əzim Şirvani, Həsən
bəy Zərdabi kimi klassikləri ilə bir cərgədə İsmayıl bəy
Qutqaşınlının da adı iftixarla çəkilir. Ədəbiyyatımızda maarifçilik
görüşlərinin ilk yazıçılarından sayılan İsmayıl bəy bütün ömrü
boyu doğma xalqın səadəti , maariflənməsi, mədəni yüksəlişi
uğrunda çarpışmışdır.
II Aparıcı: Bildiyimiz kimi o, eyni zamanda yorulmaz səyyah
idi. Müsəlman Şərqini iki dəfə başdan-başa gəzmiş İsmayıl bəy
gördüklərinə əsl alim kimi yanaşmış, olduğu ölkələr, şəhərlər
haqqında geniş məlumat qoyub getmişdir. Ata-babaları kimi özü
də “Qutqaşınlı” familiyası daşıyan İsmayıl bəy 27 yanvar 1806-cı
ildə qədim Qəbələ diyarının Qutqaşın kəndində doğulmuşdur.
17
Babaları bu torpağın ən tanınmış adamlarındandır. Bir babası
Hacı Şəfi sultan, İkinci babası Kəbəli sultanı idi.
I Aparıcı: Bilindiyi kimi İsmayıl bəy haqqında ilk məlumat və
ilk yazılar böyük mətnşünas Salman Mümtazın qələmindən
çıxmışdır. Onun Əlyazmalar İnstitunda Qutqaşınlıya dair iki çox
dəyərli əlyazması saxlanılır. Bu əlyazmaların hər ikisi və1936-cı
ildə “Ədəbiyyat qəzeti” ndə çap etdirdiyi “Rəşid Bəy və Səadət
xanım” hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı
məqaləsi , həmçinin “Rəşid bəy və Səadət xanım”ın ilk
tərcüməçisi Səlim bəy Behbudovun “Mütərcimdən” adlı
əlyazması da qısaldılmadan bu nəşrə daxil edilib.
II Aparıcı: Salman Mümtazın 1936-cı ildə yazdığı,“Ədəbiyyat
qəzeti” ndə çap etdirdiyi ilk məqaləsindən Xalid Əlimirzəyevin
1984-cü ildəki yazısınacan keçən təxminən yarım əsr içərisində
Qutqaşınlı haqqında bir çox dəyərli elmi araşdırmalar aparılmış,
onun əsərləri nəşr edilmişdir. Salman Mümtazın dediklərindən:
İsmayıl bəyin haqqında bəzi vəsiqələrdən başqa bu gün əldə heç
bir yazılı mənbə yoxdur. Bu qiymətli vəsiqələrin nazimi isə
İsmayıl bəyin və Mirzə Fətəlinin müasiri və yaxın dostu məşhur
şairləimizdən Qasım bəy Zakirdir. Zakir öz yaradıcılığında
dəfələrlə İ. Qutqaşınlıya müraciət etmişdir.
Səhnəyə 3 şagird gəlir və Qasım bəy Zakirin şeirindən bəndlər
deməyə başlayırlar.
I oxucu Bu əhldən mehribanlıq görmədim,
Məgər bizə ola o yandan mədəd.
Qutqaşın tərlanı, Şəki şahbazı,
Sakini-biladi –Şirvandan mədəd.
Namərd ətəyindən dutasan yüz il,
Etibar yoxdur ki, həll ola müşkil.
18
Olsa olacaqdır dərdinə, ey dil,
Xələfi -Nəsrullah soltandan mədəd.
II oxucu Həzrəti İsmail olsun dəlilin,
Yetiş imdadına piri-əlilin;
Necə fərzənində ol dəm Xəlilin
Cəbrail gətirdi qurbandan məbəd.
Çərxi-fələk salmış məni bu halə,
Malü mülküm tamam getdi zavələ;
Qaidədir-şərməndeyi- əyalə
Yetişir sahibi-ehsandan məbəd.
III oxucu Yığılsa bir yerə yüz alinəsib,
Danışmağın mənat, sözün müntəxəb;
Aləm bilir-bivasitə, bisəbəb
Müşküldür arizə divandan mədəd.
