AZƏRBAYCAN COĞRAFIYASI VƏ COĞRAFIYANIN TƏDRISI
METODIKASI KAFEDRASI
FƏNN: MƏKTƏB COĞRAFIYASININ TƏDRISI
Mühazirə 6
MÖVZU: COĞRAFIYANIN TƏDRISINDƏ KARTOQRAFIK
VASITƏLƏRDƏN ISTIFADƏ
Dos.N.S.Seyfullayeva
Bakı 2017
Mühazirənin planı
1.
Kartoqrafik vəsaitlərin təhlili.
2.
Xəritənin tədris prosesində rolu.
3.
Xəritə üzərində işin təşkili.
4.
Kontur xəritə üzərində iş qaydaları.
5.
Dərs prosesində kartoqrafik vasitələrdən istifadə imkanları.
6.
Xəritələr sorğu mənbəyi kimi.
7.
Xəritə ilə iş bacarıqlarının formalaşdırılması.
8.
Plan üzərində işin təşkili
9.
Topoqrafik imla
10.
Coğrafi imla
Təbiət və cəmiyyətdə baş verən bir çox hadisə və prosesləri coğrafiya elmi öyrənir.
Öyrənmə prosesi informasiyanın toplanmasından başlayır. İnformasiyalar
peyklər vasitəsilə, çöl tədqiqatları zamanı meteoroloji stansiyalardakı cihazlarla
əldə edilir və müxtəlif laboratoriyalarda, eləcə də, statistika idarələrində toplanır.
Məlumatlar xüsusi laboratoriya avadanlıqlarının, kompüter proqramlarının
köməyi ilə alimlər tərəfindən tәhlil olunur. İnformasiya yalnız mətn, qrafik,
cədvəl və şəkillər formasında deyil, həmçinin digər üsullarla da tәqdim edilir. Ən
geniş yayılmış və daha çox istifadə olunan tәqdimetmә üsulu – kartoqrafik
tәsvirlәr, eləcə də coğrafi xәritәlәrdir.
Keçmiş zamanlarda xəritələr səyyah, dənizçi və tacirlərin danışıqları əsasında
tərtib olunurdusa, hazırda bu işlə coğrafiyanın bir sahəsi olan, ciddi riyazi
prinsiplərə əsaslanan kartoqrafiya və ya xәritәşünaslıq elmi məşğul olur. Təsvir
olunan ərazi haqqında məlumatlar – ərazinin aero və kosmik fotoçəkilişləri
vasitəsilə əldə edilir və bunun əsasında topoqrafik xəritə tərtib olunur.
Kartoqrafik informasiyalar hazırda yalnız tədris prosesinə deyil, gündəlik
məişətə geniş daxil olmuşdur. Hər gün radio və mətbuatda minlərlə coğrafi
adlardan istifadə olunur, beynəlxalq və daxili xəbərlərin təqdimi, kosmik gəmilərin
uçuşu, tikintilər, səyahətlər, hava məlumatları daim müxtəlif məzmunlu xəritələrlə
müşayiət edilir. Bu məlumatlar axınından düzgün istifadə etmək, məlumatlardan
yararlanmaq üçün müasir dövrdə hər bir insanın xəritə savadına malik olması
lazımdır.
Xəritə və digər kartoqrafik təsvir vasitələrindən müxtəlif peşə sahibləri -
coğrafiyaşünaslar, mühəndislər, müəllimlər, hərbçilər, aqronomlar, kosmonavtlar,
təyyarəçilər, geoloqlar, və gəmiçilər müəyyən qədər istifadə edir. Bunun üçün ilk
növbədə xəritə və digər kartoqrafik təsvir vasitələrindən istifadə etmək bacarığına
malik olmalıdır. Xəritə və digər kartoqrafik təsvir vasitələrini oxumaq, onlardan
istifadə etmək bacarığı müəyyən vərdiş və hazırlıq tələb edir. Çünki xəritə
üzərindəki məlumatlar şərti işarələrlə ikiölçülü fəzada təqdim olunur. Müasir
kartoqrafiya xəritəyə real dünyanın şərti işarəli təsvir modeli kimi baxılır.
Kartoqrafik məlumatların təyin edilməsinin onlarca üsulu mövcuddur. Bunlara
xəritənin vizual, kartometrik, qrafik analizi aiddir.
Kartoqrafik təsvirlər çoxdur. Onlardan ən mühümləri aşağıdakılar olub tədris
prosesində istifadə olunur:
xəritə, xəritə-sxem, topoqrafik xəritə, plan, qlobus,
kontur xəritə və s.
Xəritə üzərində aparılan işləri didaktik funksiyaların yerinə yetirilməsinə
görə 3 qrupa ayırmaq olar.
