Qəmzə HACIYEVA
Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi
TÜRKİYƏDƏ MİLLİ BİBLİOQRAFİYA
Türkiyədə milli biblioqrafiya XX əsrin əvvəllərinə kimi çox zəif
inkişaf etmişdir. Ölkədə ilk mətbəə yalnız XVIII əsrin əvvəllərində
1729-ci ildə İbrahim Mütəffərikə tərəfindən yaradılmış və kitab çapına
başlanılmışdır. 1732-ci ildə türk dilində Katib Çələbinin (1609-1656)
«Cihan nüma» adlı ilk xəritəli coğrafiya kitabı çap olmuşdur. Türkiyədə
ilk qəzetlər fransız dilində yaranmış, 1831-ci ildə isə türk dilində
«Takvım-i Vekai» adlı ilk qəzet, 1863-cü ildə isə Mecmua-i Fünün» adlı
jurnal dərc edilmişdir.
Yeni türk əlifbasının qəbul edildiyi 1928-ci ilə kimi , yəni ölkədə
ilk kitab nəşrindən sonrakı iki yüz illik bir dövrdə 30.000-ə yaxın kitab
çap olunmuşdur ki, bu da nəşriyyatçılıq işinin nə qədər zəif inkişaf
etdiyini açıb göstərir. Belə vəziyyət biblioqrafiyanın da zəif inkişafına
səbəb olmuşdur.
Bununla belə, Türkiyədə ilk biblioqrafik əsərin yaranması hələ
XVII əsrə təsadüf edir. Böyük Türk tarixçisi, coğrafiyaşünas, maliyyə
və dənizçilik kimi bir-birinə yad olan elmləri dərindən bilən Katib Çə-
ləbi 30-a qədər əsərin müəllifidir. Bu gün də öz əhəmiyyətini qoruyub
saxlayan bu əsərlər biblioqrafik cəhətdən də diqqəti cəlb edir. Onun ən
mühüm əsərlərindən olan «Kəşfüz-Zünun»da 9512 müəllif, tərcüməçi
və şərhçinin tərcümeyi-halı ilə yanaşı, onların fars, ərəb və türk dil-
lərində yazılmış 14.051 adda əsərləri haqqında da məlumatı əks etdirir.
Əsərdə materialların düzülüşü xüsusi maraq doğurur. İlk dəfə ola-
raq bütün əsərlər sərlövhələri əlifba üzrə düzülmüşdür (Şərqdə bu meto-
du ilk dəfə olaraq Katib Çələbi tətbiq etmişdir). Sərlövhədən sonra
əsərin aid olduğu elm sahəsi göstərilmiş, daha sonra isə müəllif haqqın-
da bioqrafik məlumat verilmişdir. Yəni onun anadan olduğu və vəfat et-
diyi tarix, fəaliyyəti haqqında qısa arayış göstərilmişdir. Bundan sonra
əsas mətndən qısa parçalar verilir. Birinci səhifənin başlanğıcı. Böl-
mələr və fəsillər sadalanır. Onların qısa məzmunu açılır, əlavələr, tərcü-
mələr və şərhlər, onların müəllifləri haqqında məlumatlar əks olunur.
Katib Çələbinin bu əsəri 1858-ci ildə İstanbulda və Misirdə eyni
vaxtda mətbəə üsulu ilə nəşr edilmişdir. İkinci dəfə o iki cilddə 1941-
1943-cü illərdə çapdan çıxmış və bu nəşrə İsmayıl paşa iki cildlik əlavə
tərtib etmişdir. Həmin əlavə 1945-1947-ci illərdə doktor Şerefeddin
Yaltkaya və Rifat Belgenin redaktorluğu ilə çap olunmuşdur.
