XÖHKS: ümumi məlumat
XÖHKS – müasir kompüter və qabağcıl texnologiyalara əsaslanan xırda və təcili
olmayan ödənişlər üçün klirinq sistemidir. Sistem Dünya Bankının himayəsi altında keçirilən
tenderin qalibi kimi CMA Small Systems AB şirkəti tərəfindən hazırlanmışdır.
XÖHKS SWIFT-ə uyğun XML formatlı məlumatlarla işləyir. XÖHKS-də məlumatlar
yerli telekommunikasiya şəbəkəsi üzərində qurularaq tam funksional, kriptoqrafik müdafiə ilə
təmin olunur.
XÖHKS sistemində ötürülən məlumatlar 5 səviyyəli nəzarət və təhlükəsizlik mexanizmi
ilə qorunur.
XÖHKS-də məlumatların təhlükəsizliyinin təmin edilməsi
XÖHKS sistemində emal olunan sənədlər bir və ya bir neçə ödəniş tapşırığından ibarət
olan Paket Ödənişləridir. XÖHKS-də ödəniş sənədinin emalı vaxtı məlumatın strukturunun qəbul
olunmuş formata uyğun gəlməsi, elektron rəqəmli imzanın düzgünlüyü, göndərənin və alanın
identifikasiya kodlarının düzgünlüyü, valyutalaşma tarixinin uyğun olması, ödənişləri
göndərənin göndərmə hüququna və ödənişləri alanın qəbul etmək hüququna malik olması,
ödənişlərin məbləğinin mövcud məhdudiyyətlərə uyğunluğu və başqa yoxlamalar həyata
keçirilir. Paket ödənişlərinin imzalanmasında və məcburi sahələrın doldurulmasında kənarlaşma
olduqda Paket ödənişləri XÖHKS tərəfindən geri qaytarılır və İştirakçıya səbəbi göstərilməklə
səhv Paket ödənişlərının siyahısını əks etdirən məlumat göndərilir.
`
`
Məlumat axını
İştirakçı
XÖHKS
Məlumatların şifrələnməsi
Məlumatların ardıcıllığının və tamlığının yoxlanılması
Məlumatın həqiqiliyinin yoxlanılması
Daxil olmalara nəzarət
Çatdırılmaya nəzarət
Ödənişlərin iyerarxiyası
Fayl - FILE MT150
Paket Ödənişləri
(batches) MT102
. . .
Ödəniş tapşırıqları - Payment
instructions
. . .
. . .
Əməliyyat günü ərzində XÖHKS aşağıdakı sorğuların verilməsinə imkan verir:
• Debet limitinin dəyişdirilməsi sorğuları;
• Sistem sorğuları (əməliyyat gününün periodu barədə sorğular);
• Tranzaksiya sorğuları (ödənişlərin imtina edilməsi sorğuları)
• İnformasiya sorğuları (göndərilmiş ödənişlərin işlənmə vəziyyəti, səhvin kodu
göstərilməklə qəbul olunmamış ödəniş sənədlərinin sayı və məbləği, bu istifadəçinin
xeyrinə daxil olmuş və sonradan göndərənin təşəbbüsü ilə imtina edilmiş ödəniş
sənədləri, klirinqdə bu istifadəçinin cari xalis mövqeyi və s.).
XÖHKS-də istifadə edilən məlumatlar
Məlumatın adı
İştirakçı tərəfindən
hazırlanan
məlumatlar
Mərkəzdə hazırlanan
məlumat
Ümumi fayl, paket ödənişləri
MT150, MT102
MT900, MT910
Ümumi Fayl və ya Paket ödənişlərin
çərçivəsində status siyahısı
MT195/STAT,
MT196/STAT
Paket ödənişlərinin çərçivəsində statusu
MT198
MT198
Paket ödənişdən və ya ayrıca ödəniş
tapşırığından imtina
MT192 MT196
İmtina Bildirişi
MT158
Ümumi Faylın, Paket ödənişlərinin və ya
ayrıca ödəniş tapşırığının surətinin
alınması
MT195/COPY
MT198
MT196 (Paket ödənişləri
və ya ödəniş tapşırığının
sürəti üçün), MT156
(Ümumi Faylın Sürəti
üçün)
Nəticələr
MT985
Əlavə sorğular MT985
MT986
Klirinq hesabı haqqında Ümumi
Məlumat
MT920 MT941(Klirinq
hesabı
haqqında Ümumi
Məlumat), MT942
(Klirinq hesabı haqqında
aralıq çıxarış)
Sərbəst formatlı məlumat, o cümlədən
debet limitlərinin azaldılması
MTn99 MTn99
Klirinq sessiyasının nəticələri
MT970,
MT971
Təstiqləmələr
ACK/NAK
XÖHKS sistemində bir neçə ardıcıl periodlardan ibarət olan əməliyyat günü konsepsiyası
qəbul olunmuşdur və hər period ərzində yalnız müəyyən olunmuş əməliyyatların yerinə
yetirilməsi mümkündür.
