“PAŞA Bank” ASC - nin
Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir
Protokol № 34 Qərar № 1
Tarix: “26” dekabr 2011-ci il
“PAŞA BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN
RİSKLƏRİN İDARƏEDİLMƏSİ ÜZRƏ SİYASƏT
1.
ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Siyasət Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının
Mərkəzi Bankının normativ-hüquqi aktları, “PAŞA Bank” ASC-nin (bundan sonra “Bank”
adlanacaq) Nizamnaməsinə uyğun olaraq hazırlanmışdır.
1.2.
Hazırkı Siyasət bank əməliyyatları və digər sövdələşmələrin həyata keçirilməsi zamanı
maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyini və tamlığını, aktiv və passivlərlə idarə edilmənin, o
cümlədən aktivlərin qorunmasının təmin edilməsinin səmərəliliyini təmin etmək, həmçinin bank
risklərinin idarəedilməsini təmin etmək məqsədilə hazırlanmışdır və buraya aşağıdakılar daxildir:
-bankın maliyyə bazarlarında və, ümumiyyətlə, iqtisadiyyatda qeyri-müəyyənlik, qeyri-stabillik
inkişaf şəraitində fəaliyyət göstərməsi zamanı yarana biləcək itkilərin qarşısının alınmasına,
minimuma endirilməsinə, kompensasiyasına yönəldilmiş qarşılıqlı əlaqəli prosedur və siyasətlər
kompleksi;
-bank risklərinə daimi nəzarət edilməsi;
-bank risklərinin Bankın maliyyə stabilliyinə və onun kreditor və əmanətçilərinin marağına
təhlükə yaratmayacaq səviyyədə saxlanması üçün tədbirlərin görülməsi.
1.3. Hazırkı Siyasət aşağıdakıları müəyyən edir:
-bankın risklərin idarəedilməsi ilə bağlı siyasətini;
-bankın xassəsinə, miqyasına və fəaliyyət şərtlərinə uyğun gələn risklərin idarəedilməsi
sisteminin təşkili və fəaliyyət göstərməsinin əsas prinsipləri;
-bankın risklərin idarəedilməsi üzrə idarəetmə orqanlarının, bölmələrinin və vəzifəli şəxslərinin
cavabdehliklərinin bölüşdürülməsi;
-bank risklərinin idarəedilməsi prosesini tənzimləyən daxili sənədlər sisteminin təşkili
prinsipləri;
-risklərin ayrı-ayrı növlərinin idarə edilməsi prinsipləri.
1.4.
Bankda risklərin idarəedilməsi sistemi bank nəzarəti üzrə Bazel komitəsinin
tövsiyələrini nəzərə almaqla, bank risklərinin idarə edilməsinə ümumi qəbul edilmiş yanaşma
üsulları əsasında hazırlanır.
2.
TERMİNLƏR VƏ ANLAYIŞLAR
Bank riski – daxili amillər (təşkilatı strukturun çətinliyi, əməkdaşların ixtisas səviyyəsi,
təşkilatı dəyişikliklər, kadr axını və s.) və (yaxud) xarici amillərlə (kredit təşkilatının iqtisadi
fəaliyyət şərtlərinin dəyişməsi, tətbiq edilən texnologiyalar və s.) bağlı olaraq əlverişsiz şəraitin
yaranması nəticəsində kredit təşkilatının itkilərə məruz qalması və (yaxud) likvidliyinin pisləşməsi
mümkünlüyü kimi bank fəaliyyətin ə xas olan hallar.
Risklərin idarəedilməsi sistemi — bank risklərinin idarəedilməsi üsullarının (vasitə və
metodlarının), o cümlədən bank risklərinin idarəedilməsi vasitələri olan və fəaliyyət şəraitində
yaranmış qeyri-müəyyənliklər zamanı müsbət maliyyə nəticələri əldə etməyə, risk hallarını
proqnozlaşdırmağa və onun mənfi təsirlərini aradan qaldırmaq və ya aşağı salmaq üçün tədbirlər
görməyə imkan verən təşkilatı strukturların, strategiyaların, siyasət, üsul və prosedurların toplusu.
2
İtkilər – Bankda risk hadisələri nəticəsində yaranmış itkilər, o cümlədən aktivlərin dəyərinin
aşağı düşməsi, aktivlərin vaxtından əvvəl silinməsi, məhkəmə qərarlarına (fərmanlarına),
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun səlahiyyət almış orqanların qərarlarına əsasən
pul ödənişləri, səhvlərin, qəzaların və digər analoji şəraitlərin aradan qaldırılmasına xərclər
nəticəsində itkilər.
3.
RİSKLƏRİN TİPİK NÖVLƏRİ
3.1.
Risklərin
tipik
növlərinin
siyahısı Bankın daxili sənədlərində, risklərin
qiymətləndirilməsinə beynəlxalq yanaşma üsulu əsasında verilir. Digər risklərin idarəedilməsinın
məqsədəuyğunluğu Bankda qəbul edilmiş risk meyarlarını nəzərə almaqla, Bankın Strateji planında
əks etdirilir.
Bu Siyasət ilə tipik risklərə aşağıdakılar aiddir:
Daxili nəzarət və korporativ idarəetmə sisteminin riskləri – Bankın fəaliyyət və inkişaf
strategiyasını müəyyən edən qərarların qəbulu zamanı yol verilmiş səhvlər (çatışmazlıqlar)
nəticəsində Bankda itkilərin baş verməsi riski
Kredit riski – borclunun müqavilə şərtlərinə əsasən Bank qarşısında olan maliyyə öhdəliklərini
yerinə yetirməməsi və ya vaxtında, yaxud tam olaraq yerinə yetirməməsi nəticəsində Bankda
itkilərin yaranma riski.
Bazar riski - ticarət portfelinin maliyyə alətlərinin və Bankın törəmə maliyyə alətlərinin bazar
qiymətlərinin, o cümlədən xarici valyutaların və (yaxud) qiymətli metalların kursunun əlverişsiz
istiqamətdə dəyişməsi nəticəsində Bankda itkilərin yaranması riski.
Bazar riskinə fond riski, valyuta və faiz riskləri daxildir.
Fond riski – həm fond qiymətli vasitələrinin və törəmə maliyyə alətlərinin emitenti ilə, həm də
maliyyə qiymətlərinin bazar qiymətlərinin ümumi tərəddüdü ilə bağlı olan amillərin təsiri ilə ticarət
portfelinin qiymətli vasitələrinin (qiymətli kağızlar, o cümlədən idarəetmədə istifadə hüququnu
təmin edən qiymətli kağızların) və törəmə maliyyə alətlərinin bazar qiymətlərinin əlverişsiz
dəyişməsi nəticəsində itkilər.
Valyuta riski – Bankın xarici valyutalar və (yaxud) qiymətli metallar üzrə açıq mövqelərində
xarici valyutaların və (yaxud) qiymətli metalların kursunun əlverişsiz dəyişməsi nəticəsində itki
riski.
