SAHİBKARLIQ: ÜMUMİ MƏLUMATLAR
BAKI 2013
Sabit Bağırov
Sahibkarlığın və Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
Sahibkarlıq fenomeni
Sahibkarlıq nə deməkdir?
Sahibkarlığın motivləri hansılardır?
Sahibkarlıq nəyə görə iqtisadi artımın əsas mühərriklərindəndir?
Sahibkarlığa öyrənmək olarmı, yoxsa bu anadangəlmə bacarıqdır,
istedaddır?
Sahibkarlıq milli mentalitetlə əlaqəlidirmi?
Sahibkarlıq bacarıqlarını necə inkişaf etdirmək olar?
Sahibkarlığın inkişafı nələri tələb edir?
Sabit Bağırov, SBİİYF
2
25.10.2013
Sahibkarlıq nə deməkdir?
Sahibkarlıq insan fəaliyyəti növüdür. Bu
fəliyyət:
Müəyyən məkanda və zamanda baş verir;
Müəyyən motivlərlə həyata keçirilir;
Müəyyən şərait və şərtlərlə əlaqəlidir;
Müəyyən risklərlə müşayət olunur;
Müəyyən resurslar tələb edir;
Sabit Bağırov, SBİİYF
3
25.10.2013
Sahibkarlıq məvhumunun rəsmi
açılışı
Sahibkarlıq fəaliyyəti haqqında Qanuna
əsasən (Maddə 1):
Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə
həyata keçirdiyi, əsas məqsədi əmlak
istifadəsindən, əmtəə satışından, işlər
görülməsindən və ya xidmətlər göstərilməsindən
mənfəət götürülməsi olan fəaliyyətdir.
25.10.2013
Sabit Bağırov, SBİİYF
4
Sahibkarlığın motivləri hansılardır?
Motivlər fərqlidir və sahibkarlıq subyektinin inkişaf mərhələsindən
və ölçüsündən asılıdır.
Sahibkarlıq subyektlərinin ölçü amilinə görə təsnifatı dünya
ölkələrində fərqlidir. Məsələn Avropa Birliyində mikro, kiçik və orta
sahibkarlığın təsnifatı qəbul olunub. Azərbaycanda isə rəsmi yalnız
kiçik sahibkarlığın təsnifatı mövcuddur.
Motivlər:
Özünü və ailəni dolandırmaq;
Daha yaxşı yaşamaq;
Xeyrəçiliklə məşğul olmaq;
Biznesdə liderlik;
Və sair
Sabit Bağırov, SBİİYF
5
25.10.2013
Sahibkarlıq nəyə görə iqtisadi artımın
əsas mühərriklərindəndir?
• Sahibkarlıq və özəl sector azad bazarda mərkəzi rola
malikdirlər, çünki onlar:
– Yeni ideyalar gətirir;
– Texniki tərəqqiyə təkan verir;
– Yeni mallar istehsal edir;
– Yeni iş yerləri açır;
– Yeni varidat yaradır;
– Istehlakçıların tələbatını ödəyir
6
Sabit Bağırov, SBİİYF
25.10.2013
SAHİBKARLIQ MƏDƏNİYYATI
Sahibkarlıq mədəniyyatı müəyyən prinsiplərə əsaslanır:
– Seçim azadlığı;
– Biznesin başlanması və yürüdülməsi azadlığı;
– Mülkiyyət hüquqlarının təmin edilməsi;
– Bazarlara azad daxil olma;
– İşəgötürmə və işdən azadetmə azadlığı;
– İnformasiya azadlığı;
7
Sabit Bağırov, SBİİYF
25.10.2013
Mülkiyyət hüquqlarının təmin edilməsi
vacibliyi
• Mülkiyyət hüquqlarının təmin edilməsi dövlətin əsas vəzifələrindən
biridir:
• Mülkiyyət hüquqları pozulduqda insanlar sahibkarlıqla məşğul
olmaqda maraqlı olmurlar
8
Sabit Bağırov, SBİİYF
25.10.2013
Qanunun aliliyi amili
• Bazarların və sahibkarlığın fəaliyyəti üçün qanunvericilik dəqiq və
anlaşılan olmalıdır;
• Qanun aliliyi o deməkdir ki, qaydalar cəmiyyətin hər bir üzvünə
aiddir. Əgər kimsə qanunların icrasından azad olursa bu qeyri
ədalətli üstünlüklər yaradır;
• Qanunun aliliyini təmin edən müstəqil məhkəmə sisteminin
vacibliyi
9
Sabit Bağırov, SBİİYF
25.10.2013
Azərbaycanda Özəl Sahibkarlıq
(İqtisadi İnkişaf Nazirlyinin hesabatlarına əsasən)
2008
2009
2010
2011
2012
ÜDM-də
Özəl
sektorun
çəkisi
84,5
81,2
81,7
82,5
83,0
Hüquqi
şəxslərin
sayı
85618
89939
93416
75632
78966
25.10.2013
Sabit Bağırov, SBİİYF
10
Sahibkarlıq fəaliyyəti üçün vacib
qanunvericilik aktları
25.10.2013
Sabit Bağırov, SBİİYF
11
1. Azərbaycan Respublikasının Konstitusiyası;
2. Məcəllələr;
3. Qanunlar;
4. AR Prezidentinin Fərmanları və Sərəncamları;
5. Nazirlər Kabinetinin Qərarları və Sərəncamları;
6. Dövlət Qeydiyyatına alınmış normativ-hüquqi
aktlar;
Azərbaycan Respublikasının
Konstitusiyası
Maddə 59. Azad sahibkarlıq hüququ
Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz
imkanlarından, qabiliyyətindən və əmlakından
sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə
birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla
qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü
ilə məşğul ola bilər.