1)
Təhsilverici məqsədi
2)
Tərbiyə edici məqsəd
3)
İnkişafetdirici məqsəd
Xəritə üzərində işlərin müxtəlif səviyyələri mövcuddur. Xəritədə təsvir olunan
hadisə və prosesləri, onların inkişafını dərk etmək üçün xəritələrdən istifadə
kartoqrafik tədqiqat metodları üç qrupa ayrılır:
1.Vizual təhlil-görmə qavranışına əsaslanır, şifahi və yazılı təsvirlə yekunlaşır.
Vizual təhlil xəritə ilə tanış olmaq –yəni ötəri oxu və xəritənin şərti işarələri, əlavə
məlumatlar, təchiz elementləri, xəritənin əhatə etdiyi ərazini və s.-i təhlil edən
bələd olmaqla oxudan ibarətdir.
2.Qrafik təhlil – təcrübədə ən çox istifadə olunur, profillər, diaqramlar, blok-
diaqramlar və s. Məktəb təcrübəsində ən çox relyef, geoloji və kompleks
profillərdən istifadə olunur. Blok – diaqramlar hər hansı səthin eninə və uzununa
şaquli kəsilişləri ilə birlikdə perspektiv təsvirindən ibarət olub üçölçülü şəkildir.
3. Kartometrik təhlil – xəritə üzərində koordinatların yüksəkliklərin, məsafələrin,
sahələrin həcmlərin, istiqamətlərin ölçülməsi və hesablanması üsullarını nəzərdə
tutur, kartoqrafik üsul şagirdlərin riyazi hesablama qabiliyyətinin coğrafiyaya
tətbiqini tələb edir Birmənalı şəkildə kartometrik ilə təyin olunur. Ümumiyyətlə isə
uşaqların xəritələri yaxşı bilmələri üçün onlar keçdikləri yeni mövzuda
öyrəndikləri coğrafi adları, bilik və məlumatları özləri həmin mövzuya uyğun
xəritədə axtarıb tapmaları daha yaxşı olar.
Xəritə üzərində müəllimin apardığı işlər metodik təyinatına görə üç səviyyədə
müəyyən olunur:
1.Xəritəni başa düşmək – kartoqrafik biliklərə malik olmaq deməkdir, yəni
xəritənin nə olmasını, onun xassələrinin, məzmunun, vəzifəsinin nədən ibarət
olduğunu, xəritə üzərindəki hər bir şərti işarənin nə demək olduğunu, xəritələrdən
necə istifadə etmək lazım gəldiyini və bundan nə kimi fayda əldə etmək
mümkün olduğunu bilmək deməkdir. Xəritəni başa düşmək kartoqrafiyanın
predmetini təşkil edir.
2.Xəritəni oxumaq – Xəritəni oxumaq- şərti işarələri oxumaqla hər hansı
ərazinin coğrafi xüsusiyyətləinə dair nəticə çıxarmaq, "məhəlli necə varsa elə də
görmək« – dir. Xəritəni oxumağı bilmək onu başa düşməkdən daha yüksək
mənimsəməni göstərir. Xəritənin əlifbasını( şərti işarələr, miqyas, proyeksiya və s)
bilmək, hələ ki onu oxumağı bacarmaq deyil. Xəritənin oxunması üçün ilk növbədə
kartoqrafik və xəritə biliklərinə malik olmaq, və onun üzərində tapşırıqları həll
etməyi bacarmaqdır.
Xəritəni oxumaq - xəritənin məzmununun qavranılmasına və dərk olunmasına
yönəldilmişdir. Şərti işarələrin məcmusundan istifadə edərək nəzərdən keçirilən
hər hansı ərazinin coğrafi xüsusiyyətləri haqqında düzgün nəticə çıxarmaq,
xəritələrin köməyi ilə təbii və ictimai obyektlərin, təbiət hadisələrinin və əhalinin
və təsərrüfatın fəaliyyətinin yerləşməsi, müasir vəziyyətin qarşılıqlı əlaqələrini
başa düşməyi və öyrənməyi bacarmaq deməkdir. Xəritəni oxumaq xəritəni başa
düşməyin bilməyin daha yüksək mərhələsi olub işarələrin sbzlərlə ifadə
olunmasıdır. Xəritəni oxumaq üçün təkcə onun əlifbasını – şərti işarələrini,
miqyasını, proyeksiyasını və s. bilmək kifayət deyildir. Bundan ötrü kartoqrafik və
coğrafi biliklərlə yanaşı xəritələrin oxunması üzərində çoxlu çalışmaların
aparılması zəruridir. Hər bir bacarıq kimi xəritəni oxumaq bacarığı da, ancaq
çalışmalar hesabına yaradılır.
Xəritə üzərində işin təşkil edilməsi imkanları çoxdur:
1.
Xəritə üzərində obyektləri göstərmək
2.
Xəritə kəsiklərinin qısa səciyyəsini vermək
3.
Xəritə üzərində rəqəmlə ifadə olunan ərazilərin səciyyəsi və ya
müqayisəsini vermək
4.