Faiz riski – Bankın aktivləri, passivləri və balansdankənar alətləri üzrə faiz dərəcəsinin
əlverişsiz istiqamətdə dəyişməsi nəticəsində maliyyə itkilərinin (zərərlərin) yaranması riski
Likvidlik riski – Bankın öz öhdəliklərini tam həcmdə yerinə yetirə bilməməsi ilə bağlı yaranan
itki riski. Likvidlik riski Bankın maliyyə aktivləri ilə maliyyə öhdəlikləri arasında tarazlığın
pozulması nəticəsində (o cümlədən Bankın bir və ya bir neçə kontragentinin maliyyə öhdəliklərini
vaxtında yerinə yetirməməsi nəticəsində) və (yaxud) Bankın öz maliyyə öhdəliklərini dərhal və eyni
zamanda yerinə yetirməsi üçün gözlənilməz zərurətin yaranması nəticəsində baş verir.
Əməliyyat riski – daxili qaydaların və bank əməliyyatları və digər sövdələrin aparılması
prosedurunun Bankın xassəsinə və fəaliyyət miqyasına və (yaxud) qüvvədə olan qanunvericiliyin
tələblərinə uyğun gəlməməsi, kredit təşkilatının əməkdaşlarının və (yaxud) digər şəxslərin onları
pozması (bacarıqsızlıq, bilmədən və ya qəsdən görülən tədbirlər və ya tədbirsizlik nəticəsində),
Bankın tətbiq etdiyi informasiya, texnoloji və digər sistemlərin funksional imkanlarının
(xassələrinin) uyğunsuzluğu (kifayət olmaması) və onların xarab olması (işinin pozulması),
həmçinin xarici hadisələrin təsiri nəticəsində birbaşa və ya dolayı itkilərin yaranma riski.
3.2.
Risk faktorları:
Bankın fəaliyyətinə xas olan əsas risk faktorları aşağıdakılardır:
Daxili nəzarət və korporativ idarəetmə sisteminin risk faktorları:
- Bankın öz rəqibləri qarşısında üstünlük qazana biləcəyi fəaliyyətin perspektiv istiqamətlərinin
səhv və ya kifayət qədər əsaslandırılmamış təyini;
- Bankın fəaliyyətinin strateji məqsədlərinə çatmasını təmin edəcək ehtiyatların (maliyyə,
maddi-texniki, insan) və təşkilatı tədbirlərin (idarəetmə qərarlarının) olmaması və ya tam həcmdə
təmin edilməməsi;
- Bank (Bankın filialları, tabe və törəmə təşkilatları, Bankın real sahibləri) tərəfindən
Azərbaycan Respublikasının qanunvericiliyinə, Bankın təsis və daxili sənədlərinə, işgüzar
3
dövriyyənin adətlərinə, peşəkar etika prinsiplərinə əməl etməməsi, kreditorlar, əmanətçilər və digər
müştəri və kontragentlər qarşısında müqavilə öhdəliklərini yerinə yetirməməsi, daxili sənədlərdə
müştərilərin və kontragentlərin, səhmdarların, idarəetmə orqanlarının və (yaxud) əməkdaşların
maraqlarının toqquşmasını təsirli şəkildə tənzimləməyə, o cümlədən maraqların toqquşmasının
mənfi nəticələrini minimuma endirməyə, həmçinin müştərilər və kontragentlər tərəfindən
şikayətlərin, məhkəmə iddialarının qaldırılmasının və (yaxud) nəzarət və tənzimləyici orqanlar
tərəfindən təsir edilməsinin qarşısını almağa imkan verən mexanizmlərin olmaması;
- Bankın, onun filiallarının, o cümlədən real sahiblərinin cinayət yolu ilə alınmış gəlirlərin
leqallaşdırılması (yuyulması) və terrorizmin maliyyələşdirilməsi halları, həmçinin Bankın vicdansız
müştəriləri və kontragentləri və (yaxud) əməkdaşlarının həyata keçirdiyi digər qanunsuz fəaliyyətlər
ilə səmərəli mübarizə aparmaq qabiliyyətinin olmaması;
- işçilərin toplanması və vəzifəyə təyin edilməsi zamanı kadrlar siyasətinin çatışmazlığı, “Öz
işçini tanı” prinsipinə əməl edilməməsi;
- Bankla səhmdarların, müştərilərin və kontragentlərin, həmçinin digər maraqlı şəxslərin
maraqlarının toqquşması;
- kütləvi informasiya vasitələrində Bank, yaxud onun əməkdaşları, səhmdarları, idarə
orqanlarının üzvləri, filialları, tabe və törəmə təşkilatları haqqında mənfi məlumatın dərc edilməsi.
Kredit riskinin faktorları:
a) fərdi kredit risklərinin faktorları:
- ölkədə və regionda iqtisadi və siyasi şəraitin qeyri-stabilliyi (maliyyə böhranı, inflyasiya, ayrı-
ayrı bazarlarda əlverişsiz dəyişikliklər və s.);
- borcalan fiziki şəxsin maddi vəziyyətinin və sosial vəziyyətinin (əmək haqqının dəyişməsi,
təqaüdə çıxması, ailə qurması, uşaqların olması və s.) və ya borcalan hüquqi şəxsin maliyyə
vəziyyətinin (maliyyə stabilliyinin, dövriyyə qabiliyyətinin, rentabelliyinin, likvidliyinin və s.
göstəriciləri) dəyişməsi;
- borcalanın kredit tarixçəsi (yoxdur, müsbət, mənfi);
- girov kimi çətin realizə edilən və ya tez qiymətdən düşən qiymətli əşyaların qoyulması,
girovun itirilməsi;
- şəxsi faktor (borcalanın intizamsızlığı, qəsdən yalan məlumatın verilməsi, fırıldaq və s.);
b) Bankın toplam kredit risk faktorları:
- Azərbaycan Respublikasının Mərkəzi Bankının maliyyə-kredit siyasətinin dəyişməsi (məcburi
ehtiyat normalarının, uçot dərəcəsinin, risk normativlərinin və s.);
- Bankın kredit siyasətinin dəyişməsi (kredit portfelinin diversifikasiyası və konsentrasiyası
dərəcəsi, kredit portfelinin strukturu, ehtiyatların fəaliyyətin digər istiqamətlərinə yönəldilməsi, yeni
kredit alətlərinin tətbiq edilməsi, kredit məhsulları ilə iş texnologiyasının keyfiyyəti, girov siyasəti
və s.);
- şəxsi faktor (Bankın əməkdaşlarının bacarıq və təcrübəsi, kollektivdə mikromühit, sui-
istifadələr və s.).
Bazar riski faktorlarına aşağıdakılar daxildir:
Fond riskinin faktorları:
- maliyyə alətlərinin bazar qiymətlərinin ümumi tərəddüdü;
- Bankın yerinə yetirdiyi fond əməliyyatları həcminin dəyişməsi;
- fond qiymətli kağızlarının və törəmə maliyyə alətlərinin emitenti ilə bağlı amillərin təsiri ilə
ticarət portfelinin fond qiymətli kağızlarının və törəmə maliyyə alətlərinin bazar qiymətinin
əlverişsiz istiqamətdə dəyişməsi;
- maliyyə alətlərinin bazar qiymətlərinin ümumi tərəddüdü.