25.10.2013
Sabit Bağırov, SBİİYF
12
Məcəllələr
1. Mülki Məcəlləsi
2. VergiMəcəlləsi
3. Gömrük Məcəlləsi
4. Əmək Məcəlləsi
5. Torpaq Məcəlləsi
6. Mülki Prosessual Məcəlləsi
7. Cinayət Məcəlləsi
8. İnzibati Xətalar Məcəlləsi
9. Cinayət Prosessual Məcəlləsi
10. Cəzaların İcrası Məcəlləsi
11. İnzibati Prosessual Məcəlləsi
12. Ticarət Gəmiçiliyi Məcəlləsi
13. Şəhərsalma və Tikinti Məcəlləsi
14. Miqrasiya Məcəlləsi
15. Su Məcəlləsi
16. Meşə Məcəlləsi
17. Mənzil Məcəlləsi
18. Ailə Məcəlləsi
19. Seçki Məcəlləsi
25.10.2013
Sabit Bağırov, SBİİYF
13
Sahibkarlıq fəaliyyətinin əsas hüquqi
formaları
• Sahibkarlıq fəaliyyəti ilə fiziki (hüquqi şəxs yaratmadan), yaxud
hüquqi şəxs kimi məşğul olmaq olar:
a) Fiziki şəxs kimi:
- Fərdi sahibkarlıq
b) Hüquqi şəxs kimi (Kommersiya təşkilatları ):
- Tam ortaqlıqlar
- Kommandit ortaqlığı
- Məhdud Məsuliyyətli Cəmiyyət
- Əlavə məsuliyyətli cəmiyyət
- Səhmdar Cəmiyyəti
- Kooperativ
• Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində fiziki şəxslər hüquqi
şəxslərlə eyni hüquqlara malikdirlər.
25.10.2013
Sabit Bağırov, SBİİYF
14
Hüquqi şəxs anlayışı
Mülki Məcəlləyə əsasən (Maddə 43):
43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş,
xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri
üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə
etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq
hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi
şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından
asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya
bilər.
43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan
(kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan
və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi
şəxsləri) qurumlar ola bilər.
25.10.2013
Sabit Bağırov, SBİİYF
15
Tam ortaqlıq
Mülki Məcəlləyə əsasən (Maddə 69):
69.1. Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun
iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə
ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və
ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla
məsuliyyət daşıyırlar.
69.2. Şəxs yalnız bir tam ortaqlığın iştirakçısı ola bilər.
25.10.2013
Sabit Bağırov, SBİİYF
16
Kommandit ortaqlığı
Müki Məcəlləyə əsasən (Maddə 82):
82.1. Kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq
fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan
iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları
mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak
etməyən bir və ya bir neçə iştirakçısı – maya qoyanı (kommanditçi) vardır.
82.2. Kommandit ortaqlığında iştirak edən tam ortaqların hüquqi vəziyyəti və ortaqlığın
öhdəlikləri üzrə onların məsuliyyəti bu Məcəllənin tam ortaqlıq iştirakçıları haqqında
qaydaları ilə müəyyənləşdirilir.
82.3. Şəxs yalnız bir kommandit ortaqlığında tam ortaq ola bilər. Tam ortaqlığın iştirakçısı
kommandit ortaqlığında tam ortaq ola bilməz. Kommandit ortaqlığındakı tam ortaq tam
ortaqlığın iştirakçısı ola bilməz.
25.10.2013
Sabit Bağırov, SBİİYF
17
Məhdud məsuliyyətli cəmiyyət
Mülki Məcəlləyə əsasən (Maddə 87):
87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs)
tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə
müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət
məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud
məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə
məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər
üçün qoyduqları mayaların dəyəri həddində risk
daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər
qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
25.10.2013
Sabit Bağırov, SBİİYF
18
Əlavə məsuliyyətli cəmiyyət
Mülki Məcəlləyə əsasən (Maddə 97):
97.1. Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə
ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət əlavə məsuliyyətli
cəmiyyət sayılır. Belə cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə öz mayalarının
dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilən, hamısı üçün eyni olan
misli miqdarında özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar.
İştirakçılardan biri müflis olduqda cəmiyyətin öhdəlikləri üzrə onun məsuliyyəti,
əgər cəmiyyətin nizamnaməsində məsuliyyətin bölünməsinin ayrı qaydası nəzərdə
tutulmayıbsa, qalan iştirakçılar arasında onların mayalarına mütənasib surətdə
bölünür.
97.3. Əlavə məsuliyyətli cəmiyyətə, əgər bu maddədə ayrı qayda nəzərdə
tutulmayıbsa, bu Məcəllənin məhdud məsuliyyətli cəmiyyət haqqında qaydaları
tətbiq edilir.
25.10.2013
Sabit Bağırov, SBİİYF
19
Səhmdar cəmiyyəti
Mülki Məcəlləyə əsasən (Maddə 98):
98.1. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar
cəmiyyəti sayılır.
98.2. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar
cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti
nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır.
98.3. Səhmdar cəmiyyəti bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya
bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət
göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, bölünmə, ayrılma, çevrilmə) yolu ilə
yaradıla bilər.
98.4. Səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh
deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri
həddində risk daşıyırlar.
