1
ORXAN PAMUK
MƏNİM ADIM QIRMIZI
downloaded from KitabYurdu.org
2
NəqqaĢın öz üslubu, rəngi, səsi olmalıdırmı?
PadĢahın əmriylə gizli kitab hazırlayan
nəqqaĢlardan biri öldürüləndə qatili üslubuna görə
tapmaq olarmı?
MəĢhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə
Nobel mükafatı laureatı Orxan Pamukun «Mənim
adım Qırmızı» romanı 1591-ci ilin doqquz qıĢ günü
ərzində Ġstanbulda baĢ verən sənət, eĢq, qətl
hadisələrini təsvir edir.
Roman bir çox məziyyətləriylə yanaĢı,
Nizaminin əsərlərinə çəkilmiĢ miniatürlər, böyük
rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri,
ümumiyyətlə, nəqĢ sənəti haqqında bənzərsiz
hekayətdir.
downloaded from KitabYurdu.org
3
1. MƏN ÖLÜYƏM
Ġndi mən ölüyəm, bir quyunun dibində
meyitəm. Son nəfəsim çoxdan çıxıb, ürəyim çoxdan
dayanıb, amma alçaq qatilimdən baĢqa kimsə
baĢıma gələnləri bilmir. O iyrənc rəzilsə məni
öldürdüyünə yaxĢıca əmin olmaq üçün nəfəsimi
dinlədi, nəbzimə baxdı, sonra böyrümə bir təpik
iliĢdirdi, məni quyunun yanına sürüdü, qaldırıb
aĢağı atdı. DaĢla əvvəlcədən sındırdığı kəlləm
quyuya düĢəndə parça-parça oldu, üzüm, alnım,
yanaqlarım əzildi, yox oldu; sümüklərim qırıldı,
ağzım qanla doldu.
Dörd gündür ki, evə qayıtmamıĢam: arvadım,
uĢaqlarım məni axtarırdılar. Qızım ağlaya-ağlaya
əzab çəkir, həyət qapısına baxır; hamısının gözü
yolda, qapıdadı.
Doğrudan, qapıdadırmı, onu da bilmirəm.
Bəlkə də alıĢıblar, çox təəssüf! Çünki burada
olanda insana elə gəlir ki, geridə qoyduğu həyatın
əvvəllər
olduğu
kimi
keçib-gedir.
Mən
doğulmamıĢdan qabaq arxamda hüdudsuz zaman
vardı. Mən öləndən sonra da həmin zaman bitib-
tükənməyəcək! YaĢayanda bunlar barədə heç
düĢünməzdim; eləcə iĢıqlar içində, iki qaranlıq
zaman arasında yaĢayardım.
downloaded from KitabYurdu.org
4
Xoşbəxt idim, xoşbəxt imişəm: indi
anlayıram. PadĢahımızın nəqqaĢxanasında ən yaxĢı
rəsmləri mən çəkərdim, ustalıqda mənə çata biləcək
bir rəssam da yox idi. Qıraqda gördüyüm iĢlərlə
əlimə doqquz yüz axça keçərdi. Bunlar da, təbii ki,
ölümümü daha qarĢısıalınmaz eləyirdi.
Yalnız naxıĢ və rəsm çəkərdim: səhifə
kənarlarını bəzəyər, çərçivə içinə rənglər, rəngli
yarpaqlar, butalar, güllər, çiçəklər, quĢlar, Çin üsulu
ilə iĢlənmiĢ qıvrım-qıvrım buludlar, bir-birinin
içinə keçən yarpaqlar, rəng meĢələri və o meĢələrin
içində gizlənmiĢ ceyranlar, cüyürlər, padĢahlar,
ağaclar, saraylar, atlar, ovçular cızardım... Əvvəllər
bəzən tabaq içinə, bəzən güzgünün arxasına,
qaĢığın içinə, bəzən Boğaziçində sahil evinin,
qonaq otağının tavanına, bəzən sandığın üzərinə
naxıĢ vurardım... Son illərdəsə təkcə kitab səhifələri
üzərində çalıĢırdım, çünki PadĢahımız naxıĢlı
kitablara çox pul verirdi. Demək istəmirəm ki,
ölümlə qarĢılaĢanda pulun həyatda heç vacib
olmadığını anladım. Ġnsan həyatda olmayanda da
pulun əhəmiyyətini bilir. Ġndi bu vəziyyətimdə
mənim səsimi eĢidəcəyinizi, bu möcüzəyə baxıb
belə düĢünəcəyinizi bilirəm: indi yaĢayanda nə
qədər pul qazandığının baĢını burax. Bizə orada
gördüklərini danıĢ. Ölümdən sonra nə var, ruhun
haradadı, cənnət və cəhənnəm necədi, orada nələr
downloaded from KitabYurdu.org
5
görürsən? Ölüm necə Ģeydi, sənə əzab verirmi?
Haqlısınız. YaĢayanda insanın o biri tərəfdə nələr
baĢ verdiyi ilə çox maraqlandığını bilirəm. Məhz bu
marağı üzündən qanlı müharibə meydanlarında,
cəsədlər arasında gəziĢən adamın hekayətini
danıĢmıĢdılar. Can verməkdə olan cəngavərlər
arasında ölüb-dirilən bir kimsəylə rastlaĢmaq, o biri
dünyanın sirlərini almaq məqsədilə ölüb-dirilən bir
insan axtaran həmin adamı Teymurun əsgərləri
düĢmən sayıb bir qılınc zərbəsiylə iki yerə ayırıblar,
o da o biri dünyada insanın ikiyə bölündüyünü
güman eləyib.
Belə bir Ģey yoxdu. Hətta dünyada ikiyə
bölünən ruhların burada birləĢdiyini belə söyləyə
bilərəm. Amma dinsiz kafirlərin, zındıqların və
Ģeytana uyan küfrbazların iddialarının əksinə
olaraq, Ģükür, o biri dünya da var. Oradan sizə
qıĢqırmağım bunun sübutudu. Öldüm, amma,
gördüyünüz kimi, yox olmadım. O biri tərəfdən də,
Qurani-Kərimdə söhbət açılan və altından çaylar
axan qızıl-gümüĢdən düzəldilən cənnət köĢklərinə,
meyvəli, iri yarpaqlı ağaclara, bakirə gözəllərə rast
gəlmədiyimi söyləməyə məcburam. Ona görə də
«Vaqiə» surəsində danıĢılan cənnətdəki o irigözlü
huriləri dəfələrlə necə keflənib rəsm elədiyimi indi
çox yaxĢı xatırlayıram. Qurani-Kərim bir yana, Ġbn
Ərəbi kimi geniĢxəyallıların Ģirin-Ģirin söhbət
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |