Ocaqov H.O.
Nağıyev N.T.
Muxtarov R.M
MÖVZU 14
Mülki Müdafiə xidmətləri və
qüvvələri.
Mülki müdafiə sistemində rabitə
və xəbərdarlığın təşkili.
Mülki Müdafiə xidmətləri və onların
vəzifələri.
MM qüvvələri, onların təyinatı.
Fövqəladə hallar zamanı rabitə.
Fövqəladə hallar zamanı əhalinin
xəbərdarlığı.
M
övzu 3
Mülki Müdafiə xidmətləri
•
Azərbaycan Respublikasının
Respublika
MM işinə ümumi rəhbərliyi
respublikanın Prezidenti həyata
üzrə
keçirir
.
Şəhər, rayon,
•
Şəhər, rayon, kənd, qəsəbələrdə icra
hakimiyyəti
kənd, qəsəbə üzrə
başçıları və onların
nümayəndələri MM-ə rəhbərlik
Təsərrüfat birlikləri
edirlər.
və obyektlər üzrə
•
Təsərrüfat birlikləri və
obyektlərdə MM-ə rəhbərliyi
onların
rəhbərləri
və
sahibkarlar edirlər.
Mülki Müdafiə xidmətləri
Rabitə xidməti - rayon (şəhər) rabitə kontorunun bazası əsasında təşkil
olunur.
Tibb xidməti – tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmət
rəisi – rayonun baş həkimidir).
İctimai asayişi mühafizə xidməti – polis şöbəsinin bazası əsasında
təşkil olunur (xidmətin rəisi – rayon polis şöbəsinin rəisidir).
Yanğından mühafizə xidməti – yanğından mühafizə təşkilatlarının
bazası əsasında yaradılır (xidmətin rəisi –rayon yağın müfəttişidir).
Ərzaq və paltarla təchizat xidməti – rayon istehlak cəmiyyəti və ticarət
bazası əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin
sədridir).
Heyvanları və bitkiləri mühafizə xidməti - baytarlıq və aqronomiya
idarələrinin bazası əsasında təşkil olunur.
Rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda başqa xidmətlər
də (kommunal-texniki xidmət; avtomobil nəqliyyatı xidməti;
madditexniki təchizat, energetika və b. xidmətlər ) yaradıla bilər.
Müəssisə direktorları, rəhbərləri mülki müdafiəyə
cavabdeh
şəxssayılırlar.Onlaraaşağıdakıvəzifələrhəvaləolunur:
Obyekt dəstələri yaratmaq, onları lazımi əmlakla təchiz etmək və bu
dəstələrin döyüş hazırlığını təmin etmək;
Əhaliyə FH-dan mühafizə tədbirlərinin öyrədilməsini təşkil etmək;
MM dəstələri və əhali üçün xüsusi əmlak və fərdi mühafizə vasitələri
əldə etmək, bunları toplayıb saxlamaq;
Vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH təhlükəsi
haqqında vaxtında xəbər vermək;
Əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik
etmək;
Profilaktika, epidemiya, epizootiya və s. tədbirləri təşkil etmək;
Əhalinin köçürülməsini təşkil etmək;
Şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək;
Xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları
hazırlamaq;
Dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək
və s;
Rayonun mülki müdafiə dəstələri.
Rayonun müəssisələrində bu dəstələr yaradılır: xilasedici dəstələr
(komandalar), kəşfiyyat qrupları (manqalar), ətraf mühitin
radioaktivliyini müşahidə postları, rabitə qrupları, sanitar drujinası
dəstələri, yanğınsöndürən komandalar (bölmələr), ictimai asayişi
mühafizə dəstələri (komandaları), zərərsizləşdirici komandalar
(qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə
komandaları (qruplar)ı.
Kənd
yerlərindəki
müalicə-profilaktika
idarələrinin
və
şəhərlərdən köçürülən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım
dəstələri, epidemiya əleyhinə səyyar dəstələr, ixtisaslı tibbi yardım
dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri
(baza xəstəxanaları idarəsi, çeşidləmə-köçürmə hospitalları , mərkəzi və
profil xəstəxanaları ) təşkil edilir.