Katib Çələbinin başqa əsərləri ilə yanaşı, bu əsəri də Avropa
dillərinə tərcümə edilmişdir. Ərəb dilində olan əsər XIX əsrdə məşhur
şərqşünas Flüqel tərəfindən latın dilinə tərcümə edilərək 1835-1858-ci
illərdə ilk iki cildi Leypsiqdə, digər beş cildi isə Londonda çapdan
çıxmışdır. Flüqel əsərdə əvvəlcə ərəb dilində vermiş, daha sonra isə
latın dilində tərcüməsini göstərmişdir. Müxtəlif nəşrləri olan bu mühüm
əsər axırıncı dəfə Türkiyə Maarif Nazirliyi tərəfindən iki cilddə əvvəlki
nəşrlərdən fərqli olaraq səhvlər düzəldilərək çap olunmuşdur.
Türkiyədə kitabxana-biblioqrafiya işi ötən əsrin 20-ci illərindən,
yəni Türkiyə Cümhuriyyəti yarandıqdan sonra inkişaf etməyə başlamış-
dır. Demək olar ki, K.Çələbinin əsəri 1934-cü ilə kimi yazılmış yeganə
biblioqrafik mənbə hesab olunur.
1934-cü ildə Türkiyənin Böyük millət Məclisi məcburi nüsxə haq-
qında qanun qəbul edir. Həmin qanuna əsasən ölkənin bütün nəşriyyat-
ları Maarif Nazirliyinin məcburi nüsxə idarəsinə pulsuz beş nüsxə təq-
dim etməli idilər. Bu nüsxələr ölkədə olan böyük kitabxanalara paylan-
malı və bunun əsasında «Türkiyə biblioqrafiyası» adlı cari Milli biblioq-
rafiya orqanı çap olunmağa başlayır. Burada Türkiyədə latın əlifbasının
qəbul edildiyi vaxtdan, yəni 1928-ci ildən başlayaraq nəşr edilmiş bütün
ədəbiyyatın qeydi aparılırdı. Onun 1939-cu ildə çap olunmuş ilk bu-
raxılışı on illik bir dövrü 1928-1938-ci illərin nəşrlərini əhatə etmişdir.
1954-cü ilə kimi bu nəşr Türkiyə Maarif Nazirliyi tərəfindən çap
olunmuş, həmin ildən isə Milli Kitabxana tərəfindən hazırlanmağa baş-
lamışdır. 1955-ci ildən Milli Kitabxana nəzdində «Biblioqrafiya» insti-
tutunun təşkili «Türkiyə biblioqrafiyası»nın daha da təkmilləşdiril-
məsinə, onun Beynəlxalq Standartlara uyğun tərtib olunmasına səbəb
olmuşdur. Biblioqrafik göstəriciyə edilən bəzi dəyişikliklər nəticəsində
o, başqa ölkələrdə yayımlananlara bənzər duruma gətirilmişdir.
1955-ci ildən «Türkiyə biblioqrafiyası» Milli Kitabxana tərəfindən
hazırlanmış təlimat əsasında tərtib edilir. Bunun nəticəsində onun key-
fiyyəti yaxşılaşmış və ardıcıl çap olunmağa başlamışdır. Burada mate-
rialın sistemləşdirilməsində bəzi əlavələr edilməklə beynəlxalq onluq
təsnifat sistemindən istifadə edilir. Bölmələr daxilində ədəbiyyat müəl-
liflərin və müəllifsiz əsərlərin sərlövhələrinin əlifbası üzrə düzülür. Hər
bölmənin sonunda müvafiq bilik sahəsinə dair çap olunan qəzet və
jurnallar ayrıca başlıq altında verilir. Türkiyədə Avropa dillərində nəşr
olunmuş, ədəbiyyat, xarici müəlliflərin türk dilinə tərcümə edilmiş
əsərləri. Həmçinin Türkiyənin azlıq təşkil edən millətlərinin dillərində
çıxmış əsərlər vəsaitin uyğyn şöbələrində əks olunur. Ayrıca «Musiqi»
bölməsində notlar, coğrafiya bölməsində isə xəritə və atlaslar təsvir
olunur. «Türkiyə biblioqrafiyası» müasir Türkiyənin bütün çap məhsulu
haqqında cari biblioqrafik məlumatı əks etdirir.