Ə
məliyyat Günü:
Əməliyat Günü periodlar
ardıcıllığıdır.
–
Hər bir periodda yalnız müəyyən
əməliyyatların yerinə yetirilməsinə
icazə verilir. Bir perioddan digərinə
keçidə məhdudiyyət var. Bəzi
periodlar Əməliyyat Günü ərzində
birinci və ya sonuncu ola bilməzlər.
Başqa məhdudiyyətlər də qoyula
bilər, məsələn, periodun başlanma və
sona çatma vaxtlarina.
ƏG-in açılması
İşə hazırlıq
Klirinq sessiyası
Klirinq sessiyası
ƏG-in bağlanması
Əməliyyat
Gününün
periodlarına
nümunələr
XÖHKS-də hər sessiya aşağıda göstərilmiş periodlar ardıcıllığına malikdir:
• Sessiyanın başlanması;
• Sənədlər mübadiləsi;
• Klirinqqabağı period;
• Klirinq periodu;
• Klirinq nəticələrinin təsdiqi;
• Sessiya nəticələrinin göndərilməsi;
• Sessiya hesabatlarının göndərilməsi.
Sessiya:
Sessiya periodlar ardıcıllığıdır.
–
Hər bir periodda yalnız müəyyən
əməliyyatların yerinə yetirilməsinə
icazə verilir. Bir perioddan
digərinə keçidə məhdudiyyət var.
Bəzi periodlar Əməliyyat Günü
ərzində birinci və ya sonuncu ola
bilməzlər. Başqa məhdudiyyətlər
də qoyula bilər, məsələn,
periodun başlanma və sona
çatma vaxtlarına.
Sessiyanın açılması
Standart emal
Klirinqə hazırlıq
Klirinq
Sessiyanın bağlanması
Sessiya
periodlarına
nümunələr
İştirakçı tərəfindən MT205-dən istifadə etməklə AZIPS vasitəsilə müxbir hesabından
müxbir subhesabına vəsait köçürməklə klirinq hesabının debet limiti müəyyən edilir. AZIPS-in
üzvü olmayan İştirakçılar kağız daşıyıcılarda ödəniş tapşırığını Milli Banka təqdim etməklə
debet limitini müəyyən edir. İştirakçı gün ərzində Klirinq hesabının debet limitini artıra və
azalda bilər.
İştirakçı klirinq dövründə müəyyən etdiyi debet limit və daxil olan vəsaitlər həcmində
əməliyyat apara bilər. Klirinq sessiyasının sonunda sistem tərəfindən iştirakçıların xalis
mövqeləri hesablanaraq əməliyyat gününün sonunda həmin məbləğ onların müxbir hesablarına
daxil edilir. İştirakçıların vəsait çatışmamazlığından icra olunmamış Paket ödənişlər gözləmə
rejimində saxlanılır. İştirakçı gözləmə rejimində olan Paket ödənişlərindəki ödəniş tapşırığlarını
qismən və tam ləğv edə bilər.1-ci klirinq sessiyasında icra olunmamış Paket ödənişləri 2-ci
sessiyaya keçirilir. 2-ci klirinq sessiyası ərzində icra olunmamış Paket ödənişləri ləğv olunur.
Hər klirinq sessiyasının sonunda iştirakçılara hesabdan çıxarış ilə bərabər icra olunmamış
ödənişlər haqqında məlumat göndərilir.
XÖHKS-də ödəniş tapşırığları icra olunduğu andan artıq geri çağırılmayan hesab olunur.
XÖHKS sisteminin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
• gün ərzində 300 000-dək ödənişlərin emal edilməsi imkanı;
• daxilolan ödənişlər barəsində informasiyanı real vaxt rejimində əldə etmək imkanının
olması hesabına banklar tərəfindən likvidliyinin çevik idarə olunması;
• ödəniş tapşırığlarının 10 gün gələcək valyutalaşma tarixi ilə daxil edilməsi;
• iştirakçılar tərəfindən debet limitinin müəyən edilməsi- sistem iştirakçılarını kredit
riskindən azad edir;
• ödənişlərin maksimum limit məbləğinin müəyyənləşdirilməsi- hal-hazırda bu limit Milli
Bankın İdarə Heyəti tərəfindən 200 milyon manat müəyyən edilmişdir;
• növbədə olan ödənişlərin geri cağırılması imkanı;
• yerli telekommunikasiya provayder xidmətlərindən istəfadə olunması hesabına çevik
qiymət siyasətin həyata keçirilməsinin imkanı (Komission haqların aşağı səviyyəsində
saxlanılması).
• birbaşa debet əməliyyatların həyata keçirilməsi imkanı;
Dostları ilə paylaş: |