Dəstələr istehsalat prinsipi əsasında komplektləşdirilir və təlimə cəlb
edilirlər.
Rayonun mülki müdafiə dəstələri.
Xilasedici dəstə 2-4 komandadan ibarət olub, obyektin əsas mülki
müdafiə dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq,
uçqunlar altından, dağıdılmış sığınacaq və binalardan çıxarmaq,
həkimə qədər yardım göstərmək, habelə onları zədələnmə ocağından
aparmaq üçün nəzərdə tutulur.
Kəşfiyyat qrupu 3-5 manqadan ibarət olur. Bu qrupun əsas
vəzifələri - zədələnmə ocağının hüdudlarını, dağıntıların xarakterini və
miqdarını, radiasiyanın səviyyələrini, zəhərləyici maddələrin və
bakterioloji vasitələrin növünü müəyyən etməkdir.
Zərərsizləşdirici komanda 2-4 qrupdan ibarət olub ərazini,
tikintiləri və texnikani zərərsizləşdirmək üçün nəzərdə tutulur.
Rayonun mülki müdafiə dəstələri.
Sanitar drujinası dəstəsi 4-5 sanitar drujinasından ibarətdir və
kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım
göstərmək üçün nəzərdə tutulur. Sanitar drujinaları – beş manqadan
ibarətdir; kənd təsərrüfatı və orta təhsil müəssisələrinin, bazası əsasında
yaradılır. Drujinalar zərər çəkmiş şəxslərə zədələnmə ocağında ilk tibbi
yardım göstərmək üçündür.
Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları
müəssisə və obyektlərdə radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti
müşahidə etmək, sahələrdə zərərlənmə başladığını aşkar etmək və bu
barədə obyektin MM qərargahını məlumatlandırmaq üçündür.
Mülki Müdafiə qüvvələri
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun
hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşməmiş
mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş
idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla
xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb
olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən
ibarətdir.
Mülki müdafiə qüvvələri FH-ın nəticələrini aradan
qaldırarkən X və DTİ yerinə yetirmək, bu işləri təmin etmək,
eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra etmək üçündür.
Mülki Müdafiə qüvvələri
Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr
təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetirilən
tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən
böyük hissələridir.
Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşməmiş
ümumi və xüsusi mülki müdafiə dəstələri bilavasitə həmin orqan
rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərir.
Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi-istehsalat
prinsipi üzrə Naxçıvan Muxtar Respublikasında, rayonlarda,
şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır.
Mülki Müdafiə qüvvələri
Mülki müdafiə dəstələri əmin-amanlıq dövründə ayrı-ayrı
təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla,
texniki və nəqliyyat vasitələrilə, təşkilatın hesabına normalara
uyğun olaraq təchiz olunurlar.
Hərbiləşməmiş mülki müdafiə dəstələrinə Azərbaycan
Respublikasının vətəndaşı olan 18 yaşından 60 yaşadək kişilər,
18 yaşından 55 yaşadək qadınlar cəlb edilirlər. Birinci və ikinci
qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin
3 yaşadək uşağı olan orta və ali tibb təsilli qadınlar dəstələrə cəlb
olunmurlar.
Mülki Müdafiə qüvvələri
Mülki müdafiə dəstələri tabeliyinə və yerinə yetirdikləri
vəzifələrə görə aşağıdakı növlərə bölünürlər:
Tabeliyinə görə
•
ərazi dəstələri;
•
obyekt mülki müdafiə dəstələri.
Yerinə yetirdikləri vəzifələrə görə
•
obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri;
• xidmət dəstələri (xüsusi məqsədli dəstələr);
•
ixtisaslaşdırılmiş dəstələr.
Mülki Müdafiə qüvvələri
Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə işləri
aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini
aradan qaldırmaq üçün nəzərdə tutulur. Yığma komandalar
(qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma
mexanizasiya dəstələri (komandaları) ümumi məqsədli dəstələr
sayılır.