Valyuta riskinin faktorları:
- milli valyuta kursunun dəyişməsi;
- Bankın həyata keçirdiyi valyuta əməliyyatlarının həcminin dəyişməsi;
- xarici valyutada verilmiş aktiv və passivlərin dəyəri arasında tarazlığın olmaması.
Faiz riskinin faktorları:
- bazarda faiz dərəcələrinin səviyyəsinin dəyişməsi;
- vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi dərəcələri arasında fərqin (spread) dəyişməsi
- faiz riskinə həssas olan və ya həssas olmayan aktiv və passiv portfellərinin strukturunda
dəyişiklik;
4
- Bankın həyata keçirdiyi faiz riskinə həssas olan və ya həssas olmayan əməliyyatların
həcminin dəyişməsi;
- bank əməliyyatlarının idarə edilməsində yol verilmiş və risk mövqelərinin yaranmasına səbəb
olan səhvlər;
- faiz risklərinin səmərəsiz hedcinq proqramı.
Likvidlik riskinin faktorları:
- Bankın maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin müddətlər, məbləğlər üzrə və ayrı-ayrı
valyutalar nöqteyi-nəzərindən (o cümlədən Bankın bir və ya bir neçə kontragentlərinin öz maliyyə
öhdəliklərinin vaxtında yerinə yetirməməsi nəticəsində) tarazlaşdırılmaması;
- Bankın öz maliyyə öhdəliklərini dərhal və hamısını birdən yerinə yetirməsi zərurətinin
yaranması.
Əməliyyat riski faktorları:
- Fiziki və (yaxud) hüquqi şəxslərin Bankın maraqlarına qarşı yönəlmiş təsadüfi və ya qəsdli
hərəkətləri;
- Bankın bölmələrin və əməkdaşların səlahiyyətlərini bölüşdürmək sahəsində, bank
əməliyyatlarını və digər sövdələri yerinə yetirmək, onları sənədləşdirmək və hesabatda əks etdirmə
sahəsində təşkilati quruluşunun kamil olmaması, bankdaxili qayda və prosedurların olmaması və
əməkdaşların təyin edilmiş qayda və prosedurlara əməl etməməsi, daxili nəzarətin səmərəsizliyi;
- sistem və avadanlığın işində nasazlıqlar;
- Bankın nəzarətindən kənar əlverişsiz xarici şəraitlər.
3.3.
Qəbul edilmiş risklərin həyata keçirilməsi halında mümkün itki növləri:
- aktivlərin dəyərinin azalması;
- maddi aktivlərin oğurlanması;
- məhkəmələrin qətnamələri (qərarları), Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
səlahiyyət almış orqanların qərarları əsasında edilən ödənişlər;
- müştərilər və kontragentlərə, o cümlədən kredit təşkilatının əməkdaşlarına kredit təşkilatının
günahı ucbatından məhkəmədən kənar dəymiş zədələrin əvəzinin ödənməsi məqsədilə edilən pul
ödənişləri;
- təsərrüfat fəaliyyətinin bərpasına və səhvlərin, qəzaların, təbii fəlakətlərin və digər analoji
hadisələrin nəticələrini aradan qaldırmaq üçün çəkilən xərclər;
- digər itkilər.
4.
RİSKLƏRİN İDARƏEDİLMƏSİ SİSTEMİNİN TƏŞKİLİ
VƏ FƏALİYYƏT PRİNSİPLƏRİ
4.1.
Risklərin idarəedilməsi sisteminin təşkilinin əsas prinsipləri
4.1.1.
Bankın risklərin idarəedilməsi sistemi aşağıdakı prinsiplərə əməl etməlidir:
- Bankın xassəsinə, miqyasına və fəaliyyət şərtlərinə uyğun olmalıdır (o cümlədən risklərin
idarəedilməsina çəkilən xərclərin minimuma endirilməsini təmin etməlidir);
- Bankın məruz qaldığı risklərin çeşidlərində əsaslı dəyişiklərə səbəb olacaq biznesin
genişlənməsi hallarında (aparılan əməliyyatların sayının artması, bazarın yeni seqmentlərinin
tutulması, fəaliyyət miqyaslarının artması), o cümlədən tənzimləyicilərin tələblərinin dəyişməsi
hallarında inkişaf etməlidir (risklərin idarəedilməsina yaxınlaşma üsullarını dəyişmək)
- risk hallarının baş verməsi hallarına, daha doğrusu faktiki olaraq baş vermiş itkilərə cavab
verməlidir;
- risklərin səbəblərini aradan qaldırmaqla, onların qarşısını almaq, daha doğrusu, risk hallarının
və onların nəticələrinin ağırlığını azaltmaq məqsədilə mövcud biznes proseslərin dəyişdirilməsinə
yardım etmək.
4.1.2.
Risklərin idarəedilməsi sisteminin Bankın xassəsinə, miqyaslarına və fəaliyyət
şəraitlərinə uyğunluğunu təmin etmək üçün, həmçinin müxtəlif növlü risklərin Bankın işgüzar
fəaliyyətinə eyni dərəcədə təsir etmədiyini nəzərə almaqla, risklərin idarəedilməsi sisteminin ilk
növbədə Bankın əsas risk növlərindən müdafiəsinə yönəlməlidir. Bu risklər Bankda qəbul edilmiş
5
risk meyarlarını nəzərə almaqla, Bankın müxtəlif risklərə məruz qalma mümkünlüyünün müntəzəm
(ən azı ildə 1 dəfə) qiymətləndirilməsi yolu ilə müəyyən edilir.
Bankın İdarə Heyəti Bankın qəbul etdiyi risklərin faktiki strukturunu tənzimləyən və onun
dəyişməsini proqnozlaşdıran daxili sənədləri təsdiq edir.
4.1.3.
Risklərin idarəedilməsi sisteminin inkişafı prinsipinin həyata keçirilməsini təmin
etmək məqsədilə Bank risklərin idarəedilməsina cavabdeh olan bölmələrin işçilərinin peşəkarlığının
daimi yüksəldilməsini, faktiki olaraq yaranan risk növlərinin müntəzəm təhlilini və qısa və orta
müddətə proqnozlaşdırılmasını təmin edir.
4.1.4.
Risk hadisəsinə cavab reaksiyası prinsipini təmin etmək üçün Riskin İdarəedilməsi
Departamenti Bankın üzləşdiyi itkilərin həcminə, onların baş verməsinə və kompensasiya üsullarına
dair məlumatları əks etdirən analitik məlumatlar bazasını yaradır.
