H
əyatı v
ə keçdiyi döyü
ş
yolu haqqında
Fəxrəddin
Vəliyəddin
oğlu
Nəcəfov 1967-ci il mart ayının 31-də
Bakı şəhərində anadan olmuşdur. 1984-cü
ildə Nəsimi rayonu 19 saylı orta məktəbi
bitirmiş, Bakı Çini Qablar zavodunda
əmək fəaliyyətinə başlamışdır. Bir il
sonra hərbi xidmətə çağırılmış, Arxan-
gelsk vilayətində xidmətini yerinə yetir-
dikdən sonra vətənə qayıtmışdır. DİN-in
Yanğından Mühafizə İdarəsində işə qəbul
olunaraq, 1988-ci ildə nazirliyin təqdi-
matı ilə Xarkov Yanğından Mühafizə Ali
Hərbi məktəbinə göndərilmişdir. Təhsilini
başa vuran F.Nəcəfov 1990-cı ildə 14
saylı Yanğından Mühafizə İdarəsində
mühafizə rəisi vəzifəsinə təyin olun-
muşdur. 1991-ci ildə vətənin müdafiəsi
üçün könüllü olaraq Qarabağ cəbhəsinə
yollanmışdır. İlk döyüşə Goranboy
rayonundan başlayan Fəxrəddin 1992-ci
ildə Ağdam cəbhəsində hərbi hissələrdən
birinə bölük komandiri təyin edilmişdir.
Həmin vaxtlarda Ağdamın Canyataq və
Gülyataq
kəndlərində
ağır döyüşlər
gedirdi. Onun bölüyünə düşmən ərazisinə
düşən təyyarəçimizi xilas etmək tapşırığı
verilmişdi. F.Nəcəfov təyyarəçini xilas
edərkən Canyataq kəndində öz dəstəsi ilə
mühasirəyə düşmüş, bir neçə gün qızğın
döyüşlərdən sonra, nəhayət, bölük
mühasirə həlqəsini yara bilmişdi. Həmin
döyüş zamanı bir neçə yerindən yaralanan
Fəxrəddin müalicə olunduqdan sonra
yenidən cəbhəyə qayıtmış, 1992- ci il
sentyabrın 4-də Ağdərənin Çaldıran kəndi
istiqamətində gedən döyüşdə qəhrəman-
casına həlak olmuşdur. Bakı şəhərindəki
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6
noyabr 1992-ci il tarixli 290 saylı
Fərmanı ilə Nəcəfov Fəxrəddin Vəli-
yəddin oğlu ölümündən sonra “Azərbay-
canın Milli Qəhrəmanı” fəxri adına layiq
görülmüşdür. Nəsimi rayonundakı 266
saylı orta məktəb qəhrəmanın adını
daşıyır. Məktəbin həyətində büstü qoyul-
muşdur.
Dağlıq Qarabağ müharibəsində
göstərdiyi igidliyi və qorxmazlığı ilə
milli qəhrəmanlıq tariximizə yeni səhifə-
lər yazan qəhrəman Fəxrəddin Nəcəfovun
bu il 50 yaşı tamam olur. 24 yaşında Milli
Qəhrəmanlıq zirvəsinə ucalan qəhrəma-
nın həyat yolu, Vətən sevgisi hər birimizə
örnəkdir. Neçə ki, Azərbaycan xalqı var
onun bu cür qəhrəman oğulları da unu-
dulmayacaq, adları böyük ehtiram hissi
ilə yad edilərək əbədi yaşayacaqdır.
Ə
d ə b i y y a t
1. Azərbaycan Respublikası Daxili işlər
orqanlarının əməkdaşlarına “Azərbay-
canın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: Nəcəfov Fəxrəddin
Vəliyəddin oğlu – sıravi – Azərbaycan
Respublikasının suverenliyinin və ərazi
bütövlüyünün qorunmasında, dinc əhali-
nin təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidliyə və şücaətə görə:
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 19 oktyabr 1992-ci il //Azərba-
ycan Respublikası Ali Sovetinin Məlu-
matı.- 1992.- № 21.- S.27.
2. Fəxrəddin Nəcəfov / Ənsər B. Necə də
yaşamaq istəyirdim: Həyatı, təhsili və
döyüş şücaəti haqqında // Ənsər B.
Ağrıdağlı qəhrəmanlar.-B., 2004.- S. 51-
53.
3. Əsgərov, Vüqar. Fəxrəddin Nəcəfov
/ V. Əsgərov. Azərbaycanın Milli Qəhrə-
manları (Yenidən işlənmiş II nəşr).- Bakı:
Dərələyəz-M, 2010.- S. 224.
İnternetdə
http://www.anl.az/down/meqale/
kaspi_az/2013/fevral/296576.htm.
http://penitensiar.justice.gov.az/
https://az.wikipedia.org/
veten-ugrunda.az/