Mülki müdafiə xidmət dəstələri - xüsusi təyinatli dəstələr
kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetik və
kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən
istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır.
Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi
yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik
hazırlıqda olurlar (24 saat).
MM rabitə və xəbərdarlıq sisteminin vəzifələri,
təşkili prinsipləri və rabitə xəbərdarlıq vasitələri.
Mühafizə tədbirləri həyata keçirilərkən mülki müdafiə qüvvələrinə rəhbərlik
üçün MM-i idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə
tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli işlərinə daimi
rəhbərliyi və nəzarəti təmin etməkdir.
Rabitə - idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən
biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən
fövqəladə hallar yaranan dövrdə, müharibə vaxtı, habelə təbii fəlakətlər və güclü
istehsalat qəzaları baş verən şəraitdə çox böyük əhəmiyyət kəsb edir. Buna görə
də MM-in bütün vasitələrində - obyektlərdə, rayon və şəhərlərdə, respublikada
onun rəhbərlərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri təşkil
edilir.
MM rabitə sistemi.
Bütün səviyyələrdə rabitə sisteminin əsas vəzifələri
tabelikdəkilərin fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin
təşkil olunmasını və saxlanmasını, həmçinin sərəncamların,
siqnalların və məlumatların vaxtında verilməsi və qəbul
olunmasını təmin etməkdən ibarətdir. Rabitə - yuxarı təşkilatın
rəhbəri, tabelikdəki qüvvələr və qonşular, həmçinin qarşılıqlı
fəaliyyət göstərən orqan və qüvvəllər arasında təşkil edilir.
Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı,
informasiyanın etibarlı surətdə fasiləsiz, dəqiq və tez
çatdırılmasına imkan verilməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə
qovşaqlarını əvvəlcədən yaratmaq və avadanlaşdırmaq, bütün
rabitə vasitələtindən kompleks halında istifadə etmək, eləcə də
rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır.
MM rabitə sistemi və rabitə xəbərdarlıq
vasitələri.
Rabitənin təşkili üçün radio-telefon (məftili rabitə), səyyar və siqnallı
rabitə vasitələridən istafadə olunur. Bunlara rabitənin növləri deyilir.
Radio və telefon rabitə növü ən mürəkkəb şəraitdə belə, istənilən
məsafədəki çoxlu orqanlarla, eyni zamanda və dərhal rabitə yaradıb əlaqə
saxlamağa imkan verir.
Məftilli rabitə vasitələrindən isə həm sülh, həm də hərbi dövrlərdə MM-
in bütün vasitələrindən daha geniş istifadə olunur.
Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür
operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara,
eləcə də yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi
təyyarələrdən, vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat
vasitələrindən, bir sıra hallarda isə piyadalardan da istifadə edilə bilər.
Siqnallı rabitə vasitələrindən - əhalini xəbərdar etmək məqsədi ilə
istifadə olunur. Siqnal vasitələri elektrik və əl sirenalarından, siqnal
raketlərindən, yəni işıq və səs siqnalı verən vasitələrdən ibarətdir.
Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq.
Rabitə sistemi əmin amanlıq dövründə mövcud olan rabitə
qovşaqları, stansiyaları və xətlərindən, eləcə də MM qərargahlarının
tabel rabitə vasitələrindən istifadə olunmaqla təşkil edilir.
Şəhərin ərazisində vahid MM rabitə sistemi yaradılmalıdır. Buna
bütün mövcud qüvvə və vasitələr, dolayı rabitə xətlərini bir mərkəzdə
cəmləşdirmək,
onlara
rəhbərliyi
mərkəzləşdirilmiş
halda
planlaşdırmaq və rabitənin bütün növlərindən kompleks halında
istifadə etməklə nail olmaq mümkündür.
Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq.