İtkilər üzrə məlumatlar bazası aşağıdakı prinsipləri nəzərə almaqla təşkil olunur:
а) məlumat bazasında qeydə alınan risk hadisələri Bankın faktiki olaraq üzləşdiyi aşağıdakı
kimi itkilər şəklində mühasibatlıq uçotunda əks etdirilməlidir:
- aktivlərin dəyərinin azalması hesabına;
- aktivlərin vaxtından əvvəl silinməsi;
- məhkəmələrin qətnamələri (qərarları), Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
səlahiyyət almış orqanların qərarları əsasında edilən ödənişlər;
- işçilərin səhvlərinin, oğurluq hallarının, informasiya sistemlərinin nasazlığının, qəzaların,
təbii fəlakətlərin və digər analoji şəraitlərin nəticələrinin aradan qaldırılması üçün pul vəsaitlərinin
xərclənməsi;
- digər itkilər.
b) məlumatlar bazasının ayrıca götürülmüş bölməsində xarici məlumat, daha doğrusu, digər
kredit təşkilatlarında baş vermiş risk hadisələrinə dair müxtəlif etibarlı mənbələrdən alınmış
məlumatlar qeyd edilə bilər.
4.1.5.
Risk hadisələrinin qarşısının alınması prinsipinin həyata keçirilməsi üçün Risklərin
İdarəedilməsi Departamenti risk göstəriciləri üzrə məlumatlar bazasını təşkil edir:
Risk göstəriciləri üzrə məlumatlar bazası aşağıdakı məqsədlərlə yaradılır:
- risk hallarının qarşısını almaq işləri üçün lazım olan analitik məlumatın toplanması;
- sonrakı limitləşmə üçün əsas risk göstəricilərinin seçilməsi.
4.1.6.
Risk hadisələrinin qarşısının alınması üçün işin ayrıca istiqaməti – Bank üçün yeni
bank məhsulları, bank və qeyri-bank əməliyyatlarının növləri üzrə risk xəritəsinin hazırlanması.
4.1.7.
Risklərin İdarəedilməsi Departamentinin riskləri idarəetmə sisteminin keyfiyyətinin
yoxlanması üçün:
- hər ay Bankın ssudaların keyfiyyət göstəricilərinin, itki risklərinin, vaxtı keçmiş ssudaların
payının, ssudalar və digər aktivlər üzrə itkilər üçün nəzərdə tutulmuş ehtiyatların ölçüsünün, iri
kredit
risklərinin
konsentrasiyasının, səhmdarlar (iştirakçılar) üçün kredit risklərinin
konsentrasiyasının və insayderlər üçün kredit risklərinin konsentrasiyasının qiymətləndirilməsi
nəticələri üzrə müəyyən edilən aktivlərin qiymətləndirilməsi həyata keçirilir;
- hər ay ümumi qısamüddətli likvidliyin, ani likvidliyin, cari likvidliyin, cəlb edilmiş vəsaitləri
strukturunun, banklararası bazardan asılılığın və iri kreditorların və əmanətçilərin riskindən
asılılığın göstəricilərinin qiymətləndirilməsi nəticələri ilə müəyyən edilən likvidliyin
qiymətləndirilməsi aparılır;
- hər rüb Bankın gəlirliliyinin qiymətləndirilməsi aparılır (bank fəaliyyətinin əsas istiqamətləri
üzrə təfərrüatlar).
Risklərin idarəedilməsi departamenti hər rüb risklərin idarəedilməsi sisteminin keyfiyyətinin
qiymətləndirilməsinə dair hesabat hazırlayır və Müşahidə Şurasına və İdarə Heyətinə təqdim edir
4.2.
Risk faktorlarının aşkar edilməsi
4.2.1.
Bank hazırki inkişaf mərhələsində Bank üçün ən əhəmiyyətli olan risk faktorlarının
aşkar edilməsi üzrə müntəzəm işlər aparır. Çoxsaylı risk faktorları arasından iki şərtin – hər hansı
əlverişsiz hadisənin baş vermə mümkünlüyü (ehtimalı) və onun Banka təsir dərəcəsinin, uzlaşması
əlamətinə görə ən vacib risklər seçilir.
4.2.2.
Bank üçün ən vacib risk faktorlarının ayırd edilməsində Bankın istifadə etdiyi üsullar
Bankda risklərin idarəedilməsi sisteminin inkişaf səviyyəsindən, hər hansı risk növünün təsirinə
6
məruz qalmış əməliyyatların həcmindən asılı olaraq və müxtəlif risklərin idarəedilməsi siyasətinin
dəyişməsi zamanı dəyişə bilər.
4.2.3.
Risklərin idarəedilməsi sisteminin cari inkişaf mərhələsində riskin əhəmiyyətli
faktorlarının aşkar (müəyyən) edilməsi üçün Bankda müxtəlif risk növlərinin həyata keçməsindən
yaranmış itkilərə dair əldə olan statistik məlumatların kəmiyyət təhlili ilə tamamlanmış ekspert
üsulundan istifadə edilir.
4.2.4.
Risklərin konkret növləri üzrə əhəmiyyətli amillərin aşkar edilməsinin təfərrüatlı
qaydası İdarə Heyətinin təsdiq etdiyi riskin konkret növlərinin idarəedilməsi üzrə Əsasnamələrdə
müəyyən edilir.
4.3.
Risk faktorlarının qiymətləndirilməsi
4.3.1.
Bankın risk faktorlarının qiymətləndirilməsi üçün istifadə etdiyi üsullar Bankda
risklərin idarəedilməsi sisteminin inkişaf səviyyəsindən asılı olaraq və müxtəlif risklərin
idarəedilməsi siyasətinin dəyişməsi zamanı dəyişə bilər.
4.3.2.
Risklərin konkret növləri üzrə risk faktorlarının qiymətləndirilməsinin təfərrüatlı
qaydası İdarə Heyətinin təsdiq etdiyi risklərin konkret növlərinin idarəedilməsi üzrə Əsasnamələrdə
müəyyən edilir.
4.4.
Toplam məqbul risk səviyyəsinin müəyyən edilməsi qaydası
4.4.1.
Riskin məqbul toplam səviyyəsi itkilərin hesabat dövrü ərzində Bankın maliyyə
stabilliyi və onun kreditorlarının və əmanətçilərinin maraqları üçün təhlükə yaratmayacaq
maksimum kəmiyyətidir.
4.4.2.
Riskin məqbul toplam səviyyəsinin kəmiyyəti Müşahidə Şurası tərəfindən risklərin
idarəedilməsi üzrə seçilmiş strategiyanı nəzərə almaqla və formalaşmış ehtiyatların və gəlirin
hesablaşma kəmiyyətinin cəmindən artıq olmamaq şərtilə müəyyən edilir.
4.4.3.
Məqbul toplam risk səviyyəsinin kəmiyyəti siyahısı və təyin edilmə qaydası risklərin
ayrı-ayrı növlərinin idarəedilməsi üzrə Əsasnamələrdə təsvir edilən limitlər sistemi və normativ
göstəricilər vasitəsilə müəyyən edilir.
4.5.
Riskin monitorinqi və riskə nəzarət
4.5.1.
