Azərbaycan Milli Elmlər Akademiyası
İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU
Rasim
Əliquliyev
İradə Ələkbərova
VİKİMETRİK TƏDQİQATLAR:
MÜASİR VƏZİYYƏTİ, PROBLEMLƏRİ VƏ
PERSPEKTİVLƏRİ
EXPRESS –
İNFORMASİYA
İNFORMASİYA CƏMİYYƏTİ
SERİYASI
Bakı–2015
Əliquliyev R.M., Ələkbərova İ.Y. Vikimetrik tədqiqatlar:
müasir vəziyyəti, problemləri və perspektivləri. Ekspress-
informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı:
“İnformasiya texnologiyaları” nəşriyyatı, 2015, 88 səh.
Ekspress-informasiyada viki-
texnologiyaların imkanları,
Vikipediyanın
məqsəd
və
vəzifələri
araşdırılmışdır.
Vikimetriyanın bəzi elmi-nəzəri problemləri analiz olunmuş,
mövcud aktual problemlərin həlli ilə əlaqədar müəyyən təkliflər
irəli sürülmüşdür. Vikipediyanın Azərbaycan bölməsində
vəziyyət araşdırılmış, Azərbaycanla bağlı kontentin viki-mühitdə
artırılması məqsədi ilə təkliflər paketi işlənmişdir.
Elmi redaktor:
AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş
elmi işçisi, tex.f.d., dosent Zərifə Cəbrayılova
ISBN:
©
”İnformasiya Texnologiyaları” nəşriyyatı, 2015
MÜNDƏRİCAT
G
İRİŞ ............................................................................................ 4
FƏSİL 1. VİKİPEDİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ . 12
1.1. Viki-
texnologiyaların mahiyyəti ....................................... 12
1.2. MediaWiki......................................................................... 22
1.3. Vikipediya sisteminin arxitekturu ..................................... 24
1.4. Vikipediya layih
ələri ......................................................... 27
FƏSİL 2. VİKİMETRİYANIN BƏZİ ELMİ-NƏZƏRİ
PROBLEMLƏRİNİN ANALİZİ .............................................. 31
2.1. Viki-
mühitin inkişaf dinamikasının analizi ...................... 40
2.2. Viki-istifad
əçilərin töhfələrinin analizi ............................ 43
2.3. Viki-mühitd
ə sosial şəbəkələrin və istifadəçilərin
nüfuzunun analizi .................................................................... 44
2.4. Viki-kontentin keyfiyy
ətinin analizi və vandalizmin
t
əyini metodları ........................................................................ 51
2.5
. İnformasiya qarşıdurmaları və konfliktlərinin analizi ...... 54
FƏSİL 3. VİKİPEDİYANIN AZƏRBAYCAN DİLİ
BÖLMƏSİNDƏ VƏZİYYƏTİN ARAŞDIRILMASI ............. 61
3.1. Vikipediyanın Azərbaycan dili bölməsində vəziyyət ....... 61
3.2. Vikipediya il
ə bağlı Azərbaycanda görülən işlər .............. 64
3.3. Viki-mühitd
ə Azərbaycana qarşı informasiya
müharib
əsi. ............................................................................... 66
3.4.
Probleml
ər ......................................................................... 69
3.5. T
əkliflər ............................................................................. 71
ƏDƏBİYYAT ............................................................................. 74
4
G
İRİŞ
Müasir dövrdə İnternet məkanı dünya əhalisinin siyasi,
iqtisadi və sosial həyatında vacib faktordur. Bu qlobal şəbəkə
elmi-
texniki və iqtisadi cəhətdən genişlənərək insanların həyat
fəaliyyətlərinin bütün sahələrinə birbaşa və ya dolayı yolla təsir
etməkdədir. İnternet hər kəsə bir sıra məsələlərin həllində öz
sözünü demək imkanını verir və bilik mənbəyi olmaqla yanaşı
insanlara müxtəlif istiqamətlərdə fəaliyyət göstərməyə şərait
yaradır: informasiya daxil etmək, müzakirələr aparmaq, e-biznes
və İnternet jurnalistika ilə məşğul olmaq, dünyanın hansı yerində
yaşamasından
asılı
olmayaraq
müxtəlif
alimlərlə,
mütəxəssislərlə, maraqlı insanlarla tanış olaraq bilikləri
bölüşdürmək və s. İnternetin imkanları ictimai baxışın
formalaşmasında, siyasi, iqtisadi və hərbi sahədə qərarların
qəbulunda,
xüsusi
hazırlanmış
informasiya
və
dezinformasiyaların yayılmasında geniş istifadə edilməkdədir.
İnformasiya cəmiyyətinin (İC) inkişaf etdiyi müasir dövrdə
İnternet texnologiyalarından müxtəlif sahələrdə: təhsildə, elmdə,
istehsalatda, dövlət strukturlarında və s. sahələrdə geniş istifadə
edilməkdədir. Əsasən də vətəndaşlarla dövlət qurumları arasında
informasiya mübadiləsinin həyata keçirilməsində İnternet
texnologiyaları mühüm rol oynamaqla dövlət strukturlarının
fəaliyyətinin xarakterini dəyişməkdədir. Belə ki, yeni
informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi icra
orqanlarının fəaliyyətinin daha dinamik, qıvraq və interaktiv
olmasına şərait yaradır. Dövlət strukturlarının xidməti daha