Şəhərin (rayonun) rabitə xidməti imkan verməlidir ki, MM
Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq.
rəhbərləri öz idarəetmə məntəqələrində tabelikdəki təşkilatların və
MM xidmətlərinin başçıları ilə, yuxarı və qarşılıqlı fəaliyyət göstərən
MM qərargahları ilə, eləcə də ərazi MM dəstələrinin komandirləri,
kəşfiyyat orqanları, əhalini köçürmə (qəbuletmə), nəqliyyata
mindirmə (düşürmə) məntəqələri ilə etibarlı əlaqə saxlaya bilsin,
həmçinin hər cür təhlükəli hallar barədə vəzifəli şəxsləri və bütün
əhalini vaxtında xəbərdar etmək mümkün olsun.
Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq.
Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə
şəhərdə olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq
müəssisənin rabitə qovşağını, obyekt idarəetmə məntəqəsinin rabitə
qovşağını və MM dəstələrinin rabitə vasitələrini özündə birləşdirir.
Obyektlərdə də rabitənin adları çəkilən bütün 4 növdən
aşağıdakı qaydada istifadə olunur:
•
Məftilli rabitə
•
Radiorabitə
•
Səyyar rabitədən
•
Siqnalla rabitə vasitələri
Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq.
Məftilli rabitə - rayonun (şəhərin), nazirliyin (yuxarı idarənin)
rəhbərliyi ilə; obtektin sığınacaqları, müşahidə postu, öz iş
yerlərindəki sex və şöbə rəisləri və obyektin MM xidmətləri ilə əlaqə
saxlamaq üçündür.
Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq.
Radiorabitə - obyektdə, adətən, MM rəhbərlərinin radioşəbəkəsi
Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq.
təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur.
Obyekt MM rəhbərlərinin radiostansiyası isə şəhər (rayon) rəhbərinin
radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və
zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.
Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas
istiqamətlərdə - əlavə vasitələr kimi, belə avadanlıq olmayan hallarda
rabitə növü kimi istifadə edilir.
Siqnallı rabitə vasitələri – sirenalar, siqnal raketləri və
bayraqcıqları həm xəbərdarlıq üçün, həm də MM–in sərəncam və
komandalarını çatdırmaqdan ötrü yardımçı vasitələr kimi işlədilir.
MM xəbərdarlıq sisteminin vəzifələri,
təşkili prinsipləri
MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası
belədir: Xəbərdarlıq siqnallarının həm respublika MM qərargahı
tərəfindən verilib regional bölmələrə, şəhərlərə və rayon
mərkəzlərinə çatdırılması mümkündür, həm də siqnal, məlumat və
xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri
tərəfindən verilə bilər. Birinci halda - respublika MM idarəsində
yaxud onun şöbələrindən rayon mərkəzlərinə çatdırılan siqnallar
yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər
və əhali xəbərdar edilməlidir.
Rəhbər heyət iş və mənzillərdəki telefon vasitəsilə xəbərdar
edilir.
Əhaliyə siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərində
müvafiq MM rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım
şəbəkəsi ilə çatdırılır.
MM
xəbərdarlıq sisteminin vəzifələri, təşkili
prinsipləri
Müəssisələrin, təsərrrüfatların və digər təşkilatların rəhbələrinə
rayonun, bir sıra hallarda isə paralel olaraq nazirliyin MM qərargahları
xəbər verirlər. Obyektlərdə isə öz növbəsində əvvəlcədən lazımi
avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradılır, eləcə də rabitə
və xəbərdarlıq sistemi tərtib edilir. Xəbərdarlıq sxemi obyektdə rəhbər
heyətin, MM dəstələrinin və digər işçilərin iş və işdənkənar vaxt
xəbərdar edilməsi qaydasını müəyyən edən sənəddir.
Siqnal və sərəncamları tez çatdırmaq üçün vacib obyektlərin MMin
mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə sistem
obyekyin özündə də yaradıla bilər.
MM xəbərdarlıq vasitələri.
Mərkəzləşdirilmiş avtomat
xəbərdarlıq
sisteminin tərkibi S-40
və S-28 elektrik
sirenalarından, məsafədən idarəetmə məcburi
çağırış aparaturadan və rabitə xətlərindən Sirena S-40 ibarətdir.