98.5. Səhmdar cəmiyyəti bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradıla bilər və ya
cəmiyyətin bütün səhmlərini bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki və ya
hüquqi şəxsdən) ibarət ola bilər. Bu barədə məlumat cəmiyyətin nizamnaməsində
göstərilməli, qeydə alınmalı və hamının tanış olması üçün dərc edilməlidir. Səhmdar
cəmiyyətinin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz.
25.10.2013
Sabit Bağırov, SBİİYF
20
Kooperativlər haqqında əsas
müddəalar
Mülki Məcəlləyə əsasən (Maddə 109):
109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət
göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının
maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının
birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və
kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə
üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul
edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ olan fiziki və
(və ya) hüquqi şəxsdir.
25.10.2013
Sabit Bağırov, SBİİYF
21
Sahibkarlıq fəaliyyətini tənzimləyən
Azərbaycan Respublikasının Qanunları
25.10.2013
Sabit Bağırov, SBİİYF
22
Sahibkarlıq fəaliyyəti haqqında
Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında
İnvestisiya fəaliyyəti haqqında
Antiinhisar fəaliyyəti haqqında
Haqsız rəqabət haqqında
Təbii inhisarlar haqqında
Əmtəə birjası haqqında
Xarici investisiyanın qorunması haqqında
Kiçik sahibkarlığa dövlət köməyi haqqında
Maliyyə-sənaye qrupları haqqında
Reklam haqqında
Xüsusi iqtisadi zonalar haqqında
Daxili audit haqqında
Bank olmayan kredit təşkilatları haqqında
Sair qanunlar
TƏRƏDDÜDLƏR
Sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər
adətən aşağıdakı tərəddüdləri yaşayır:
- Hansı biznes-ideya uğurlu ola bilər?
- Pul tapa biləcəmmi?
- Hazırki qazanc mənbəyimi atsam ailəmi necə
təmin edəcəm?
- Bacaracammı?
- Yaşım ötməyib ki?
25.10.2013
Sabit Bağırov, SBİİYF
23
Sahibkarlıq fəaliyyətinə başlayan nələri
nəzərə almalıdır
Sabahdan sənin üçün yeni həyat başlayır;
Hər dəqiqə biznesin barədə düşünməli olacaqsan;
Ailə, istirahət və dostların üçün vaxtın azalacaq;
Təxirə salmadan hər gün yeni problemlərlə qarşılaşaçaqsan və onları həll
etməli olacaqsan;
Xasiyyətini dəyişməli olacaqsan;
Sənə simpatik olmayan insanlarla da yaxşı münasibət qurmalı olacaqsan;
Rəqiblərin yaranacaq;
25.10.2013
Sabit Bağırov, SBİİYF
24
Özünüzü testdən keçirin
1.
Son illərdəki məşquliyyətinizin sahibkarlıqla hər hansı əlaqəsi varmı?
2.
Xobbinizin sahibkarlıqla hər hansı əlaqəsi varmı?
3.
Ümumiyyətlə Siz fəal adamsınızmı?
4.
Uğursuzluqları asanmı keçirirsiniz?
5.
Açıq və dürüst insanmısınız?
6.
Xasiyyətinizdə aqressiya varmı?
7.
Analitik səriştəniz varmı? Problemlə raslaşarkən onu həll etmək yollarını
müəyyənləşdirə biirsinizmi?
8.
Tacir bacarığına maliksinizmi?
9.
Sağlamlığınız nə vəziyyətdədir?
10. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün təkidli ola bilirsinizmi?
11. Fantaziya qabilliyətiniz varmı?
12. Ailəniz Sizi dəstəkləyəcəkmi?
25.10.2013
Sabit Bağırov, SBİİYF
25
Sahibkarlıq fəliyyətində əsas
addımlar
1. Şəxs tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq barədə qərarın qəbul edilməsi;
2. Bizne-ideyanın formalaşdırılması;
3. Biznes-layihənin hazırlanması;
4. Maliyyənin təmin edilməsi;
5. Biznesin qurulması;
6. Biznesin idarə edilməsi;
7. Biznesin genişləndirilməsi
25.10.2013
Sabit Bağırov, SBİİYF
26
Biznes-ideya___Biznes-ideyanın_yaranması'>Biznes-ideya
Biznes-ideyanın yaranması:
-
təsadüfən;
- kənardan söylənməklə;
- tələb və təklif bazarının təhlili;
- bənzərlik əsasında;
25.10.2013
Sabit Bağırov, SBİİYF
27
Biznes-ideya
Gözlənilən faydanın ilkin qiymətləndirilməsi:
-
elementar hesablamalar;
- mövcud analoji layihələrlə müqayisə;
- mütəxəssislərlə məsləhətləşmələr;
25.10.2013
Sabit Bağırov, SBİİYF
28
Biznes-ideya
Biznes-ideyanın gerçəkləşməsi ehtimalının təhlili:
- maliyyə ehtiyatlarının mövcudluğu və ya əlçatanlığı;
- avadanlıq və texnoloqiyalarla təminat;
- xam mal və digər ehtiyatlar;
- ümumiyyətlə uyğun şəraitin olması;
- risklər;
Biznes-ideyanın gerçəkləşdirilməsi barədə qərarın qəbul
edilməsi
- amillər;
25.10.2013
Sabit Bağırov, SBİİYF
29
Mən hər zaman şirkətimizin hər bölməsini ziyarət edib və hər bir
əməkdaşımızla görüşüb tanış olmağı qarşımda məqsəd qoymuşam.