Xəritə kəsiklərindən pazl kimi istifadə edərək tam xəritələr yaratmaq
5.
Xəritə kəsiklərinin plan üzrə səciyyəsini vermək və s.
Xəritənin oxunması dedikdə aşağıdakılar nəzərdə tutulur:
1. Şərti işarələrdən – legendadan istifadə edərək xəritədə təsvir edilmiş ayrı-ayrı
obyekt və hadisələrin aydınlaşdırılması.
2. Həmin obyekt və hadisələrin mövqeyi və qarşılıqlı yerləşməsi haqqında
müvafiq məkan təsəvvürünün əldə edilməsi.
3. Öyrənilən ərazinin bu və ya digər xüsusiyyətləri haqqında ümumi məlumat əldə
etmək, onun xəritədə əks olunmayan digər əlamətlərini aydınlaşdırmaq, buradakı
dinamik sistemlərin inkişafı, yerləşməsi və qarşılıqlı asılılıq və səbəbiyyətlərinin
aşkara çıxarmaq məqsədilə obyekt və hadisələrin məkanda tutuşdurulması.
Fəal
dərsin bütün mərhələlərində kartoqrafik vəsaitlərdən istifadə imkanları vardır.
3. Xəritəni bilmək – proqram həcmində olan coğrafi obyektlərin adlarını,
formalarını yadda saxlayıb onların qarşılıqlı yerləşmələri haqqında məkan
təsəvvürünə malik olmaq, həmin obyektlərin xarici görünüşünü xəyalən təsvir
etmək deməkdir. Şəgirdlər xəritədə ən mühüm obyektlərin bir-birinə nisbətən
tutduğu yerini, nisbi ölçüsünü ,formasını və adını hafizəyə nisbətən yadda
saxlamaq aydın surətdə təsəvvür etmək deməkdir
Xəritə ilə yanaşı, coğrafiyaçılar başqa təsvir vasitələrindən – xәritә-sxem,
kartoqram vә kartodiaqramlardan da istifadə edirlər.
Xəritə-sxem coğrafi məlumatların əyani və anlaşılan üsulla göstərildiyi,
sadələşdirilmiş və ümumiləşdirilmiş şərti işarəli coğrafi tәsvirdir. Xəritə-
sxemlərdə əl qrafikasından istifadə edilir.
Kartoqram hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsini vizual əks etdirən
təsviridir (lakin xəritə deyildir). Kartoqramda məlumatlar müxtəlif ştrixlər, rənglər
və nöqtələrlə ifadə olunur.
Kartodiaqram coğrafiya xəritəsi ilə diaqramın birləşməsidir. Burada məlumatlar
həndəsi fiqurlar (daha çox dairə və sütunlar) vasitəsilə verilir. Fiqurların ölçüləri
xəritədə təsvir edilən məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsələn,
təqdim olunan xəritədəki diaqramda dairənin böyüklüyü – bu şəhərdə sənayenin
daha güclü olmasını bildirir.
Xəritə üzərində iş metodunun tərkibində aşağıdakı priyomlar daxildir:
1-Xəritə üzrə hər hansı coğrafi obyektin və hadisənin təsviri.
2-Xəritə üzrə koordinantların təyini, vaxtın, məsafələrin hesablanması.
3-Xəritə üzrə fiziki və iqtisadi coğrafi xarakteristikaların tərtibi.
4-Müxtəlif xəritələrin tutuşdurulması əsasında fiziki və iqtisadi coğrafi
qanunauyğunluqların aşkar edilməsi.
Xəritə üzərində işlərin qiymətləndirilməsi
Meyarlar
Yaxşı
Orta
Zəif
Qeyd olunmuş
оbyektlərin miqdarı
Bütün coğrafi
obyektlər qeyd
olunub
Obyektlərin 50%
qeyd olunub
Obyektlərin 50% dən azı
qeyd olunub
Praktik işlərin yerinə
yetirilməsində səliqəlilik
Qeydlər səhvsiz və
düzəlişsizdir
Qeydlərdə cüzi
səhvlər vardır
Qeydlər səhv və
səliqəsizdir
Praktik işin yerinə ye-
tirilməsində dəqiqlik
Qeyd olunan ob-
yektlərin kontur
xəritədəki mövqeyi
xəritə üzərində
mövqeyinə uyğun-
dur
Qeyd olunan obyekt-
lərin bəzilərinin
kontur xəritədəki
mövqeyi ilə xəritə
üzərindəki mövqeyi
uyğundur
Qeyd olunan obyektlərin
kontur xəritədə mövqeyi
xəritə üzərində mövqeyinə
uyğun deyil
Kontur xəritələr üzərində tapşırıqların təşkili-
Kontur xəritədə aparılan işlər möhkəmləndirməyə imkan verir. Şagirdlər
kontur xəritədə lazımi obyektlərin yerində coğrafi adları qeyd edirlər və yazırlar.