Risklərin monitorinqi riskin səviyyəsinin artması ehtimalının qarşısını almaq üçün
aparılır.
4.5.2.
Riskin monitorinqi Bankın fəaliyyət göstəriciləri sisteminin (o cümlədən statistik,
maliyyə) müntəzəm təhlili vasitəsilə, məsələn: riskin səviyyəsinin əsas göstəriciləri sistemindən,
yəni nəzəri və ya empirik baxımdan Bankın qəbul etdiyi risk səviyyəsi ilə bağlı olan göstəricilər və
ya parametrlərdən istifadə etməklə aparılır.
Əsas göstəricilər üçün limitlər (hədd kəmiyyətləri) təyin edilə bilər ki, bu da Bank üçün
əhəmiyyətli olan risklərin aşkar edilməsinə və onlara vaxtında müvafiq təsir göstərilməsinə imkan
verəcək.
4.5.3.
Risklərin müxtəlif növlərinin monitorinqinin aparılma dövriliyi və qaydası risklərin
ayrı-ayrı növlərinin idarəedilməsi üzrə Əsasnamələrdə təsvir edilmişdir.
4.5.4.
Toplam risk səviyyəsinə, risklərin idarəedilməsi üzrə təyin edilmiş qayda və
prosedurların yerinə yetirilməsinə nəzarət Bankın risklərin idarəedilməsi sistemi çərçivəsində
həyata keçirilir.
Toplam risk səviyyəsinə strateji nəzarəti Müşahidə Şurasının nümayəndələrinin iştirakı ilə
Bankın İdarə Heyəti aparır.
Toplam riskin səviyyəsinə taktiki nəzarət Bankın icraedici orqanları, Risklər üzrə Komitə
tərəfindən həyata keçirilir.
Toplam riskin səviyyəsinə operativ nəzarət Risklərin İdarəedilməsi Departamenti və
nəzarətedici bölmələr tərəfindən həyata keçirilir.
4.5.5.
Bankın risklərin idarəedilməsi sahəsində aşağıdakılara nəzarət edilir:
- təyin edilmiş limitlərə və normativ göstəricilərə əməl etmə;
- tənzimləyici orqanların normativ aktlarının və Bankın risklərin idarəedilməsi üzrə daxili
sənədlərinin tələblərinə əməl etmə;
7
- risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər planlarının yerinə
yetirilməsi;
- riskin əsas göstəriciləri əsasında risklərin idarəedilməsi sisteminin səmərəliliyi
4.6.
Riskin minimallaşdırılması
4.6.1.
Bank riskin minimallaşdırılması üçün aşağıdakı əsas üsullardan istifadə edir:
Daxili nəzarət və korporativ idarə sisteminin riskləri: qərarların qəbuletmə çərçivəsində
idarəetmə orqanlarının səlahiyyətlərinin bölüşdürülməsi, Bankın fəaliyyətinin mümkün yeni
istiqamətlərini müəyyən etmək və yeni strateji məqsədləri qarşıya qoymaq üçün bank xidmətləri
bazarının monitorinqi, Bankın əməkdaşlarının ixtisasının artırılması, xarici auditin, daxili nəzarət
sisteminin səmərəli təşkili.
Kredit riski: borcalanın krediti ödəmə bacarığının təhlili, kredit portfelinin diversifikasiyası ,
kreditin təminatı, girovların sığorta edilməsi, ssudalar, ssuda və ona bərabər borclar üzrə mümkün
itkiləri ödəmək üçün ehtiyatların yaradılması, yüksək kredit riskinə malik sövdələrin həyata
keçirilməsi üçün xüsusi qərar qəbuletmə ardıcıllığın tətbiqi, borcun vaxtından əvvəl ödənməsi və
öhdəliklərə xitam verilməsi şərtlərinin hazırlanması üzrə tələblərə əməl edilməsi.
Bazar riski:
Fond riski - əməliyyat limitlərinin qoyulması (stop-loss, emitentlər üzrə fərdi limitlər).
Valyuta riski – açıq valyuta mövqelərinə limitlər (Bankın toplam valyuta mövqeyinə limit,
ayrı-ayrı valyutalar üzrə sub-limitlər).
Faiz riski – maliyyə sənədlərinin əsas kateqoriyaları üçün müddətli qrup nöqteyi-nəzərindən
müxtəlif valyutalarla ifadə edilmiş faiz ehtiyatlarının təhlili (GAP – təhlil), cəlb edilən və yatırılan
faiz ehtiyatları arasında fərqin müəyyən edilməsi, müxtəlif müddət və valyuta qrupları üzrə faiz
marjasının hesablanması.
Likvidlik riski: pul vəsaitlərinin axınının proqnozlaşdırılması, xəbərdaredici göstəricilərin
hesablanması, limitlər (likvidliyin maksimum fərq kəmiyyəti və Bankın daxili sənədləri ilə təyin
edilən digər limitlər), hadisələrin gözlənilməz istiqamətdə inkişafı zamanı likvidliyin bərpa edilməsi
üzrə tədbirlərin planlaşdırılması, likvidlik vəziyyətinin stress-sınağı. Likvidlik riskinin
idarəedilməsi məqsədilə likvidlik ehtiyatları formalaşdırılır (likvidlik “yastığı”)
Əməliyyat riski: səlahiyyətlərin bölünməsi, fəaliyyətin tənzimlənməsi, bank texnologiyalarının
avtomatlaşdırılması, itkilərin uçotu, risk xəritələrinin yaradılması, risk və nəzarətlərin özünü
qiymətləndirilməsinin həyata keçirilməsi, riskin əsas göstəricilərinin monitorinqi, daxili nəzarət
sisteminin təkmilləşdirilməsi.
4.6.2.
Hər hansı səbəbdən riskin səviyyəsini aşağı salmaq mümkün olmursa, İdarə Heyəti
onun qəbul edilməsinə dair qərar qəbul edə bilər. Riskin məqbul səviyyəyə endirilməsi riskin
yaranması ilə əlaqədar olan əməliyyatların həcminin məhdudlaşdırılması ilə əldə edilir.
Müstəsna hallarda Müşahidə Şurası məhdud dövr ərzində müəyyən maliyyə əməliyyatlarının
aparılmasından, yeni xidmət və məhsulların və yüksək risk ilə müşayiət olunan digər fəaliyyətlərin
tətbiq edilməsindən imtina etməklə riskdən çəkinmə yaxud riskin ötürülməsi taktikasından istifadə
etmək qərarı qəbul edə bilər.
5.
RİSKLƏRİN İDARƏEDİLMƏSİNİN TƏŞKİLATİ STRUKTURU
5.1.
Risklərin idarəedilməsinin əlaqələndirilməsi və mərkəzləşdirilməsi məqsədilə Bankda
Risklərin İdarəedilməsi Departamenti – Bankın əməliyyatlar (sazişlər) aparan, itki risklərinə məruz
bölmələrindən asılı olmayan bölmə fəaliyyət göstərir.
5.2.
