Sura Həsənli
Xocalı
Haray səsi asimana ucaldı,
İnildədi, için-için Xocalı,
Harayına o gün yetən olmadı,
İnildədi, için-için Xocalı.
Ermənilər kömək aldı, güc aldı,
Qüvvələri bir idisə yüz oldu.
Düşmən yurdda, qanlı-qanlı iz saldı.
İnildədi için-için Xocalı.
Bu cəlladlar qudurdular, qızdılar,
Biz susduqca yollarını azdılar.
Qarabağda şəhid oldu oğullar,
İnildədi için-için Xocalı.
Ərənlərim odda, közdə bişdilər,
Qız, gəlinlər dağa-daşa düşdülər.
Bu faşistlər yurda zülüm etdilər,
İnildədi için-için Xocalı.
Düşmən, rədd ol! Qoy yurdumda boy atım,
Kəsilməyib ürəyimdən sızıltım.
Yandı torpaq, yandı elim, elatım,
İnildədi için-için Xocalı.
Həsənli S. Xocalı : şeir // Həsənli S. Qəlbimdə yurd həsrəti var. – Bakı :
Təfəkkür, 2005. – S.97.