S-40 elektrik sirenası küçələrdə qoyulmaq
üçündür, səsi 300-700 metrdən eşidilir. S-28 sirenası
isə sənaye müəssisələrinin səsküylü sexlərində
qoyulur.
Məsafədən idarəetmə və məcburi çağırış P-
160 aparaturu elektrik sirenalarının mərkəzdən
Sirena S-28
işə qoşulmasını, xəbərdarlıq siqnallarını vermək
üçün radioyayım qovşağı proqramını məsafədən
məcburi
surətdə dəyişdirilməsini, eləcə də
rəhbər heyətin iş və mənzil telefonlarına çağırış
siqnallarının məcburən verilməsini təmin edir.
P-160 aparaturu
Fövqəladə hallar zamanı əhalinin
xəbərdarlığı
MM siqnallarının verilməsindən məqsəd – düşmən tərəfindən
bilavasitə nüvə, kimyəvi, bakterioloji və d. silahların işlədilməsi
ehtimalı yarandığı barədə və dərhal mühafizə tədbirləri görmək
lazım olduğu haqqında şəhərlərin və kənd yerlərinin əhalisini
vaxtında xəbərdər etməkdir.
Siqnallar MM orqanları tərəfindən növbədən kənar verilir, bu
məqsədlə radiodan, televizordan, bütün rabitə vasitələrindən, səs
və işıq siqnallarından istifadə olunur. Lakin siqnal və xəbər
verməyin əsas vasitəsi – məftilli radioveriliş şəbəkəsidir.
Müharibə və sülh dövrlərindəki FH-da hər hansı bir xəbər və
məlumatdan əvvəl səs sirenaları, habelə müəsissələrin, nəqliyyat
vasitələrinin fit səsləri vasitəsilə “HAMININ DİQQƏTİNƏ”
siqnalı verilir.
Fövqəladə hallar zamanı əhalinin
xəbərdarlığı.
Ümumi “Haminin Diqqətinə” siqnalının verilməsində məqsəd
əhalinin diqqətini cəlb etmək və bu siqnalın ardınca elan ediləcək
şifahi xəbər, məlumat və göstərişlərin hamıya çatdırılmasına nail
olmaqdır.
Müharibə dövründə “Hamının diqqətinə” siqnalından sonra
yaranmış vəziyyətə görə mülki müdafiənin bu siqnalları (xəbərləri)
verilə bilər: “Hava həyəcanı”, “Hava həyəcanı qurtardı”,
“Radiasiya təhlükəsi”, “kKmya həyəcanı”. Bütün əhalinin bu
siqnalları bilməsi mühafizə tədbirlərini tez və dəqiq yerinə
yetirməyə, tələfatın miqdarını xeyli azaltmağa imkan yaradır.
MM siqnalları üzrə bütün əhali üçün davranışın ümumi
qaydaları əvvəlcədən, hələ əmin-amanlıq dövründə müəyyən edilir
və bütün əhaliyə öyrədilir.
Fövqəladə hallar zamanı əhalinin
xəbərdarlığı.
“HAVA HƏYƏCANI” siqnalı verilərkən
necə davranmalı?
“Hava həyəcanı” siqnalı bütün əhalini xəbərdar edir ki, bu
şəhərə (rayona) düşmən hər an zərbə endirə bilər və qorunmaq
üçün dərhal daldalanmaq lazımdır. Sirenaların uğultulu fiti
vasitəsilə “Hamının diqqətinə!” siqnalı verildikdən sonra
radio və televiziya şəbəkəsilə belə
elan
edilir : “Diqqət!
Danışır
mülki müdafiə qərərgahı!Vətəndaşlar! Hava
həyəcanıdır! Hava həyəcanı! Hava həyəcanı!”. Elan bir neçə
dəfə təkrar olunmalı
Ocaqov H.O.
və əhalinin dərhal
daldalanması haqqında
Nağıyev N.T.
göstəriş verilməlidir.
Muxtarov R.M
Fövqəladə hallar zamanı əhalinin
xəbərdarlığı.