Həmçinin şagirdlərin biliklərinin yoxlanması üçün bu xəritələrin tətbiqi əhəmiyyət
kəsb edir.
Şagirdlərin sinifdə və evdə çalışmalarını təşkil etmək və onların
biliklərini yoxayıb qiymətləndirmək məqsədilə kontur xəritələrdən geniş
istifadə olunur. Kontur xəritələr tək - tək vərəqlər halında və bəzən isə
ayrı - ayrı siniflər üçün kompleks halda nəşr olunur. Onların məzmunu
siniflər üzrə dərsliklərin məzmununa uyğun gəlir. Sinifdə kontur xəritə
üzərində işin icrasına 10-15 dəqiqə vaxt vermək kifayyətdir.
Kontur xəritələr üzərində işin təşkili zamanı aşağıdakı qaydalara əməl
olunmalıdır:
1.Tapşırıqların yerinə yetirilməsi zamanı atlas və dərsliklərdən istifadı
olunmalıdır.
2.Xəritə üzərində həyata keçirilən praktik işlərin yerinə yetirilməsində
sadə və qara karandaşlardan istifadə edilməlidir. Xəritə üzərində qələm
və ya flomasterdən istifadə etmək olmaz.
3.Atlas və dərslikdə verilmiş xəritəni köçürmək deyil, yalnız orada
konkret tapşırıqları həll etmək lazımdır.
4.Tapşırıqları yerinə yetirmək üçün lazımi işarələr müəyyən edilməlidir:
legendada onların əhəmiyyəti göstərilməlidir (şərti işarələr xəritənin hər
hansı küncündə xüsusi çərçivənin içərisində cədvəldə yazılmalıdır.
5.Yadda saxlamaq lazımdır ki, tapşırıqlar düzgün və səliqəli
doldurulmalıdır.
6.Xəritə üzərində yazılan hərflər adi karandaşla və baş hərflərlə
yazılmalıdır.
7.Təsvir edilən hadisə və obyektlərin təsviri ilə atlas və dərslikdə olanlar
müqayisə edilməlidir.
8. Diqqət yetirilməlidir:
-Çayların adı onların axdığı istiqamətdə yazılmalıdır;
-Şəhər və ya yaşayış məntəqəsinin birinci və ya sonuncu hərfləri dairəyə
yaxın yazılmalıdır;
-Ada və yarımadaların adı qısa şəkildə a və ya y-a kimi yazılmalıdır;
-Ox işarəsinin istiqamətləri ciddi şəkildə başlanğıcdan sona doğru
çəkilməlidir;
-Kontur xəritələr üzərində sərhədlər düz və ardıcıl xətt kimi deyil, qırıq-
qırıq şəkilməlidir;
Xəritə üzərində illər ərəb (1,2,3,4,5,6,7,8,9), əsrlər isə rum (I, V, X, L,
C, M) rəqəmləri ilə yazılmalıdır.
9.Kontur xəritə üzərində coğrafi obyektləri qeyd edərkən dərəcə toru və
su hövzələrinin sahillərinə əsaslanmaq lazımdır.
10.Əgər rəngli karandaş yoxdursa, o zaman yalnız adi karandaşdan
istifadə etmək olar. Bu zaman müxtəlif ştrixlərdən istifadə etmək
məqsədəuyğundur: nöqtələr, qırıq xətlər, çarpaz xətlər, düz xətlər və s.
Nəticədə çəkilmiş xəritə ağ - qara rənglərdən ibarət qrafik xəritə
olacaqdır. Şagirdlərin kontur xəritələr üzərində işləri sinifdə müəllim
tərəfindən yeni materialların şərhi, praktik məşğələlərdə yeni biliklərin
möhkəmləndirilməsi və yoxlanması zamanı, habelə ev tapşırıqlarını icra
edərkən yerinə yetirilir. Şagirdlərin əsas vəzifəsi kontur xəritələrdə tələb
olunan obyektlərin yerini, konturunu və şərti işarəsini düzgün tapıb adi
karandaşla qeyd edərək yazmaqdan ibarətdir
Təlim prosesində kontur xəritələr müxtəlif məqsədlərlə istifadə olunur
1. coğrafi nomenklaturanı yada salmaq və mənimsənilməsini yoxlamaq üçün
2. qanunauyğunluqları və səbəb-nəticə əlaqələrini aydınlaşdırmaq üçün
3. müxtəlif coğrafı məlumatları modelləşdirmək üçün
4. İstinad konspektlərinin tərtib edilməsinə əsas üçün
Kontur xəritə üzərində işə aşağıdakılar aiddir.