«Türkiyə biblioqrafiyası»nda biblioqrafik təsvir 1985-ci ildən
ingilis-amerikan kataloqlaşdırma qaydalarına uyğunlaşdırılmış və bura-
xılışlar aylıq olaraq yayımlanır.
Göstəricinin sonunda mətbəə və nəşriyyatların əlifba üzrə adları
verilir və hər birininin qarşısında ünvanları göstərilir.
Ölkənin cari Milli biblioqrafiya orqanı olan bu nəşr 1989-cu ildən
avtomatlaşdırılmış qaydada kompüterdə hazırlanır. 2003-cü ildən isə
CD-ROM formasında aylıq olaraq yayımlanır. Türkiyədə çapdan çıxan
bütün nəşrlər haqqında burada biblioqrafik məlumat əks olunduğu üçün
«Türkiyə biblioqrafiyası»nı ölkənin mətbu həyatının güzgüsü hesab et-
mək olar. Ayrıca «Türkiyə biblioqrafiyası»nın sonundakı statistik məlu-
matlar hansı mövzuda nə qədər əsərin çap olunduğunu müəyyənləşdir-
məyə imkan verir. Bu nəşr bir çox kütləvi, məktəb və uşaq kitabxanaları
tərəfindən kataloqlaşdırma və təsnifləşdirmə işlərində rəhbər olaraq isti-
fadə edilir.
1952-ci ildən Turkiyədə ikinci cari Milli biblioqrafiya orqanı olan
«Türkiyə məqalələr biblioqrafiyası» çap olunmağa başlayır. Bu Milli
Kitabxanaya daxil olan elmə və mədəniyyətə dair dövri nəşrlərin anali-
tik olaraq məzmununu açan beynəlxalq səviyyəli biblioqrafik nəşrdir.
1950-ci ildə YUNESKO tərəfindən Parisdə keçirilmiş beynəlxalq kon-
fransın tövsiyələrinə uyğun olaraq çap edilən bu nəşr rüblük nəşr olu-
nurdu. Həmin konfransın qərarına müvafiq olaraq «Türkiyə məqalələr
biblioqrafiyası»nda məqalələrin sərlövhələri fransızca tərcümələri ilə
birlikdə verilirdi. Belə ki, məqalələr təsvir olunarkən aşağıdakı məlu-
matlar verilirdi: sıra nömrəsi (hər ilin dörd buraxılışında nömrələmə
ardıcıldır), müəllifin soyadı, elmi dərəcəsi və ya hərbi rütbəsi, adı, mə-
qalənin sərlövhəsi (əgər məqalə türk dilində çap olunmayıbsa, mötə-
rizədə onun türkcə adı verilir), məqalənin fransız dilində sərlövhəsi,
dövri mətbuatın ixtisar olunmuş adı, nömrəsi, buraxılış tarixi.
1964-cü ildən məqalələrin fransızca adları verilmir. «Türkiyə mə-
qalələr biblioqrafiyası»nda da materiallar «Türkiyə biblioqrafiyası»nda
tətbiq olunan təsnifat əsasında qruplaşğdırılır.
1952-1985-ci illər arasında üç aydan bir, yəni rüblük çap olunan
«Türkiyə məqalələr biblioqrafiyası» 1986-cı ildən etibarən aylıq buraxı-
lır Göstərici üçün materimallar seçilərkən əsasən elmi və mədəni dəyəri
olan məqalələrə üstünlük verilir.
2003-cü ildən etibarən «Türkiyə məqalələr biblioqrafiyası» CD
formasında aylıq olaraq yayımlanmağa başlamışdır. Onlardan istifadəni
asanlaşdırmaq, yəni çap formasında olan tərtibatı qoruyub saxlamaq
məqsədilə göstəriciyə aid RDF fayllarına da yer ayrılır. CD-də verilmiş
məqalələrin sərlövhəsi Türk və İngilis dillərində olan axtarış proqramla-
rı ilə təmin olunmuşdur ki, bu da müvafiq biblioqrafik axtarışın səmərə-
liliyini təmin etmişdir.