Siqnal adamlar evdə olarkən verilərsə, mənzildən çıxmazdan
əvvəl pəncərələri örtməli, qızdırıcı cihazları, qazı (sobanı), işığı
söndürməli, dərhal mühafizə vasitələrini, ilk tibbi yardım
vasitələrini, həmçinin əvvəlcədən (hücum təhlükəsi yarandığı elan
edilən dövrdə) tədarük edilmiş bir qədər ərzaq və içməli su
ehtiyatını, sənədləri götürüb dərhal ən yaxındakı sığınacağa
(daldalanacağa) getmək gərəkdir.
Bu zaman cəld, lakin təmkinlə və çaxnaşmaya düşmədən
davranmaq olduqca vacibdir. Uşaqları kənara buraxmaq olmaz.
Sığınacağa (daldalanacağa) girərkən təşviş yaratmamalı, uşaqları,
hamilə qadınları, qocaları, əlilləri irəli buraxmalı, orada MM
postunun göstərdiyi yerə oturub, müəyyən olunmuş qaydalara və
post heyətinin göstərişlərinə dəqiq riayət edilməlidir.
Fövqəladə hallar zamanı əhalinin
xəbərdarlığı.
Siqnal adamlar işdə olarkən verilərsə, müəssisədəki (sexdəki)
xüsusi təlimatda göstərilən tədbirlər dəqiq yerinə yetirilməlidir.
İşlədilən dəzgahı, aqreqatı dayandırmaq, cərəyanı kəsmək,
buxarın, oksigenin, qazın, suyun və s. təzyiqini azaltmaq üçün
tədbir görmək lazımdır. Mexaniki sexlərdə, laboratoriyalarda,
anbarlarda,
yükvurma-boşaltma
meydançalarında
iş
dayandırılmalı, avadanlıq işdən açılmalıdır. Bundan sonra
müəyyən olunmuş qaydaya riayət etməklə, sex, briqada, şöbə
üçün nəzərdə tutulan sığınacağa (daldalanacağa) getmək lazımdır.
Əgər istehsalat şəraitinə görə aqreqatı, peçi, turbini, texnoloji
xətti və s. dayandırmaq qeyri mümkündürsə, onları təhlükəsiz iş
rejiminə keçirir, onlara xidmət edən məsul növbətçilər iş yerinin
yaxınlığında əvvəlcədən (düşmən hücumu qorxusu elan edilən
dövrdə) hazırlanmış fərdi daldalanacaqda gizlənirlər.
Fövqəladə hallar zamanı əhalinin xəbərdarlığı
.
“Hava həyəcanı” siqnalı verilərkən məktəblərdə məşğələlər
dayandırılır, bütün şagird (tələbə) və müəllimlər mühafizə
yerlərində daldalanırlar; heç bir uşağı evə buraxmaq olmaz.
İctimai yerlərdə (mağaza, bazar, kino-teatr və s.) olarkən siqnal
verilərsə, yaxındakı mühafizə qurğusunun yeri barədə
müdriyyətin göstərişini dinləmək və oraya getmək vacibdir. Əgər
elə göstəriş verilməsə, adamlar küçəyə çıxmalı və gizlənmə yerini
asayış keşikçiləri, MM postlarından soruşmaqla və ya göstərici
nişanlara görə müəyyən edib daldalanmalıdırlar.
Fövqəladə hallar zaman əhalinin
xəbərdarlığı
.
Siqnal adamlar şəhər nəqliyyatında (avtobus, trolleybus,
tramvay) gedərkən verilərsə, nəqliyyat vasitəsinin dayanmasını
gözləmək, sonra düşüb sürücünün göstərdiyi yerdə gizlənmək
lazımdır. Sürücülər marşurutdakı sığınacağın (daldalanacağın)
yerini bilməli və sərnişinləri həmin yerin yaxınlığında
düşürməlidirlər. Yaxında sığınacaq və ya daldalanacaq yoxdursa,
adamlar gizlənmək üçün bütün imkanlardan (yeraltı keçidlər,
səngər, tunel, yolkənarı və s.) istifadə etməlidirlər. Belə hallarda
dərhal mühafizə vasitələrini geymək lazımdır.