1)
Atlas və xəritədən istifadə
2)
Sadə qələmdən istifadə olunmalıdır
3)
Konkret tapşırıqlar həll olunmalıdır
4)
Şərti işarələr müəyyən olunmalıdır
5)
Düzgün və səliqəli doldurulmalıdır
6)
Hərflər baş hərflə və karandaşla yazılmalıdır
Coğrafi obyektləri qeyd edərkən coğrafi dərəcə toru və göl , çay
sahillərinə əsaslanmaq lazımdır.
Kontur xəritədən istifadənin istiqamətləri aşağıdakılardır.
planlaşdırılan
təlim
nəticələri
kartoqrafik bacarıqlar
Qiymətləndirmək
İzah etmək
Təsvir etmək
Təyin etmək
Adlandırmaq
və
göstərmək
Proqnoz vermək
Məhəllin planının çəkilməsinin təşkil edilməsi
Məhəllin planının çəkmək üçün ilk növbədə şagirdlər plan tərtib etmək üçün tələb
olunan şərtləri – miqyas. Şərti işarəələr, azimut və istiqamətlərin mahiyyətini
bilməlidirlər. Planın tərtib edilməsi üç səviyyədə aparılır:
I səviyyədə müəllim şagirdləri plan ilə tanış edir, izah verir
II səviyyədə şagirdlər hazır verilən plan üzərində tapşırıqlar yerinə yetirirlər
III səviyyədə şagirdlər özləri plan tərtib edirlər.
Plan tərtib etmək üçün aşağı siniflərdə sinif otağı və məktəb həyəti seçilir. Yuxarı
siniflərə doğru isə çox vaxt məktəb həyəti, meydançalar, parklar, kənd yaşayış
məntəqələri, onların ətrafında olan əkin yerləri, otlaqlar, kolluqlar, turizm
obyektləri, şəhərlərin məhəllələri və s. kimi ərazilər seçilir. Daha sonra seçilən
ərazilər üzərində təsvir edilən coğrafi obyektlər üçün şərti işarələr seçilir. Ərazini
təsvir etmək üçün miqyas seçilir. Planın
miqyası 1:10000
və daha böyük olur.
Şərti işarələr ərazinin nə ilə örtüldüyünü, planda hansı obyektlərin yerləşməsini
göstərir. Plana əsasən ərazidə olan obyektlərin yerləşmə vəziyyəti, onların ölçüləri,
digər obyektlərə nisbətən tutduğu mövqe, bu obyektlər arasındakı məsafə müəyyən
edilir. Plan xəritənin bütün üstünlüklərinə malik olmaqla iri miqyaslı olur, təhrif
olmur, obyektlər daha dəqiq verilir, Yerin kürə şəkilli olması nəzərə alınmır.
Meridian və paralellər planda çəkilmir.
Lakin ondan
yalnız kiçik ərazilərin təsviri zamanı istifadə olunur.
Ərazinin plana alınması havadan və yerdən aparılır. Havadan planalma
aerofotoplanalma adlanır. Plan tərtib edilməsində şagirdlər horizontalların təsvir
edilməsi ilə tanış olurlar.
Şagirdlərə horizontalları izah etmək üçün onlara paylama material kimi kıçık
həcmli tapşırıqlar verilir. Məsələn:
“ Dənizə tökülən çayın sol sahilindəki təpənin hündürlüyü 47 m-dir və burada A
məntəqəsi vardır. B məntəqəsi isə çayın sag sahildəki təpənin zirvəsindədir.
Təpənin hündürlüyü isə 65m-ə bərabərdir. Horizontolların 10m-dən bir çəkildiyini
nəzərə alın və təsviri çəkərək izah edin”.
Topoqrafik plan və xəritələr üzərində işin təşkili:
Topoqrafik plan və xəritə ilə aparılan işlər planda olduğu kimi səviyyəsinə
görə üç qrupa ayrılır:
I səviyyədə -şagirdlər topoqrafik plan və xəritə ilə tanış olur, müəllim onlara
topoqrafik planı və ya xəritənin nümayiş etdirərərk, əhəmiyyətini izah edir,
istifadə olunmasının əsas istiqaəmətlərini başa salır
II səviyyə - şagirdlər müəllimin köməyi ilə topoqrafik plandan və
xəritələrdən istifadə edir. xəritə üzərində suallara cavab verir
III səviyyə- şagirdlər müstəqil olaraq topoqrafik plan və xəritənın tərtib
edilməsində iştirak edir. Onlara ilk növbədə topoqrafik imla yazdırmaq
məqsədəuyğundur.
Topoqrafik imla şagirdlərin praktik fəaliyyətinin təşkil edilməsində ən
mühüm vasitələrdən biridir. Şagirdlərin nəzəri biliklərin praktik olaraq tətbiq
edilməsi üçün istifadə olunur. Topoqrafik imla şagirdlərdə
-
miqyasdan istifadə etmək
-
kartoqrafik təsvir üzərində şərti işarələri tətbiq etmək
-
istiqamətlərin azimuta əsasən müəyyən etmək
-
məhəllin planının başa düşmək və bilmək vərdişlərinin
formalaşdırmağa xidmət dir.
