«Milli Məclis».-2009.-№2(11).-S.60-62.
Dövləti humanizm və mərhəmət ünvanı
Əhməd Vəliyev
Millət vəkili, professor
Ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanımızın bugünkü, hərtərəfli
inkiş afı nəinki hər bir Azərbaycan vətəndaşı üçün, eyni zamanda, Azərbaycanı tanıyanlar üçün də tam
şəffaflığı ilə aydındır. Çətin geostrateji mövqeyə, zəngin yeraltı, yerüstü sərvətlərə malik olan, eyni zamanda,
torpaqlarının 20%-i işğal olunan, 1 milyondan artıq qaçqını, köçkünü olan bir ölkədə qısa zaman kəsiyində
bu cür inkiş afın və sabitliyin əsasında nə durur? Bu suala qeyd-şərtsiz hər bir azərbaycanlı belə cavab
verərdi: düzgün dövlətçilik modeli, Heydər Əliyev siyasəti və bu siyasi irsə hörmət, ehtiram əlaməti olaraq
yüksək peşəkarlıqla dövləti idarəetmə məharəti.
Fəxrlə deyə bilərik ki, bu gün ölkəmizin idarə edilməsi təkcə quru rəsmiyyətlə, ölkənin tərəqqisinə
yönəldilmiş fərman və sərəncamların sayı ilə, onların əhatə dairəsinin genişliyi, xalqa yönəlməsi, mütərəqqiliyilə
məhdudlaşmır. Azərbaycanda dövlət idarəçiliyi həm də aliliyi qorunan qanunlara söykənərək xeyirxahlıq və
insaniyyət təfəkkürü ilə həyata keçirilir. Bəli, müasir Azərbaycan dövlətçiliyinin cəlbedici xüsusiyyətlərindən biri
də məhz dövləti xeyirxahlıqdır, dövlət səviyyəsində göstərilən mərhəmət və şəfqətlilikdir. Elmi sosioloji
ədəbiyyatda buna sosial yönümlü dövlət atributları deyilir.
Hər birimizə tam şəffaflığı ilə aydındır ki, bu gün Azərbaycanda belə bir siyasətin həyata keçirilməsində
Prezident İlham Əliyevlə yanaşı onun ən yaxın silahdaşı olan hörmətli həmkarımız, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı, millət vəkili Mehriban
xanım Əliyevanın xidmətləri də danılmaz və təqdirəlayiqdir. Mehriban xanım Azərbaycan mədəniyyətini,
ədəbiyyatını, musiqisini dünyaya təqdim edən fədakar və yorulmaz insan olmaqla bərabər təhsilin, səhiyyənin
problemlərinin həllində müstəsna xidmətlərə malik şəfqətli bir dövlət adamı və ictimai-siyasi xadimdir. Eyni
zamanda, konkret adamlara konkret qayğı və yardım göstərən nəcib xeyriyyəçi, el gözündə ideal vətəndaş kimi
hörmət qazanan, ən başlıcası isə xalqımıza baş ucalığı və şərəf gətirən bir soydaşımızdır.
Müdriklərin birinin dediyi kimi, hər bir insanın dəyəri onun can atdığı məqsədin aliliyi ilə ölçülür. Bu mənada
biz Mehriban xanım Əliyevanı hər yerdə - Azərbaycanda və dünyanın ən müxtəlif ölkələrində əlillərin, şikəstlərin,
ehtiyacı olanların dərdlərinə həmdərd kimi mərhəmətlə və xüsusi həssaslıqla yanaşan insanların ön sıralarında
görürük.
Onun şəxsiyyəti milli mədəniyyətimizi, mentalitetimizi, dövlətçilik ənənələrimizi ən yüksək səviyyədə və
ləyaqətlə təmsil edən görkəmli ictimai xadim timsalında - ali məqsədlərin daşıyıcısı və bu məqsədləri reallaşdıran
ictimai xadim obrazında qəbul edilir.
Mehriban xanım Əliyevanın - bu gözəl ziyalının Azərbaycan zadəganlığının, elminin, mədəniyyətinin,
ictimai-siyasi həyatının ən layiqli şəcərələrinin misilsiz davamçısının keçirdiyi tədbirlərin, gördüyü işlərin,
göstərdiyi yardımların mayasında yalnız Azərbaycan durur, yalnız Azərbaycan sevgisi dayanır. Elə bir Azərbaycan
ki, onun hansı çətinliklər hesabına dövlət statusuna qalxmasına bunun üçün sərf olunan fitri rəhbər istedadına və
bacarığına, hakimiyyət ustalığına, idarəetmə səriştəsinin strateq və filosof təfəkkürü ilə vəhdətinin nümayişinə
şəxsən özü şahid olub.
Bütün bu əzəməti, həyat və hakimiyyət fəlsəfəsinin faydalı sintezindən irəli gələn qüdrəti dərk etmək üçün,
heç şübhəsiz ki, gərək özün də böyük olasan, böyük ailənin və şəcərənin genetik üstünlüyündən irəli gələn fərqli və
fərdi keyfiyyətlərə malik olasan. Mehriban xanımın fəaliyyət istiqamətinə nəzər yetirdikdə profil rəngarəngliyi,
peşəkarlıq duyumu, ənənəvi və yenilikçi dəyərləri sintezetmə qabiliyyəti və çevik idarəetmə ilə müşayiət olunan
kamil şəxsiyyət görürsən. Vicdan və etiqad hissi ilə diqqət yetirək: idman, təhsil, səhiyyə, əhalinin müxtəlif
təbəqələrinin sosial problemləri və onların həlli, hərbi vətənpərvərlik, musiqi, mədəniyyət məsələləri, Qarabağ
problemi, Xocalı faciəsi və s. məsələlər Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun daim
diqqət mərkəzindədir. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən bir sıra layihələr işlənib hazırlanır və uğurla
həyata keçirilir.