Zakirəm həmişə sən tək sərvərə,
Xoş göstərsin səni Xalid nəzərə.
Eyb etməz alişən üməralərə
İstəsəm duayi-pirandan məbəd.
II Aparıcı: İsmayıl bəy Qutqaşınlı geniş ürəkliliyi, insan
sevərliliyi ilə məzlumlara məhəbbəti, darda qalanlara həmişə əl
tutmasıyla məşhurdur. Qasım bəy Zakirin həyatının ən acı
dəqiqələrində məhz İsmayıl bəyin arxa durduğunu hamımıza
məlumdur. Zillətdə yaşayan Mirzə Baxış Nadimə də onun köməyi
az olmamışdır. Özü yüksək təbəqədən olan İsmayıl bəy
yurddaşlarına varlı-yoxsul, bəy-rəiyyətbaxımından deyil, əməkçi-
havayıyeyən, məzlum- zalım baxımından yanaşmışdır. “Rəşid
bəy və Səadət xanım” əsəri bu mənada ən yaxşı örnəkdir. Hacı
İsmayıl bəyin adını hər eşidəndə, oxuyanda, yazanda özümüzdən
asılı olmayaraq ürəyimiz göynəyir, içimiz sızıldayır. Gözlərimiz
qarşısında sanki möhtəşəm bir heykəlin qopub-tökülmüş
19
qırıqlarını, min illik bir palıdın ildırım parçalamış, kömür etmiş
gövdəsini görürük. Yaxınlarından, uzaqlarından, yerlilərindən
yadlarından eşitdiklərimiz, yurdunda gözümüzlə gördüklərimiz
bizdə ona qarşı həm sevgi, həm də yanğı duyğuları oyadıb.
II Aparıcı: İsmayıl bəy Qutqaşınlının əlimizdə olan ikinci əsəri
“Səfərnamə” yol qeydləridir. “Səfərnamə” təkcə “siravi”
oxuculara deyil, bir çox ixtisasdan olan elmi işçilərə də maraqlı
faktlar verir. Ondan ədəbiyyatşünaslarla yanaşı coğrafiyaçılar,
dilçilər, tarixçilər etnoqraflar, və başqaları da çoxlu yeni
məlumatlar götürə bilərlər. Fikrimizcə, Qutqaşınlının bu əsəri ən
ciddi elmi araşdırmaların mövzusu ola bilər. Çünki o, XIX əsr
Azərbaycan elminin görkəmli nailiyyətlərindəndir.
I Aparıcı: Burada, təkcə şəxsən İsmayıl bəy Qutqaşınlının
həyatına deyil, Azərbaycan haqqında və Osmanlı imperiyasına
daxil olan ərəb ölkələri haqqında orijinal məlumatlar istənilən
qədərdir. Azərbaycanın Elmlər Akademiyasının müxbir üzvü
Əziz Mirəhmədov tərəfindən aşkar edilmiş və şərti olaraq
“Səfərnamə” adı altında nəşr edilmişdir. Onun mühüm bir hissəsi
də bu yaxınlarda Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi
Ədalət Tahirzadə tərəfindən tapılmışdır. “Səfərnamə” də ədibin
həyatını, maraq dairəsini, mədəni səviyyəsini, dünyagörüşünü və
şəxsiyyətini öyrənmək üçün bir sıra diqqətəlayiq məlumat vardır.
İ.Qutqaşınlının əsərləri Azərbaycan ədəbi nəsr dilinin
formalaşması və inkişaf tarixini öyrənmək baxımından da böyük
əhəmiyyətə malikdir.
II Aparıcı: Onu da qeyd edək ki, Qutqaşınlının keçdiyi yolu
düzgün müəyyənləşdirmək, vaxtılə Məkkəyə getmiş bir çox ədib
və şairlərin, alimlərin həyatını öyrənməyə də yardım edə bilər,
çünki onun keçdiyi yerlərdən başqalarının da keçməsi nəinki
mümkündür, əksinə tam qanunauyğundur.