Akio Morita
Akio Morita ( 盛田昭夫, 1921, 26 yanvar, Naqoya,
Yaponiya) Masaru İbuko ilə birgə “Sony Corporation”
şirkətini həmtəsisçiləri olublar. 1946-cı ilin may ayının 7-də
onlar cəmi 20 işçisi olan “Tokio telekommunikasiya
mühəndislik şirkətini qurmuşlar. Sonralar bu şirkət məşhur
“Sony Corporation”-a çevrilib. 1961-ci ildə “Sony
Corporation of America” Nyu-York birjasının siyahılarına
düşən ilk yapon şirkəti olmuşdur. Tədricən Sony məişət
elektrotexnikası sahəsində yüksək keyfiyyətli və qabaqcıl
texnologiyalar tətbiq edən əsas istehsalçılardan birinə
çevrildi.
Akio Morita 1982-ci ildə Britaniya Kral İncəsənət
Cəmiyyətinin Albert Medalı ilə təltif olunmuş ilk yapon
oldu. İki il sonra o, Fransa Fəxri Legionun Milli Ordeni ilə,
1991-ci ildə isə Yaponiya İmperatorunun Birinci Dərəcəli
Müqəddəs Xəzinə Ordeni ilə təltif olunmuşdu.
Akio Morita 78 yaşında vəfat etdi və özündən sonra
“Yaponiya istehsalı” adlı xatirə kitabını qoyub getdi.
25.10.2013
Sabit Bağırov, SBİİYF
30
“Ətir – qadın fərdiliyinin təkrarolunmaz vurğusu,
obrazın son cizgisidir”
Kristian Dior
Kristian Dior (Christian Dior, 1905, 21 yanvar, Qrinvil,
Fransa) – fransız geyim modelyeri olub.
1942-ci ildə Kristian Dior parfümeriya laboratoriyasını
yaratdı və sonralar bu laboratoriya Christian Dior
Perfume şirkətinə qədər böyüdü. Müharibədən sonra,
1946-cı ildə o, moda evi açır.
1947-ci ildə Dior öz yeni kolleksiyasında, “Yeni baxış”
konsepsiyasını ortaya qoyur.
İş partnyoru Jak Ruye ilə birlikdə Dior, model
biznesində lisenziya sazişlərindən istifadə edən ilk
oldu. Beləliklə, Dior nişanı tezliklə dünyanın hər
yerinə yayıldı.
Məşhur dizayner 1957-ci ildə 52 yaşında
ürəkağrısından Montekatini-Termedə (İtaliya,
Toskana) vəfat etdi.
25.10.2013
Sabit Bağırov, SBİİYF
31
“... böyük uğurların əldə olunmasının
yeganə yolu işi sevməkdir”.
Stiv Cobs
Stiv Cobs (Steven Paul Jobs, 1955, 24 fevral, San Fransisko,
ABŞ) – amerika ixtiraçısı və sahibkar, “Apple” şirkətinin
həmtəsisçisi olmuşdur.
Cobsun biznes fəaliyyəti “Silikon Vadi”si sahibkarı
obrazına böyük töhfə vermişdir. Funksional və eyni
zamanda eleqant məhsulların işlənib hazırlanması
istiqamətində Cobsun səyləri onun davamçılarının
meydana gəlməsinə gətirib çıxardı. Stiv Cobs
istehlakçıların elektron cihazlar dünyası barədə
təsəvvürlərini tamamilə dəyişdirmiş İPhone, İPod, İPad
kimi məşhur məhsulların yaradıcısı idi. Bu məhsulların
hər biri öz bazar seqmentini və onun gələcəkdə inkişafı
barədə təsəvvürləri dəyişdirdi.
2011-ci ilin oktyabrın 5-də Stiv Cobs 56 yaşında ikən
uzunmüddətli mubarizədən sonra xərçəngdən vəfat etdi.
Vəfatından dərhal sonra onun var-dövləti 9 mlrd. ABŞ
dolları, “Apple” şirkətinin kapitallaşması isə 338 mlrd.
dollar məbləğində qiymətləndirilmişdir.
25.10.2013
Sabit Bağırov, SBİİYF
32
“Düşünürəm ki, son 53 ildə qadınlar çox uzağa gediblər. Vaxt var idi mən bənzərsiz,
pioner qadın hesab olunurdum. Mən hələ də bir satıcının – “Qızlar, siz nə etdiyinizi
bilirsinizmi?” – sözlərini xatırlayıram”.
Lilian Vernon
Lilian Vernon (Lilian Vernon, 1928, 18 mart, Leypsiq, Almaniya) –
müxtəlif məhsul çeşidində insanların nəyi seçəcəyini intuitiv hiss edən
və bu hissin sayəsində sahibkar qadınlar dünyasının nəhəngi sayılır.
O, öz hissini “mənim qızıl daxili səsim” adlandırır. Hər hansı bir yeni
məhsul layihəsi işlənib hazırlanarkən o, ənənvi marketinq
tədqiqatlarından istifadə əvəzinə məhz öz hissinə əsaslanır.
1937-ci ildə ailəsi öncə Hollandiyaya, sonra isə ABŞ-a köçür.
Sahibkarlıq fəaliyyətinə 1957-ci ildə poçt ticarəti ilə başlayır. 1954-cü
ildə özünün ilk 16 səhifəlik ağ-qara kataloqunu nəşr etdirir. O, bu
nəşrini 125000 sayda real və gözlənilən sifarişçilərinin ünvanlarına
poçtla göndərir. 1965-ci ildə fəaliyyətinin yetəri qədər inkişaf etməsi
tam hüquqlu “Lilian Vernon Corporation” adlı şirkətin yaradılmasına
əsas verir.
1987-ci ilə “Lilian Vernon Corporation” Amerika fond birjasının
siyahılarına düşən qadın tərəfindən əsası qoyulmuş ən iri biznes
olmaqla böyük populyarlıq qazandı. Hər il təxminən 4 milyon sifarışçi
onun kataloqlarından istifadə edərək hədiyələr alıq.
Belə bir müvəffəqiyyət ona gətirib çıxardı ki, sahə liderləri Lilian
Vernona “kataloqlar kraliçası” adını veriblər.
25.10.2013
Sabit Bağırov, SBİİYF
33
“Bir gün Almaniyada məni ilin sahibkarı kimi mükafatlandıracaqdılar. Mən hər
zaman olduğu kimi avtobusla gəldim... Təhlükəsizlik xidməti məni zala
buraxmaq istəmirdi”.
“Yalnız yatan səhv etmir”.
“Dividentlər yox, sərmayələr barədə düşünmək. Gəlir – şirin həyat yox,
resursdur”.
İnqvar Kamprad
İnqvar Feodor Kamprad (Ingvar Feodor Kamprad,
1926, 30 mart) – isveçli sahibkardır. Məişət əşyaları
satan dükanlar şəbəkəsi “İKEA”nın təsisçisi, dünyanın
dövlətli insanlarından biridir. İnqvar atasından
hədiyyə qismində alınan pula sonralar “İKEA” şirkəti
olan müəssisəsini 17 yaşında ikən açdı. 1976-cı ildən
İsveçrənin Epalinges şəhərində yaşayır. 2009-cu il üzrə
İsveçrənin ən varlı sakini idi.
Bu gün “İKEA” dünyada ən iri mebel satıcısıdır.
Şirkətin 35 ölkə və regionda 237 mağazası var.
Dövriyyəsi isə 2006-cı ilə üzrə 17.7 mlrd. Avro təşkil
etmişdi. İndiyə qədər şirkətin fəaliyyətinin əsasını
bahalı olmayan, yığılan mebelin satışı təşkil edir.
25.10.2013
Sabit Bağırov, SBİİYF
34
“Ticarəti ilə yaşayan şəxs ya reklam verməli, ya da
müflisləşməlidir”.
Тоmas Lipton
Tomas Conston Lipton (Thomas Johnstone Lipton, 1848, 10
may, Qlazqo, Şotlandiya) – Lipton çayı brendinin yaradıcısı
olan ən məşhur şotland
Artıq 5 yaşında ikən o, atasına ərzaq dükanında kömək edirdi,
15 yaşında isə ABŞ-a gedir. Başlanğıcda o, istənilən işi yerinə
yetirirdi, lakin sonda Nyu-York univermaqının ərzaq
dükanında satıcı olmağa nail oldu. 1871-ci ildə o, bilik və 100
funt sterlinqlə vətəninə qayıdır. Qlazqoda öz ərzaq dükanını
açmaqla həm menecer, həm satıcı, həm də təchizatçı olur.
Lipton 1890-cı ildə çay biznesinə başlayır. Seylonda 5 çay
plantasiyası almaqla təcrübələr aparır. Məqsəd münasib
qiymətə keyfiyyətli çay istehsalı idi. Öz plantasiyalarına və
donanmaya sahib olmaqla vasitəçilərsiz işləyirdi. Ona görə də
onun çayı bahalı deyildi. Kraliça Viktoriya bu çayın pərəstişkarı
idi.
1897-ci ildə Tomas Lipton cəngavər titulu ilə təltif olunur. Ser
Tomas Lipton 1931-ci ilin oktyabrın 3-də vəfat edir. Varisi
olmadığından bütün var-dövləti xeyriyyəçiliyə xərclənir.
25.10.2013
Sabit Bağırov, SBİİYF
35
“Sahibkar dəyişikliklərin katalizatorudur. O, heç vaxt keçmişlə
yaşamır, bu günlə bəzən və demək olar ki, həmişə gələcəklə yaşayır”.
Maykl E. Gerber
Maykl E. Gerber (Michael E. Gerber, 1936, 20 iyun,
ABŞ) – biznes sahəsində amerikalı mütəxəssis,
sahibkarlıq incəsənətinin əfsanəsi və “Michael E.
Gerber Companies” treninq şirkətinin təsisçisidir.
Maykl E. Gerber 145 ölkədə 65000 müəssisənin
yenidən qurulması ilə məşhur olmuş, onun nəşrləri 29
dilə tərcümə olunmuş və dünyanın 118 universitetində
istifadə olunur.
Gerber 13 biznes kitabın, o cümlədən "E-Myth
Revisited" bestsellerinin müəllifidir. Onu “kiçik
biznesin qurusu” və son onilliklərin ən yaxşı biznes-
müəllifi adlandırırlar. Gerberin dahiliyi uğur əldə
etmək naminə çətinliklərlə üzləşəni fərdi sahibkarları
anlamaqda idi. Bundan əlavə Gerberin unikal
qabiliyyəti çarəsiz biznes sahiblərini maneələri aşmağa
kömək etməkdədir.
25.10.2013
Sabit Bağırov, SBİİYF
36
“Düşünürəm ki, mənim borcum – daha çox pul qazanmaq və onu yaxınlarımın, ətrafımdakılarımın
xeyrinə, vicdanımın səsini eşitməklə istifadə etmək”.
“Məncə pul xatirinə pul qazanmaq üçün bütün vaxtını sərf edən insandan ən mənhus və acınacaqlısı
yoxdur”.
“Səbr – biznesdəki uğurun birinci və əsas şərtidir”.
Con Devison Rokfeller
Con Devison Rokfeller (John Davison Rockefeller, 8 iyul 1839,
ABŞ) – amerikalı sahibkar, filantrop, bəşər tarixində ilk
“dollar” milliarderi olub.
1870-ci ildə Standard Oil şirkətinin əsasını qoymuş və onu
1897-ci ildə təqaüdə çıxana qədər idarə etmişdir. Vəfat etdiyi
vaxtda onun var-dövləti 1.4 mlrd. ABŞ dolları və ya ABŞ
ÜDM-nin 1.54%-ni təşkil edirdi. İnflasiyanı nəzərə almaqla
Nyu York Taymz onun var-dövlətini 2006-cı ilə ekvivalent
olaraq 192 mlrd. ABŞ dolları civarında qiymətləndirib.
Rokfeller ABŞ-ın ən böyük xeyriyyəçilərindən biri olub, tibbi
tədqiqatlara, təhsilə böyük məbləğdə ianələr verib. O, həm də
Çikaqo və Rokfeller universitetlərinin əsasını qoyub. Rokfeller
mömin baptist olduğundan ömrü boyu gəlirlərinin bir qismini
ruhani müəssisələrinin təminatına xərcləmişdir. O, həmişə
sağlam həyat tərzini, alkoqol və tütündən imtinanı təbliğ
etmişdir.
25.10.2013
Sabit Bağırov, SBİİYF
37
“Miflərin ən böyüyü ani uğuru vəd edəndir. Mən öz üzərimə çox ağır yük götürdüm.
Daima iş, xırdalıqlara diqqət, yuxusuzluq, ürək ağrıları”.
“Dünyada ən gözəl üz Sizinkidir”.
Este Lauder
Este Lauder (Estee Lauder, 1908, 1 iyul, Kuins, Nyu-York,
ABŞ) – “Estee Lauder” şirkətinin təsisçisi və direktorlar
şurasının ilk sədri.
Estenin 6 yaşı tamam olanda evlərində dayısı dermatoloq
Con Skots yaşamağa başladı. Onun sayəsində Este indiyə
qədər istehsaldan düşməyən 4 dəri kremi formulunu
yaratdı.
Gələcək həyat yoldaşı Cozef Lauderə Este Viskonsin
ştatında istirahətdə olarkən rast gəldi. 1944-cü ildə ər-
arvad Nyu-York ilk mağazalarını açdılar. Keçmiş
restoranın binasını yenidən quraraq kiçik fabrika açdılar.
Gecələr bu fabrikada Este həyat yoldaşı ilə kremlər istehsal
edir, günortalar isə satırdılar. Məhz o zamanlar indiki
kosmetika və parfümeriya korporasiyası olan “Estée
Lauder”in əsası qoyuldu.
2003-cü ildə şirkətin illik dövriyyəsi 1 mlrd. 744 mln. təşkil
etmişdi. 1998-ci ildə Este Lauder əsrin 20 ən dahi və
nüfuzlu iş adamları siyahısına daxil olan yeganə qadın
oldu.
25.10.2013
Sabit Bağırov, SBİİYF
38
“Zaman uğurlu biznesin dostu, zəif inkişaf etmişin isə düşmənidir”.
“Nüfuz qazanmaq üçün 20 il tələb olunduğu halda, 5 dəqiqə onu itirməyə
kifayət edir. Bu barədə düşünsəniz işlərinizə başqa cür yanaşacaqsınız”.
Uorren Edvard Baffet
Uorren Edvard Baffet (Warren Edward Buffett, 1930, 30
avqust, Omaha, Nebraska, ABŞ) – dünyada ən iri və
tanınmış sərmayəçidir.
Baffet dünyada ən dövlətli insanlardan biri və var-
dövlətinin həcminə görə ABŞ sakinlərinin arasında 2-ci
yerdə hesab olunur. Omahalı orakul ləqəbi ilə məşhurdur.
Baffet 6 yaşında ikən mağazadan bir qutu koka-kolanı 25
sentə alır və 6 şüşədən hər birini 5 sentə satır. Ümumi gəliri
30 sent, mənfəəti isə 5 sent təşkil edir. Beləliklə, biznesmen
oğlan öz ilk mənfəətini əldə edir. 11 yaşında Baffet özünü
birjada sınayır. Atasından borc aldığı pula Cities Service
şirkətinin 3 imtiyazlı səhmini alır və sonra onları sataraq 5
dollar qazanc əldə edir. Bu həmişəlik sərmayəçinin
yaddaşında qalır.
10 min dollar həcmində ilk kapitalını Uorren uğurlu biznes
ideyanı – bərbərxanalarda pinbol üçün avtomatlar –
reallaşdıraraq qazanır.
2010-cu ildə Uorren Baffetin var-dövləti 47 mlrd. dollar
həcmində qiymətləndirilmişdi.
25.10.2013
Sabit Bağırov, SBİİYF
39
“Gözəllik – həmişə silahdır!”
“Elə insanlar var ki, onların pulu var, elələri də var ki, onlar zəngindirlər”.