Topoqrafik imla şagirdlərdə başqasının fikrini dinləyərək fəaliyyət göstərmək,
nəzəri bilikləri tətbiq etmək və s. qabiliyyətlərini yaradır. Müəllimlər isə imlanı
səsləndirərkən nitqin aydın və səlis olmasını təmin edir. Topoqrafik imlanın
məzmunu slayd vasitəsi ilə də göstərilə bilər. İmlanın müddəti 10-15 dəqiqədən
artıq olmamalıdır. Topoqrafik imlalar əsasən fərdi şəkildə və yazılı aparılır.
Topoqrafik imlalardan paylama materialı kimi istifadə oluna bilər. Belə halda
qrup təşkilat forması tətbiq olunur. İmlanın məzmunu yazılır və imlada tələb
olunan şərti işarələrin, istiqamətlərin yeri boş saxlanılır və ya xətt çəkilir.
Müəyyən vaxt müddətində şagirdlər işi bitirib təhvil verirlər. Bu tip topoqrafik
imlaların eyni səviyyəli və çoxvariantlı olması məqsədəuyğundur. Coğrafiya
kurikulumda topoqrafik imlaların yazılmasına verilən tələb standartlarda öz əksini
tapır və sadədən mürəkkəbə doğru bir neçə sinifdə təkrarlanır. Standartların
əksəriyyətinin məzmununda topoqrafik xəritələr ilə işləmək bacarıqları tələb
olunur. Topoqrafik imlalar dərsin tətbiqetmə və qiymətləndirmə mərhələsində
aparılır. Özünüqiymətləndirmə üçün geniş imkanlara malikdir.Topoqrafik
imlalardan ümumiləşdirici dərs kimi də istifadə oluna bilər.
TOPOQRAFİK İMLALARIN TƏŞKIL EDİLMƏSİ
1. Müəllimlərin şifahi nitqi ilə- imlanı səsləndirərkən nitqin aydın və səlis
olmasını təmin edir.
2. Slaydla - Topoqrafik imlanın məzmunu slayd vasitəsi ilə də göstərilə bilər.
3. Yazılı şəkildə -Topoqrafik imlalar əsasən fərdi şəkildə və yazılı aparıla bilər.
4. Fərdi – paylama materialı kimi şagirdlərin hər birinə ayrıca hazır vəziyyətdə
yazılı surətdə verilə bilər. Onlar şərti işarələri ardıcıllıqla yazıb işi təhvil verə
bilərlər.
Nümunə:
Şərti işarələrin köməyi ilə topoqrafik imlanı yazın: (Tünd hərflərlə yazılan
ifadələrin yerində kartoqrafik şərti işarələrdən istifadə edin)
Biz bu yaxında meşəbəyinin qonağı olduq. Onun yaşadığı_____(ev) meşədən
keçən ____(çığırın) sol tərəfində_____( enliyarpaq ağacların) sonu,_____
( seyrək enliyarpaq) meşənin başlancığında yerləşir. Şimal şərqdən cənub qərbə
doğru uzanan _____(cığır) cənub qərbdə meşənin qurtaracağında ______(şosse
yolu) ilə kəsişir. Qrunt yolu şərqdən qərbə doğru uzanır. Yolun sol tərəfi
______( kolluqla) əhatələnib. Kolluğdan kənarda_____( meyvə bağı) vardır.
Bağda bizim _____(məktəbimiz) yerləşir. Meşənin qırağında cığır ilə şosse
yolun kəsişdiyi yerdə ______( kiçik göl) vardır. Gölün sahilində_______( yel
dəyirmanı ) və onun yanında su quyusu vardır. Meşədə çoxlu sayda__________
(çəmənlik talaları) vardır. Meşənin şərq tərəfindən _____(dəmiryol xətti) keçir.
Coğrafi imla- kartoqrafik bilik və bacarıqların yoxlanılması məqsədi ilə tətbiq
edilən ən etibarlı formalardan biridir. Coğrafi imla vasitəsi ilə eyni vaxt ərzində
sinifdəki bütün şagirdlərin müstəqil fəaliyyətini təşkil etmək mümkündür. Eyni
zamanda müəllimin sorğu və yoxlama üçün sərf etdiyi vaxta qənaət etməkdə
coğrafi imlaların rolu əvəzsizdir.
Coğrafi imlaların yazılı formada aparılması bilik və bacarıqların monitorinqi və
yoxlanılmasında eləcə də qiymətləndirilməsində əsas vasitələrdən biri olduğuna
əsas verir. Coğrafi imla geniş tətbiq edilməsi şagirdlərin coğrafi məkanı obrazlı
təsəvvür etmək vərdişlərini formalaşdırmağa imkan verir.
