|
Odlar yurdu kolleci
|
səhifə | 1/3 | tarix | 12.06.2023 | ölçüsü | 0,56 Mb. | | #116718 |
| Məmmədzadə Xanım Hesabat slayd ODLAR YURDU KOLLECİ Qrup / İxtisas: 21MR / Marketinq Tələbə: Məmmədzadə Xanım Marketinq mühiti Marketinqin ətraf mühitini formalaşdıran qüvvələr Marketinq mühiti dedikdə kompaniyadan kənarda fəaliyyəyt göstərən və həmin kompaniyanın məqsəd bazarında olan müştərilərlə əlverişli münasibətinin yaradılmasına və müdafiə olunmasına təsir göstərən subyektlərin və qüvvələrin məcmusu başa düşülür. Marketinq mühiti mikro – və makro mühitdən ibarətdir. Mikromühit müəssisənin yaxın əhatəsində fəaliyyət göstərən və onun müştərilərə xidmət göstərmək qabiliyyətinə təsir göstərən qüvvələrdən və yaxud subyektlərdən ibarətdir. Makromühit kompaniyanın mikromühitinə təsir göstərən daha güclü amillərdir. Həm mikromühit, həm də makromühit amilləri müəssisə tərəfindən tamamilə nəzarət olunmayan amillərdir. Marketinqin mikromühiti aşağıdakı qüvvələdən ibarətdir: - Xammal göndərənlər;
- Marketin vasitəçiləri;
- Müştərilər;
- Rəqiblər;
- Ünsiyyət auditoriyaları.
Marketinq vasitəçiləri - Marketinq vasitəçiləri müəssisəyə məhsulunu bazara irəlilətməyə, son istehlakçılar arasında bölüşdürməyə və satmağa köməklik göstərən firmalardır. Bu firmalara resellerlər(topdan və pərakəndə ticarət firmaları); logistik kompaniyalar; marketinq agentlikləri və maliyyə vasitəçiləri aiddir.
- Resellerlər pərakəndə və topdan ticarətlə məşğul olan ayrı – ayrı şəxslər və kompaniyalardır. Bu subyektlər satış kanalının iştirakçıları rolunda çıxış edirlər.
- Logistik kompaniyalar əmtəələrin hazırlanma yerindən satış yerinə çatdırılması məqsədilə anbar və nəqliyyat xidməti göstərən təşkilatlardır.
- Marketinq agentliklərinə müəssisəyə öz əmtəələrini və xidmətlərini məqsəd bazarında irəlilətməyə kömək edən marketinq tədqiqatları ilə məşğul olan kompaniyalar, reklam agentlikləri, konsaltinq firmaları və başqa müəssisələr aiddir.
- Maliyyə vasitəçilərinə banklar, kredit, sığorta və s. başqa təşkilatlar aiddir. Bu təşkilatlar məhsulların alışı vəə satışı zamanı müəssisəni müxtəlif xarakterli risklərdən sığortalayır və həmin müəssisəyə maliyyə xidməti göstərir.
Dostları ilə paylaş: |
|
|