Bankda risklərin idarəedilməsinın üç səviyyəli strukturu formalaşır:
- idarəetmənin birinci səviyyəsi: Müşahidə Şurası, İdarə Heyətinin Sədri, İdarə Heyəti,
Risklərin İdarəedilməsi Komitəsi, Kredit Komitəsi;
- idarə etmənin ikinci səviyyəsi: Risklərin idarəedilməsi departamenti;
- idarə etmənin üçüncü səviyyəsi: Bankın nəzarətedici bölmələri
5.3.
Müşahidə Şurasının səlahiyyəti:
- iri sazişlərin və yerinə yetirilməsində maraq olan sazişlərin təsdiq edilməsi (qanunla, Bankın
Nizamnaməsi, nəzarət və idarə orqanlarının normativ sənədləri və belə sazişlərin təsdiqi qaydalarına
dair daxili sənədlərlə müəyyən edilmiş hüdudlarda).
8
- risklərin səviyyəsinə dair hesabatların məzmununun və müntəzəmliyinin, həmçinin Bankın
qəbul etdiyi risklərə dair səhmdarlara operativ məlumat verilməsinin müəyyən edilməsi;
- itki limitinin (daha doğrusu risk iştahasının) müəyyən edilməsi (planlaşdırılması);
- iri sövdələşmələrin, Bankla əlaqədar şəxslərlə sövdələşmələrin və yerinə yetirilməsində
marağı olan sövdələşmələrin təsdiq edilməsi (qanunla, Bankın Nizamnaməsi, nəzarət və idarəetmə
orqanlarının normativ sənədləri və belə sövdələşmələrin təsdiqi qaydalarına dair daxili sənədlərlə
müəyyən edilmiş hüdudlarda).
5.4.
İdarə Heyətinin səlahiyyətləri:
- daxili sənədlərin, tədbir planlarının və təsdiq olunması Müşahidə Şurasının səlahiyyətinə daxil
olan risklərin idarə edilməsini tənzimləyən digər daxili sənədlərin layihələrini Müşahidə Şurasına
təqdimatı;
- bank risklərinin idarəedilməsi sisteminin işinə və bank risklərinin qiymətləndirilməsinə daimi
nəzarətin təşkili;
- bank risklərini müvafiq şəkildə əks etdirən inzibati hesabat sisteminin təsdiqi;
- risklərin idarəedilməsinı tənzimləyən daxili sənədlərin: risklərin idarəedilməsi sisteminə dair
Əsasnamənin (risklərin idarəedilməsi üzrə siyasət), Risklərin İdarəedilməsi Komitəsinə dair
Əsasnamənin təsdiqi;
- Risklərin İdarəedilməsi Departamentinin əməliyyatları (sövdələşmələri) həyata keçirən, itki
risklərinə məruz bölmələrdən müstəqilliyinin təmini;
- Risklərin İdarəedilməsi Departamentinə dair Əsasnamənin təsdiqi;
- Müşahidə Şurasına bankın qəbul etdiyi risklərə, təyin edilmiş risk limitlərinə əməl
edilməməsinə dair operativ məlumatlandırılması;
- Risklərin İdarəedilməsi Departamentinin işçilərinin vəzifə təlimatlarının təsdiqi;
- Daxili audit Departamentinin nəzarət üsullarının məqsədəuyğunluğunu və limit və
prosedurlara əməl edilməsini təhlil etməsinin və qiymətləndirməsinin təmin edilməsi;
- risklərin idarəedilməsinı tənzimləyən daxili sənədlərin təsdiqi (Müşahidə Şurasının və İdarə
Heyətinin Sədrinin təsdiq etdiyi sənədlərdən başqa);
- risklərin ayrı-ayrı növlərinin idarəedilməsi üzrə daxili sənədlərdə siyahısı verilmiş limitlərin
təsdiqi (digər idarəetmə orqanlarının təsdiq etdiyi limitlərdən başqa);
- Bankın uzun müddət riskin təsiri altında qaldığı hallarda böhran şəraitləri üçün tədbirlər
kompleksinin (planını), o cümlədən gözlənilməz hallarda tədbirlər planının (Bankın maliyyə-
təsərrüfat fəaliyyətinin aramsızlığını və/yaxud bərpasını təmin etmə planları) təsdiqi;
- Ümidsiz borcların formalaşdırılmış müvafiq ehtiyatlar hesabına Bankın balansından silinməsi
5.6.
Risklərin İdarəedilməsi Komitəsinin səlahiyyətləri:
- risklərin idarəedilməsi üzrə fəaliyyətin təşkili və əlaqələndirilməsi;
- Bankın risklərin idarəedilməsina dair ümumi siyasətinin hazırlanmasında iştirak və onun
həyata keçirilməsinə nəzarət;
- risklərin idarəedilməsina dair daxili sənədlərin layihə formasının razılaşdırılması;
- bank risklərinin kompleks qiymətləndirilməsi;
- risklərin ayrı-ayrı növlərinin idarəedilməsina dair daxili əsasnamələrlə onun səlahiyyətinə aid
edilmiş səlahiyyətlərin yerinə yetirilməsi.
5.7.
Kredit komitəsinin səlahiyyətləri:
- kreditlərlə işə dair qərar qəbulu;
- kredit risklərini tənzimləyən daxili sənədlərin layihə variantlarının nəzərdən keçirilməsində
iştirak;
- yüksək riskli kreditlər və eyni tipli tələblər (ssudalar) portfelləri üzrə hesablanan və faktiki
ehtiyatların həcminin təyin edilməsi.
5.8.
Aktiv və passivlərin idarəedilməsi üzrə Komitənin səlahiyyətləri:
- bazar riskinin Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmiş maksimum məqbul səviyyə
hüdudlarında tənzimlənməsi;
- Bankın aktivlərinə və passivlərinə, onun maliyyə nəticələrinə aid olan idarəetmə məlumatının
monitorinqi və təhlili;
9
- Bank tərəfindən vəsaitlərin cəlb edilməsinə nəzarət, vəsaitlərin daxil olma stabilliyini təmin
etmək məqsədilə ən səmərəli maliyyələşdirmə forması və strukturunun təyin edilməsi;
- kifayət həcmdə likvidliyi və likvidliyin faktiki səviyyəsinin təsdiq edilmiş Siyasətə
uyğunluğunu daimi olaraq təmin etmək məqsədilə Bankın likvidlik vəziyyətinin monitorinqi;
- aktivlərin Komitə tərəfindən idarə edilə bilən investisiya və ticarət portfelinin idarəedilməsi
üzrə təhlili və İdarə Heyətinə təkliflərin hazırlanması;
- xarici auditorların yoxlanışı əsasında müəyyən edilmiş Bankın daxili nəzarət sisteminin
vəziyyətinə dair məlumatın (Komitənin səlahiyyətinə daxil olan məsələlər üzrə) təhlili.
5.9.