İmlalar müxtəlif variantlarda tərtib edilir. İşin təşkilində şagirdlərin müstəqli olaraq
imlanı tərtib etmək bacarığının müəyyən etməkdir. Coğrafi imla nümunələrinin
təhlili onların bir neçə variantda tərtib edilməsini göstərir:
1ci variant: şagirdlər xəritə və atlaslardan müstəqil şəkildə istifadə edərək hər
hansı mövzu üzrə ( məsələn Azərbaycan relyaf formaları və ya Azərbaycan
çaylarının siyahisinə əsasən onların hansı fiziki vilayətə aid olduğunu
qruplaşdırmaq ) coğrafi imla tərtib edir. 1-ci variantda yazılan coğrafi imlanın
məqsədi yeni mövzunu öyrənməkdir.
Məsələn:
Coğrafi faktları vilayətlər və ya hər hansı regionlar üzrə uyğun
qruplaşdırmaq tələb olunur. Bunun üçün əvəlcə şagirdlərə regionların adları
yazdırılır. Məsələn:
a.
Azərbaycanın relyef formalarını təbii vilayətlər üzrə qruplaşdırın:
I.
Böyük Qafqaz-
II.
Kür dağarası-
III.
Kiçik Qafqaz-
IV.
Lənkəran-
V.
Orta Araz-
1.Şollar düzü 2.Gülüstan düzü 3. Mil düzü 4. Niyaldağ 5. Murovdağ 6. Peştəsər
7. Qarayazı 8. Ləngəbiz 9. Şahdağ silsiləsi 10. Burovar 11. Gəyən düzü 12.
Şərur düzü 13. Tufan zirvəsi 14. Qanıx əyriçay 15. Vülkanik yayla 16.
Üzükbaşı 17. Kömürgöy 18. Qarabağ silsiləsi 19. Qarabağ düzü 20. Qızyurdu
21. Küküdağ 22. Dübrar 23. Hərami düzu 24. Ələt tirəsi 25. Camışdağ 26.
Qapıcıq 27. Dəlidağ 28. Şirvan 29. Tufan 30. Yaycı düzü 31. Aslan düz 32.
Yarudağ 33. Muğan 34. Burovar 35. Meysarə tirəsi 36. Böyük Kirs 37. Hun
düzü 38. Zuvand çökəyi 39. Gəyən düzü 40. Yan silsilə
Tapşırığı yazılı və şifahi aparmaq olar. Müəllim aramla adları söyləyir. Şagirdlər
ardıcıl olaraq bu coğrafi obyektlərin sıra nömrəsini hansı vilayətdə yerləşdiyini
qeyd edir. Lakin bu əsasən yazılı və ya elektron lövhədə göstərilməklə aparılır.
2-ci variant: Coğrafi imladan yoxlama məqsədi ilə istifadə olunur. Sinifdəki
şagirdlər sayından asılı olaraq iki, üç varianta bölünür. Təqdim edilən coğrafi
obyektlərin siyahisindən və ya coğrafi ifadələrdən variantlara uyğun olaraq
müxtəlif regionlara aid olanları qruplaşdırırlar. Bu tapşırıq
nisbətən
müərəkkəbdir. Vilyətlərə, iqlim sahələrinə, materiklərə . regionlara uyğun gələn
ifadələrin seçilməsi və onları uyğun olaraq qruplaşdırılmasını tələb edir. Bu
tapşırıq daha çox düşünmə tələb edir. Məsələn:
I.
Yarımsəhra və quru çöl
II.
Mülayim- isti
III.
Dağ-soyuq
IV.
Dağ-tundra
1.
1500-2500 m hündürlükləri əhatə edən bu ərazi əsasən yay otlaqlarıdır
2.
Mütləq minimum temperaturun -42
0
C-dən çox olduğu bu ərazi tamamilə
istifadəsizdir.
3.
2700 m-dən yüksəkdə yerləşən zirvələr tamamilə bitkisiz çılpaq
qayalıqlardır.
4.
Yay aylarının quraq keçməsi suvarma əkinçiliyini tələb edir
5.
Mütləq maksimum temperatur + 44
0
C-yə çatan bu sahədə qışda yağıntı
düşür
6.
Qarabağ vulkanik yaylasında səciyyəvi olan iqlim yayda füsünkar gözəllik
yaradır.
7.
Pambıq, üzüm,bostan bitkilərinin becərilməsi üçün geniş aqroiqlim şəraiti
vardır.
8.
Meşə landşaftının yaranması bu sahədə kifayət qədər yağıntının düşdüyünə
əsas verir
9.
Ən isti ayın temperaturu 0-10
0
C arasında dəyişən bu ərazidə əkinçilik üçün
imkan verir.
10.
Respublikamızda Orta Araz təbii vilayəti istisna
olmaqla dağətəklərində
rast gəlinən iqlim, eləcə də Qanıx-Əyriçay və Lənkəran düzənliklərini əhatə
edir
3-cü variant: Coğrafi imlaların dərsdənkənar və ya sinifdənxaric təşkilat
formasında istifadə edilməsidir. Müxtəlif mənbələrdən istifadə etməklə şagirdlər
müstəqli olaraq verilən coğrafi imlada tələb edilən coğrafi obyektlərin adını qeyd
edirlər.