20
I Aparıcı: 1852-ci ildə İsmayıl bəy çox çətinliklə olsa da, xanımı
Bikə, bibisi Surə Mirzə Hacı Əli əfəndi və digərləri ilə birlikdə
həcc ziyarətinə yola düşmək üçün imperatordan icazə alır. O vaxta
qədər ona müsbət münasibət bəsləyən rus məmurlarının bir çoxu
onun Məkkə ziyarətindən sonra, ona qarşı münasibətini dəyişir.
Bununla belə, İsmayıl bəy öz xeyriyyəçilik tədbirlərini davam
etdirir, ona kəsilmiş təqaüdün böyük hissəsini əhalinin
maarifləndirilməsinə sərf edir.
II Aparıcı: Polyak alimi, İ. Qutqaşınlının tədqiqatçısı, Qdansk
univesitetinin professoru Andrey Xodubinskinin fikrincə İ.
Qutqaşınlının Quba xanı Fətəli xan haqqında üçüncü bir əsəri
də məlumdur və güman edilir ki, həmin əsər Polşanın milli
konqres kitabxanasında saxlanır.Ümumiyyətlə, onu deyə bilərik
ki, İ.Qutaşınlının bütün əsərlərində nəzərə çarpan ədibin 25 il
hərbi xidmətdə olub, əsasən rus dilində danışmasına baxmayaraq ,
öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini necə də
qoruyub saxlamasıdır.
I Aparıcı: İ. Qutqaşınlının bəlli səbəblərə görə hələ də bizə gəlib
çatmayan əsərləri var. O əsərlərdən biri də “Tutu” dur. Haci
İsmayıl bəyin “Tutu” haqqında Ənvər Şükürzadənin bizə
söylədiklərindən: ”Bəhram bəydə iki əlyazma vardı-biri Zakirin
indi də çap olunmamış külliyyatı və biri də Qutqaşınlının “Tutu”
su. O, məndən çəkinib, yatanda həmin əsərləri döşəyinin altına
qoyurdu. Bəhram bəyin yanında beş gün qaldım. O bu vaxta
“Tutu” nu mənə oxudu. İndi yaxşı yadımda qalmayıb, ancaq
xatırladıqlarımı deyəcəyəm. Əlyazma 30 səhifədən çox olardı.
Ərəb əlifbasında azərbaycanca yazılıb. Burada Qarabağ
həyatından danışılırdı.Tutu adlı qızla bir cavan oğlanın (adını
unutmuşam) macəraları verilmişdi. Oğlan istəyir ki, Koroğlu kimi
öz başına dəstə toplasın. Əsərdə şeirlər də vardı. Beşinci gecə
21
Bəhram bəy yuxuya gedəndən sonra Zakir külliyyatını götürdüm
gəldim, ancaq “Tutu”döşəyin altında qaldığı üçün Bəhram bəyi
oyatmaqdan qorxub onu götürmədim. Zakir indi də məndədir,
ancaq “Tutu” necə oldusa bilmədim; yəqin ki, Bəhram bəy kimi o
da izsiz-soraqsız itdi...
Filologiya elmləri doktoru, professor Əziz Mürəhmədovun
“Qəribə tale” yazısından.
I Aparıcı: ”Professor Rəfili öz məqaləsində Qutqaşınlının ədəbi
irsindən bəhs edərək yazırdi ki, ”Qutqaşınlının Azərbaycan
dilində əsərləri naməlum adamların əlində olan əlyazmalar
halında saxlanılmaqdadır. Əlbəttə, bu Azərbaycan ədəbiyyatı
tarixində böyük bir boşluqdur və bu əlyazmaları axtarıb tapmaq
və Qutqaşınlı yaradıcılığını daha ətraflı tədqiq etmək vacibdir”.
Professor bu qeydində Qutqaşınlının hansı əsərini nəzərdə
tuturdu, o hansı əsasla bu fikrə gəlib çıxmışdı?- bunlar bizə
məlum deyil; amma onun “bu əlyazmalarını axrarıb tapmaq”
haqqında arzusu bu gün də öz qüvvəsində qalmaqdadır. H.
Əfəndiyev də tədqiqatlarında belə bir nəticəyə gəlmişdir ki,
”Rəşid bəy və Səadət xanım” yazıçının “ilk əsəri deyildir”.