Milli kitabxananın çap etdirdiyi «Türkiyə məqalələr biblioqrafiya-
sı»nda əks olunan məqalələr haqqındakı biblioqrafik məlumatlar 1995-
ci ildən etibarən İnternetdə də verilir.
Bütün bünlar Türkiyə cumhuriyyətində çap məhsulu haqqında
müntəzəm, ardıcıl, hərtərəfli axtarış aparmağa imkan verir.
Türkiyədə müəyyən dövrlərdə digər cari Milli biblioqrafiya
orqanları da çap olunmuşdur. Bunlardan «Seçilmiş qəzet məqalələri bib-
lioqrafiyası», «Yeni kitablar» və digər nəşrləri göstərmək olar.
«Türkiyə Milli kitabxanası türk kitablarının biblioqrafik reper-
tuarının yaradılması sahəsində də əsaslı işlər aparır. Hələ 1956-1957-ci
illərdə kitabxana öz fondunda olan Türkiyədə ərəb əlifbası ilə çap olun-
muş kitabların kataloqunu çap etdirmişdir. 1928-1929-cu illəri əhatə
edən bu iki cildlik kataloqda 30 minə yaxın ədəbiyyat haqqında məlu-
mat verilmişdir. Həmin kataloq ölkənin bütün iri kitabxanalarına
göndərilmişdir. Bunda məqsəd Milli kitabxananın fondunda olmayan
digər nəşrləri də aşkar etmək idi.
Milli kitabxana bir çox şəxslərdən daxil olan hədiyyəllər və satın
alma yolu ilə öz fondunu ərəb hərfli çap kitabları ilə daha da zənginləş-
dirmiş və 1964-1968-ci illər arasında kataloqun ikinci nəşrini çap et-
dirmişdir. 1971-ci ildə isə buna əlavələr buraxılmışdır.
1990-cı ildən mədəniyyət və Turizm Nazirliyi Milli kitabxana ilə
birlikdə Türkiyə çap kitablarının toplu kataloqunun (TUVATOK) nəşri-
nə başlamışdır. Ərəb hərfi türkcə kitabları əhatə edən bu kataloqun
hazırlanmasında Milli kitabxana ilə yanaşı ölkənin digər 157 kitabxana-
sı da yaxından iştirak edir. 1729-1728-ci illəri əhatə edən bu göstəricidə
biblioqrafik təsvirlərin düzülüşündə əlifba Prinsipi əsas götürülmüşdür.
2004-cü ilə kimi bu göstəricinin cəmi 6 cildi çap olunmuşdur ki, bunlar
da A-J hərflərini əhatə edir. Göstəricinin tərtibində dr.Müjgan Cunbur,
Dursun Kaya, Niyazi Ünver və başaqları yaxından işitirak edirlər.
Bu layihə çərçivəsində ölkədə başqa dillərdə çap olunmuş kitabla-
rın göstəricisi də hazırlanıb nəşr edilmişdir. Belə ki, 2002-ci ildə Milli
kitabxana Başkandlığı tərəfindən 1584-1986-cı illərdə ərəb, erməni və
yunan dillərində çapdan çıxmış və Türkiyə kitabxanalarında saxlanılan
əsərlərin biblioqrafik göstəricisi tərtib olunaraq buraxılmışdır. Burada
50760 əsər haqqında biblioqrafik məlumat verilir. Bu vəsaitin tərtibi iki
mərhələdə həyata keçirilmişdir. İlk növbədə Türkiyə Milli kitabxanası-
nın fondu əsas götürülmüş, daha sonra isə geniş diapazonda müxtəlif
biblioqrafik mənbələrdə, arxivlərdə axtarış aparılmışdır.
Türkiyədə qeyri-latın şriftilə başaq dillərdə çıxmış əsərləri əhatə
edən bu göstərici kompakt diskdə də buraxılmışdır. Bunu Milli kitabxa-
nanın sifarişi ilə Yayıncılıq LTD Nuvis Besari Araşdırmalar ve-si. Sti.
hazırlamışdır.