Koko Şanel
Koko Şanel (Gabrielle Bonheur Chanel, 1883, 19
avqust, Fransa) məşhur modelyer olub. 18 yaşında
Qabriel geyim mağazasına işə düzəlir, boş vaxtında
isə kabaredə oxuyurdu. Qadın şlyapaları satan ilk
mağazasını Parisdə 1910-cu ildə açdı. Koko Şanelin
kişi dəbi ilə ilhamlanan modernizmi və yaratdığı
geyimdə bahalı sadəliyin izlənməsi onu 20-ci əsrin
dəb tarixində demək olar ki, ən önəmli fiqurlarından
birinə çevirdi. Şanel qadın dəbinə qısa qara don və
beldə sıxılmış jaket gətirdi. Kokonun yüksək
modaya təsiri o qədər böyük olub ki, Taym jurnalı
onu, moda tarixinin yeganə təmsilçisi kimi 20 əsrin
ən nüfuzlu şəxslər siyahısına daxil etmişdi. Koko
Şanel həm də öz ətirləri ilə məşhurdur.
25.10.2013
Sabit Bağırov, SBİİYF
40
“Sənə olan inamı itirməkdənsə pul itirmək daha yaxşıdır. Vədlərimin
məhkəmliyi, məhsullarımın keyfiyyətinə və sözlərimə inam mənim
üçün hər zaman qısamüddətli mənfəətdən üstün olub”.
Robert Boş
Robert Boş (Robert Bosch,1861, 23 sentyabr, Almaniya) almaniyalı
sənayeçi, mühəndis və ixtiraçı; “Robert Bosch GmbH” şirkətinin
təsisçisi olub.
1886-cı ilin 15 noyabrında Boş Ştutqartda “Dəqiq mexanika və
elektrotexnika emalatxanası” adlı öz firmasını açır. Açılışdan
sonrakı ilk illərdə vəziyyət çətin idi, çünki əldə olunan gəlirin
böyük hissəsi yeni avadanlığa sərf olunurdu. O zamanlar Boş
əsasən elektrotexnika avadanlığının istehsalı ilə məşğul olurdu.
Şirkətin fəaliyyətinin genişlənməsi 20-ci əsrin əvvəllərindən
başladı. Öncə Böyük Britaniyada, sonra isə Avropanın digər
ölkələrində. “BOSCH” nümayəndəlikləri həm Şimali həm də
Cənubi Amerika, Asiya, Afrika və Avstraliyada da açıldı. Bunun
sayəsində 1913-cü ildə şirkətin istehsal etdiyi məhsulun 88%-
xaricdə satılırdı.
Bu gün “Robert Bosch GmbH” ən iri alman sənaye konsernlərindən
biridir. 4 sahə - avtomobil avadanlığı, rabitə texnikası, məişət
texnikası və istehsal vasitələri – üzrə çalışır.
Robert Boş 1942-ci ilin martın 12-də vəfat etdi.
25.10.2013
Sabit Bağırov, SBİİYF
41
“Üzümüzə gələn yeni əsrə baxanda aydın olur ki, lider yalnız
başqalarını ilhamlandıranlar olacaqlar”.
Bill Qeyts
Bill Qeyts (William Henry Gates III, 1955, 28 oktyabr, Sietl,
ABŞ) – amerikalı sahibkar və ictimai xadim, “Microsoft”
şirkətinin təsisçisi (Pol Allenlə birgə) və iri səhmçisidir.
2008-ci ilin iyununa qədər “Microsoft”un rəhbəri
olub,vəzifədən getdikdən sonra şirkətin direktorlar
şurasının (неисполнительного) sədri vəzifəsində qaldı.
Habelə Bill və Melinda Qeyts xeyriyyə fondunun
həmsədridir.
1996-2007-ci illər ərzində və 2009-cu ildə “Forbes”
jurnalına əsasən dünyanın ən zəngin şəxsi hesab
olunmuşdur. Onun var-dövləti 2009-cu ilin sentyabrına 50
mlrd. ABŞ dolları təşkil etmişdir. Bill Qeyts vəsaitlərinin
xeyriyyə məqsədilə xərcləyənlər içərisində rekordsmendir.
Belə ki, 1994-2010-cu illər ərzində Bill və Melinda Qeyts
Fonduna 28 mlrd. ABŞ dolları köçürmüşdür. 2010-cu ilin
fevralında Qeyts milliarderlərə müraciət edərək
vəsaitlərinin yarısını xeyriyyə məqsədləri üçün sərf
etməyə çağırmışdı.
25.10.2013
Sabit Bağırov, SBİİYF
42
“İnsanların çoxu müvəffəqiyyət arzu edir. Hesab edirəm ki, müvəffəqiyyətə
yalnız təkrarlanan uğursuzluqlar və özünü təhlillə nail oluna bilər. Faktiki
olaraq müvəffəqiyyət işimizin 1%-dir, qalan 99% isə uğursuzluqlardır”.
Soiçiro Honda
Soiçiro Honda (本田宗一郎, 1906, 17 noyabr, Xamamatsu, Yaponiya)
– “Honda” şirkətinin qurucusu olub.
Kasıb kənd dəmirçisinin evində dünyaya gəlib. 1922-ci ildə orta
məktəbi bitirdikdən sonra 15 yaşında ikən Tokioda avtomexanik
işləmək üçün valideyn evini tərk edir. 1928-ci ildə avtomobil
təkərinin taxta millərinin dəmir olanlarla əvəz olunması ideyasının
100 patentindən birincisini alır. Honda markasına yol sadə idi –
mexanik müharibə zamanı istifadə olunan radio üçün generatorları
motor kimi velosipedlərə bərkidirdi.
