Məsələ A. Səlis ədədlər
İstənilən iki qonşu rəqəmlərinin fərqi modulca vahidi aşmayan ədədi səlis ədəd adlandıracağıq.
N-rəqəmli səlis ədədlərin sayını tapan proqram tərtib edin.
Giriş verilənləri
Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir test N (1≤N≤ 20) natural ədədindən ibarətdir. Testlər 0 ədədi yazılmış sətirlə bitir.
Çıxış verilənləri
Çıxış verilənlərinin hər bir sətrində yeganə axtarılan ədəd – N-rəqəmli səlis ədədlərin sayı durur. Çıxış verilənləri 0 yazılmış sətirlə bitir.
Nümunə
Giriş verilənləri
|
Çıxış verilənləri
|
2
11
0
|
26
381444
0
|
Məsələ B. Cəm.
12 + 22 + 32 + … + n2 (100<=N<=108) cəminin dəqiq qiymətini hesablayın.
Giriş verilənləri
Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir test N natural ədədindən ibarətdir. Testlər 0 ədədi yazılmış sətirlə bitir.
Çıxış verilənləri.
Çıxış verilənlərində hər bir test üçün axtarılan cəm yazılmalıdır. Çıxış verilənləri 0 yazılmış ədədlər bitir.
Nümunə:
Giriş verilənləri
|
Çıxış verilənləri
|
100
123456
0
|
338350
627221052446816
0
|
Məsələ C. Ardıcıllıq.
Verilən ardıcıllıq verilmiş ədəd hissələrindən əmələ gəlir: Birinci hissə - 1; İkinci hissə - 12; Üçüncü hissə - 123; Dördüncü hissə - 1234 və s. Nəticədə belə bir ədədlər ardıcıllığı alınır:
11212312341234512345612345671234567812345678912345678910….
Məsələ.
Verilən ardıcıllığın N-ci rəqəmini tapın.
Giriş verilənləri
Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir test N (1<= N <= 109) natural ədədindən ibarətdir. Testlər 0 ədədi yazılmış sətirlə bitir.
Çıxış verilənləri.
Çıxış verilənlərinin hər bir sətrində yeganə tam ədəd – ardıcıllığın N-ci rəqəmi yazılmalıdır. Çıxış verilənləri 0 yazılmış sətirlə bitir.
Nümunə:
Məsələ D. Hədiyyələr
Bizim olimpiadanın sponsorları qalibləri mükafatlandırmaq üçün təşkilat komitəsinə N hədiyyər təqdim ediblər.
Hədiyyələrin qiymətləri müxtəlifdir və 1dən N-ə qədər natural ədədlərlə təsvir olunurlar.
Təşkilat komitəsinin qarşısına bu hədiyyələri K iştirakçı arasında bölmək məsələsi durur. Hədiyyələri bölərkən elə etməlidirlər ki, bütün iştirakçılar eyni sayda hədiyyələr alsınlar və bundan başqa hədiyyələrin ümumi qiymətləri(dəyəri) üst-üstə düşsün.
N-in K-ya bölünməsinə zəmanət verilir.
Giriş verilənləri formatı
Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir sətirdə iki tam N və K ədədləri yazılmışdır(1≤N≤200, 1≤K≤200, K ədədi N-in bölənidir). Ədədlər probellə ayrılmışdır. Testlər 0 ədədi yazılmış sətirlə bitir.
Çıxış verilənləri formatı
Hər bir testə uyğun K sətir və hər bir sətirdə N/K ədəd yazılmalıdır. Hər bir sətirdə hədiyyələrin qiymətləri yazılmalıdır(probellə ayrılmış şəkildə). Çıxış verilənləri 0 yazılan sətirlə bitir.
Əgər hədiyyələri tələb olunan şəkildə bölmək mümkün deyilsə onda -1 ədədi çıxışa verilməlidir.