Risklərin İdarəedilməsi Departamentinin səlahiyyətləri:
- Bankın fəaliyyətinin bütün şərtlərini risk faktorlarının mövcud olması və ya yaranma ehtimalı
baxımından təhlil etməklə risklərin aşkar edilməsi;
- bank risklərinin idarəedilməsi sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasına dair
tövsiyələrin işlənib hazırlanması;
- Bank üzrə ümumi risklərin müntəzəm qiymətləndirilməsi və onun bu fəaliyyət istiqamətlərini
təşkil edən fəaliyyət istiqamətlərinə, daxili proseslərə, informasiya-texnologiya sistemlərinə və bank
məhsullarına görə bölünməsi;
- Bankın fəaliyyət göstəriciləri sistemini müntəzəm tədqiq etməklə risklərin monitorinqinin
həyata keçirilməsi. Bankın struktur bölmələri tərəfindən risklərin monitorinqinin aparılmasına
nəzarət və Bankın rəhbərliyinə aparılan monitorinqin nəticələrinə dair vaxtında məlumatın
verilməsi;
- risklərin həcminin təyin edilmiş normativ və limitlərdən yayınmasının aradan qaldırılması
üzrə operativ tədbirlərin görülməsi;
- bank risklərinin idarəedilməsi məqsədilə təyin edilmiş qayda və prosedurlara əməl edilməsinə
nəzarət;
- Bank əməkdaşlarında risklərin idarəedilməsi növlərinə və üsullarına dair biliyin
formalaşdırılması.
5.10.
Daxili audit departamentinin səlahiyyətləri:
– risklərin idarəedilməsi üzrə daxili sənədlərə, limitlərə və prosedurlara əməl edilməsinin
yoxlanması;
- limit və prosedurlara nəzarət üsullarının və əməl edilməsinin məqsədəuyğunluğunun təhlili və
qiymətləndirilməsi.
5.11.
Bankın struktur bölmələrinin səlahiyyətləri:
- kredit risklərinin idarəedilməsi siyasətinin həyata keçirilməsinə cavabdehlik: müştərilərə
xidmət göstərən Bankın struktur bölməsi, xəzinədarlıq və maliyyə bazarında əməliyyatların
aparılması və onlara nəzarət edilməsi üzrə məsuliyyət daşıyan struktur bölmələri, kreditlərə nəzarət
funksiyasını daşıyan struktur bölməsi;
- bazar riskinin və likvidlik riskinin idarəedilməsi siyasətinin həyata keçirilməsinə cavabdehlik
– xəzinədarlıq və maliyyə bazarında əməliyyatların aparılması və onlara nəzarət edilməsi üzrə
məsuliyyət daşıyan struktur bölmələri;
- korporativ idarəetmə risklərinin, digər risk növlərinin və ümumiyyətlə Bank risklərinin
idarəedilməsi siyasətinin həyata keçirilməsinə cavabdehlik – Risklərin İdarəedilməsi Departamenti
və Bankın İdarə Heyəti.
5.12.
Banka xas risklərə daxili nəzarət aşağıdakılardan ibarət olur:
- inzibati nəzarət, daha doğrusu əməliyyatların ancaq buna səlahiyyəti olan şəxslər tərəfindən
və müəyyən prosedurlara ciddi əməl etməklə, həmçinin Bankın təyin etdiyi limit və məhdudiyyətlər
hüdudlarında aparılması;
- maliyyə nəzarəti, daha doğrusu əməliyyatların müxtəlif maliyyə xidmət və əməliyyatlarına
tətbiq edilən bank risklərinə dair qəbul edilərək daxili sənədlər vasitəsilə möhkəmləndirilmiş
siyasətlərə uyğun aparılması və onların uçot və hesabatlarda lazımi qaydada əks etdirilməsi.
İnzibati və maliyyə nəzarəti ilkin, cari və növbəti nəzarətlərə bölünür. Təsdiq edilmiş limit və
məhdudiyyətlərin, qayda və prosedurların pozuntusu aşkar edildikdə risklərin ayrı-ayrı növlərinin
idarəedilməsi üzrə Əsasnamələrlə tənzimlənən prosedurlar həyata keçirilir.
10
İlkin nəzarət qarşısını alma xarakteri daşıyır və Bankın bu və ya digər əməliyyatlarında əvvəlki
dövrü əhatə edir. İlkin nəzarəti kontragentlərlə sövdələşmələrin bağlanmasına cavabdeh olan işçilər,
həmçinin onların birbaşa rəhbərləri yerinə yetirir.
Cari nəzarət hər gün yerinə yetirilir və bank əməliyyatlarını və digər sövdələşmələri yerinə
yetirmə proseslərində Bankın və onun xidmətlərinin fəaliyyətini tənzimləyir.
Cari nəzarətin əsas faktorları:
-
Bank əməliyyatları və digər sövdələşmələrin həyata keçirilməsi prosesində nəzarət və
icraedici funksiyaların Bankın əməkdaşları arasında bölüşdürülməsi;
-
Bank tərəfindən maliyyə göstəricilərinə, digər təsdiq edilmiş parametrlərə, təsdiq edilmiş
plan və proqramlara, uçot siyasətinə əməl etməsinin monitorinqi sisteminin olması;
-
Bankın İdarə Heyətinin, Kredit komitəsinin və Risklərin İdarəedilməsi Komitəsinin bank
riskləri göstəricilərinin cari vəziyyətinə dair operativ və düzgün məlumatlandırılması sisteminin
olması.
Növbəti nəzarət sövdələşmələrin yerinə yetirilməsi və əməliyyatların aparılmasından sonra
Bank portfellərinin keyfiyyətini təhlil etməklə, risk hadisələrinin baş verdiyi hallarda Bankın
maliyyə itkilərinin ümumi həcmini qiymətləndirməklə həyata keçirilir. Növbəti nəzarəti Risklərin
İdarəedilməsi Departamenti müntəzəm əsasla yerinə yetirir.
5.13.
Risklərin ayrı-ayrı növlərinin idarəedilməsi üzrə daxili sənədlər aşağıdakıları təyin
edir:
- Müşahidə Şurası, icraedici orqanlar, Bankın risklərinin idarəedilməsi üzrə bölmələri və
əməkdaşları arasında səlahiyyət və cavabdehliklərin bölüşdürülməsi;
- risklərin monitorinqi (daimi müşahidəsi) qaydası;
- idarəetmə orqanlarına bank risklərinin artmasına təsir edən faktorlar haqqında məlumat vermə
qaydası;
- risklərə nəzarət (qarşısının alınması, qəbulu, azaldılması, ötürülməsi) üsulları;
- qəbul edilən risklərə cavabdehlik daşıyan bölmələrə risklərin idarəedilməsi məsələlərinə dair
məlumatın təmin edilməsi;
- risklərin səmərəli idarəedilməsina nəzarət edilməsi qaydaları;
- risklərin ən son kəmiyyətinin (limitlərinin) təşkil edilməsi üsulları və prosedurları.
5.14.