Problemlərin əhatə dairəsi və tətbiq arealı öz genişliyinə görə həddən ziyadə erudisiya, enerji, bilik, bacarıq,
səriştə tələb edir. Ən başlıcası isə vətənpərvərlik və nəciblik tələb edir.
Maraqlı məqamlardan biri də budur ki, sivil cəmiyyətin və ölkələrin nümayəndələri Mehriban xanımın
rəhbərliyi altında görülən tədbirləri, həyata keçirilən layihələri təqdir edir, bəyənir, minnətdarlıq edirlər, hətta
müxalif fikirli insanlar belə Mehriban xanım Əliyevanın gərgin zəhmətini inkar etməyə ürək etmirlər.
Mehriban xanım Əliyevanın qatıldığı tədbirlərdə xarici ölkə rəhbərləri və beynəlxalq təşkilatların
nümayəndələrinə olduqca əhatəli və geniş məlumatlar verilir: ölkədə yürüdülən qadın siyasəti, ölkədə gedən
ictimai-siyasi proseslərdə qadınların rolu, gender siyasətinin uğurla tətbiqi, xəstə uşaqlara yardım layihələrinin
mahiyyəti, Azərbaycan xalqının qədim tarixi, zəngin mədəniyyəti barədə bilgilər, görkəmli elm və sənət
adamlarının həyat və yaradıcılığı, onların yubileylərinin təşkili, mədəni irsin qorunması üçün dövlət qarşısında
qaldırılan məsələlər, tarixi abidələr haqqında müfəssəl məlumat və onların bərpası istiqamətində görülən işlər,
Azərbaycanın ərazi bütövlüyü və erməni təcavüzü, Xocalı faciəsinin dünyaya çatdırılması və s. Bütün bunlar
gündəlik və ardıcıl keçirilən görüşlərdə nümayiş etdirilən xalqa bağlılıq, onun dərdlərinə şəriklik, xeyriyyəçilik və
vətənpərvərliyi özündə ehtiva edirsə, digər tərəfdən nəticə etibarı ilə Azərbaycanın dünyaya daha sağlam, daha sivil
obrazda çıxması, təqdim oluna bilməsi üçün çəkilən böyük və təmənasız zəhmətdir, Azərbaycan xalqının minilliklər
ərzində yaratdığı mənəvi sərvətlərin qorunub saxlanmasına indekslənən gərgin fəaliyyətdir.
Mehriban xanım özünün bu fədakar fəaliyyətində “Xeyirxahlıq və insanpərvərlik insan nəslinin mənəvi
həyatının və ali dəyərlərinin qorunub saxlanması üçündür” fəlsəfəsinə tapınır.
Mehriban xanım Əliyevanın xeyirxahlıq və insanpərvərlik fəlsəfəsinə nəzər salanda dahi alman filosofu
Kantın “Xeyirxah adamlar və nəcib əməllər olmasaydı, həyat çox darıxdırıcı və mənasız olardı” fikrindəki həqiqət
yükünün nə qədər böyük olduğuna bir daha əmin olursan. Bəli, alimlərin, mütəfəkkirlərin, ədəbiyyat, düşüncə və
sənət adamlarının gəldiyi qənaət belədir: mənalı ömür xeyirxahlıqla nəcibliyin, şəfqətlə insansevərliyin,
mərhəmətliklə alicənablığın sintezi üzərində qurulur. İnsanın dəyəri onun mənəvi gözəlliyində, mənəvi
zənginliyində, xeyirxahlığında, nəcibliyində, əxlaqında və zəkasındadır. O xalqlar və cəmiyyətlər ictimai-tarixi
planda xoşbəxt və rifahlı sayılır ki, bütün bu məziyyətlər dövlət adamının təfəkkürü və idarəçilik fəlsəfəsi ilə sıx
surətdə çulğaşıb tamamlanır. Biz müasir Azərbaycanda məhz bunun şahidiyik.
...Zaman dünyaya həmişə böyük töhfələr verib. Filosoflar elə zamanın bəxş etdiyi əvəzsiz töhfələrin siqlətini,
sirayətedici gücünü və nüfuz imkanlarını duyaraq, “Əsl insanın mahiyyəti xeyirxahlıqdır” qənaətinə gəliblər. XIX
əsrin böyük alman bəstəkarı və mədəniyyət xadimi Vilhelm Vaqnerin təbirincə desək, “Əsl insan ləyaqət,
xeyirxahlıq və nəcibliklə müəyyən olunur”. Üstəlik də aurasından, əməlindən, niyyətindən işıq saçan bu insanlar
zamanla ayaqlaşan intellektə, dünyagörüşünə və savada yiyələnəndə dünya daha da gözəl görünür.
Bütün bu keyfiyyətləri özündə əks etdirən həmkarımız Mehriban xanım Əliyevanın xeyirxahlıq və mərhəmət
ənənəsinə bir daha sadiqlik nümayiş etdirərək Novruz bayramı münasibəti ilə amnistiya elan edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisi qarşısında təşəbbüslə çıxış etməsini və belə bir mərhəmət addımı atmasını
bütün Azərbaycan xalqı təbii qəbul etdi. Ona görə ki, onun bütün həyat fəlsəfəsi dövləti sədaqətlilik, mərhəmət və
xeyirxahlıqdır.
Bu mərhəmət amnistiyasının ortaya çıxarılması ilə çox hörmətli Mehriban xanım Əliyeva bir daha sübut etdi
ki, hər zaman əməli fəaliyyəti ilə gözləri yolda olan insanlara, ailələrə sevinc bəxş etməklə daima onlarla birgədir.