Türkiyə Əlyazmalar Toplu kataloqunun (TUYATOK) Mədəniyyət
nazirliyi nəzdindəki kitabxana və muzeylərdə, rəsmi qrumlarda, şəxsi
kitabxanalarda olan əlyazma əsərləri haqqında biblioqrafik məlumat
verir. 1978-ci ildən həyata keçirilən bu layihə çərçivəsində 2000-ci ilə
kimi 424 2 cild çap olunmuşdur. Bunlarda da 3316 adda əlyazma əsəri
bütünlükdə 6231 kitab əhatə edilmişdir.
2004-cü ildə Dursun Kaya, Niyazi Ünver, Selma Kutlu və
HasanSoyak tərəfindən Türkiyə Əlyazmalar Toplu kataloqunun CD
variantları hazırlanır İki CD-dən (CD-I-II) ibarət olan bu kataloqda
86.063 əsər / risalə haqqında məlumat verilir. Bundan başqa. Digər CD-
lərin hazırlanması sahəsində də əsaslı iş aparılır.
2005-ci ildə «Türkiyə Əlyazmalar Toplu kataloqu»ilə əlaqədar
CD-III hazırlanır. Kataloqun elektron variantı olan bu hissə ölkədə və
xaricdəki bəzi kitabxanalarda olan türkcə əlyazmalar haqqında
biblioqrafik məlumatı əks etdirir. Burada Türkiyənin bir sıra
kitabxanaları ilə yanaşı, ABŞ, İtaliya, rusiya, İngiltərə, Misir, Fransa,
Almaniya, Avstriya, Gürcüstan, İran, Vatikan, İrak, tatarıstan,
Qazaxıstan və digər ölkələrin iri kitabxanalarında saxlanılan 40.250
əlyazma əsəri haqqında istifadəçilərə məlumat verilir.
TUYATOK CD-3 vasitəsilə müxtəlif elm sahələrinə dair əlyazma
kitabları haqqında məlumatları ilə tanış ola bilmək mümkünlüyü də
təmin edilmişdir.
TUBATOK və TUYATOK-un çap olunması əlyazma və ərəb
hərfli türkcə olan kitabları, hər cür əlyazma sənədləri, türk, şərq və qərb
inkunabulları, ikinci bir nüsxəsi qalmayan nadir əsərləri, hər hansı bir
sənət və ya xatirə dəyəri olan kitabları, əsərlərini tamamlaya bilməmiş,
yazarların qaralama halında olan kitab və məktublarını bir araya
gətirmək, bunların çap kataloqlarını-əlyazma və ərəb hərfli çap
əsərlərinin toplu kataloqunu hazırlamaq və istifadəçilərin xidmətinə
təqdim etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
2002-ci ildə Milli kitabxana tərəfindən dövri mətbuata həsr edilmiş
«Cumhuriyyət dövrü məqalələr biblioqrafiyası» adlı vəsait həm ənənəvi,
həm də CD formasında hazırlanaraq istifadəçilərin xidmətinə təqdim
edilmişdir. Burada «Türkiyə məqalələr biblioqrafiyası»nın nəşr olunma-
ğa başlaıdğı 1952-ci ildən əvvəl (1923-cü ildən başlayaraq) dərc edilmiş
məqalələr haqqında biblioqrafik məlumat verilir. Başqa sözlə «Cumhu-
riyyət dövrü məqalələr biblioqrafiyası» 1923-1999-cü illərdə mədəni
vəelmi əhəmiyyəti olan dövri nəşrlərdə dərc olunmuş məqalələr
haqqında biblioqrafik məlumatı əks etdirir.
1973-cü ildə Türkiyə Cumhuriyyətinin 50-ci ildönümü münasibə-
tilə «Cümhuriyyət dövründə biblioqrafiyanın biblioqrafiyası» adlı ikinci
dərəcəli biblioqrafik vəsait də hazırlanıb çap edilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi Türkiyədə çap olunan ümumi xarak-
terli göstəricilərdə materialın sistemləşdirilməsində onluq təsnifat siste-
mindən istifadə olunur. 1954-cü ildə bu təsnifat sistemi Milli kitabxana
tərəfindən türk dilinə tərcümə edilmiş və ölkə daxilində yayılmışdır.
