2
Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İnstitutunun “Miflogiya” şöbəsində yerinə
yetirilmişdir.
Elmi rəhbər: Seyfəddin Gülverdi oğlu Rzayev
Filologiya üzrə elmlər doktoru, dosent
Rəsmi opponentlər: Maarifə Hüseyn qızı Hacıyeva
Filologiya üzrə elmlər doktoru, professor
Qalib Əmirağa oğlu Sayılov
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Aparıcı müəssisə: Bakı Dövlət Universitetinin “Azərbaycan
şifahi xalq ədəbiyyatı” kafedrası
Müdafiə____ ________ 2015-ci il saat______ -da AMEA
Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.
Ünvan: AZ1001, Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi,31
Dissertasiya ilə AMEA Mərkəzi Elmi Kitabxanasında tanış
olmaq mümkündür.
Avtoreferat “__” ______ 2015-ci ildə göndərilmişdir.
Dissertasiya Şurasının elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru,
dosent:
Afaq Xürrəm qızı Ramazanova
3
TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Azərbaycan milli-mənəvi mədəniyyətinin ən
qədim və zəngin tarixə malik, eyni zamanda ən aktual abidələrindən biri və bəlkə
də, birincisi Novruz bayramıdır. Bu bayramın həm zaman, həm yaşarılıq
baxımından birinci hesab olunması təsadüfi deyildir. Xalqımızın mədəniyyət
tarixində nə qədər böyük abidələr olsa da, onlar bütün hallarda tarixin müəyyən
epoxaları ilə bağlıdır. Lakin Novruz bayramının həm qədimlik, həm də müasirlik
baxımından milli mədəniyyətimizdə xüsusi və əlahiddə yeri vardır. Birincisi,
Novruz bayramı xalqımızın tarixinin ən dərin qatları ilə bağlıdır. Bu bayramın
tarixi o qədər qədimdir ki, hətta onun dəqiq yaşını müəyyənləşdirmək mümkün
deyildir. İkincisi, Azərbaycan mədəniyyət tarixində Novruz bayramı kimi ikinci
elə bir mədəniyyət hadisəsi tapmaq mümkün deyildir ki, o, tarixin ən qədim
dövrlərindən bu günə kimi bir an belə olsun xalqımızın həyatından ayrı
düşməsin. Bu – Novruz bayramıdır. O, həmişə – tarixin bütün dövrərində, bütün
epoxalarında xalqımızla birgə olmuş, milli mədəniyyətimizin, milli mənəviyyat
və həyatımızın ayrılmaz parçasına çevrilmişdir. Novruz bayramına heç vaxt
sönməyən, tükənməyən elmi marağın da əsasında elə bu amil durur. Ona
xalqımızın hər zaman böyük ehtiyacı olmuşdur. Sovet dövründə vətənpərvər
alimlərimiz bu bayramı “yaz bayramı”, “təbiətin oyanışı bayramı” və s. adlar
altında yaşatmağa çalışırdılar ki, onu ölməyə qoymasınlar. Çünki Novruz milli
varlığımızın simvolu, milli inkişafımızın ulu və möhtəşəm qaynağıdır. O, bu əsas
vəzifəsini bu gün də uğurla yerinə yetirir. Müasir Azərbaycan dövlətinin milli
quruculuq siyasətində muğam, xalça və aşıq sənəti ilə yanaşı, mühüm rol
oynayan Novruz bayramı artıq bütün dünyada Azərbaycan xalqının mühüm
milli simvollarından birinə çevrilmişdir. Bu da öz növbəsində ona olan elmi
marağı daha da gücləndirir. Bu cəhətdən “Azərbaycanda Novruz ənənələri və
inancları” mövzusu xüsusi elmi aktuallıq kəsb edir. Novruz bayramının milli
mədəniyyətimizdəki rolunun ildən-ilə daha da güclənməsi onu yaşadan, ölməyə
qoymayan ənənələri və onların əsasında duran müqəddəs dəyərləri – inanc
sistemini dərindən öyrənməyi xüsusi elmi vəzifə kimi qarşıya qoyur.
Dissertasiyanın obyekti və predmeti. Tədqiqatın obyektində milli
mədəniyyətimizin ən qədim və zəngin hadisəsi olan Novruz bayramı durur.
Novruz bayramı bir kompleks kimi milli mədəniyyətimizin bir çox qatlarını –
mifləri, arxaik mərasimləri, oyun və tamaşaları, adət-ənənələri, mahnı və
nəğmələri, epik, lirik və dramatik folklorun bayramla bağlı bir çox janrlarını
(lətifələri, alqış-duaları, mərasim şeirlərini, tapmacaları və s.), sosial
münasibətləri (küsülülərin barışması və s.), ideoloji görüşləri (müxtəlif dövrlərin