II Aparıcı: Hacı İsmayıl bəyin bir dünya var-dövlətindən, rütbə
və mənsəbindən bu gün göz qabağında yalnız beş yadigarı və əsəri
qala bilmişdir! 1. Şamaxıda yaşadığı evinin xərabəsi; 2. Qutqaşın
meşəsindəki meydança; 3. Qutqaşın meşəsinin kənarında
saldırdığl bulaq; 4. Ağdaşın Xusrəv kəndinin yaxınlığında qazdığı
arx; 5.”Rəşid bəy və Səadət xanım” hekayəsi. Tədqiqatçıların da
söylədiyi kimi “Bu beş əsərin dörd əvvəlkiləri gec-tez məhv olub
gedəcəkdir və yalnız beşinci olan hekayə baqi qalacaqdır. İsmayıl
bəy bu əsəri sayəsində ədəbiyyat tariximizdə yaşamağa haqq
qazana bilmişdir.”
22
I Aparıcı: İsmayıl bəy məsləkdaşı olan Mirzə Fətəli ilə bir
cərgədədir. Avropa təsirində hekayə yazmaq birinciliyi,
sübhəsiz, İsmayıl bəyə məxsusdur. Mirzə Fətəlinin “Aldanmış
kəvakib” indən bəhs etmək istəyənlər ilk əvvəl İsmayıl bəydən
başlayaraq məsələyə girişməlidir. Xülasə,”Rəşid bəy və Səadət
xanım” hekayəsinin mühərriri Nəsrulla Soltan oğullarından
Kəlbəli Soltan oğlu Qutqaşınlı İsmayıl bəydir ki, Məkkəyə
getdiyindən və rütbə sahibi olduğundan xalq arasında, keçmişdə
olduğu kimi, bu gün böyük böylə Yaranal Hacı Ismayıl bəy adı ilə
məruf və məşhurdur.
II Aparıcı: Sevindirici haldır ki, dövrünün müəyyən təzadlı
münasibətlərinə düçar olmuş, ancaq millətininn, xalqının işıqlı
gələcəyi üçün sözün həqiqi mənasında vətəndaş ömrü yaşamış
İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığı, əsərləri latın
qrafikası ilə işıq üzü görmüşdür.
I Aparıcı: İsmayıl bəy Qutqaşınlı 1869-cu ildə Qutqaşında vəfat
etmişdir. Qəbri həyat yoldaşı Hacı Bikə xanımla yanaşı Qutqaşen
qəbris- tanlığındadır. Həmçinin onun ev müzeyi vardır.
Muzeydə çoxlu sayda maraqlı eksponatlar vardır. Xalqımızın bu
qeyrətli oğlunun həyatı təəssüf ki, çox az öyrənilmiş və tədqiq
edilmişdir.
II Aparıcı: Əziz qonaqlar, dəyərli tədbir iştirakçıları, bu gün
görkəmli ədib, realist, nasir İsmayıl bəy Qutqaşınlının yubileyi
münasibəti ilə təşkil olunmuş ədəbi-bədii gecənin sonuna
yaxınlaşırıq. Sizi İ.Qutqaşınlının həcmcə kiçik , lakin dərin məna
kəsb edən gözəl bir əsərini, “İki quşun söhbəti”şeirinə əsasında
hazırlanmış səhnəciyə baxmağa dəvət edirik. Buyurun tamaşa
edin.
Müxtəlif dekarasiyalarla bəzənmiş səhnə insana meşəni xatırladır.
Səhnəyə müxtəlif növ ağac və bitki yerləşdirilir. İlk öncə səhnəyə
23
bala Ququ quşu gəlir. O, budaqdan-budağa, koldan-kola qonur.
Özü üçün şən bir tərzdə cəh-cəh vurur. Elə bu an ona anası Ququ
quşu yaxınlaşmaq istəyir. Bunu görən bala Ququ quşu qorxaraq
dərhal oradan uzaqlaşır. Ana Ququ quşu buna dözə bilməyib
kədərli halda ötməyə başlayir:”Qu-qu-qu!..” müəllif qismində
olan oxucu sözə başlayır.