Nümunə
Giriş verilənləri
|
Çıxış verilənləri
|
8 2
6 3
0
|
1 4 6 7
2 3 8 5
1 6
3 4
5 2
0
| Məsələ E. Metro
2025-ci ildə Bakı Metropoliteni o qədər böyüyəcək ki, kompütersiz bir stansiyada o biri stansiyaya ən optimal yolu tapmaq çətin olacaq. Metropoliten şəbəkəsi bir neçə xətdən ibarətdir. Bütün stansiyalar 1dən N-ə qədər nömrələnmişdir. Hər bir xəttdə bir neçə stansiya yerləşmişdir. Əgər bir stansiya bir neçə xəttə yerləşibsə onda o stansiya keçid stansiyasıdır və o stansiyadan digər xəttlərə keçmək mümkündür. Metropolitenin sifarişi ilə elə proqram yazın ki, minimal sayda keçidlərlə A stansiyasından B stansiyasına getmək üçün optimal yolu tapsın. Nəzərə alın ki, sizin proqramı bütün metro stansiyalarında bütün Bakılılar və qonaqlar istifadə edəcəklər. Ona görə sizin proqram tez və düzgün işləməlidir.
Giriş verilənləri formatı
Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir testdə əvvəlcə N ədədi – şəhərdəki metro stansiyalarının sayı (2≤N≤100) verilmişdir. Sonra M ədədi – metro xəttlərinin sayı (1≤M≤20) verilmişdir. Sonra M xəttin təsviri yazılır. Hər bir xəttin təsviri Pi ədədindən – həmən xəttə olan stansiyaların sayı (2≤Pi≤50) və həmən xəttə olan stansiyaların nömrələri Pi ədədlərindən ibarətdir (xətt heç bir stansiyadan iki dəfə keçmir). Sonra A və B ədədləri – başlanğıc və son stansiyaların nömrələri yazılır. Əgər A stansiyasından bir neçə xətt keçirsə onlardan ixtiyari birini seçə bilərik. Həmçinin əgər B stansiyasına bir neçə xətt gəlirsə onlardan hansı vasitəsilə o stansiyaya gəlməyimiz vacib deyil. Testlər 0 yazılan sətirlə bitir.
Çıxış verilənləri formatı
Hər bir sətridə yeganə tam ədəd – keçidlərin minimal sayı yazılmalıdır. Əgər A stansiyasından B stansiyasına keçmək mümkün deyilsə onda -1 (mənfi bir) ədədi çıxışa verilməlidir. Çıxış verilənləri 0 yazılmış sətirlə bitir.
Nümunə
Giriş verilənləri
|
Çıxış verilənləri
|
5
2
4 1 2 3 4
2 5 3
3 1
5
5
2 1 2
2 1 3
2 2 3
2 3 4
2 4 5
1 5
10
2
6 1 3 5 7 4 9
6 2 4 6 8 10 7
3 8
4
2
2 1 2
2 3 4
1 3
0
|
0
2
1
-1
0
|
Məsələ F Ryukzak.
Əgər verilmiş çəkilərlə N qızıl külçəsi olarsa, çəkisi S qədər yük tuta bilən ryukzaka maksimum nə qədər (çəki) qızıl yerləşdirmək olar?
Giriş verilənləri formatı
Giriş verilənləri bir neçə testdən ibarətdir. Hər bir test üçün hər bir sətirdə probellə ayrılmış iki tam N (1≤N≤30) və S (0≤S≤2000) ədədləri yazılmışdır.
Sonra N sətirdə hər bir külçənin çəkisi verilmişdir. Çəki 100-ü aşmayan müsbət ədəddir. Testlər 0 yazılmış sətirlə bitir.
Çıxış verilənləri formatı
Hər bir test üçün hər bir sətirdə ryukzaka yerləşə biləcək qızıl külçələrinin ümumi çəkisi yazılmalıdır. Çıxış verilənləri 0 yazılmış sətirlə bitir.
Nümunə
-
Giriş verilənləri
|
Çıxış verilənləri
|
3 200
100
90
20
-
130
49
31
76
60
36
27
0
|
190
127
0
|
Dostları ilə paylaş: |