“Hava həyəcanı” siqnalı verilərkən kənd rayonlarının sakinləri
və şəhərlərdən köçürülmüş əhali radiasiya daldalanacaqlarında
(daldalanmaq üçün uyğunlaşdırılmış zirzəmilərdə, döşəməaltı
yerlərdə və s.) gizlənməlidir. Mal-qara tövlələrdə, dərələrdə,
yarğanlarda, meşəlik sahələrdə daldalandırıla bilər. Yaşayış
yerindən uzaqda çöldə, sahələrdə işləyən adamlar siqnal verilərkən
təbii daldalanma yerlərində, xəndək, yarğan, təpənin arxası, çökək
yerlərdə daldalanmalıdırlar.
Fövqəladə hallar zamanı əhalinin
xəbərdarlığı.
“Hava həyəcanı” siqnalı üzrə gecələr hər
yerdə müəyyən olunmuş işıqgizlətmə rejimi
yerinə yetirilir. Belə halda yalnız mühafizə
qurğularına və müalicə müəssisələrinə giriş
yerlərindəki işıqlar, yanğın söndürmə
vasitələrinin işıq göstəriciləri qalacaq, digər
bütün işıqlar söndürüləcəkdir. Hər cür
nəqliyyat vasitələri dayandırılır, onların və
işıqları söndürülür.
“Hava
həyəcanı”
siqnalı
üzrə
daldalanmış bütün əhali daldalanma yerində
“hava
həyəcanı
qurtardı”
siqnalı
verilənədək qalmalıdır.
Fövqəladə hallar zamanı əhalinin
xəbərdarlığı.
“Hava həyəcanı qurtardı” siqnalı nə vaxt, necə verilir, siqnal
verilərkən necə davranmalı?
Düşmənin havadan bilavasitə basqın təhlükəsi sovuşduqda
mülki müdafiə orqanları “Hamının diqqətinə!” siqnalından sonra
radioveriliş şəbəkələri, yerli radio və televiziya stansiyaları
vasitəsilə, habelə əldə olan digər üsullarla (telefon, səsucaldan
səyyar qurğular və s.) “Hava həyəcanı qurtardı” elan edirlər.
Siqnal belə elan edilir: “Diqqət! Danışır Mülki Müdafiə
qərargahı! Havadan basqın təhlükəsi sovuşdu. Hava həyəcanı
qurtardı!”.
Siqnal verilərkən adamlar komendantın göstərişi ilə sığınacaq və
daldanacaqları tərk edir, hər bir kəs iş yerlərinə qayıdıb işə
başlayırlar.
Fövqəladə hallar zamanı əhalinin
xəbərdarlığı.
“Radiasiya təhlükəsi” siqnalı verilərkən necə fəaliyyət
göstərməli?
Radioaktiv bulud hərəkət edən istiqamətdəki yaşayış
məntəqələrində və rayonlarda radioaktiv zəhərlənmə aşkar
olunduqda və ya belə zəhərlənmənin 1 saat müddətində baş verəcəyi
gözləndikdə “Hamının diqqətinə!” siqnalından sonra “Radiasiya
təhlükəsi” siqnalı verilir. Siqnal bütün yerli texniki rabitə və
xəbərdarlıq vasitələrindən istifadə olunmaqla verilir, yerlərdə isə
səs və işıq siqnalları ilə təkrar etdirilir.
Siqnal belə elan edilir: “Diqqət! Danışır mülki müdafiə
qərargahı. Vətəndaşlar! Radiasiya təhlükəsi! Radiasiya
təhlükəsi!”. Bu elanla birlikdə görülməli mühafizə tədbirləri
barədə, habelə radiasiyanın səviyyəsindən asılı olaraq əhalinin
davranış rejimləri (radiasiyadan mühafizə rejimləri) haqqında mülki
müdafiə qərargahının konkret göstərişləri də verilməlidir.