Bir gün bir ququ baqəmü qayğu
Bagırdı ağacda: qu-qu-qu!..
Belə suzan idi, belə nalan,
Səsi eylərdi hər kəsi giryan.
Bir kəbutər görüb bunun halın,
Qu -quşun kəsdi, sordu əhvalın.
Bunu eşitcək kəbutər çox məyus halda ona yaxınlaşıb (səhnəyə
digər dördüncü oxucu daxil olur) soruşur.
Dedi: “Ey zarü biqərarü fəqir,
Niyə sən olmusan belə dilgir?
Yoxsa bir sevgilin vəfat etmiş?
Bükülməz qəddini ikiqat etmiş?
Səni salmış belə yaman halə-
Gah çəkirsən fəğan, gah nalə?”.
Ququ quşu olduqca qəmli bir səslə:
Dedi ki, “Həlak olmayıb kimsəm ,
Çuğlayıb məni küdurəti qəm.
Yüzümə baxmayır bir övladım,
Dilinə heç gətirməyir adım.
Məni görcək uçub qaçır çəmənə,
24
Həm qonur ərğəvanə, yasəmənə.
Məni görcək uçub çəpərə qaçır,
Mənə yadlar baxan səyaq baxır.
Bunu görcək yürəgim ağlayır-
Niyə övladım qəlbim daglayır?
Yoldaşınının halına yanan quş ondan soruşur.
Sordu:”Harda bu yıl yuvan vardı?”
Bu sözə xeyli təəccüb edən ququ sözə başladı.
Dedi ki,”Ey kəbutəri-qafil,
Bizim işimizi bilmirsənsə bil.
Bizə dünyada aşiyan olmaz,
Bizə müəyyən bir məkan olmaz.
Salırıq biz yumurtamız hər vəqt
Özgə quş aşiyanına xəlvət.
Öz balası bilib onu bəslər,
Bu sayaq ququ nəsli ərsəyə gələr”.
Quş duyduqlarına heyrət və qəzəb içərisində cavab verir.
Bala bağlar məhəbbətin anaya –
O vəqt kim, anasını tanıya.
Yoxsa kim, sən balan ver əğyarə,
Gəz özün qayğsız, həm avarə?!
Sonra namehriban olan balanı
Arsız, çağırırsan: ananı tanı?!
25
Ədəbiyyat siyahısı:
1. İsmayıl bəy Qutqaşınlı. B.: “Uşaqgəncnəşr”, 1956.-38s.
2. İsmayıl bəy Qutqaşınlı. B.: “Gənclik” , 1988.-37s.
3. İsmayıl bəy Qutqaşınlı. B.: “Lider Nəşriyyat”, 2005.-221s.
4. Salman Mümtaz. // Azəbaycan Ədəbiyyatının qaynaqları. //
Avrasiya Press. 2006. 384-401 s.
Dövri mətbuatda:
1. Məmmədov N. ”Orijinal və maraqlı sima”İ. Qutqaşınlı
haqqında // Ədəbiyyat və İncəsənət qəzeti.-1981.-s 6.
2. Tahirzadə Ə. “Yazıçı, döyüşçü, səyyah” İ. Qutqaşınlı
haqqında // Azərbaycan müəllimi qəzeti.-1982.
3.Əhməd D. “Azərbaycanın ən məhşur general yazçısı” İ.
Qutqaşınlı haqqında // Kaspi qəzeti. 1-3 sentyabr.
4. Məmmədov X. “Generalın mükafatları” İ. Qutqaşınlı haqqında
// Azərbaycan qəzeti.-2004.
5. Xəlilzadə F.”Mədəniyyət tariximizin parlaq siması”.
İ.Qutqaşınlı haqqında // 2006. s6.
26
“Mədəniyyətimizin parlaq siması- İsmayıl bəy
Qutqaşınlı”
(metodik vəsait)
Kompyuter yığımı
və dizayn: Aynurə Əliyeva
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş:6
Çapa imzalanmışdır:04.04.2016
Tirajı:100
Pulsuz.
Dostları ilə paylaş: |