- 5 -
Şair haqqında
B
arat Qaryağdı Azərbaycanın gözəl güşələrindən olan Cəbrayılın
Məzrə kəndində 1961-ci il 15 martda dünyaya göz
açmışdır.
İncəsənət yurdu olan bu diyarda böyüyən şairin şeir həvəsi
yeniyetmə yaşlarından başlamışdır. Şeirlərini daha çox Vətən və Ana
həsrətinə aid etmişdi. Bədii yaradıcılığında "Bir gün", "Xocalı", "İlk
şeirim", "Mənim bu dünyadan heç xoşum gəlmir", "Qızım", "Qadın",
"Arzular", "İzlər", "Ağla könlüm", "Atam mənim", "Son vərəqlərim"
və s. kimi ürək oxşayan şeirləri vardır. Şeirləri içərisində daha çox
üstünlük verdiyi "İlk Şeirim"dir. Çünki,bu şeiri erkən yaşında itirdiyi
anasına olan həsrəti illər ötn sədə daim xatırladır. Şeirlərinə diqqətlə
nəzər yetirsək Vətənini və əzizlərini vaxtsız itirdiyindən hər birində
ayrı-ayrı bir qəm, qüssə yer tutur. Beləliklə, yaradıcılığı hələ də
davam edən Barat Qaryağdıya daim həyat yolunda uğurlar arzu
edirik.