Fövqəladə hallar zamanı əhalinin xəbərdarlığı
Siqnal verilərkən əleyhqazı, respiratoru, bunlar olmadıqda tozdan
qoruyan parça maska və ya pambıqlı tənzif sarğını taxmaq, ərzaq və su
ehtiyatı, dərman, ən zəruri şeyləri götürüb sığınacağa və ya radiasiya
daldalanacağına getmək lazımdır. Belə xüsusi mühafizə qurğuları
olmayan hallarda radioaktiv zəhərlənmədən qorunmaq üçün daş
binalardan, mənzillərdən və zirzəmilərdən istifadə etmək mümkündür.
Lakin bu zaman onları kipləşdirmək, qapı və pəncərələri kip bağlamaq,
onların qarşısına pərdə çəkmək, bütün deşik və bacaları bərkitmək
lazımdır.
Adamlar zəhərli sahələrdə qalarsa və ya zəhərli yerlərdən keçib
getməli olarlarsa, onlar fərdi tibb qutularındakı (Aİ-2 tibb qutusu) 1
nömrəli radiasiyadan mühafizə dərmanının həblərini qəbul etməlidirlər.
Bu həbləri qəbul etmək qaydası qutudakı təlimat vərəqəsində
göstərilmişdir.
Fövqəladə hallar zamanı əhalinin
xəbərdarlığı
“Kimya həyəcanı” siqnalı verilərkən necə davranmalı?
“Kimya həyəcanı” siqnalı kimyəvi və ya bakterioloji
zəhərlənmə təhlükəsi yarandıqda, və ya belə zəhərlənmələr
bilavasitə aşkar edildikdə “Hamının Diqqətinə!” siqnalından
sonra texniki rabitə və xəbərdarlıq vasitələri ilə belə elan edilir:
“Diqqət! Danışır mülki müdafiə qərargahı! Vətəndaşlar!
Kimya həyəcanı! Kimya həyəcanı!”. Bu zaman aşkar olunmuş
zəhərləyici maddənin və ya yolxucu xəstəlik törədicisinin növü
nəzərə alınmaqla, əhalinin davranışı barədə konkret məsləhətlər,
məlumatlar verilir. Siqnal yerlərdə səs və işıq siqnalları vasitəsilə
verilməlidir.
Siqnal verilərkən dərhal əleyhqazı taxmaq, mühafizə
paltarlarını geymək və mühafizə qurğusunda gizlənmək lazımdır.
Siqnal verilərkən sığınacaqda olan adamlar ancaq onun kipliyi
pozularkən əleyhqaz taxırlar.
Fövqəladə hallar zamanı
Ocaqov H.O.
əhalinin xəbərdarlığı.
NağıyevMuxtarovN.T.R.M
İş yerində olarkən bu siqnal verildikdən dərhal əleyhqaz taxır və
sonra rəhbərliyin göstərişlərinə uyğun hərəkət edirlər.
Adamlar kimyəvi zəhərləyici maddələrlə zəhərlənmiş
sahələrdən tez çıxmağa çalışmalıdırlar. Bu məqsədlə hansı tərəfə
getmək lazım gəldiyini mülki müdafiə işçiləri göstərməlidirlər.
Lakin belə işçilər olmadıqda, onda küləyin səmtində
perpendikulyar istiqamətdə getmək lazımdır.
Kənd yerlərində “Kimya həyəcanı” siqnalı verilərkən
heyvanları, ev quşlarını, ərzaq və yem ehtiyatlarını, habelə su
quyularını mühafizəsi üçün tədbir görülməli, onların kipliyi bir daha
yoxlanılmalıdır.
Son dərəcə diqqətli olmaq, mülki müdafiə orqanlarının göstərişlərini
dəqiq yerinə yetirmək lazımdır.
Kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsinin sovuşduğu
barədə və bundan sonrakı davranış qaydası haqqında göstərişlər,
siqnal verilən hallarda olduğu kimi, rabitə vasitələri ilə veriləcəkdir.
Dostları ilə paylaş: |