Məsələn:
Məktəb coğrafiya dərnəyinin üzvləri ilə birgə respublika səviyyəli tədbirdə qalib
gəldik və Azərbaycanı hava nəqliyyatı ilə səyahət etmək şansı qazandıq.
Səyahətimizin məqsədi fiziki-coğrafi rayonlar ilə tanış olmaq və onları tanımaqdır.
İlk əvvəl Bakıya ən yaxın olan yayladan _______ başladıq. Son hədəfimiz
Naxçıvanda ________düzənliyi idi. Lakin bizim məqsədimiz həm də cənubda
inversiyanın müşahidə olunduğu _______ rayonuna keçmək və Azərbaycanın ən
böyük çayının keçdiyi _______düzənlikdən keçərək yaşadığımız rayona qayıtmaq
idi. Biz əvvəlcə şimala tərəf üz tutduq. ______ ovalığının yarımsəhralarındakı
intrazonal meşə landşaftları ilə tanış olduq. Sonra ölkəmizin ən uca zirvəsinin
yerləşdiyi ________ silsiləsindən keçərək Azərbaycanın müasir ən gözəl turizm
mərkəzinə çevrilən _______rayonunda ________ kanata mindirk. Bizdən sol
tərəfdə nəhəng və susuz ______düzü uzanırdı. Yolumuz qərbə doğru idi. ______
düzənliyində allüvüal-çəmən torpaqlar əsasən şumlanmışdı. Bizim sol tərəfimizdə
uca zirvələrinin qar və buzlaqlarla örtülü olduğu __________ görünürdü. Biz
arid denudasion relyefin üstün olduğu quru iqlim şəraitində yaranan denudasion
relyef formaları olan ________düzünün üzərindən keçdik. Qarşıda füsünkar təbiət
bizi sehrinə almışdı. 1139-cu ildə baş verən zəlzələ zamanı yaranan _________
özünün əsrarəngiz gözəlliyi və yamacdakı meşə və talalar xüsusilə insanı cəlb
edirdi. Paralel boyu uzanan ________sıra dağları keçərək ________dağlarına
çatdıq. Cənubda çayın kənarı ilə ______________- düzənlikləri . Biz qərbə tərəf
istiqamət aldıq. Və yayı rütubətli keçən , vulkanik göllərin yayıldığı
___________vulkanik yaylası üzərindən keçdik. Buranın zəngin təbiətinin seyrinə
dalmışdıq. Az sonra __________-dağlarını keçib Naxçıvana çatdıq. Geriyə
qayıtmaq vaxtı çatmışdı. Bizim səyahətimiz sona çatdı. Biz ölkəmizi çoox-lap
çoox sevdik!
Coğrafiya atlası eyni qaydada tərtib və nəşr edilmiş və müəyyən sistem üzrə bir
yerə yığılmış coğrafiya xəritələrinin cəmində ibarətdir. Lakin, atlas müxtəlif
coğrafiya xəritələrinin sadəcə olaraq cəmi deyil; məqsəd və vəzifəsindən, istifadə
edilmə üsulundan asılı olaraq, bir-biri ilə üzvü surətdə əlaqəsi olan və bir-birini
tamamlayan xəritələrin vahid sistemindən ibarətdir.
Atlasların tərtib edilməsi mürəkkəb bir iş sayılır. Atlasa daxil olan xəritələrin
hamısı vahid bir proqram əsasında tərtib edilir ki, bunun da nəticəsində həmin
xəritələrin müqayisə edilməsi mümkün olur. Bütün bunlar proyeksiyanın əlverişli
surətdə seçilməsi, miqyasın çoxda müxtəlif olmaması, təsvirin və göstəricilərin
ümumiliyi, şərti işarələrin, rənglərin və şriftlərin eyni olması və s. məsələləri əhatə
edir. Atlasın məqsədi onun məzmununu: atlasda verilən məlumatın qədərini, atlas
bölmələrinin quruluşunu, xəritələrin yerləşməsinin ardıcıllığını, atlasın həcmini
təyin edir. Məsələn, orta məktəb üçün buraxılan coğrafiya atlasların məzmunu hər
sinif üzrə coğrafiya proqramlarına uyğun gəlir və sabit dərsliklərlə razılaşdırılır,
atlasın formatı, qiyməti və s. cəhətləri də nəzərə alınır.
Atlasların strukturu 3 bölmədən ibarətdir.
Giriş bölməsi - şəkil, cədvəl, şərti işarələr və s.
Xəritələr bölməsi – xəritələr verilir.
Məlumat bölməsi – statistik məlumatlar verilir
Dostları ilə paylaş: |