Bununla da ölkədə biblioqrafik nəşrlərdə və kitabxanalarda tətbiq
olunan təsnifat sisteminin standartlaşdırılması həyata keçirilmişdir.
Daha sonra onluq təsnifat sisteminin 18-ci nəşrinin türkəcəyə tər-
cüməsi və tətbiqi sahəsində müəyyən işlər aparılsa da bu iş tamamlan-
madığından heç bir nəticə verməmişdir. Lakin 1991-ci ildə 20-ci nəşri
yayımlanmış olan onluq təsnifat sisteminin yeni nəşrinin türk dilinə tər-
cüməsi üçün yenidən fəaliyyətə başlanılır. Milli kitabxananın əməkdaş-
ları olan Könül Böyüklimanlı və Tülin Egenin rəhbərliyi ilə onluq təs-
nifat sisteminin 20-ci nəşrinin tərcüməsi 1993-cü ildə başa çatır, və 4
cilddə nəşr edilir. Həmin vaxtdan ölkədə bu nəşr tətbiq olunur.
Türkiyədə tətbiq olunan onluq təsnifat sisteminin 15-ci və 20-ci
nəşrlərində 297. İslam dini və İslam elmləri» təsnifat cədvəli yarımçıq
qalmışdır. Fayriye (Mercanlıgil) Gündoğdunun doktorluq dissertasiyası
bilavasitə bu mövzuya həsr olunmuş və onun hazırladığı əsər 1997-ci il-
də Milli kitabxana tərəfindən nəşr edilərək yayımlanmışdır. Həmin əsər
Türk kitabxanaşünaslığında islam elmləri ilə əlaqədar əsərlərin təsnifləş-
dirilməsində mövcud olan böyük bir böşluğu tamamlamaq üçün əsas he-
sab edilir. Eyni zamanda bu təsnifat Türkiyə Milli biblioqrafiya nəşrlə-
rində də müvafiq ədəbiyyatın təsnifləşdirilməsində geniş tətbiq olunur.
ƏDƏBIYYAT
Azərbaycan dilində
1.
Xələfov A.A., Mehdiyeva N.D. XX əsrdə Türkiyədə kitabxana işi
(Qısa tarixi icmal) // Bakı Universitetinin Xəbərləri:Humanitar elmlər
seriyası.-2008-№3.-S.231-241.
2.
100 böyük türk.-B.,1991
Rus dilində
1.
Рафиков А.Х. Библиографические указатели и печатных
карточки Турции // Сов. библиография.-1961.-№1.-С.106-119.
Г.С.ГАДЖИЕВА
НАЦИОНАЛЬНАЯ БИБЛИОГРАФИЯ ТУРЦИИ
РЕЗЮМЕ
Первые библиографические источники появились еще в ХVII
веке. Первая книга на Турецком языке была издано 1729 году.
Несмотря на это, текущая национальная библиография возникла
1934 году, а ретроспективная только во второй половине ХХ века. В
статье особое внимание удалено возникновению и развитию
национальной библиографии в стране ,а так же, проанализировано
современное состояние текущей национальной библиографии и
изучены сводные каталоги турецких рукописей (ТУЯТОК)и
печатных книг (ТУБАТОК).
Q.S.HADJİEVA
NATİONAL BİBLİOGRAPHY OF TURKEY
SUMMARY
The first bibliographic sources are appeared in Turkey as early as
the seventeenth century. The first book in Turkish, was published in
1729. Despite this, the current national bibliography has arisen only in
1934 and retrospective bibliography in the second half of the twentieth
century. In the article also paid special attention to the emergence and
development of national bibliography in the country, as well as, revie-
wing the present state of the current national bibliographies and union
catalogs Also were studied Turkish manuscripts catalogue (TUYATOK)
and printed books catalogue (TUBATOK).
Dostları ilə paylaş: |