1948-ci ildə dünya motosikl istehsal edən əsas şirkətlərdən biri olan
“Honda Motor Korporasiyası”nın prezidenti kimi motosikllərin və
mühərriklərin istehsalı ilə məşğul olmağa başladı. 1950-cı ildə
Honda avtomobil istehsalına başladı. Onun ilk yanacaq-səmərəli 360
modeli 70-ci illərin neft böhranı ilə bağlı çox populyar oldu. Lakin
müəssisəsinin dünyadakı, xüsusilə də ABŞ-dakı uğuruna o, artıq
qıraqdan izləməli oldu. Yapon rəhbərləri üçün gənc sayılan 67
yaşında, 1973-cü ildə, Honda konsernin rəhbəri vəzifəsindən
uzaqlaşdı, lakin 1983-cü ilə qədər orada çalışdı.
Soiçiro Honda 1991-ci ildə vəfat etdi.
25.10.2013
Sabit Bağırov, SBİİYF
43
“Uğurlu insanlar həmişə qabağa getməyə davam edirlər.
Onlar səhv edir, lakin heç vaxt dayanmırlar”.
Konrad Nikolson Hilton
Konrad Nikolson Hilton (Conrad Nicholson Hilton, 1887, 25 dekabr,
ABŞ) – amerikalı sahibkar, Hilton otellər şəbəkəsinin təsisçisi olub.
1919-cu ilin iyununda 31 yaşlı Konrad Hilton Sisko şəhərinə (Texas
ştatı) gəlir. Öz ilk müəssisəsinin iflasını yenicə yaşamış və cibində
cəmi 5 min dollar olan Konrad uğurlu bankın yaratmaq arzusunda
idi. Hilton yerli Mobli (Mobley) mehmanxanasında qalır. Bu
mehmanxananın foyesində boş otaq uğrunda mübarizə edən insan
kütləsi onu heyrətə gətirdi. Bu, ona mehmanxana biznesi ilə məşğul
olmaq ideyasını verdi. Beləliklə, Hilton Mobli mehmanxanasını alır
və artıq bir ildən sonra Fort Vort şəhərində 1, daha sonra isə daha 2
kiçik otel alır.
1925-ci ilin avqustun 2-də təsisçisinin adını daşıyan ilk otelin –
“Dallas Hilton”un təntənəli açılışı oldu. Yeni otel 325 otaqdan ibarət
idi. Ona qədər Hilton hər il Texasda yeni otel açırdı. 1960-cı illərin
sonunda Hilton ABŞ-da 40 və bir o qədər də ölkədən kənarda otelin
sahibi idi.
Konrad Hilton 1979-cu ilin yanvarın 3-də vəfat edib.
25.10.2013
Sabit Bağırov, SBİİYF
44
“Bilik – zəmanəmizin puludu, ağıl isə Allah tərəfindən bizə
bəxş edilən ən qiymətli aktivdir”
Robert Kiyosaki
Robert Toru Kiyosaki (ロバート・トール・キヨサキ,
1947, 8 aprel, Hilo, Hawaii, ABŞ) – amerikalı
sahibkar, sərmayəçi, yazıçı və müəllim.
Daha çox “Varlı ata, kasıb ata” kitabı ilə məşhurdur.
25 milyon nüsxə ilə yayılmış 15 kitabın müəllifidir.
Maliyyə strategiyalarının mənimsənilməsini nəzərdə
tutan “Pul axını 101” və onun davamı olan “Pul axını
202”adlı stolüstü təlim oyunlarını işləyib
hazırlamışdır.
“Varlı ata, kasıb ata” bestsellerini o 47 yaşında yazdı.
Bundan sonra “Pul axınının kvadrantı” və “Varlı
atanın sərmayə üzrə təlimat kitabı” – kitabların üçü
də Uol-Strit Cornal, Biznes-uik və Nyu York taymz
kimi nəşrlərin 10 ən yaxşı bestseller reytinqlərinə
düşmüşdü.
25.10.2013
Sabit Bağırov, SBİİYF
45
Bəzi uğurlu biznes ideyalar
Leo Qerstenzanq – qulaq təmizləmək üçün pambıqlı
çöplər;
National Trust şirkəti – konservləşdiriliş təmiz hava;
Çeləbinsk camaatı – meteorit daşları;
Serqey Dominitski – saxsı qabların alıcı tərəfindən istehsalı;
Edvin Lend – Polaroid fotoapparatı;
Cozefin Koçreyn – qabyuyan maşın;
İnernet asılılıqdan müalicə klinikası;
Mett Qrifin – şirniyyət bişirmə üçün yeni forma;
Yaşıl Ketçup;
25.10.2013
Sabit Bağırov, SBİİYF
46
Sahibkarlıq fəaliyyətinə başlayan nələri
nəzərə almalıdır
Sabahdan sənin üçün yeni həyat başlayır;
Hər dəqiqə biznesin barədə düşünməli olacaqsan;
Ailə, istirahət və dostların üçün vaxtın azalacaq;
Təxirə salmadan hər gün yeni problemlərlə qarşılaşaçaqsan və onları həll
etməli olacaqsan;
Xasiyyətini dəyişməli olacaqsan;
Sənə simpatik olmayan insanlarla da yaxşı münasibət qurmalı olacaqsan;
Rəqiblərin yaranacaq;
25.10.2013
Sabit Bağırov, SBİİYF
47
Sahibkarlığın və Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu
Ünvan: Bakı, Nəcəfqulu Rıfiyev 17, m.2, AZ1025
E-mail:
sbiiyf.edf@gmail.com
bagirov.sabit@gmail.com
www.edf.az
25.10.2013
Sabit Bağırov, SBİİYF
48
Dostları ilə paylaş: |