Bank ona xas olan risklərə dair məlumatları səhmdarların, kreditorların, əmanətçilərin
və digər müştərilərin, xarici auditorların, reytinq agentliklərinin və marağı olan digər tərəflərin
diqqətinə çatdırır, həmçinin risklərin idarəedilməsi üsullarına dair məlumatı açıqlayır.
6.
RİSKLƏRİN İDARƏEDİLMƏSİ DEPARTAMENTİNİN FƏALİYYƏT
ÜSULLARI
6.1.
Bank beynəlxalq bankçılıq təcrübəsində qəbul edilmiş üsulları nəzərə almaqla risklərin
qiymətləndirilməsi və idarə olunması üsullarını müstəqil müəyyən etmək hüququnu özündə
saxlayır.
6.2.
Risklərin İdarəedilməsi Departamenti bank risklərinin idarə olunması və
qiymətləndirilməsinin optimal üsullarını müstəqil olaraq müəyyən edir/hazırlayır.
6.3.
Maliyyə analitikləri tərəfindən istifadə olunan risklərin qiymətləndirilməsi üsullarının
yüksək mobilliyi ilə əlaqədar Risklərin İdarəedilməsi Departamenti istifadə etdiyi bank risklərinin
təhlili və idarə olunması üsullarını müntəzəm olaraq dəyişə bilər. Risklərin İdarəedilməsi
Departamenti tərəfindən hazırlanan/istifadə olunan üsullar Bankın cari fəaliyyətini yerinə yetirən
zaman yaranan bank risklərinin optimal idarə olunmasını təmin etməli, beynəlxalq təcrübədə
istifadə olunan risklərin qiymətləndirilməsi və idarə olunması üsullarını nəzərə almalıdır.
6.4.
Risklərin
İdarəedilməsi Departamenti tərəfindən istifadə olunan risklərin
qiymətləndirilməsi və idarə olunması metodikasını Bankın İdarə Heyəti təsdiq etməlidir.
11
Risklərin İdarəedilməsi Departamenti Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmiş
Metodikanı Bankın əməkdaşlarının bank risklərinin idarə olunması üsulları ilə tanış olması/təlimi
çərçivəsində Bank əməkdaşlarının diqqətinə çatdırır.
6.5.
Bankın fəaliyyəti zamanı yaranan risklərin qiymətləndirilməsi üzrə istifadə olunan
üsulların aktuallığına və onların yerinə yetirilməsinə nəzarətə Risklərin İdarə olunması
Departamenti cavabdehlik daşıyır.
7. RİSKLƏRİN İDARƏEDİLMƏSİ DEPARTAMENTİNİN BANKIN BÖLMƏLƏRİ
İLƏ QARŞILIQLI ƏLAQƏSİ
7.1.
Bankın Risklərin İdarəedilməsi Departamenti öz fəaliyyətində Bankın İdarə
Heyətinin Sədrinə tabedir. Həmçinin Risklərin İdarəedilməsi Departamenti ildə iki dəfədən az
olmayaraq, Bankın Müşahidə Şurasına hesabat verir.
7.2.
Risklərin İdarəedilməsi Departamentinin Rəhbəri risklərin səviyyəsinə təsir edə
biləcək amillərin aşkar edilməsinin bütün hallarına dair məlumatı Bankın rəhbərliyinə və Daxili
audit Departamentinə bildirməlidir.
7.3.
Risklərin İdarəedilməsi Departamentinin rəhbəri və əməkdaşları Risklərin
İdarəedilməsi Departamentinin fəaliyyətinə mane olan bütün hallar barədə Bankın idarəetmə
orqanlarına, Bankın rəhbərliyinə məlumat verməlidirlər.
7.4.
Bankın nəzarət şöbələrinin (Kreditlərə Nəzarət Departamentini, Xəzinədarlıq üzrə
Nəzarət Şöbəsi) əməkdaşları və rəhbərləri bank əməliyyatlarının yerinə yetirilməsində aşkar
etdikləri bütün pozuntulara dair dərhal Risklərin İdarəedilməsi Departamentinin rəhbərinə məlumat
verməlidirlər.
7.5.
Bankın bütün bölmələrinin əməkdaşları Risklərin İdarəedilməsi Departamentinin
əməkdaşlarına öz funksiyalarını yerinə yetirməkdə yardım etməlidirlər.
7.6.
Bankın
əməkdaşları
aşkar
etdikləri
bank
risklərinin
səviyyəsinin
artmasına/dəyişməsinə təsir edə biləcək faktları, həmçinin Banka, əmanətçilərə, müştərilərə zərər
verilməsi faktlarını öz birbaşa rəhbərlərinin, daxili audit Departamentinin və Risklərin
İdarəedilməsi Departamentinin diqqətinə çatdırmalıdırlar.
7.7.
Bankın əməkdaşlarının risklərin idarə olunması ilə əlaqədar tədbirlər kompleksinin
yerinə yetirilməsi zamanı hər hansı sualı yaranarsa, onlar məsləhət üçün Risklərin İdarəedilməsi
Departamentinin rəhbərinə müraciət edirlər.
7.8.
Risklərin İdarəedilməsi Departamentinin rəhbəri məsələlərin operativ şəkildə həlli
üçün Bankın müvafiq rəhbərləri ilə əlaqə saxlamaq hüququna malikdir.
7.9.
Risklərin İdarəedilməsi Departamentinin rəhbəri risklərin səviyyəsinə dair müntəzəm
birləşdirilmiş hesabat hazırlamaqla hər ay Risklərin İdarəedilməsi Komitənin yığıncağında risklərin
səviyyəsinə dair məlumatı Bankın rəhbərliyinə çatdırır.
7.10.
Risklərin İdarəedilməsi Departamentinin rəhbəri kredit portfelinin müntəzəm
monitorinqini həyata keçirir, həmçinin kredit ərizələrini Bankın Kredit Komitəsinin müzakirəsinə
təqdim etməzdən əvvəl onların müstəqil ixtiyari seçimlə təhlilini həyata keçirir. Bununla belə,
Risklərin İdarəedilməsi Departamentinin rəhbəri Kredit Komitəsinin üzvü deyil və Bankın Kredit
Komitəsinin qəbul etdiyi qərarlarda səsvermə hüququna malik deyildir.
7.11.
Risklərin İdarəedilməsi Departamentinin fəaliyyəti müstəsna deyildir və ümumi
əsasla Daxili Audit Departamenti tərəfindən yoxlanıla bilər. Risklərin İdarəedilməsi
Departamentinin rəhbəri Daxili Audit Departamentinə öz funksiyalarını yerinə yetirməyə imkan
vermək üçün lazım olan bütün məlumatları (hazırkı hissənin 7.2 bəndində göstərilənlərdən əlavə)
Daxili Audit Departamentinə təqdim edir.
8.
Yekun müddəalar
8.1.
Bu Siyasət Müşahidə Şurası tərəfindən təsdiq edildiyi andan hüquqi qüvvəyə minir.
8.2.
Bu Siyasətə edilən əlavə və dəyişikliklər Müşahidə Şurasının qərarı ilə qüvvəyə
minir.
Dostları ilə paylaş: |